Yeganə İSMAYILOVA

filologiya üzrə elmlər doktoru, professor

Bakı Dövlət Universiteti

e-mail: yegane-n@mail.ru

 

Ə.DƏMİRÇİZADƏNİN «DƏDƏ QORQUD» LİBRETTOSU

VƏ «QARACA ÇOBAN» PYESİNDƏ OĞUZ XALQININ MİLLİ BİRLİK VƏ VƏHDƏTİ İDEYALARI

 

Xulasə

Məqalədə göstərilir ki, görkəmli alim və yazıçı Ə.Dəmirçizadə yaradıcılığının «Azər¬bay-can ədəbiyyatında «Dədə Qorqud» motivləri» mövzusu baxımından xüsusi yeri vardır. Elm¬də təsbit olunduğu kimi, ədəbiyyatda «Dədə Qorqud» mövzusunda ilk bədii əsər Ə.Də¬mir¬çiza-dənin Ş.Şeyxovla birgə 1943-cü ildə qələmə aldığı «Dədə Qorqud» librettosudur. Libretto sa¬də qəhrəmanlıq süjeti üzərində qurulmuşdur. Burada iki ideya xətti aydın müşahidə olunur:

Birincisi, xalqın yadelli işğalçılara qarşı mübarizə ruhunun təsviri;

İkincisi, el-obanın dar günündə xalqın, zəhmətkeş kütlənin öz içərisindən çıxan qəh¬rə-manın əsas rol oynaması.

Hər iki xətt dövrlə, zamanla, əsərin yazıldığı vaxtın siyasi-ideoloji ovqatı ilə müəy¬yən-lə¬şir¬di. Ə.Dəmirçizadə (və Şeyxovun) müəllifi olduğu libretto, təqribən, 1941-ci ildə ya¬zıl¬mış və 1943-cü ildə tamaşaya qoyulmuşdu. Eləcə də Ə.Dəmirçizadənin 1942-ci ildə yazdığı və «Dədə Qor¬qud» libretto¬sunun ideya xətlərini daha geniş planda davam etdirən «Qaraca çoban» pye-sində də eyni ideya-məzmun ovqatını müşahidə edirik.

«Kitabi-Dədə Qorqud» eposunun milli birlik və sosial vəhdət haqqında əsas ideyası tək-cə Ə.Dəmirçizadənin «Qaraca Çoban» pyesində yox, eposa müraciət etmiş digər dra¬ma¬turq¬la-rın yara¬dıcılığında da uğurla davam etdirilmişdir.

Açar sözlər: “Kitabi-Dədə Qorqud”, Ə.Dəmirçizadə, epos, libretto, Qaraca Çoban

 

LİBRETTO “DEDE GORGUD” BY A.DEMİRCHİZADE AND İDEAS

OF NATİONAL UNİTY OF OGUZ PEOPLE İN THE PLAY “GARAJA CHOBAN”

 

Summary

It is emphasized that creation of the outstanding Azerbaijanian scientist and writer A.Demirchizada is very significant from the standpoint of the theme “Motives of “Dede Gor-gud” in Azerbaijanian literature”. It is generally acknowledged that the first artistic work on the the¬me “Dede Gorgud” in Azerbaijanian literature is the libretto of the same name written by A.Demirchizada in co authorship with Sh.Sheyhov in 1941. The libretto is based on the simple he¬roic plot. There are two ideological lines:

1.         description of fighting spirit of the people who struggle against foreign invaders;

2.         during the hard days the hero who came from the people plays the main role.

Each of this lines is determined by epoch, period, political-ideological atmosphere of the time when the work was created. The libretto was written by A.Demirchizada (and Sh.Sheyhov) about in 1941 and staged in 1943. In the play “Garaja Choban” written by A.Demirchizada in 1942, ideological lines of the libretto “Dede Gorgud” were continued in a wi¬der plan and the same ideological-profound spirit is felt.

The main idea of the epos “Dede Gorgud” about national and social unity was suc¬ces-sfully developed and continued not only in the play by A.Demirchizada “Garaja Choban”, but al¬so in the works by other playwrights who appealed to the epos.

 

ËÈÁÐÅÒÒÎ «ÄÅÄÅ ÊÎÐÊÓÄ» À.ÄÅÌÈÐ×ÈÇÀÄÅ È ÈÄÅÈ ÍÀ¬ÖȬάÍÀËܬÍάÃÎ ÅÄÈÍÑÒÂÀ ÎÃÓÇÑÊÎÃÎ ÍÀÐÎÄÀ  ÏÜÅÑÅ «ÃÀÐÀÄÆÀ ×ÎÁÀÍ»

 

Ðåçþìå

 ñòàòüå îòìå÷àåòñÿ, ÷òî òâîð÷åñòâî âûäàþùåãîñÿ àçåðáàéäæàíñêîãî ó÷åíîãî è ïè¬ñàòåëÿ À.Äåìèð÷èçàäå èìååò îñîáîå çíà÷åíèå ñ òî÷êè çðåíèÿ òåìû «Ìîòèâû «Äåäå Êîð¬êóä» â àçåðáàéäæàíñêîé ëèòåðàòóðå». Íàó÷íî ïîäòâåðæäåíî, ÷òî ïåðâûì õóäî¬æåñò-âåí¬íûì ïðîèçâåäåíèåì íà òåìó «Äåäå Êîðêóä» â àçåðáàéäæàíñêîé ëèòåðàòóðå ÿâëÿåòñÿ îä¬íîèìåííîå ëèáðåòòî, íàïèñàííîå À.Äåìèð÷èçàäå â 1943ã. â ñîàâòîðñòâå Ñ.Ø.Øåé¬õî-âûì. Ëèáðåòòî ïîñòðîåíî íà îñíîâå ïðîñòîãî ãåðîè÷åñêîãî ñþæåòà. Çäåñü ÿâíî ïðîñëå-æè¬âàþòñÿ äâå èäåéíûå ëèíèè:

1) îïèñàíèå áîåâîãî äóõà íàðîäà, ïîäíÿâøåãî íà áîðüáó ñ ÷óæåçåìíûìè çàõâàò-÷è¬êà¬ìè;

2) â òÿæåëûå äíè ãëàâíóþ ðîëü èãðàåò ãåðîé – âûõîäåö èç íàðîäà.

Êàæäàÿ èç ýòèõ ëèíèé îïðåäåëÿåòñÿ ýïîõîé, ïåðèîäîì, ïîëèòèêî-èäåëîãè÷åñêîé àò¬ìîñôåðîé âðåìåíè ñîçäàíèÿ ïðîèçâåäåíèÿ. Ëèáðåòòî, àâòîðàìè êîòîðîãî ÿâëÿþòñÿ À.Äåìèð÷èçàäå (è Ø.Øåéõîâ), áûëî íàïèñàíî ïðèáëèçèòåëüíî â 1941 ã. è ïîñòàâëåíî íà ñöå¬íå â 1943 ã.  ïüåñå «Ãàðàäæà ×îáàí», íàïèñàííîé À.Äåìèð÷èçàäå â 1942 ã. è ïðî-äîë¬æàþ¬ùåé â áîëåå øèðîêîì ïëàíå èäåéíûå ëèíèè ëèáðåòòî «Äåäå Êîðêóä», îùó-ùàåòñÿ òîò æå èäåéíî- ñîäåð¬æà¬òåëüíûé äóõ.

Îñíîâíàÿ èäåÿ ýïîñà «Äåäå Êîðêóä» î íàöèîíàëüíîì è ñîöèàëüíîì åäèíñòâå áûëà óñ¬ïåøíî ðàçâèòà è ïðîäîëæåíà íå òîëüêî â ïüåñå À.Äåìèð÷èçàäå «Ãàðàäæà ×î-áàí», íî è â ïðîèçâåäåíèÿõ äðóãèõ äðàìàòóðãîâ, îáðàùàþùèõñÿ ê ýïîñó.

 

Ə.Dəmirçizadə yaradıcılığının «Azərbaycan ədəbiyyatında «Dədə Qor-qud» motivləri» mövzusu baxımından müstəsna mövqeyi vardır. Elmdə bir¬mə-na¬lı şəkildə təsbit olunduğu kimi, ədəbiyyatımızda «Kitabi-Dədə Qor¬qud» möv¬zusunda ilk bədii əsər Ə.Dəmirçizadənin Ş.Şeyxovla müştərək 1943-cü il¬də qələmə aldığı librettodur» (1, 14).

«Dədə Qorqud» librettosunun «əsas ideya xətti yurdun düşməndən mü-da¬fi¬əsi ilə bağlıdır. Uruz xanın ova getməsindən istifadə edən düşmən Oğuz yur¬du¬na soxulur, lakin Dədə Qorqud tərəfindən ruhlandırılan Qaraca Coban və onun köməyinə gələn Uruz xan tərəfindən məğlub edilərək geri qovulur. Uruz xa¬nın gözəllərin ən gözəli Gülçinə məhəbbəti əsərin aparıcı xətlərindən biri¬dir» (1, 14).

Burada iki ideya xətti aydın müşahidə olunur:

Birincisi, xalqın yadelli işğalçılara qarşı mübarizə ruhunun təsviri;

İkincisi, el-obanın dar günündə xalqın, zəhmətkeş kütlənin öz içərisindən çı¬xan qəhrəmanın əsas rol oynaması.

Hər iki xətt dövrlə, zamanla, əsərin yazıldığı vaxtın siyasi-ideoloji ovqatı ilə müəyyənləşirdi. Ə.Dəmirçizadə və Şeyxovun müəllifi olduğu libretto, təq¬ri-bən, 1941-ci ildə yazılmış və 1943-cü ildə tamaşaya qoyulmuşdur. Eləcə də Ə.Də¬¬mir¬çizadənin 1942-ci ildə yazdığı və «Dədə Qorqud» librettosunun ideya xət¬lərini daha geniş planda davam etdirən «Qaraca Çoban» pyesində də eyni ide¬ya-məzmun ovqatını müşahidə edirik. Bunlar təsadüfi deyildi. Ölkədə mü-ha¬ribə gedirdi. N.Ələk¬bərlinin göstərdiyi kimi, «hər iki əsərin yaranma dövrü Bö¬yük Və¬tən müharibəsinin (1941-1945-ci illər – Y.İ.) qanlı illərinə tə¬sadüf edir, əsər¬lə¬rin qəhrəmanlıq pafosu və vətənpərvərlik motivi də bununla mü¬əy-yən¬ləşir» (1, 14).

Maraqlıdır ki, libretto müəllifləri eposdan məlum olan hadisələri Azər¬bay-canın gerçək tarixi ilə birləşdirməyə səy etmişlər. Bunun əsasında Ə.Də¬mir¬çi-zadənin «Kitabi-Dədə Qorqud»u bilavasitə Azərbaycanla bağlı abidə hesab et-məsi dururdu. Birinci pərdənin remarkasına diqqət edək: «Gəncə... Kür qı¬ra¬ğı... Al-əlvan geyinmiş oğlan və qızlar səlcuq talançılarına qarşı əlbir vuruşmaq üçün Gürcü şahıyla danışmağa gedən Qazan xanı yola salmağa hazırlaşırlır. Ya¬şıl meydanda igidlər məşq edirlər...» (2, 1)

Göründüyü kimi, librettoda Azərbaycan və gürcü xalqlarının nümunə¬sin-də Qaf¬qaz xalqlarının dostluğu ideyası da qoyulmuşdur ki, bu da sovet ide¬o¬lo-gi¬yasının yeritdiyi xalqlar dostluğu, sovet xalqlarının birliyi və ümumi düş¬mə¬nə qarşı birgə mübarizə aparması haqqında ideologiyanı əks etdirirdi. Lakin bu¬rada ciddi bir məsələ – səlcuqların işğalçı, gəlmə kimi təqdim olun¬ması mə¬sə¬ləsi var. Səlcuqların işğalçı kimi təqdim olunmasının altında xal¬qımızın etnik ta¬rixi ilə bağlı çox mühüm bir məsələyə toxunulmuşdur. Belə ki, sovet ta¬rix¬şü¬nas¬lığında türklər Azərbaycana gəlmə xalq hesab olunurdu. Sovet ta¬rix¬şü¬nas¬lı¬ğı¬nın uzun illər ərzində zorla beyinlərə yerit¬məyə çalışdığı etno¬genez si¬ya¬sə¬ti¬nə görə, Azərbaycan xalqı əvvəlcə türkmənşəli olmamış, sonra¬lar gəlmə türklər – səlcuqlar və digərləri tərəfindən türkləşdirilmiş¬dir. Səl¬cuq¬¬la¬rın XI-XII əsr¬lər¬də Şərqi Xəzərarxasından Azərbaycana gəlməsi tarixi fakt¬dır. Lakin libretto mü-əllifləri XI-XII əsrlərdə Azərbaycana gələn səlcuq türklə¬rini burada yerli – av-toxton oğuz türkləri ilə qarşılaşdırmışlar ki, bununla da əslində, lib¬retto¬da Azər-baycan xalqının sonradan səlcuqlar tərəfindən türk¬ləşdirilməsi haqqında so¬vet tarixşünaslığının zorakı etnogenez siyasəti qəbul olunmamışdır. Lib¬ret¬to¬da Azərbay¬can açıq-aşkar şəkildə səlcuqların gəlişinə qədər «Kitabi-Dədə Qor-qud» oğuzlarının ana yurdu kimi təqdim olunmuşdur.

Əsərdəki ikinci ideya xəttinə – yurdun ağır günündə məhz xalqın, zəh-mət¬keş kütlənin içərisindən çıxmış Qaraca çoban kimi igidin əsas rollardan bi¬ri-ni oynamasına gəlincə bu məsələ təkcə dastanın məzmununda Qaraca ço¬ba¬nın oyna¬dığı rolla bağlı deyildi. Bu, sovet ideologiyasının sinfi mübarizə haq¬qın¬da əsasları ilə bağlı idi. Sosializm realizmi yaradıcılıq metoduna görə, bədii əsər¬də həyat inqilabi mübarizədə təsvir edilməli və sonda xalq içəri¬sin¬dən çıx¬mış qəhrəmanın qələbəsi ilə tamamlanmalı olan mübarizəsinin timsa¬lında xəlqi ide¬al-lar qələbə çalmalı idi. Librettoda bu ideoloji xəttin əsas da¬şıyıcısı Qaraca ço¬ban surətidir.

Maraqlıdır ki, əsas qəhrəmanları oğuz bəyləri, zadəganları, əsilzadələri olan «Kitabi-Dədə Qorqud» dastanlarında sovet ideologiyasının «normativ¬lə-rinə» uyğun gələn yeganə qəhrəman Qaraca çoban idi. Bildiyimiz kimi, sovet ide¬ologiyasının əsasında sinfi mübarizə ideyaları dururdu. Sovet ideoloji qə¬lib-lə¬rindən baxıldıqda dastanın, demək olar ki, bütün qəhrəmanları «istis¬marçı sin-fin» nümayəndələri idi. Çünki bunların sosial mənşəyi xan, bəy, bəylərbəyi ki¬mi oğuz cəmiyyətinin hakim təbəqələrinə bağlanırdı. Bu cəhət¬dən, Qaraca ço¬ban öz «ictimai mənşəyi» etibarilə sovet ideologiyasına uyğun gəlirdi. Ona gö¬rə də, sovet dönəmində Qaraca çoban obrazına, belə demək mümkünsə, xü¬su¬si fikir verilirdi.

Hər iki əsərin – «Dədə Qorqud» librettosu və «Qaraca çoban» pyesinin əsa¬sında «Kitabi-Dədə Qorqud» eposundakı «Salur Qazanın evinin yağma¬lan-ma¬sı» boyu¬nun motivləri durur.

Ə.Dəmirçizadə «Qaraca çoban» pyesində eyni eposa və onun eyni bo¬yu-na yenidən müraciət etməklə «Kitabi-Dədə Qorqud» eposunun dramaturgiya sa¬hə¬sin¬də geniş imkanlara malik olduğunu təsdiq etmişdir. Bu cəhət əsərin ilk ta¬ma¬şası haqqında görkəmli alim Əziz Şərif tərəfindən yazıl¬mış resenziyada xü-susi qeyd olunmuşdur. Müəllif göstərir ki, «bugünə qədər bir alim dilşünas ki¬mi ta¬nı¬dığımız müəllif öz ilk bədii əsəri üçün «Dədə Qor¬qud» dastanından is¬ti¬fadə et¬mək¬lə gözəl və təqdirə layiq bir təşəbbüs göstər¬mişdir. Heç şübhə yox¬dur ki, bu das¬tanın məz¬munu əsasında yüksək milli, bədii dramaturji əsərlər ya¬rat¬maq imkanı hüdudsuz¬dur» (4). «Bu əsərdə Qazan xanın sarayının qarət edil¬mə¬si və Qaraca Çobanın igidlikləri təsvir olunmuş¬dur. Ə.Dəmirçizadə burada əv¬vəlki librettoya nisbətən daha mü¬kəmməl işlə¬miş, Qazan xan - Burla xatun xət¬tini saxlamış, lakin əsas ideya yükünü xalqı təmsil edən Qaraca çobanın üzə¬rində cəmləşdirmişdir» (1, 14).

Dastanda qəhrəmanlığı, qorxmazlığı digər oğuz bəyləri ilə bərabər səviy-yə¬də təsvir olunmuş Qaraca Çoban məsələsi elmdə müəyyən mübahisə yarat-mış¬dır. Sovet qorqudşünaslığında o, əməkçi xalqın dastanda ətraflı təsvir olun-muş əsas nümayəndəsi kimi qəbul olunmuş və ona qarşı «həssaslıq» göstə¬ril¬miş-dir. Prof. E.Rəhimova obraz haqqında səciyyəvi fikirləri nəzərdən keçi¬rə¬rək ya-zır: «Bir söz¬lə, Qaraca Çoban, yaxud da V.Bartoldun, onun ardınca isə P.An¬to-kolskinin ad¬landırdıqları (kimi – Y.İ.) «qara çoban» dastanda kifayət qədər əhə¬miyyətli bir şəxsdir. O, cəsarətlə öz ağasının düşmənlərinin qarşısını alır, tək 300 adamı yerlə yeksan edir; nəhəng qəhrəman sapandla qoyun atma¬ğı, ağa¬cı kökündən çıxarmağı və nəhayət, ağasına sədaqətlə xidmət etməyi bacarır. Bax bu cürdür Qaraca Çoban. Salur Qazanla Qaraca Çobanın qarşılıqlı mü¬na¬si¬bə¬ti dastanın təhrif olun¬ma¬sında dəyişməz «arqument»dir. Bir vaxtlar məhz bu ar-qument onun ideyaca hörmətdən salınması sahəsində çox böyük səs-küyə sə¬bəb olmuşdur» (5, 85).

Salur Qazanla Qa¬raca Çoban arasındakı münasibətləri heç bir sosial bə¬ra-bər¬sizlik, yaxud di¬gər münasibətlər aspektində yozmağa ehtiyac yoxdur. Çünki «Ki¬tabi-Dədə Qor¬¬qud» dastanı poetikasına sosial bərabərsizliyin təsvir olun¬ma-sı, ya¬xud bu ideyalara hər hansı şəkildə işarə olunması yaddır. «Kitabi-Dədə Qor¬qud» qəh¬¬rəmanlıq eposudur və bu mənada igidliyi başqa oğuz qəh¬rə¬man¬la¬rı ilə bə¬rabər səviyyədə təsvir olunmuş Qaraca Çoban eposun qəhrəman ti¬po¬lo¬gi-yasına görə məhz qəhrəmandır. Onun «çoban» statusunda heç bir sosial bəra-bər¬sizlik, yaxud sosial təhqir axtarmağa ehtiyac yoxdur. Kafirlər ona hətta bəy-lik təklif edirlər, la¬kin o, öz «çoban» statusunu kafirlərin verdiyi bəylikdən üs-tün tutur. De¬mək, dasta¬nın poeti¬kasında sosial bərabərsizliyin təsvir olun¬ma¬sı heç bir halda əsas deyildir.

«Kitabi-Dədə Qorqud»un qəhrəmanlıq poetikasında gerçəkliyə sosial mü-nasi¬bət¬lər aspektində yanaşma yox, sosial struktur daşıyıcısının qəhrə¬manlıq mo¬delinə nə dərəcədə uyğun olması əsasdır. Ə.Dəmirçizadə pyesdə Salur Qa-zan-Qaraca Çoban xəttini geniş və ətraflı təsvir etmiş, onların «yol¬daşlıqlarını» bə¬dii cəhətdən zənginləş¬dirmişdir. Mə¬sələn, eposda Salur Qazan ovda olarkən na¬rahat yuxu görür və bunu bəylərə danışır. Ancaq pyesdə o öz yuxusunu Qa¬ra-ca Çobana danışır. Ə.Dəmirçizadə bu yolla oğuz cəmiy¬yətinin iki nü¬ma¬yən¬də-sinin - oğuz sərkərdəsi ilə oğuz ço¬banının qarşılıqlı etimadının nümunəsində Azər¬baycan-oğuz xalqının birliyi və vəhdətini tərənnüm etmişdir.

Sonda oğuz igidləri qələbə çalırlar. Gülçin də döyüşdə iştirak edir. Oğu-zun ağır günündə Oğuz elinin bütün fərdləri, sosial statusundan asılı olma¬ya¬raq ha¬mı bir araya gəlir və birləşərək düşmən üzərində qələbə çalırlar. Ə.Də¬mir¬çi¬za-də Oğuz elinin başçısı Salur Qazanın oğlu Uruzla çoban qızı Gülçinin biri-bi¬rinə sevgi və qovuşmalarının nümunəsində Oğuz xalqının sarsılmaz¬lı¬ğının əsas düsturunun milli birlikdə olduğunu göstərməyə nail olur. Doğru¬dan da, epo¬sun əsas ideyası və ana xətti milli birlikdir. «Oğuz» adı oğuz xal¬qının hər bir nümayəndəsi üçün müqəddəsdir. Bu ad sosial təbəqə və möv¬qeyindən asılı ol-mayaraq hamını birləşdirən əsas ideyadır. Dastanı dərindən bilən Ə.Də¬mir¬çi¬za-də insanlar arasında sosial-sinfi mübarizəni əsas götürən bir cəmiy¬yətdə – so-vet dövlətində yaşadığına baxmayaraq, pyesdə milli birlik ideyasını ifadə et¬mə-yə nail olmuşdur. Bu cəhətdən pyesin sonunda Dədə Qorqudun milli birlik haq-qında alqışları, əslində, müəllif Ə.Dəmir¬çizadənin pyesdə təcəssüm et¬dir¬mək istədiyi əsas ideyanın açıq şəkildə bəyanıdır:

Ey el oğlu, qoy yaşasın bu ellər!

Elin üçün hünər göstər, zor göstər!

Amansız ol müxənnətə, namərdə!

Macal vermə, çal qılıncı hər yerdə! (3, 67)

Maraqlıdır ki, «Kitabi-Dədə Qorqud» eposunun milli birlik və sosial vəh¬-dət haqqında bu əsas ideyası təkcə Ə.Dəmirçizadənin «Qaraca Çoban» pye¬sin-də yox, eposa müraciət etmiş digər dramaturqların yaradıcılığında da uğurla da-vam etdirilmişdir. Ə.Dəmirçizadənin «Kitabi-Dədə Qorqud»un motivləri əsa-sında «Qaraca çoban» adlı librettosu Ü.Hacıbəyovun arxivindən götürül¬müş¬dür (2). Bu libretto ilk dəfə olaraq tərəfimizdən latın qrafikasına çevrilərək çap edilir.

Ëèáðåòòî îïåðû «Êàðàäæà ÷îáàí» ïî ìîòèâàì Äåäå Êîðêóä

Qaraca çoban

(Qısa məzmunu)

İştirak edirlər:

Qazan xan    – Gəncə mahalının xanı

Uruz               – onun oğlu

Burla xatun               – Qazannı arvadı

Aybəniz                     – Onların qızı

Qaraca                       – çoban

Qurdbasar                – Satqın bir adam

Toğrul-                       – Səlcuq tayfasının başçısı

Qaratikan      – onun igidlərindən

Gürcü şahı

İgidlər, qadınlar, qızlar

Birinci pərdə

Gəncə... Kür qırağı. Al-əlvan geyinmiş oğlanlar və qızlar Səlcuq ta¬lan¬çı¬la-rı¬na qarşı əlbir vuruşmaq üçün Gürcü şahıyla danışmağa gedən Qazan xanı yo¬la sal¬mağa hazırlaşırlar. Yaşıl çəməndə igidlər məşq edirlər. Qurdbasar mey¬dan oxu¬yur. Bu vaxt Qazanın arvadı Burla və qızı Aybəniz girirlər. Hamı onları hör-mətlə qar¬şılayır. Qurdbasar böyük bir eşqlə qızın qabağında baş əyir. Lakin Ay-bəniz ondan üz döndərir. Əlində güllərlə Qazan xanın atını bəzəməyə gedir. Şən¬lik başlanır. Özünü qıza göstərməyə çalışan Qurdbasar yenə meydan oxu-yur. İgid¬lərdən birini basır. Kimsə onunla vuruşmağa cürət etmir. Bu vaxt Qa¬ra-ca ço¬banın gəldiyini xəbər verirlər. Toplananlar çobanı hörmətlə qar¬şı¬la¬yır¬lar. Qaraca Burla xatunı (və Aybənizi), sonra da xalqı salamlayır. Burla xatun Qurd-basarla döyüşməyi Qara¬cadan xahiş edir. Çoban meydana girir. Qurdbasar iki dəfə basılır. Qaracanı tə¬rifləyirlər. Aybəniz öz yaylığını Qaracanın boynuna bağ¬layır. Bundan acıqlanmış Qurdbasar xəyanətlə Qaracaya hücum edir. Ço¬ba-nın qardaşı onun qarşısını kəsir.

Qazan xan oğlu Uruzla gəlir. Xalq qazanı öz qəhrəmanı və rəhbəri kimi qar¬şılayır. Qazan mahalın gözətçiliyini Uruza tapşırır. Xalqı basqınçılara qarşı sa¬yıq olmağa çağırır. Qaracaya da elin ən böyük sərvəti olan qoyunları Dər¬bən-də aparmağı tapşırır. Xalq öz sevimli rəhbərini yola salır. Aybənizlə Qaraca da gö¬rüşürlər. Qız ayrılmaqdan sıxılır. Çoban qıza təsəlli verib yaxınlarda gö¬rü¬şə¬cə-yini vəd edir. Xalqın ən böyük sərvəti olan qoyunları Qaracaya tapşırıb onu Dər¬bəndə yola salırlar. Hamı çəkiləndən sonra Qurdbasar qəzəbli halda gəlir. Qa¬raca ilə Aybənizin yaxınlığı onu kədərləndirmişdi. Qıza necə sahib olmaq haq¬qında düşünür. Nəhayət, Gəncənin başsız qaldığını və onu ələ keçirmək üçün ən yaxşı fürsət yarandığını Səlcuq talançısı Toğrula xəbər verməyi qərara alır. Bu yol ilə o Aybənizə sahib olacağına əmin olur.

 

İkinci pərdə

Gecədir... Qazan xanın çadırları... Uruz çay kənarında durub uzaqlara ba-xır. Dan yeri getdikcə ağarır. Uruz azacıq istirahət üçün çadıra girir. Gözətçilər də mürgüləyib yatırlar. Az sonra Qurdbasar Toğrulun igidləri ilə girib gözət¬çi¬lə¬ri sakitcə öldürürlər. Qurdbasar indi mahalın ən məşhur və yeganə qəhrəmanı olan Uruzun çadırını düşmənə göstərib onun təslim olması ilə qələbənin əldə edi-ləcəyini söyləyir. Bu aralıq Aybəniz öz çadırından çıxır. Ayrılıqdan sıxılan qız çay kənarında durub qəmli-qəmli oxuyur. Düşmənin adamları onun üstünə tö-külüşürlər. Eyni zamanda kənardan vuruş səsləri eşidilir. Səsə Uruz siyirmə qı-lınc çadırdan çıxır. O düşmənin bu xaincə basqınına lənətlər oxuyur. İçəri gi¬rən Toğrul onun vuruşsuz təslim olmasını məsləhət görür. «Çünki artıq igid¬lə¬rin əksəriyyəti qəflətən əsir tutulmuş, Burla xatun da ələ keçirilmişdi». Uruz bu xə-bərdən qəzəblənir. Sakitcə təslim olmayacağını bildirib hücuma keçir. Sayca üs-tün olan düşmən nəhayət onu yaralayıb ələ keçirir.

Toğrulun adamlarından Qaratikan ələ keçmiş qənimətləri sayır. Bütün döv¬lətin ələ keçdiyi ilə öyünür. Qurdbasar irəli keçib Qazan xanın ən böyük sər-vətinin Dərbənddə olduğunu söyləyir. Toğrul Qaraca Çobanın igidliyi haq¬qın¬da məlumat öyrəndikdən sonra Qaratikanı bir neçə yüz atlı ilə qoyunları alıb gə-tirmək üçün Dərbəndə göndərir.

Qurdbasar Aybənizi təqib edərək gəlir, ona arvad olmasını qıza təklif edir. Razılıq verirsə şad-şadiman yaşayacaqlarını, əks təqdirdə zindanda çürü-yə¬cəyini bildirir. Aybəniz onun xəyanətinə lənətlər oxuyur. Qaraca Çobandan baş¬qa kimsəyə ərə getməyəcəyini bu satqın adama bildirir.

Qurdbasar acıqlanıb Qaracanı tezliklə onun gözlərinin qabağında doğ¬rat-dı¬racağına and içir.

Onun əmrilə qızı aparırlar.

 

Üçüncü pərdə

Dərbənddə gözəl bir çəmən... Qızlar və oğlanlar əylənirlər. Bu vaxt Qa¬ra-ca görünür. Əylənənlər öz sevimli Aybənizi üçün qüssələnən Çobanı sevinclə qar¬şılayıb onu şənliklərinə dəvət edirlər.

Başları əylənməyə qarışmış ikən Qaracanın qardaşı yaxınlaşan bir neçə at¬lı haqqında xəbər gətirir. Qaraca gələn atlıların yadelli basqın olduğunu an¬la¬yır. Hər eh¬timala qarşı hazırlanırlar. Az sonra Qaratikan atlı dəstəsi ilə girib qo¬yun-ları Qaraca¬dan tələb edir. Çoban bu axmaq təklifə gülür. Buradan kimsənin bir çöp belə apara bilmə¬yəcəyini söyləyir. Qaratikan acı-acı gülür. Gəncə ma¬ha¬lının Toğrulun qoşunları tərə¬findən alındığını, Uruzun, Burlanın, Aybənizin və bütün xalqın əsir edildiyini, dövlətin ələ keçdiyini Çobana bildirir.

«Müqavimət yersizdir, qoyunları ver. Biz sənə bəylik verəcəyik».

Qaraca bu bəd xəbərləri eşitdikcə qan başına vurur. Dərbənd igidləri ilə bə¬rabər döyüşə başlayır.

Qaraca düşmənin adamlarını darmadağın edəndən sonra birdən döyüş za-ma¬nı öldürülmüş qardaşının meyitini görür. Onun başı üstündə diz çöküb düş-mə¬nə qarşı amansız olacağına, əziz vətənini son nəfəsinə qədər düşməndən qo-ru¬yacağına, xalqını əsirlikdən qurtarmaq üçün canını əsirgəməyəcəyinə and içir.

Bu zaman qayaların arasında gizlənmiş Qaratikan xəlvətcə arxadan Qa¬ra-ca¬ya hücum edir. Lakin içəri girən dərbəndli igidlərdən biri ona aman vermir, ağır bir zərbə ilə onu yerə sərir. Qaraca qoyunları dostlarına tapşırıb bir neçə Dər¬bəndli igidlə Gən¬cə¬yə yola düşür.

 

Dördüncü pərdə

Aybəniz pəncərə qarşısında qəmgin dayanmışdır. O, nəzarət altındadır. Qurd¬basar girib qızdan son dəfə ona ərə gedib-getməyəcəyini sorur. Aybəniz bu satqın adamı nifrətlə rədd edir. Ölümü onun kimi alçaqlara ərə getməkdən şə¬rəfli sayır. Acıqlanmış Qurdbasarın əmri ilə onu çəkib zindana aparırlar.

Xalqa olmazın əziyyətlər verən Toğrul kinli halda girir, meydan düzəldib hər¬¬tərəfli təhqir edilmiş qızları, gəlinləri zorla oynadır. Birdən-birə bu azğın sər-xoşun başına dəhşətli bir fikir düşür. Qazan xanın namusunu tapdalamaq üçün onun arvadı Burla xatunu məclisdə şərab paylamağa məcbur etmək is¬tə¬yir. Lakin qızlar və qadınlar öz rəhbərlərinin şərəf və namusunu qorumaq üçün Bur-lanı gizlədirlər. Hər birisi «Burla mənəm» deyə ortaya çıxır. Bu zaman Qurd-basar Toğrulun köməyinə gəlir. O, Burlanı tapmaq üçün qızlara ya¬xın¬la¬şır. Qızlar tor¬paq atıb onu görməkdən məhrum edirlər. Qəzəblənmiş Qurd¬basar Bur¬lanı tapmaq üçün Uruzun dağlanmasını məsləhət görür. Oğul dağlanarkən ana ürəyi sızıldayır.

Toğrulun əmri ilə Uruzu ağaca sərib qızdırılmış dəmirlərlə dağlayırlar. Uruz anasını mərd olmağa, özünü düşmənə tanıtmamağa, atasının namusunu göz¬ləməyə çağırır. Lakin ana qəlbi tab etməyir. Burla inləyir, oğlunun dağ¬lan-ma¬sına qarşı üsyan qaldırıb ortaya çıxır. Toğrul onun ələ keçməsinə sevinir. Onu təhqir etməyə gələrkən kənardan dəhşətli qışqırıqlar eşidilir. Döyüş səsləri ya-xınlaşır. Qaraca çoban döyüşə-döyüşə içəri girir. Əsir xalq sevinərək onu qar-şılayır. Döyüş şiddətlənir. Zindandan azad olmuş Aybəniz qardaşı Uruzu ağac-dan açaraq ona qılınc verib döyüşə göndərir. Bu zaman şeypur səsləri uca¬lır. Gürcü şahının bayrağı görünür. Qazan xanla Gürcü şahı da vuruşa baş¬la¬yır¬lar. Vuruşda Qaraca Çoban Toğrulu öldürür. Aradan çıxmaq istəyən Qurdbasar da Aybəniz tərəfindən öldürülür. Qaraca Çoban Toğrulun bayrağını içəri girən Gür¬cü şahıyla Qazan xanın ayaqları altına atır. Yuxarıdan dost dövlətin bayrağı dal¬ğalanır.

 

Beşinci pərdə

Qazan xanın çadırı önündə. Hər tərəf təzələnmişdir. Xalq azad və şən nəğ¬mələr oxuyur. Dərbəndli gənclərlə gürcü igidləri buradadır. Gürcü şahı ilə Qa¬zan xan girib əvvəlcədən onlar üçün hazırlanmış yerdə əyləşirlər. Qonşu xalq¬ların nümayəndələri bay¬ramlıq şərəfınə içirlər.

Gurultulu musiqi səsləri altında al-əlvan geyinmiş gənclər arasında Qa¬ra¬ca ço¬ban və Aybəniz gəlirlər. Onların hər ikisi xanların qarşısında baş əyir. Qa¬zan və Gür¬cü şahı onlara xeyir-dua verirlər.

Xalqın gurultulu alqışları altında bayrama Dədə Qorqud girib gəncləri tə-rif¬ləyir.

 

ƏDƏBİYYAT

1. Ələkbərli N. «Kitabi-Dədə Qorqud» Azərbaycan ədəbiyyatında // «Azərbaycan» jur., 1999, ¹ 9, s. 13-17

2. Dəmirçizadə Ə. Dədə Qorqud (xalq yaradıcılığı eposu). Libretto (musiqisi: Q.Salahov və C.Cahangirovundur. Bakı: Azərbaycan SSR XKS Yanında İncəsənət İş¬lə¬ri İdarəsi. M.Ma¬qomayev ad. Azərbaycan Dövlət Filarmoniyası Qızıl ordunun 25-ci il¬dönümünə həsr olun¬muş Azərbaycan musiqi və mahnı rəqsləri konserti, 1943)

3. Dəmirçizadə Ə. Qaraca Çoban (dörd pərdəli mənzum pyes). Bakı: 1942 (Əsər ilk dəfə Azərbaycanda Sovet hakimiyyətinin XXVI ildönümünə həsr edilmiş bir ta¬ma¬şa kimi 1946-cı il aprelin 27, 28, 30-da M.Qorki ad. Azərbaycan Gənc Tamaşaçılar Te¬at¬rında oyna¬nılmışdır).

4.ßêóáîâñêèé À.Þ. «Êèòàá-è Êîðêóò» è åãî çíà÷åíèå äëÿ èçó÷åíèÿ òóðê¬ìåí¬ñêî¬ãî îá¬ùåñòâà â ýïîõó ðàííåãî ñðåäíåâåêîâüÿ / Êíèãà ìîåãî Äåäà Êîðêóäà. Îãóç¬ñêèé ãå¬ðîè¬÷åñêèé ýïîñ. Ïeðåâîä Â.Â.Áàðòîëüäà. Áàêó: ÉÍÅ “XXI”, 1999, ñ. 127-135

5. Rəhimova E. Ölməz sənət incisi. Bakı: Təbib, 2000, 238 s.

 

 

Çapa tövsiyə edən: Akademik Muxtar İmanov