Maral ANNAQULUYEVA

Dede Qorqud Logopedaqoji elmlər namizədi elmi dərəcəsini almağa iddialı

Xıdır Dəryayaev adına Pedaqoji Məktəb, Marı, Türkmənistan

e-mail: mannaqulyyewa@mail.ru

 

“Kİtabİ-Dədəm Qorqud” eposunda

mənəvİ tərbİyə metodları

 

Xülasə

Məqalədə “Kitabi-Dədəm Qorqud” eposunun oğuz mədəniyyətində yeri müəy­yən­ləş­di­ri­lir. Eyni zamanda burada təhlil prosesində mənəvi tərbiyə məsələləri və etik xüsusiyyətlər nə­zər­dən keçirilir. “Kitabi-Dədəm Qorqud” eposunda əksini tap­­mış pedaqoji baxışlar öy­rə­ni­lər­kən müəllif belə bir məsələni ortaya çıxarmağa çalışır ki, mənəvi tərbiyənin transmissiya me­to­do­logiyası böyüməkdə olan nəslin etnik identikliyinin formalaşmasında daha mühüm əhə­miy­yət kəsb edə bilər. “Kitabi-Dədə Qorqud” – unikal epik abidə olaraq nəinki tarix, dil, ədə­biy­yat, psixologiya, fəlsəfə, həm də pedaqogika və mənəvi tərbiyə məsələləri ilə bağlı xeyli ma­te­ri­alları və baxışları özündə əks etdirməkdədir. Qədim oğuzlar xeyli digər aspektlərlə yanaşı, tər­biyədə təsir məsələlərinə geniş yer vermişlər ki, onlar məhz belə təsirin köməyi ilə bö­yü­mək­də olan nəsildə etnik identiklik, milli şüur, milli ləyaqət və milli qürur kimi anlayışları for­ma­laşdırmaq mümkün idi. Təqdim olunmuş məqalədə məhz qeyd etdiyimiz və onlarla bağlı xey­li digər məsələlər təhlil olunmuş, nəzərdən keçiril­mişdir.

Açar sözlər: “Kitabi-Dədəm Qorqud” eposu, oğuzlar, tərbiyəçi, etnopedaqogika, mə­nə­viyyat, tərbiyə, ənənələr, metodlar, nümunə, atalar sözü, rəğbətləndirmə, inam, əməl

 

Methods of moral education in the epic

“Kitaby-Dädem GorkuT

 

Summary

 The article is devoted to the study of methods of moral education in the epic “Kitaby-Dä­dem Gorkut”. In the epic were revealed and considered such methods of educational in­flu­en­ce on children as clarification, training, encouragement, persuasion and reproach. The author pays attention to the special importance of these methods in the formation of moral concepts, be­liefs, feelings and deeds, as well as in the education of national self-awareness, national dig­nity and national pride. Some peculiarities of the use of methods in adolescence are revealed, which transformed into methods of self-education that ensure the commitment of moral acts by the­ir own free will.

Keywords: The epos Kitaby-Dädem Gorkut, Oguz, educator, ethnopedagogics, mo­rals, education, traditions, methods, example, proverbs, encouragement, belief, behavior.

 

Ìåòîäû íðàâñòâåííîãî âîñïèòàíèÿ â ýïîñå

Êèòàáè-Äåäåì Ãîðãóä

 

Ðåçþìå

Êèòàáè- Äåäåì Ãîðãóä”– êàê óíèêàëüíûé ýïè÷åñêèé ïàìÿòíèê, â êîòîðîì ñîäåð­æàòñÿ íå òîëüêî ìàòåðèàëû è âçãëÿäû ïî èñòîðèè, ÿçûêà, ëèòåðàòóðû, ïñèõîëîãèè, ôè­ëî­ñî­ôèè, íî è ïåäàãîãèêå, ïî íðàâñòâåííîìó âîñïèòàíèþ ïîäðàñòàþùåãî ïîêîëåíèÿ. Äðåâ­íèå îãóçû íàðÿäó ñ äðóãèìè àñïåêòàìè, áîëüøîå çíà÷åíèå ïðèäàâàëè âîïðîñàì âîñ­ïè­òà­òå­ëüíîãî âîçäåéñòâèÿ, ñ ïîìîùüþ êîòîðîãî ìîæíî áûëî ñôîðìèðîâàòü ýòíè÷åñêóþ èäåí­òè÷íîñòü, ïîíÿòèå íàöèîíàëü­íîãî ñàìîñîçíàíèÿ, íàöèîíàëüíîãî äîñòîèíñòâà è íà­öè­îíàëüíîé ãîðäîñòè.  ïðåäñòàâëåííîé ñòàòüå ýòè è äðóãèå ñ íèìè ñâÿçàííûå âîïðîñû ñòà­âÿòñÿ âî ãëàâó óãëà àíàëèçà è èçó÷åíèÿ.

Êëþ÷åâûå ñëîâà: Ýïîñ “Kèòabè-Äådem Ãîðãóä, îãóçû, âîñïèòàòåëü, ýò­íî­ïå­äà­ãî­ãè­êà, íðàâñòâåííîñòü, âîñïèòàíèå, òðàäèöèè, ìåòîäû, ïðèìåð, ïîñëîâèöû, ïîîùðåíèå, óáåæ­äå­íèå, ïîñòóïoê.

 

Məsələnin qoyuluşu: “Kitabi-Dədəm Qorqud” eposunun indiyə qədər müx­tə­lif yönlərdən təhlilləri aparılsa da, bizim nəzərdən keçirdiyimiz aspektdə in­cələ­nmişdir. Məhz bu səbəbdən biz “Kitabi-Dədəm Qorqud”da mənəvi tər­bi­yə məsələlə­rini öyrən­miş, problemlə bağlı qənaətlərimizin ümumiləşdiril­mə­si­nə səy göstərmişik.

İşin məqsədi: “Kitabi-Dədəm Qorqud” eposunda gənc nəslin tərbiyə olun­ma­sın­da izah, öyrətmə, rəğbətləndirmə, inam, nümunə və s. kimi tərbi­yə­e­di­ci təsir metod­larının mahiyyətinin açılmasından ibarətdir.

Milli ənənələrə söykənib sələflərin getdiyi yola dəyər verməklə hər bir türk­mən öz xoşbəxt gələcəyinə ümidini daha ürəkdən bağlamaqdadır. Türk­mə­nis­tanda ölkə Prezidentinin təşəbbüsü ilə aparılan pozitiv dəyişikliklər xalqı­mı­zın tarixinin, onun zəngin milli irsinin öyrənilməsi, həm də nəzərdə tut­du­ğu­muz istiqamətdə elmi-tədqiqat işlərinin aparılmasına xüsusi impuls verir.

Məlumdur ki, xalq mədəniyyəti tərbiyəsi hər bir mədəniyyətin əsasını təş­kil etməkdədir. Eyni zamanda bu da nəzərə alınmalıdır ki, heç bir milli dir­çə­liş, heç bir mütərəqqi xalq ənənələrinin yenidən yaradılması tərbiyənin əsil ənə­nələrini, xalq pedaqogikasının ənənələrini hərəkətə gətirib ondan istifadə et­mə­dən mümkün deyildir (5, 5).

Xalq yaradıcılığının öyrənilməsi hər bir xalqın dünya mədəniyyəti xə­zi­nə­sinə hansı dəyərlər verməsi ilə sıx surətdə bağlıdır. Xalq yaradıcılığını öy­rə­nən etnope­daqoq həm də xeyli hallarda onun dirçəlişinə və sonrakı inkişafına kö­mək edir. Pedaqoji mədəniyyət xalq yaradıcılığından daha çox istifadə et­di­yin­dən onu inkişaf etdirməklə, həm də onun özü bu mədəniyyətin tərkib his­sə­si­nə çevrildiyi halda qeyd olunanların hər hansı tarixi-pedaqoji tədqiqatlarda da is­tifadə edilməsinə şübhə yeri qoymur (5, 8).

Türkmən xalqının milli pedaqoji irsinin, adət-ənənələrinin, mənəvi mə­də­niy­yə­tinin öyrənilməsi, həm də eyni zamanda xalqın dünyabaxışlarının inkişaf və transfor­masiyasının öyrənilməsi deməkdir ki, məhz həmin zənginliklər nə­in­ki bizim bu günümüz, həm də xalqın sabahı üçün müstəsna əhəmiyyətə ma­lik­dir.

Türkmən xalqı daim böyüməkdə olan nəslin tərbiyəsinin mahiyyətinə düz­gün qiymət vermiş, onun gələcəyə tuşlanan çətinliklərinin, xoşbəxtliyinin, yük­sək mənəvi dünyasının nədən ibarət olması haqqında doğru-dürüst tə­səv­vür­lər formalaşdırılmışdır. Türkmənlərdə tərbiyə ilə bağlı xeyli zərbi-məsəllər möv­cuddur: “Tərbiyə misilsiz zənginlikdir”, “Uşaq qiymətli daşqaşdır, ondan da qiymətlisi tərbiyədir” və i. a. və s. Bu tipli deyimlər ona görə doğrudur ki, bu­rada söhbət bizim üçün ən mühüm varlıq olan yeni nəslin tərbiyə olun­ma­sın­dan gedir.

Məhz bu rakursdan oğuz eposu olan “Kitabi-Dədəm Qorqud”da yer almış pe­daqoji ideyalar etnik identikliyin formalaşmasında xalq və milli mə­də­niy­yətin inkişafında önəmli əhəmiyyət kəsb etməkdədir. Bunu nəzərə alaraq “Ki­ta­bi-Dədəm Qorqud” eposunda yer almış mənəvi tərbiyə metodlarından bir sı­ra­sına nəzər salaq. Eposdakı mənəvi tərbiyə metodları ilə yaxından tanış ol­duq­da aydın görmək olur ki, əsrlərin sınağından keçmiş bu təcrübə uşaqların mə­nə­vi tərbiyəsində bir sıra priyom, qayda və metodların hazırlanmasında yardımçı ola bilər. Eposun müxtəlif məqamları nəzərdən keçirildikdə biz uşaqlara bir sı­ra tərbiyə metodlarına təsirindən danışa bilərik ki, onların sırasında izahetmə, öy­rətmə, inam, şəxsi nümunə, rəğbətləndirmə, eyham, tənə və s. istifadə olun­du­ğunu görmək mümkündür.

“Kitabi-Dədəm Qorqud” eposunda gənc nəslin mənəvi tərbiyəsinin hə­ya­ta keçirilməsində ən effektli metodlardan biri inam metodudur. İnam tərbiyə me­todu kimi özündə izahetmə (izah) və sübutetmə kimi məqamları əks etdirir ki, (daha doğrusu, bu, elə konkret örnəklərin göstərilməsidir ki) uşaq müəyyən an­layışların, hərəkətlərin, davranışların həyata keçirilməsində tərəddüd və şüb­hə etməsin, tədricən mənəvi təcrübə əldə edib, onu əlində rəhbər tuta bilsin (4, 157).

Eposun “Dirsə xan oğlu Buğac xan haqqında hekayət” fəslində Dirsə xan sat­qınların böhtanlarına qulaq asıb, kamandan ox atmaqla onu yaralayır. Lakin Dir­sə xan bu qırx gəncin məkrini görüb əsir düşdükdə onun bu məkri yadında sax­lamasını yox, atasının satqınlar tərəfindən əsir götürülməsinin bağış­lan­ma­sı­na şərait yaradır:

“Mənim xan oğlum! Qəddini qaldırıb ayağa durarkən

Yanına qırx igidləri çağır

Atanı həmin qırx qəlbsizin əlindən xilas et!

Di, haydı, oğlum!

Atan səni bağışlamasa da, sən onu bağışla” (1, 33).

Belə mənəvi öyrətmənin təəssüratı altında oğul atanın günahlarını ba­ğış­la­yıb düşmən üzərinə hücuma keçir və atasını xilas edir. Nümunədən gö­rün­dü­yü kimi, özündə qəzəb və hiddəti boğmaqla və belə bu nümunəvi davranışla ana öz ərini bağışlamaqla, inam metodunun köməyi ilə oğlunda kiminsə halına yan­ma, bağışlanma, açıqqəlblilik, rəhmgəlmə və s. kimi mənəvi keyfiyyətlər for­malaş­dı­rır ki, onlar mənəvi anlayışların və inamın formalaşması üçün uğurlu zə­min yara­dır. Bu metod insanda ailə və valideynlər qarşısında məsuliyyət his­si yaratmaqla, onun düşüncəsindən qisas və inciklik hissi kimi mənfi halları ara­dan qaldırır.

Xalq pedaqoqları davranışların mənəvi baxımdan düzgün təmin edilməsi üçün onlar tərəfindən yaradılıb təsdiq edilmiş qaydaların düzgünlüyünə və düz­gün olmamasına, ədalətli və ədalətsiz olmasına tam əmin olduqlarını bilirdilər (3, 104). Eposdakı “Qanturalı Qanlı Qocanın oğlu haqqında hekayət” fəslində Qan­lı Qoca evlənməyə hazırlaşan oğlunu qorxutmaq üçün onun nəzərinə çat­dı­rır ki, o, bunu etməmişdən əvvəl üç heyvanla mübarizəyə girməlidir. Belə ol­duq­da oğul atasından inciyərək, ona aşağıdakı kimi cavab verir: “Sən nə de­yir­sən, sən nə da­nışırsan, mənim canım atam? Dediyin şeylərdən qorxan məgər igid­dir? İgid kişini qorxutmaq biabırçılıqdır?..” (2, 65). Oğuz oğulları, qəh­rə­man­ları heç zaman tut­duqları yoldan çəkinmirlər və gənc igidin atasına belə ca­vab verməsi də onu sübut edir ki, o, belə hallarda öz şəxsi mənəvi inamına söy­kə­nir. Belə etik baxışların for­malaşmasına, heç şübhəsiz ki, böyüklərin konkret nü­munələri səbəb olmaqla, gənclərin öyrədilməsinə, onlarda gərəkli vərdişlərin aşı­lanmasına, nələrinsə sübut olunmasına, nələrəsə inamın formalaşmasına kö­mək etdiyi görünür.

Oğuz türklərinin daha çox istifadə etdikləri metodlardan biri də öyüd me­to­dudur.

Öyüd, nəsihət ailə pedaqogikasında daha çox yayılmış priyomlardandır. Epos­da böyüyün kiçiyə, xalq müdrikinin gənclərə, atanın oğula verdiyi öyüd ko­deksinə də xeyli hallarda rast gəlinir. Bu baxımdan eposda Dədə Qorqudun öyüd, nəsihətlərinin, atalar sözü və zərbi məsəllərin böyük rolu vardır. Bu tipli ata­lar sö­zü və zərbi məsəllər adətən emosionallığı və məzmunluluğu ilə se­çil­mək­lə, həm də gənclərin düşüncə və hisslərinə güclü təsir göstərməklə, uzun müd­dət ərzində yaddaşlara həkk olunur, gəncləri daha dərindən düşündürür, on­lardan həyat prak­ti­kasında istifadə etməklə, onların davranış kodeksinə çevrilir. Bundan başqa belə atalar sözü və zərbi-məsəllər, həm də xalq məişəti və dünyabaxışlarının müxtəlif tərəflərini özündə əks etdirməklə, oğuz cə­miy­yə­tin­də sosial-pedaqoji funksiya yerinə yetirir. Qorqud ata belə keyfiyyətləri ilə əsa­sən eposun giriş hissəsində əsil müdrik və xalq müəllimi kimi çıxış edir. Əsər­də atalar sözünün mövzusu həyatın özü qədər zəngin və rəngarəngdir. Mə­sə­lən, “Qonaq gəlməyən qara evlər dağılsa yaxşıdır”, “Qız övladı ana nü­mu­nə­si olmasa, öyüd qəbul etməz” (2, 11).

Dədə Qorqud dinləyici və oxucunun diqqətini məsələnin tərbiyə his­sə­si­nə yö­nəltmək məqsədi ilə həm də pedaqoji baxımdan ən incə metoddan əvvəl mü­ra­ciət formasından istifadə etməklə, atalar sözlərini sadalayır, sonra konkret ha­di­sə­lərin, dastandakı təsvirlərin köməyi ilə məzmuna nəsihətlər əlavə et­mək­lə dedik­lərinin əməli şəkildə dərk olunmasına nail olur. Tərbiyə prosesində be­lə pe­da­qoji yanaşma həm də onu təsdiqləməyə əsas verir ki, Qorqud ata atalar sö­zü və zərbi-məsəllərin köməyindən istifadə etməklə xalq pedaqogikasını ya­rat­mağa nail olur.

Bunu da qeyd etmək səciyyəvidir ki, xalq tərbiyəçiləri həm də afo­rizm­lə­rin çe­şidli pedaqoji kateqoriyalara əlavə edilməsi qayğısına qalırdılar ki, on­la­rın sıra­sında nəsihət, xəbərdarlıq, qınaq, məzəmmət, hətta müəyyən pedaqoji şərt­lər də vardı ki, məhz onların qorunub saxlanılması ilə hər hansı bir işin uğu­ru­nu təmin etmək olardı (4, 156). Məsələn, gənclərdə öyüd kimi tərbiyə me­to­dun­dan istifadə etdikdə onlarda Vətənə məhəbbət, onunla nəfəs alma, onu qo­ru­ma, öz xalqına bağ­lılıq vərdişləri yaratma, insanlarla ülfət bağlama, ailəyə, va­lideynlərinə hörmət etmə və xeyli digər müsbət mənəvi keyfiyyətlər for­ma­laş­dırmaq olar. Bu da ma­raq­lıdır ki, yuxarıda sadaladığımız xeyli keyfiyyətləri biz məhz “Kitabi-Dədəm Qorqud”eposunda tapa bilərik. Əsərdə xalqın düş­mən­lərdən müdafiəsi, Vətənə məhəbbət, vətənpərvərlik mövzusu xüsusi yer tu­tur. Buna görə də burada zama­nın başlıca tələbi də elə gənclərdə qəhrəmanlıq, cə­surluq, iradəlilik kimi keyfiy­yət­lərin tərbiyə olunması başlıca mövqe qa­zan­maq­dadır. Əsərdə göstərildiyi kimi, hər bir özünə hörmət edən igid at çapmağı, ka­mandan ox atmağı, qılınc-qalxanla vuruşmağı, hərb sənətində yer almış mü­hüm keyfiyyətlərə malik olmağı, xalq yo­lunda özünü qurban verməyi, ata-ba­ba­ların qoyduğu yolu, ənənələri ləyaqətlə da­vam etdirməyi bacarmalı idi. Bu­nun­la bağlı Dədə Qorqudun bəzi öyüdlərinə nə­zər salaq: “Atını qurban et­mə­sən, yollar qət edə bilməzsən”. Qara polad qılıncın zərbəsi olmadan, düşməni dəf edə bilməzsən”. Bundan başqa Qorqud ata həm də belə demişdi: “Çətin yol­larda at çapa bilməyən yaraqsız igidin at belinə minməsi, kəsici qılıncla zər­bə vura bilməyən igidin heç zərbə vurması gərək deyil, vurmağı bacaran igid üçün oxla qılıncdan iti uclu köhnə silah yaxşıdır, ata adının şan-şöhrətini şə­rəf­lə daşıya bilməyən oğlun doğulmaması daha yaxşıdır. İnsanı sevindirən, atanın adı­nı şöhrətləndirən oğul olmaq daha yaxşıdır” (1, 13).

Dədə Qorqudun fikrincə igidi onun əliaçıqlığı gözəlləşdirir və yüksəldir. Bu­na görə də dastanda belə bir fikir aparıcıdır ki, əsil oğuz oğlu əliaçıq olmalı, eh­tiyacı olanlara kömək etməli, acların qarnını doyurmalı, kasıbları ge­yin­dir­mə­li, xalq üçün heç nəyi əsirgəməməlidir. Belə nümunələrin biz aşağıdakı öyüd­lərdə daha yaxından şahidi oluruq: “Öz əmlakını qurban verməyən insan özü­nün əlia­çıqlığı ilə öyünə bilməz” (2, 11). “Ac adam gördün – onu yedizdir, gör­dün çıl­paqdır – onu geyindir, gördün borc içində itib-batır – onu belə və­ziy­yət­dən xilas et” (1, 22). “Qonaq gəlməyən qara evlər dağılsa yaxşıdır” (2, 12) və s. və i. və s.

“Kitabi-Dədəm Qorqud”da insanın tərbiyəsizliyi ilə bağlı təsvirlər də ki­fa­yət qədər iti müşahidə və ironik münasibətlə təqdim olunmuşdur. “Kitabın Du­xa qoca oğlu igid Domrul haqqında hekayət” fəslində Domrulun tər­bi­yə­siz­li­yi və mənəmliyi nəinki başqa insanlara, həm də qəhrəmanın özünə ziyan gə­ti­rir. Burada Dədə Qorqud xəbərdarlıq və məzəmmət vasitəsi ilə aşağıdakı tipli öyüd­lər verir: “Qara dağın lap zirvəsinə çatan qədər var-dövlət yığan igid onu çox toplasa da, öz qismətindən artığını yeyə bilməz. Özündən razı insanları Gö­zəgörünməz sevməz, sinəsini yuxarı qaldıran insanın xoşbəxtliyi olmaz” (2, 11).

Elə buradaca bunu da qeyd etmək zəruridir ki, yuxarıda gətirdiyimiz nü­mu­nələr yaşlı nəslin gənc nəslə verdiyi öyüdlərdir ki, onlar tipik olmaqla ya­na­şı, həm də nəsillər arasındakı əlaqələrin mövcudluğuna dəlalət edir.

Eposda mənəvi tərbiyə metodları sırasında həm də rəğbətləndirmə me­to­du mühüm yer tutur ki, onların sırasında bəyənmə, öymə, arzulama, min­nət­dar­lıq, rəğbətləndirmə, vəd vermə və s. priyomlardan istifadə olunur. Uşaq ailədə ye­rinə yetirdiyi işə, hər hansı mənəvi hərəkətə, davranışa görə uyğun dəyər ve­ril­məsini istəyir. Yəni mənəvi tərbiyənin ilkin stimulu kimi öymə və bəyənmə xid­mət edir.

Oğuz övladları lap erkən yaşdan tərbiyənin möhkəmləndirilməsi üçün mü­əy­yən sınaq, insiniasiya ritualını, mərasimini keçməli idi. Hələ lap uşaq­lıq­dan oğuz övladları at çapmaq, qılıncla baş üzmək, aclığa və susuzluğa qalib gəl­mək və s. bacarmalı idilər. Hətta adalma ritualı müəyyən sınaqlardan ke­çil­mə­səydi, mümkün deyildi, yeniyetmə öz fərdi keyfiyyətlərinə və qılıncının gü­cü­nə söykənərək öz qoçaqlığını, cəldliyini nümayiş etdirdikdən sonra özünə ad qa­zanmalı idi. Eposda bu barədə aşağıdakılar yer almışdır: “O vaxtlar ye­ni­yet­mə baş kəsməsəydi, qan tökməsəydi, ona ad verməzdilər” (2, 33).

Yeniyetmələr düşməni əzməyə, öküzə, dəvəyə, başqa heyvanlara qalib gəl­məyə, şirdən cəld və cəsur olmağa məcbur idilər. Yalnız bundan sonra, ye­ni­yetmə­nin xidmətləri dəyərləndirilər, ona ad verilərdi. Ad isə Dədə Qorqud tə­rə­findən verilərdi. O, ad verərkən öymə, rəğbətləndirmə, bəyənmə kimi sti­mul­laş­dırıcı metod­lar­dan istifadə edərdi.

Eposun “Dirsə xan oğlu Buğac xan haqqında hekayət” fəslində Dədə Qor­qud öküzə qalib gəlmiş yeniyetmənin atasına müraciət edərək deyir: “Ey, Dir­sə xan! Ona bəylik ver, ona taxt-tac ver, o, qoçaqdır! Ona uzun boyunlu bə­də­vi atı ver, qoy onu çapsın o, rəşadətlidir! Özünün saysız-hesabsız qo­yun­la­rın­dan ver, qoy onlar onun qidası, yeməyi olsun, o, qoçaqdır!.. Bu yeniyetmə Ba­yan­dır xanın ağ cıdır meydanında öküzə qalib gəldi, qoy sənin oğlunun adı Bu­ğac olsun, ona adı mən verdim, uzun ömrü Gözəgörünməz versin” (2, 16). Nü­mu­nədən göründüyü kimi, Dədə Qorqud yeniyetmənin hərəkətini bəyənir, onu öyür, rəğbətləndirir, xalqın gözü qarşısında ona ad verir və atasından ona la­yiq­li mükafat verməsini tələb edir.

Əsərdə mənəvi tərbiyə metodu kimi müsbət nümunəyə kifayət qədər yer ve­rilir. Şəxsi nümunə (bu əsasən ata və ana nümunəsi olur) milli xalq tərbiyə me­todlarından ən fəalı və radikalı hesab edilir. Ata və ananın mənəvi siması, on­ların ailədə qarşılılqlı münasibəti, Vətən sevgisi, xalqa, yaxınlara hörmət və mə­həbbətlə yanaşma, müxtəlif əşyalara münasibət uşaqlar üçün nümunə ol­maq­la yanaşı, həm də onların şəxsiyyət kimi formalaşmasına güclü təsir gös­tə­rir.

Dədə Qorqud öz öyüdlərində tərbiyəni nümunələr əsasında ortaya qoy­ma­ğı məsləhət bilirdi: “... oğul atasının nümunəsinə söykənmədən qonaqlıq qur­maz, oğul ata üçün iki gözdən biridir: oğul böyüyərkən hamını sevindirirsə, o, ocağın gözüdür” (2, 12) və s. və i. a.

Məlum olduğu kimi, qızıların tərbiyə olunmasında başlıca rolu analar oy­na­yır. Ana öz qızını ağıllı, ləyaqətli gəlin olmağı, sadiq arvad olmağı, təsərrüfat vər­dişlərinə öyrətməli, əsil ana olmağı təlqin etməli, Vətənə, ailəyə, uşaqlara sev­gi hissləri oyatmağa çağırmalı, milli-mənəvi və ictimai şüurun for­ma­laş­ma­sı­na çağırmalı, onu xalq ənənələrinə və adətlərinə hörmətlə yanaşmağa səs­lə­mə­li, ona ləyaqətli qız, arvad və ana olmağı öyrətməlidir. Tərbiyədə qadın nü­mu­nəsini ön plana çəkən Dədə Qorqud deyirdi: “Ana nümunəsi görməyən qız öyüd qəbul etməz” (2, 12).

Qeyd etdiklərimiz bir daha sübut edir ki, demokratik cəmiyyətdəki tər­bi­yə və təhsil heç bir halda xalq pedaqogikasının əsasları nəzərə alınmadan, et­no­pe­daqogikasız effektiv olub öz funksiyasını yerinə bilməz və mövcud ola bil­məz. Xalq pedaqogikası – bu, milli inkişaf pedaqogikasıdır, yüksəliş, dirçəliş pe­daqogikasıdır ki, bu, həm də etnik özünütərbiyə pedaqogikası olub, xalq öv­la­dının əsil vətənpərvər şəxsiyyət yaratma imkanı olmaqla, yüksək milli məğ­rur­luq hissi və insan ləyaqəti hissi yaradan pedaqogikadır (5, 168).

Beləliklə, qeyd etdiklərimiz bir daha sübut edir ki, “Kitabi-Dədəm Qor­qud” eposu xalq tərbiyəsinin mühüm mənbəyidir. Milli varlığımızda yer almış bu tipli etnopedaqoji ideyalar diqqətlə öyrənilməklə, böyüməkdə olan nəslin tər­biyəsində geniş istifadə edilməlidir.

 

İşin elmi nəticəsi: Yuxarıda söylənilənləri və nəzərdən keçirilib öy­rə­nil­miş materiallara söykənərək qeyd etmək olar ki, “Kitabi-Dədəm Qorqud” epo­sun­da mənəvi tərbiyə məsələri mühüm əhəmiyyət kəsb etməklə yanaşı, həm də onun bir sıra xüsusiyyətləri mənəvi tərbiyə metodu kimi diqqəti cəlb et­mək­də­dir:

-       qədim oğuzlar mənəvi tərbiyədə izahetmə, öyrətmə, rəğbətləndirmə, inam, nümunə, hədə və s. kimi metodlardan istifadə etmişlər;

-       mənəvi tərbiyə metodlarının köməyi ilə yeniyetmə və gənclərdə inam hiss, davranış kimi mənəvi anlayışlar tərbiyə olunmuşdur;

-       yalnız yüksək mənəvi keyfiyyətli və böyük nüfuz sahibi olan tərbiyəçi bu metodların tərbiyəedici gücündən effektiv istifadə edə bilər;

-       oğuzlar mənəvi tərbiyə metodlarının köməyi ilə böyüməkdə olan nə­sil­də etnik identiklik və milli şüur, milli ləyaqət və milli məğrurluq kimi an­la­yış­lar formalaşdırmışlar;

-       mənəvi tərbiyə metodlarının vasitəsilə yaşlı nəsil gənclər üçün mə­nə­vi-həyati prinsiplərin yaradılmasını ortaya qoymuşlar;

-       yeniyetməlik yaşında mənəvi tərbiyə metodundan həm də özü­nü­tər­bi­yə metodları kimi istifadə olunmuşdur;

-       yuxarıda qeyd edilmiş bu metodlar mənəvi davranışların həm özü öz­lü­yündə, həm də fərdi iradə və davranışlar hesabına təmin olunmuşdur.

Beləliklə, “Kitabi-Dədəm Qorqud” eposunda qədim oğuzların istifadə et­dik­ləri mənəvi tərbiyə metodları gənc nəslin yetişməsində müsbət rol oynamış, uşaq­ların inkişafında milli şüurun, milli ləyaqətin və milli məğrurluğun for­ma­laş­masına necə təsir etməsi əsərdən gətirilən nümunələr əsasında sübuta ye­ti­ril­miş­dir.

Tətbiqi əhəmiyyəti: “Kitabi-Dədəm Qorqud” eposunda yer almış müd­də­a­lar­dan pedaqoji və psixoloji aspektlərdə, mənəvi tərbiyə ilə bağlı iş­lə­mə­lər­də, tədris prosesində istifadə edilməsi təhsilin səmərəliliyinə nəzərə çarpacaq də­rəcədə kömək edə bilər.

Elmi yeniliyi: “Kitabi-Dədəm Qorqud” kimi monumental epik abidənin nə­inki türkmən pedaqogikaşünaslığında, həm də digər türk xallarının pedaqoji və tərbiyə sahələrdə aparılacaq işlərin sistemli şəkildə həyata keçirilməsinə və ye­ni tədqiqatların ortaya çıxmasına impuls verə bilər. Məqalənin elmi yeniliyi ey­ni zamanda həm də onunla şərtlənir ki, eposda nəzər salınmış mənəvi tərbiyə is­tiqa­mətləri ilk dəfədir ki, belə bir kontekstdə təhlil obyekti kimi çıxış edir.

 

Ədəbİyyat

1.  Kitaby Dädem Gorkut. ─ Aşgabat :Türkmen döwlet neşirýat gullugy, 2015,  269 s.

2.    Êíèãà ìîåãî Äåäà Êîðêóòà. Îãóçêèé ãåðîè÷åñêèé ýïîñ. Ïåðåâîä   àêà­äå­ìè­êà Â.Â. Áàðòîëüäà. Ìîñêâà-Ëåíèíãðàä, Èçäàòåëüñòâî Àêàäåìèè íàóê ÑÑÑÐ. 1962, 268 ñ.

3.    Ïèðëèåâ Ã.Etnopedagogika we häzirki zaman terbiýesi. Àşgabat. Ìàãàðûô, 1995, 479 s.

4.    Èçìàéëîâ À.Å. Íàðîäíàÿ ïåäàãîãèêà: ïåäàãîãè÷åñêèå âîççðåíèÿ íà­ðî­äîâ Ñðåäíåé Àçèè è Êàçàõñòàíà. Ìîñêâà. Ïåäàãîãèêà, 1991, 252 ñ.

5.    Âîëêîâ Ã.Í. Ýòíîïåäàãîãèêà . Ìîñêâà. Àêàäåìèÿ. 1999, 169 ñ.

 

Çapa tövsiyə edən: Fil.ü.e.d. Ramazan Qafarlı