Folklorşünaslıq: problemlər, tədqiqlər
Fikrət Türkmən
Filologiya üzrə elmlər doktoru, professor
Ege Universiteti, Türkiyə
GÜLÜŞ NƏZƏRİYYƏLƏRİ
Xülasə
Lətifəyə, yumora, satiraya yaxın olan daha bir növ var ki, o da mizah adlanır. Mizahla bağlı nəzəriyyələrin heç biri bütövlükdə mizahı və gülməyi tam ifadə etmir. Buna görə də o, birdən çox prinsipə əsaslana bilir və ya nəzəriyyələr birləşdirilməyə çalışılır. Bu üç əsas nəzəriyyə “üstünlük, uyğunsuzluq və rahatlama” nəzəriyyələridir.
Məqalədə bu nəzəriyyələrin əsas müddəaları, ortaya çıxmaları, haqlı və haqsız tərəfləri və təmsilçiləri haqqında qısa məlumat veriləcəkdir.
Açar sözlər: mizah, gülüş, yumor, zarafat, üstünlük, uyğunsuzluq, rahatlama, nəzəriyyə
THE THEORIES OF HUMOR
Summary
There is also a kind that close to the joke,
humor, satire that is called mizah (humor). The theories dealing with the humor
don’t fully express humor and laughter. That’s why it can be based on the more
than one principles or the theories are tried to be join. The main three theories
are: preference, discrepancy and relief.
In the article the short information will be
given about the basic provisions, their emerging, right and wrong sides.
Key words: humor, laugh, joke, preference,
discrepancy, relief, theory
ÒÅÎÐÈÈ ÑÌÅÕÀ
Ðåçþìå
Ñóùåñòâóåò åùå îäèí âèä ñõîæàÿ ñ àíåêäîòîì, þìîðîì è ñàòèðîé ñ íàçâàíèåì ñìåõà. Íå îäíà òåîðèÿ ñâÿçàííàÿ ñî ñìåõîì, â öåëîì äî êîíöà íå âûðàæàåò. Ïîýòîìó îí ìîæåò îïèðàòüñÿ íà ìíîæåñòâî ïðèíöèïîâ, èëè æå ñòàðàåòñÿ âîññîåäèíèòü òåîðèè. Ýòè òðè îñíîâû, «ïðåèìóùåñòâî, íåñîîáðàçíîñòü è óñòðàèâàòü» ÿâëÿþòñÿ òåîðèÿìè.
 ñòàòüå áóäóò äàíû êðàòêèå ñâåäåíèÿ îá îñíîâíûõ ïîëîæåíèÿõ ýòîé òåîðèè, èõ ïîÿâëåíèÿ, òàê æå áóäóò âûÿâëåíû èõ èñòèííûå è íåâåðíûå ñòîðîíû, è ðàññêàæóò îá èõ ïðåäñòàâèòåëÿõ.
Êëþ÷åâûå ñëîâà: ñìåõ, þìîð, øóòêà, ïðåèìóùåñòâî, íåñîîáðàçíûé, óñòðàèâàòü, òåîðèÿ
Əsas mizah nəzəriyyəsi. İndiyə qədər mizahın, komikliyin ya da gülüşün tam şəkildə nə olduğu və haradan gəldiyi haqda qaneedici cavab verən və əhatəli nəzəriyyə irəli sürən olmamışdır. Bir çox alimlər, filosoflar, psixoloqlar, ədəbiyyatçılar, antropoloqlar, pedaqoq və dilçilər bu mövzuda fikir və mülahizələrini irəli sürmüş, fəqət heç biri sanballı bir nəzəriyyə yarada bilməmişlər. Bu səbəblə də mizahın tam şəkildə nə olduğu müəyyən edilməmişdir. Ona görə də mizahın yerinə daha çox “gülmək” anlayışı öyrənilmiş, hətta “gülüş” mizahın, bir növ, göstəricisi olaraq qəbul edilərək onun ortaya çıxması və səbəbləri araşdırılmışdır. Buna görə də bəzən mizah nəzəriyyələri, bəzən də “gülmək” nəzəriyyələri anlayışı istifadə edilir. “Gülmək” və ya mizah nəzəriyyələrinə yönəldilən digər bir tənqidi baxış isə mizahın tam olaraq nə olduğu, necə təyin olunduğu və təməlində nələrin yer aldığından ziyadə mizahı və gülüşü ortaya çıxaran səbəblər və şərtlərlə bağlıdır.
Bəzi alimlərin mizah, gülmək və komiklik haqqındakı görüşləri bir-birindən tamamilə ayrı ikən, bəzilərininki bir-birinə daha yaxındır. Bu görüşləri və fikirləri bütövlükdə üç əsas nəzəriyyədə cəmləşdirmək mümkündür:
Üstünlük;
Uyğunsuzluq (ziddiyyət);
Rahatlama.
XX əsrdə bir çox nəzəriyyələr irəli sürülmüşdür. Bu nəzəriyyələr müxtəlif adlarla adlandırılsa da, hamısı bu üç əsas nəzəriyyənin altında toplanır. Bununla yanaşı, mizahla bağlı nəzəriyyələrin heç biri bütövlükdə mizahı və gülməyi tam şəkildə ifadə etmir. Buna görə də o, birdən çox prinsipə əsaslana bilir və ya nəzəriyyələr birləşdirilməyə çalışılır. Bu da bəzi fikirlərin hansı nəzəriyyə qrupuna daxil edilməsi ilə bağlı sual doğura bilər.
Bu üç əsas nəzəriyyə “üstünlük, uyğunsuzluq və rahatlama” nəzəriyyələridir. Aşağıdakı bölümlərdə bu nəzəriyyələrin əsas müddəaları, ortaya çıxmaları, haqlı və haqsız tərəfləri və təmsilçiləri haqqında qısa məlumat veriləcəkdir.
Üstünlük nəzəriyyəsi qrupu
“Gülüş” nəzəriyyələrinin ən qədimi olan üstünlük nəzəriyyəsinin bünövrəsi antik dövrə qədər gedib çıxır. Nəzəriyyə antik dövrün ən qabaqcıl alimlərindən olan Platon və Aristotellə başlayır. Bu iki filosof komikliyin ilk nəzəriyyəçiləri hesab edilirlər. Tarix boyunca bu nəzəriyyə özünə çoxlu tərəfdaşlar tapmışdır.
Platon gülüşün özündə özünü tanımamaq olduğunu söyləyir. Bir insan özünü digərlərindən daha üstün hesab etdiyi zaman gülür, beləliklə, onu təhqir edir. İkincisi isə vəziyyətin şüurlu şəkildə olmasa da, bir adamın özünü bilməməsinin yaratdığı komikliyə gülür.
Aristotel “Poetika” əsərində gülünclüyü zərər verməyən xəta və ya çirkinlik olaraq görür, lakin gülməyi tamamilə mənfi şəkildə dəyərləndirmir. Ruh haqqındakı psixoloji yazısında isə gülməyi insanı heyvanlardan ayıran əsas bacarıq şəklində izah edir. Gülmə və komikliyi qəbul etmə bacarığı insanın öz kimliyini formalaşdırmaqda açar rolu oynayır.
Orta əsrlərdə və Renesans dövründə “komiklik, mizah, gülmək” mövzularında yeni və təsirli bir əsər yazılmamışdır. Onsuz da orta əsrlərdə təsirli olan xristianlıq təlimində gülüş müsbət qəbul edilməmişdir, buna görə gülməklə bağlı nəzəriyyəyə aid əsər yazmağa ehtiyac da olmamışdır. Sadəcə Renesans dövründə italyalı Ludovik Kastelvetro Aristotelin “Poetika”sına şərh yazarkən bu mövzuya da müraciət edmiş və gülməyin dörd səbəbindən bəhs etmişdir:
1. Adət-ənənələrin gözardı edilməsi, dəlilik, sərxoşluq;
2. Elmi və sənəti saymamaq, cəhalət, kibir, özü haqqında yüksək fikirdə olmaq;
3. Qəsdən yanlış hərəkət etmək, ağıllı cavab;
4. Təsadüf, aldatma.
XVII əsrdə yaşayan ingilis filosofu və siyasətçisi Tomas Hobbes isə mizahda üstünlük nəzəriyyəsinin öncüllərindən hesab edilə bilər. Xüsusilə, o, “Levitan” (1651) adlı əsərində gülməklə bağlı olduqca önəmli və əsrlər boyu digər alimlərə təsir edən mülahizələr irəli sürmüşdür. “Ani bir zəfər gülmə adlanan üz ifadəsinə səbəb olan ehtirasdır. Bu da ya onları məmnun edən ani bir etiraz tərəfindən, ya da xarab olan bir şeyin başqa bir şey kimi qavranılmasından, özünü qəflətən alqışladıqları bir qarşılaşdırmadan qaynaqlanır. Bu vəziyyət daha çox özlərinin heç bir bacarıqlarının olmadığının fərqində olub başqalarının qüsurlarını izləməklə özlərini daha yüksəkdə görməyə çalışanlara məxsusdur”. Hobbesə görə, bir insan özünü digərlərindən üstün hiss etdikdə onların qüsurlarını görüb öz vəziyyətinin onlardan daha yaxşı olduğu nəticəsinə gəldiyi zaman gülür.
Üstünlük nəzəriyyəsinin digər bir müdafiəçisi ingilis filosofu və sənətçisi Antoni Ludoviki gülüşün insanın qədim zamanlardan bu günə qədər gələn bir davranışı olduğunu söyləyir. Gülüşün bir dava nəticəsində meydana gəldiyi fikrinə qatılır və dişlərini göstərməyin gülməkdəki fiziki cəsarətin bir göstəricisi olduğunu iddia edir. Yəni insan qarşısındakının gücsüzlüyünə, fiziki qüsurlarına və ya fiziki rahatsızlıq verən vəziyyətinə gülür. Bu bir mənada ibtidai (primitiv – Q.Şəhriyar) gülüş kimi dəyərləndirilə bilər. Xüsusilə uşaqlarda və zəka səviyyəsi aşağı olanlarda bu hal sıx müşahidə olunur. Bu, insanın daxili instinktinə söykənən bir gülməkdir, lakin bununla yanaşı, demək olar ki, hər insanı güldürməyi bacarır. Bu nəzəriyyə, xüsusilə səssiz film dövründən Laurel və Hardinin yıxıldığı, sürüşdüyü və döyüş filmlərinin uğurunu izah edir. Təlim və tərbiyə ilə bu aqressiv (təcavüzkar – Q.Şəhriyar) və təhqiredici gülüş qismən arxa plana keçir və arzu olunmayan gülüş pozisiyaya daxil olur.
Uşaqların da adətən başqalarının xətalarına, zəifliyinə və ya əlilliyinə güldüyünu bilirik. Onlarda bu tərz gülüş olduqca erkən dövrlərdə başlayır. Onların komik gördüyü ilkin vəziyyətlər ancaq öz fiziki bacarıqlarını tam qavradıqları və ustalaşdıqları zaman ortaya çıxır. Başqalarının xətalarını və zəifliklərini görməyə başlayır, xüsusilə özlərinin bacardığı, amma digər uşaqların edə bilmədikləri işlər onları üstün hiss etdirir və güldürür.
Zamanla bu gülüş təhsil aldıqca məhdudlaşır və cəmiyyət arasında qəbul edilməz hala gəlir və uşaqlar yaşları böyüdükcə fərqlı şeylərə də gülməyə başlayırlar. Üstünlük nəzəriyyəsinə uyğun gələn bu təcavüzkar gülüş zamanla insanların təhsili və zəkasının artması ilə bərabər istehzaya çevrilir və daha üstüörtülü, tərbiyəli bir hal alır. Fəqət geniş kütlələr tərəfindən bəyənilməsi və ya daha uyğun bir şəkildə ifadə edilməsi onu yüksək səviyyəli gülüş etmir, hələ də gülüşün ən arzuolunmayan və bəzən zərərverici olanı olaraq qalır. Buna görə də Hobbes belə üstünlük nəzəriyyəsinə uyğun gələn gülüşə çox böyük dəyər vermir və: “Ona görə də başqalarının qüsurlarına gülmək qorxaqlığın göstəricisidir. Böyük zehinlərin doğru işlərindən biri digərlərini təhqirdən qorumaq, onlara yardım etmək və özlərini sadəcə ən bacarıqlı olanlarla müqayisə etməkdir” deyir.
Albert Rapp döyüşməkdən gözləri göyərmiş, ağır yaralı olan birinin belə gülüş mövzusu ola bildiyini və bu vəziyyətə düşən insanların da özlərinə gülünəcəyi qorxusu daşıdığını söyləmişdir. Gülünən şəxs zaman-zaman hörmət və mərhəmət duyğusu ilə qarşılaşdığını düşünsək, ona yardım etmək, onun qorxusunu azaltmaq üçün güldüyümüz kimi qəbul edir və buna öz təbirincə “şən mizah” deyir. Yəni “sevgi ilə yumşaldılmış istehza” adını verir. Məsələn, istehza bir uşağa yönəldiləndə mülayim əylənmə ortaya çıxır, çünki burada şəfqət də vardır, çünki istehzanın çox müxtəlif şəkilləri vardır. Bunlardan biri də özümüzün özümüzlə etdiyimiz istehzadır. Bu istehzanın təməlindəki duyğu hər hansı bir vəziyyətimizin rəsmidir. Özümüzə güldüyümüz zaman sanki iki üzümüz (gülən/gülünən) bir-birindən ayrılmış vəziyyəti təsvir edir. Rappa görə, gülməyi doğuran, lakin əylənmə üzərində qurulmayan vəziyyətlər, axmaqlıqlar, cinaslar da üstünlük nəzəriyyələri ilə izah edilə bilər.
Məşhur fransız filosofu Henri Berqsonun gülmə nəzəriyyəsi qismən də olsa, üstünlük nəzəriyyəsinə aiddir. Berqson mizahın və gülmənin sosial sferası üzərində diqqətini cəmləyir. “Cəmiyyət fərdlərdə görünən ruh və ya xarakterin sərtliyini istəmir, onu aşağı və gülünc görür. Bu sərtliyin qarşısını almaq və ya tamamilə yox etmək istəyir, cəmiyyət üçün yararlı dəyişkənliyə qovuşmaq istəyir”. Gülməkdən cəza olaraq istifadə edir. “Gülüş, hər şeydən əvvəl, bir düzəlişdir. Utandırmaq üçün var olduğuna görə gülünən şəxs üzərində mənfi təəssürat buraxmalıdır. Cəmiyyət şəxsin özünə qarşı hörmətsiz davranışların intiqamını gülüşlə alır. Gülüş içərisində rəğbət və xeyirxahlıq nümunəsi daşısa idi, məqsədinə çatmazdı”. Berqsonun nəzəriyyəsi gülüşün sosial nəzəriyyəsi olaraq dəyərləndirilə bilir, lakin onun nəzəriyyəsində əsas rol oynayan mexaniki sərtliklə yaradıcı dəyişkənlik arasındakı uyğunsuzluğu da tamamilə unutmaq yanlış olar. Ona görə də bu nəzəriyyə həm uyğunsuzluq, həm də üstünlük nəzəriyyəsi çərçivəsində yer almalıdır.
Nəticədə, söyləyə bilərik ki, üstünlük nəzəriyyəsi olduqca geniş yayılmış bir nəzəriyyədir və demək olar ki, hər ölkədə bir çox tərəfdaşları vardır. Özünü üstün görməli, digər tərəfdən də öz qüsurlarının fərqində olmalıdır. Bu məqamda deyə bilərik ki, üstünlük-əksiklik üzərinə qurulmuş mizah nəzəriyyəsi ancaq gülüşün və mizahın bəzi anlarını əhatə edir. Xüsusilə, gülüşün instinktiv tərəflərinə yönəlmiş vəziyyətlərdə təsirli olur. İstehza və ironiyanın istifadə olunduğu növlərdə də nəzəriyyə işə yaraya bilər, lakin absurt mizah, nükte[1] kimi fərqli mizah vəziyyətlərində komik olanı açıqlamağa yetmir, etibarlılığını itirir. Gülüşün bütün şəkilləri göz önünə gətirildiyi zaman üstünlük nəzəriyyəsinin hər gülüşü izah edə bilmədiyinin şahidi oluruq. Xüsusilə absurd mizah, ya da kəlmə oyunları kimi heç kimsəyə bilərəkdən hücum etməyən növlər tamamilə nəzəriyyədən kənarda qalır. Düşündürücü mizah növləri, məsələn, nüktelər də, çox güman ki, bu nəzəriyyə ilə açıqlana bilməz. Öz-özünə yönəlik mizahı da bu nəzəriyyə ilə açıqlamaq çətindir, bəzi tədqiqatçılar bu gülüşü, mənliyimizə başqa birinə baxa bilməyimizlə açıqlayır. Özünə aid qədim fotoşəkillərə gülən insanın ikinci mənliyi ilə eyniləmədiyi iddia edilə bilər. O halda özümüzü əvvəlki halımıza və vəziyyətimizə görə daha üstün hesab edə bilərik və öz-özümüzə gülə bilərik. Bu, öz daxilinə yönəlik bir gülüşdür.
1.2. Uyğunsuzluq (ziddiyət) nəzəriyyələri qrupu
İkinci əsas nəzəriyyə olan uyğunsuzluq nəzəriyyəsi bir baxıma üstünlük nəzəriyyəsinə qarşı fikir olaraq ortaya çıxmışdır. Bir tərəfdən uyğunsuzluq nəzəriyyəsinin başlanğıcını yenə antik dövrdə aramaq xətalı olmaz. Platon “Filebos” adlı əsərində ruhun içərisindəki iki qarşı fikrin birləşməsinin komediyanın təməli olduğundan bəhs edir. Komediyanın içərisində özünəməxsus şəkildə xeyirxahlıqla məkrlilik, zövqlə qeyri-məmnunluq və zövqlə acı birləşir. Aristotel “Ritorika”da bu fikirlərə bənzər mülahizələr irəli sürür. Gülüşün hər dəfəsində birini hədəf alan təcavüzkar gülüş olmaq məcburiyyətində deyil, gülüşün müəyyən nizamsızlığa bir reaksiya ola biləcəyini iddia edir. Bu iki dahi uyğunsuzluq üzərində daha çox durmamış, amma uyğunsuzluq nəzəriyyəsinə uyğun gələn fikirlərin əsasını qoymuşlar. Uyğunsuzluq nəzəriyyəsinin həqiqi qurucuları və dəstəkləyiciləri, ancaq əsrlər sonra ortaya çıxmışdır.
Uyğunsuzluq nəzəriyyəsinin iki əsas qolunun tərəfdaşları arasında Emanuel Kant və Artur Şopenhauerin adı çəkilir. Kantın estetik görüşləri komiklik və mizah üçün olduqca önəmlidir. Kant uyğunsuzluq nəzəriyyəsinə riayət edərək gülmənin ilk həqiqi fəlsəfi açıqlamasını irəli sürür: “İnsanı ürəyi gedənə qədər gülmək tuta bilər. …Bu, gülünc bir şey olmalıdır. Gülüş yıxılan bir ümidin heçliyə doğru ani dəyişimindən doğulan bir duyğudur”. Kantın dediyinə görə, burada inkişafı gözlənilməz vəziyyətdən ayırmaq lazımdır, lakin belə vəziyyətlərdə gülüş deyil, kədər doğur. Uyğunsuzluğu fərq edən zehin çaşır və bu çaşqınlıq kəşfə qarşı reaksiya olaraq gülməyi ortaya çıxarır. Gülüş bir növ zehni duyğu və həyəcan olaraq dəyərləndirilir.
Şopenhauer Kantın gülüşlə bağlı fikirlərini dərinləşdirib mizah və komiklik əsasında genişlətmişdir. İnsanların duyğularla bağlı anlayışları ilə mücərrəd düşüncələrə dayanan anlayışlar arasındakı fərq və uyğunsuzluq Şopenhauer üçün açar rolu oynayır. Ona görə insanlar bir şeyin mənası və onun qavranılması arasındakı fərqdən qaynaqlanan və gözlənilməyən bir çaşqınlıqla qarşı-qarşıya qaldıqları zaman gülürlər. Gülüş o mənada müəyyən bir çaşqınlığın ardından gələn fiziki hərəkətə çevrilən zehni reaksiya hesab edilə bilər. Bünövrəsində zehnin kəşf etdiyi bir məntiqsizlik, uyğunsuzluq, nizamsızlıq yatır.
Şopenhauer əsasında sadəcə gülməklə deyil, ümumiyyətlə, insanların gülüş və sevinc qaynaqları ilə maraqlanır. Bir filosof olaraq insanların düşünmə tərzi, nizamlı, sağlam ruhi vəziyyəti və xoşbəxtliyi üzərində cəmlənir. Bu sağlam ruhi vəziyyətə qovuşub onu itirməməyin əsas nöqtələri arasında “ciddi xarakter, bacarıqlı beyin, xoş temperament, nəşəli ruh və sağlam bədən” sayılır. Bu şəkildə Şopenhauerə görə, nizamlı ruhi vəziyyətə qovuşub xoşbəxtlik mərtəbəsinə yetən bir insan, hər şeydən əvvəl, tolerant olmalı, yəni bir pillə aşağı səviyyədə görünən “gülünc olanı” da xor görməməlidir. Şopenhauer bu məqamda gülməyi həyatının önəmli məqamlarından biri olaraq müdafiə edir və xüsusilə də üstünlük nəzəriyyəsi tərəfdaşlarına qarşı çıxır.
Şopenhauerə yaxın olan Soren Kyerkeqor da komiklik, mizah və ironiya ilə maraqlanmışdır. Şopenhauerin həyata baxışını, yəni estetik, etik və dini baxışını komiklik çərçivəsində yenidən şərh etmişdir. Kyerkeqor gülüş və mizahdan daha çox ironiya üzərində dayanmışdır. İroniya və mizah onun üçün insanın öz kimlik axtarışında önəmli amillər sayılır. Kyerkeqor üçün uyğunsuzluqlar Şopenhauerdə olduğu kimi həqiqi və zehni anlayışlar arasındakı uyğunsuzluqlar deyildir. O, daha böyük uyğunsuzluqlardan bəhs edir, onun üçün həyatın bütünlüyü ilə həyatın bir qisminə baxışı, zaman ilə sonsuzluq, həqiqət ilə fikir, təbiət ilə tanrı arasındakı qarşılaşdırmalar daha böyük, hətta həyati əhəmiyyətə malikdir. Şopenhauerin həyata baxışlarına yaxın bir paralellik içərisində insan varlığının üç mərhələsindən – estetik, etik və dini mərhələdən bəhs edir. Bu üç mərhələ ard-arda gəlmək məcburiyyətində deyil, lakin aralarında keçidlər mümkündür. Bu keçidləri təmin edən ünsürlər ironiya və mizahdır. İroniya estetik baxış mövzusunda şübhə oyandırır, etika istiqamətində yönləndirir. Mizah etik baxışın dəyərlərini sonsuzluq miqyası çərçivəsində keçici olaraq dəyərləndirir və dini mövqeyə yönləndirir. Gülmə Kyerkeqor üçün insanı azad edən, yeganə istənilməsi lazım olan bir şeydir: “Göyün yeddi qat yuxarılarına çəkildim. Tanrılar orada sıra ilə düzülüb otururdular. Mənə xüsusi lütflə bir arzu etmək imtiyazı verildi. “Nə arzu edirsən? Gənclik, gözəllik, güc, uzun ömür, ən gözəl bakirəni, yoxsa sandığımızda olan başqa nemətlərdən birini? Yalnız birini seçməlisən!” Bir anlıq çaşıb qaldım. Sonra tanrılara bu şəkildə xitab etdim: “…diləyim sadəcə budur ki, qəhqəhə həmişə yanımda olsun”. Tanrılardan heç biri bir kəlmə də söz demədi, hamısı gülməyə başladı. Bundan diləyimin qəbul edildiyi nəticəsinə gəldim və anladım ki, tanrılar özlərini zərifliklə necə ifadə edəcəklərini bilirdilər, zira ciddi bir rəftarla “Diləyin qəbul oldu” demək onlara yaraşmazdı”. Kyerkeqor gülməyə olduqca yüksək dəyər verir, hətta bir növ fövqəladə xüsusiyyətləri ona şamil edir. Mizah və gülüş insanın inkişaf etməsi üçün gərəklidir.
Uyğunsuzluq nəzəriyyəsinin psixoloqu olan Paul Mak Gi də komikliyin, gülüşün və mizahın insanların inkişaf etməsindəki əhəmiyyəti üzərində durur. Piaget məktəbinə bağlı psixoloq Mak Gi mizahı və gülməyi uyğunsuzluq çərçivəsində qavrayır. Bir insanın mizahi inkişafı zəkasının formalaşması ilə paralel gedir. Mizahın bünövrəsində insanın inkişafına görə müəyyən bir uyğunsuzluq yatır, ilk olaraq cisimlə onun görüntüsü arasındakı, qarşıda cism və onun dil səviyyəsindəki şifahi təmsili arasındakı uyğunsuzluq təsirli olmağa başlayır. Son olaraq Mak Gi yeniyetmə insanın psixoloji inkişafına və mərhələsinə görə mizahın inkişafı sxemini əmələ gətirir.
Uyğunsuzluq nəzəriyyəsinin bir başqa tərəfdarı və təmsilçisi Henri Berqson da insanların zehinlərində yaranan uyğunsuzluqlar üzərində dayanır. Berqsonun sosial təməllərə söykənən nəzəriyyəsi daha əvvəl deyildiyi kimi həm üstünlük, həm də uyğunsuzluq nəzəriyyəsinin ünsürlərini ehtiva edir. Cəmiyyət ona mənsub olan fərdlərinin ruhunda və xarakterində sərtlik, inadkarlıq istəmir. Bunu tənqid edir və gülünc qarşılayır. Bu vəziyyətin qarşısını almaq və daha nümunəvi, daha tolerant bir cəmiyyət yaratmaq istər. Bunu edərkən də cəza vasitəsi kimi gülməkdən istifadə edir. Berqsona görə, gülüş, hər şeydən əvvəl bir düzəltmə (tərbiyə – Q.Şəhriyar) hərəkətidir. Utandırmaq gülünən şəxsi o hərəkəti, davranışı və ya duyğunu bir daha göstərməmək yönündə tərbiyə edir. Buna görə də gülüş gülünən şəxs üzərində düzəldici (tərbiyəedici – Q.Şəhriyar) bir rol oynayır. Cəmiyyət şəxsin ona edilən hörmətsizliyi gülüş ilə cəzalandırır. Gülüşdə rəğbət və xoşməramlılıq nişanəsi olsaydı, gülüşün bu funksiyası olmazdı. Əgər Berqsonun fikirlərinə bu nöqteyi-nəzərdən baxılsa, o, gülüşün sosial nəzəriyyəsidir deyilə bilər.
Alman fəlsəfə profesoru Helmut Plesner də gülüş və mizahı ağlama və faciə ilə bir-birini tamamlayan ziddiyət əlaqəsində görür. “Gülmək və ağlamaq” adlı əsərində komik olanı yaradan uyğunsuzluğu və qarşıdurmanı sadəcə insanların zehnində görmür. Bu uyğunsuzluğu təbii ilə ruhi arasındakı dilemmada görür. İnsanların həm ruhu, həm də bədəni vardır. İnsanın ruhu o bədəni sanki başqa bir şeymiş kimi izləyir, lakin insan eyni zamanda o bədənin özüdür. Bu vəziyyət, Aristotelin də dediyi kimi, insanı digər heyvanlardan ayırır. Plesnerə görə, bu dilemmanın içərisində onsuz da əsas uyğunsuzluq gizlənir. Gülüş onun üçün bir cəza deyil, daha çox insanların qarşılaşdıqları bu vəziyyətə bir reaksiyadır. İnsanların həyat boyunca qarşılaşdıqları həqiqət ilə ideal olan norma, ictimai qanun arasındakı münaqişə komikliyin daxilində mövcuddur. İnsanlar onun fərqinə vardıqları zaman gülürlər. Ağlama isə o qarşıdumanın qaranlıq üzünü təmsil edir, gülüşün eyni mənbədən çıxan həm bir-birinə bağlı cütlüyü, həm də ziddi sayılır.
Göründüyü kimi, uyğunsuzluq nəzəriyyəsinin təmsilçiləri mizahın, xüsusilə zəka ilə bağlı olmasını vurğulayır. Mizahın insanların üstün hisləri ilə deyil, onların idrak gücləri ilə, anlayış qabiliyyətləri ilə və zehni təfəkkürlə bağlı olduğunu söyləyirlər. Buna görə də mizahı çox vaxt ağıllı insanların etdiyi, xoşlandığı və anlaya bildiyi bir imtiyaz olaraq hiss edirlər. Uyğunsuzluq nəzəriyyəsi bəzən üstünlük və ya qarşıda söz açacağımız rahatlama nəzəriyyəsi ilə də bağlıdır. İki, hətta üç nəzəriyyədən nə isə götürüb birləşdirən və qarşıda söz açılacaq olan bəzi “yeni” mizah nəzəriyyələri də xüsusilə ağıllı mizahı, nükteni və s. uyğunsuzluq nəzəriyyəsi ilə bağlantılı olaraq qavrayırlar.
1.3. Rahatlama nəzəriyyəsi
Əsas nəzəriyyələrdən üçüncüsü olan rahatlama nəzəriyyəsi digərlərinə görə daha yaxın dövrdə ortaya çıxmışdır. Ümumilikdə psixoanalizlə çuluğlaşmasına baxmayaraq, psixoanalizdən əvvəl də ifadə edilmişdir. Bu ilk dəfə Rene Dekart tərəfindən dilə gətirilmişdir. Dekart insanların hər hansı bir pis əməllə qarşılaşdıqları zaman və bu pis əməldən zərər gəlməyəcəyini anladıqları zaman güldüklərini söyləyirlər. Burada gülüş qurtuluşun təmin etdiyi rahatlığın və müəyyən çaşqınlığın nəticəsində meydana gəlir.
Bu fikirləri daha sonra xüsusilə
ingilis sosioloqu Herbert Spenser genişləndirmişdir. Spenser əsasən
rahatlama fikri üzərində dursa da, uyğunsuzluğa da
toxunur, uyğunsuzluqların bəziləri insanı yüksək
üfüqlərə aparır, fəlsəfə, inanc və
din ilə maraqlanmasını təmin edir, bəziləri isə
insanı eyni zehni səviyyədə tutub ani bir gülmə
reaksiyasına gətirib çıxarır. Spenserin nəzəriyyəsi
xüsusilə gülmə ilə müalicə aparan
psixoloqlar tərəfindən istifadə edilir. Onlar Spenserin
fikirləri ilə gülüşün sağaldıcı təsirini
izah etməyə çalışırlar. Lakin Spenserin
gülmə nəzəriyyəsinin özündə
uyğunsuzluq deyil, müəyyən rahatlama əsas rol
oynayır. Spenser “Gülmenin Fizyoloji Üzerinde” adlı əsərində
duyğuların sinir sistemi ilə əlaqəli olduğunu
iddia edir. Duyğular adətən bədən tərəfindən
də biruzə verilir, məsələn, insan qorxduğu zaman
qaçmaq istəyirmiş kimi hərəkət edir. Ona
görə bəhs edilən bu sinir enerjisi hər zaman müəyyən
gərginlik anında əzələlərin hərəkəti
ilə ifadə edilməyə meyllidir. Lakin Spenserə görə,
gülüş duyğu enerjisinin fövqəladə və
adi ifadə edilişindən fərqlidir. Gülüş qaçış
və ya hücum kimi başqa fiziki aktivliyə çevrilmir,
onun nişanəsi və ya öncüsü də
sayılmır. Gülüş insanı bir şeyə
hazırlamaqdansa bir şeyə xidmət edir. Spenserə
görə isə sadəcə sinir enerjisinin
boşalmasına yarayır. İnsanlarda enerji eynilə buxar
maşınındakı kimi toplanır. Partlamadan boşaldılmalıdır
ki, o da ancaq gülüşlə mümkündür. İlk
olaraq danışmağı təmin edən əzələlər
hərəkətə gəlir, təbəssüm
yaranır, o kifayət etməsə, nəfəs almağı
təmin edən əzələlərdən də istifadə
olunur, təbəssüm və xəfif gülüş qəhqəhəyə
çevrilir. O da kifayət etməsə və insanın
içində hələ də enerji varsa, qəhqəhə əl
vurma, əyilmə kimi hərəkətlərlə
müşayət olunur.
Rahatlama nəzəriyyəsi deyildikdə
ilk olarak Ziqmund Freyd ağıla gəlir. Freyd mizah,
gülüş və yumor bütün ömrü boyu
maraqlanmışdır, bu mövzuda iki dənə də əsər
yazmışdır. Freyd komikliyi düşünərkən
xüsusilə digər alman psixoloq və estetik Teodor Lippsdən
ilhamlanmışdır, onun kimi Freyd da obyektiv və
sübyektiv komiklik arasında fərq qoyur, yumoru sübyektiv komikliyin
içərisində ələ alır. Mizahı isə komikliyin
saf və duyğulu olan növü kimi qəbul edir. Lipps
komikliyi zehnin içərisində əmələ gələn
təsəvvürə və zəkaya, mizahı isə
duyğu ilə əlaqələndirir. Freyd bu mövzuda Lipps
ilə həmfikirdir.
Freyd və onun irəli
sürdüyü psixoanalitik nəzəriyyə çox dərin
şəkildə həm populyar mədəniyyətə, həm
də elmi araşdırmalara təsir etmişdir. Freydin
şüuraltı və təhtəlşüura aid anlayışları
ortaya çıxartması onu xəyal, yuxu, təsəvvür,
oyun və yumor, komiklik və mizah ilə maraqlanmağa da
sövq etmişdir. Freyd məşhur yuxu yozmalarını
yumor mövzusuna da tətbiq edir. O, yumorları özünəməxsus
bir kateqoriya olaraq deyil, komikliyin bir növü kimi
görür. Yumoru ümumi komiklikdən sosial yönü ilə
ayırd edir, ona görə zarafat edilir, komiklik kəşf
edilir. Yumoru və mizahı Spenserin enerjiyə qənaət nəzəriyyəsinə
bənzər bir şəkildə açıqlayır. Yumor
və ümumilikdə mizah sayəsində hərəkətə
gətirilən gülüş yolu ilə toplanan bu psixoloji
enerji sərbəst buraxılır. Bu şəkildə insanın
rahatlanması təmin edilir. Freyd kitablarında yumorun texnikası,
əmələ gəlməsi, ifadə şəkilləri ilə
maraqlanır. Yuxu ilə yumoru bir çox yönü ilə
eyni şəkildə təhlil edir, lakin yumorun əsas fərqi
olan sosial tərəfi də gözdən qaçırmır.
Yumor zövq verən həm ruhi, həm də sosial bir
aktivlikdir, hətta kollektiv şüurun geniş
yayılmış olduğu dialoq kimi dəyərləndirilə
bilər. Freydə görə, yuxuda olduğu kimi, yumor
üçün lazım olan material da eyni mexanizmlə fəaliyyət
göstərir, gün ərzində yaşanılanlar ilk
olaraq şüuraltı və təhtəlşüura daxil
olur, orada sistemləşdirmə mərhələsindən
keçir və bu material sonra yuxu və ya yumor olaraq təkrar
şüurlu sahəyə göndərilir, lakin yumor
üçün bu son mərhələyə bir az fərqli
sayılır, çevrilmiş material olan fikirlər bir anda təhtəlşüurdan
şüura göndərilir və yumorun sonunda istifadə
edilir. Komiklik fikir və anlayışlarla, yumor isə maneə
və qadağalarla bağlıdır. Yumor və mizah tam olaraq
psixopatoloji mərhələdə dözə bilmir, daha
çox insanın müdafiə mexanizmləri ilə və
böhran kimi hiss edilən vəziyyətləri aşması
ilə əlaqədardır. Freyd mizahı komikliklə
şüurlu mərhəmətin birləşdirilmiş
növü olaraq görür. Mizah insanın eqosunun, mənliyinin
qələbəni qeyd edərcəsinə zövq verir.
Mizahın üsyankar tərəfi də təsirlidir. Mizah, nəticədə,
eqoya və zövq prinsipinə də qalib gəlir,
üstün olur. Freyd onu ata-ananın xidmətinə bənzədir.
Ata-ana rolunda mizah insanın öz eqosunun təmsil etdiyi
uşaqların cəfəngiyyatlarına və saflıqlarına
əyilir, onları qavrayır, dözümlülük
nümayiş etdirir və onlara gülümsəyir, mizah bu
şəkildə super eqonun təsirində qalır.
Freydin həzz duyulan yumor və
gülüşlə qadağaların boğulmasından əmələ
gələn enerjinin gülüşlə
boşaldılması fikirləri olduqca təsirli olmuşdur,
eynən onun şüuraltı və təhtəlşüur,
eqo – super eqo anlayışları kimi. Bir çox psixoterapevt
onun rahatlama nəzəriyyəsinə uyğun olaraq
gülüşlə insanların
sıxıntılarını azaltmağa
çalışır. Daha əvvəl də qeyd etdiyimiz
psixoloq Paul Mak Gi nəzəriyyə kitablarında hər nə
qədər uyğunsuzluq üzərində dursa da,
insanları gülüş terapiyalarında sağaltmağa
çalışır, onların ruhi
sağlığını pozan bu toplanmış enerjini
gülməklə sərbəst buraxaraq o insanların yenidən
ruhi tarazlığı tapmalarına yardım etməyə
çalışır. Onların həyatlarını daha
yaxşı etməyə səy göstərir.
Spenserə görə,
gülüş duyğu enerjinin adi boşalmasından fərqlidir.
Gülüşdəki ilk əzələ hərəkətləri
başqa duyğulardakından fərqlidir. Yeri gəlmişkən
qeyd edək ki, çox əsəbləşdiyimiz zaman
yumruqlarımızı sıxır, əlimizi və ya ayağımızı
yerə vururuq. Bu qəzəb duyğusunun nişanəsidir.
Əgər qəzəbimiz artarsa, bu,
hücuma (və ya təcavüzə – Q.Şəhriyar)
çevrilər, amma gülüşlə bağlı enerji
belə hücum doğurmaz. Əsəbləşdiyimiz
zamankı enerjimiz bizi başqa bir təhlükədən
qoruya bilir. Gülüşdəki sinir enerjisinin belə
funksiyası yoxdur. Spenserə görə,
gülüşün adi bədən hərəkətlərinə
heç bir dəxli olmayan sadəcə sinirlərin
boşalmasını təmin edən bir funksiyası olduğunu
söyləyir. Yəni gülüş insanı nəyəsə
hazırlamaq deyil, hər hansı bir şeydən qoruyur.
Spenser ayrıca enerjinin
boşaldılmasını, emosiyaların uygunsuzluğunu ortaya
çıxartmaq istəyir. Bu duyğular daha sonra
lazımsız enerji şəklində əzələlər
vasitəsilə boşalır. Bu duyğunun ən çox təsir
gördüyü əzələlərdə bütün
enerji boşala bilmirsə, bu enerji daha az istifadə olunan
başqa kanallara ötürülür. Məsələn,
diafraqma əzələləri, nəfəsalma əzələsi
kimi əzələlər ona görə də qəhqəhədən
təsirlənir. Buna baxmayaraq, enerji boşalması
tamamlanmazsa, o zaman da gülən şəxs əllərini
vuraraq, önə-arxaya əyilərək, yerə yataraq
enerjisini boşaltmaq istəyir.
Spenserin gülüş nəzəriyyəsi
daha sonra bir çox insana təsir göstərmişdir.
Əsəblərin qəflətən boşalması kimi Con
Dyui gülüşün nəfəsalma və səslə
bağlı orqanlarda meydana gəldiyini ortaya
çıxarır. Freydin gülüş və rahatlama nəzəriyyələri
ayrı tədqiqatın mövzusudur.
Bu nəzəriyyələrdə
rahatlama ilə enerjinin boşalması arasında bəzi
bağlılığın olduğu, təhlükəli vəziyyətlə
qarşılaşdığımız zaman və bu təhlükəli
vəziyyətdən qurtulduğumuz zaman toplanan enerjinin
boşalması ilə bizdə gülüş əksikliyi
örtür. Təhlükəli vəziyyət zamanı bir əzələ
gərginliyi meydana gəlir. Yenidən təhkükəsizliyə
düşdüyümüz zaman isə bu gərginlik düzəlir.
Buna görə də ürəyi gedənə qədər
güldükdən sonra bir rahatlama hissi
duymağımızın səbəbi də budur.
Nəticədə, Spenser və bunu təqib
edən alimlərin iddialarından ortaya çıxan
“gülüş emosional sinir enerjisinin boşalmasından ibarətdir”
iddiası gülməni açıqlamaqda bir
başlanğıc olmuşdur. Məsələn, mizahi
gülmələrdə gülüş heç bir emosional
enerji rahatlığını daimi edəcək hər
hansı bir vəziyyətdən söz gedə bilməz. Digər
tərəfdən gülüşün özü də təbii
olaraq bir enerji sərfiyyatı tələb edir, ancaq bu enerji
insanın öz içində durduğu yerdə yaranan bir
enerji deyildir. Yenə enerjinin qəflətən ortaya
çıxan uyğunsuz kimi görülə biləcək
bir duyğu ilə əlaqələndirilməsi də əsas
mövzu olaraq qalır. O halda mizahdankənar vəziyyətlərdə
ortaya çıxan gülüş ilə bunların
çoxu həbs edilmiş duyğuları ehtiva etmir. Məsələn,
gülmək ağlamağa bənzəmir. Bir vəziyyət,
bir hadisə bizdə ağlamaq duyğusu yaratmırsa,
ağlaya bilmərik, amma bir başqa vəziyyətdə bizdə
gülüş yaradarsa, gülə bilərik. Yəni hər
hansı bir emosional xəbərdarlıq olmadan da gülmək
mümkündür. Bu da enerji toplanması iddiasını təsdiqləmir.
Rahatlama nəzəriyyəsi ilə
bağlı bir başqa problem də emosionallıqdan gözlənilənlərin
qəflətən lazımsız hala gəlməsi, hətta ən
emosional məqamların yaşandığı anda belə
işə yaramamasıdır. Hər hansı bir məqamda
gülüş ortaya çıxdığı anda ümidlərimiz,
duyğularımız nədirsə, bu ortaya çıxan
gülüş də onunla əlaqəlidir.
Xoşumuza gəlməyən bir adama
partlayan bir siqaret verməyi düşünsək, onun
yanına çatmamış həyəcanlanarıq. Siqareti
alsa, həyəcan bir az daha artar, hələ siqareti
yandırıb üzündə partlasa, içimizdə
toplanan təcavüzkar duyğudan gülərik, ancaq rahatlama
nəzəriyyəsində iddia edildiyi kimi bu vəziyyətdə
qəflətən uyğunsuzluğa dönməkdən
söhbət belə gedə bilməz. Buradakı duyğular
Spenserin nəzəriyyəsi ilə də səsləşmir,
çünki Spenserə görə, az da olsa, gülməyə
səbəb olan uyğunsuzluq lazımdır. Partlayan siqaretdə
isə tamamilə əksinədir. Zəif bir duyğu və
ümidlə başlayan hadisə ən yüksək səviyyəyə
gəldiyi zaman gülüş əmələ gəlir.
Rahatlama nəzəriyyəsi bunu da açıqlaya bilmir.
Freydə görə, vəziyyət
daha da qarışıqdır. Spenser gülməyi buxar borularındakı
tıxaca bənzədir. O, gülməyi tıxacın
açılması ilə borudakı təzyiqin azalmasını
eynilə gülməyin sinir sistemindəki vəziyyəti və
daha çox enerjinin daxildən çölə
çıxmasına bənzədir, ancaq vəziyyət belədirsə,
çölə çıxan sinir enerjisinin gülməyin
başlanğıcında ən çox olduğu zamanda
boşalması vacibdir. Halbuki tıxacın
açılması ilə təzyiq ən yüksəkdə
başlayır və get-gedə azalır. Gülməyin də
başlanğıcda bərabər olması bu bənzərliyin
gərəyidir, amma gülüş çox zəif olaraq
başlayır. Getdikcə şiddətlənir, arada sükut
da ola bilər. Ardından yenidən gülüş başlayır.
Əgər Spenserin dediyi kimi,
gülüş əyləncənin dillə ifadəsidirsə,
açıqlamaq bəlkə daha rahat olacaqdır.
İnsanın onu xəbərdar edənə reaksiya verməsi
başlanğıcda bir az sonra düşündükcə
reaksiyanın daha sərt və güclü olması gözlənilir.
Müəyyən şəraitdə artaraq ortaya çıxan
sinir enerjisinin niyə gedərək artır sualını
doğurur. Freyddə isə ruhi enerji haqqında çox
şey söyləmir. Teodor Lipps də Spenserdən təsirlənmiş,
ruhi enerjinin mexaniki enerjiyə çevrilməsi fikrindən hərəkət
edərək bunu öz psixoanalitik nəzəri ilə izah etməyə
çalışmışdır. Bunlardan fərqli olaraq
gülməyi təsnifləndirmişdir. Ona görə
“Gülmələr (zarafatın şüuraltı ilə əlaqəsi)”
adlı kitabında Freyd üç növ gülüşdən
söz açır:
Zarafatlar
Komik vəziyyətlər
Mizah
Bu nəzəriyyədə əsas
budur: bütün gülməli vəziyyətlər
üçün insanlar müəyyən bir ruhi enerji
ayırırlar. Bu enerji hər zaman gərəkli olmur. Bunlar
saxlanılır və gülüş üçün də
istifadə edilir. Bu aşağıdakı kimi istifadə
edilir:
1. Bu enerji (gərəksiz enerji) gizli
və qadağan olunmuş duyğu və düşüncələr
üçün sərf olunan enerji zarafat edərkən istifadə
olunur. Zarafat gizli və qadağan olunmuş enerji olaraq istifadə
edilir.
2. Komik vəziyyətlərə
reaksiya verərkən də düşünmək
üçün saxladığımız enerjidən istifadə
olunur.
3. Mizah üçün isə emosiyalarımızı
ayırıb saxladığımız enerji üçün
istifadə edirik.
Burada Freydin fikirləri daha çox
zarafatlar üzərində cəmlənmişdir. Freyd insanda
gülüşün, daha doğrusu, zarafat etmə
bacarığının necə inkişaf etdiyini
araşdıraraq işə başlamışdır. Ona
görə uşaqlıq illərində insanlar düşüncələr
və sözlərlə oynayaraq ifadəli nizamsız şəkildə
düzərək komik vəziyyət yaratmışlar. Bu hələ
zarafat deyildir.
Uşaq böyüdükcə daha məntiqli
və ağıllı düşünür. Ağıl və
məntiq olduğu zaman uşağın duyğu,
düşüncə və hərəkətləri üzərindəki
təzyiq də artır və bu təzyiq altında ilk deməyə
çalışdığı sözlər və xüsusilə
də oyun nəzəriyyələri üzərindəki təzyiqi
də artırır və ona təsir göstərir. Freyd bu
zaman kəsiyini təqlid dövrü adlandırır. Bu
dövrdə uşaq sözləri və öz
düşüncələrini ağılsız adlandıra
biləcəyimiz şəkildə yan-yana düzür, ancaq
sözlərin yan-yana gəlməsi müəyyən bir məntiqin
olduğunu göstərir. Üçüncü mərhələdə
zarafat etməyə başlayır.
Cinsi və təcavüzkar zarafatlar təqliddən
doğur. Freyd buna “məsum zarafatlar”, ya da “istəmədən
edilən zarafatlar” deyir. Məsələn, sözlərin
yan-yana gəlməsi ilə edilən məntiqi xətalar buna
misal ola bilər. Bir də təqlid deyil, bir zarafat edilirsə,
yəni bir şey satirik hücum və ya müdafiəyə
yönəlikdirsə, Freyd buna “düşməncəsinə
zarafat” deyir və o şey içərisində bu ya bir ədəbsiz
zarafatdır, ya da ifşa məqsədi güdür. Freyd təqlid
etməkdən aldığımız zövqün zarafat edərkən
aldığımız zövqdən fərqli olduğunu,
birincisindən alınan zövqün daha gözəl
olduğunu söyləyir. Zarafat etdikdə düşməncəsinə,
ya da cinsi yönlərini çıxarsaq, yerdə qalan təqliddə
yalnız zəkaya və texnikaya söykənən zəif
gülüş qalır.
Freyd cəmiyyətin bizdə
boğaraq qadağa qoyduğu duyğu və düşüncələri
təhtəlşüura çıxdığı zaman
zarafatlardan istifadə etdiyimizi söyləyir. Bu, əslində
şüurlu deyildir. Təhtəlşüura çıxarılmağa
çalışılan duyğular normalda şüuraltının
qaynağıdır. Zarafat etmək, zarafatlar uydurmaq Freydə
görə təhtəlşüurun işidir. Eynilə yuxu
kimidir. Bax elə bu məqamda da Freydə şiddətli
etirazlar baş qaldırmışdır. Bunu iddia edənlər
ən azından komediya yazanları misal gətirərək
professional göstəriciləri də eyni şəkildə
misal göstərirlər.
Freydin nəzəriyyəsində
sistemli yumor yaradanların şüurlu şəkildə zarafatları
bir yerə topladıqları, dolayısı ilə nəzəriyyənin
təhtəlşüurda ortaya çıxdığı fikrini
doğrulamır. Digər bir çətinlikdə Freyd
zarafatlardan niyə zövq aldığımızı
açıqlarkən onların gizli düşmənlik və
ya cinsi duyğularla ortaya çıxdığını, təbii
davranışların bu yolla təmin edildiyini, ona görə
də zarafatlardan zövq aldığımızı
söyləyir.
Düşməncə və cinsi məhdudiyyətlərdən
və təzyiqlərdən bizi azad etdiyini və başqa
şəkildə təmin edə bilməyəcəyimiz
zövqlərimizi razı saldığını söyləyir.
Freyd bununla da kifayətlənmir və qeyd edir ki,
qarma-qarışıq bir şəkildə gülüşdəki
əsas zövq Spenserin əksinə ruhi enerjinin
toplanmasıdır. Bu enerji başqa bir yerdə istifadə
edilir. Dolayısı ilə ruhi enerjini açmaqla bizdə
zövq oyandırır. Zarafatlar və komik vəziyyətlərə
niyə güldüyümüzü də bu şəkildə
izah edir. Freydə görə, adi normal anlarımızdakı
ruhi enerjimizə əslində biz cinsi və təcavüzkar
duyğu və düşüncələrimizi
ört-basdır etmək üçün istifadə edirik. Zarafat
edərkən bu duyğu və düşüncələr
suyun üzərinə çıxır. Dolayısı ilə
onu boğmağa ehtiyac hiss etmərik. Onu boğmaq
üçün sərf edəcəyimiz enerji qəflətən
üzə çıxır və gülüşə
çevrilir.
Göründüyü kimi, Spenserin
enerjisində hər hansı bir duyğu üçün
ortaya çıxmış enerji birdən lazımsız olur.
Freyddə isə duyğularımızı boğmaq
üçün ayırdığımız enerji, yəni
boğmağa ehtiyac olmadığı zaman o enerji sərbəst
qalır. Freydə görə, gülüş müddətinin
şiddəti bu enerjinin miqdarı qədərdir.
1711-ci ildə Şaftsberi “Nükte ve
Mizahın Özgürlüğü” adlı məqaləsində
yazır ki, rahat, açıq ürəkli və saf bir
insanın ruhi vəziyyətinə sərhəd qoyulduğu zaman
o, bu vəziyyətdən qurtulmaq istəyəcəkdir. Beləcə
müxtəlif yollar arayacaq, fiziki reaksiya ilə
yanaşı, təlxəklik də daxil olmaqla,
başqalarından intiqam almağa, özünü onlardan
üstün tutmağa çalışacaqdır. Təzyiqlərdən
qurtularaq gülmək bəzən Hobbesin təzad/uyğunsuzluq
nəzəriyyələri ilə də üst-üstə
düşür. Məsələn, Hobbes deyir ki, təzyiqdən
qurtulmaq üçün insanlar onlara təzyiq göstərənə
qarşı gülərlər. Bu nəzəriyyənin əsas
nümayəndələrindən biri Aleksandr Bendir.
Əgər ağlımıza və
qavrayış sferamıza diqqətlə baxsaq, görərik
ki, rahatlama nəzəriyyəsi üstünlük nəzəriyyəsi
ilə tez-tez yerlərini dəyişirlər. Rahatlamanın
gülüş vəziyyətinə uyğun gələ bilən
iki mərhələsi mövcuddur. İnsan ya sərbəst
qalan sinir enerjisi ilə rahatlayır, ya da gülməli vəziyyətin
özü sinir enerjisinin sərbəst qalmasına olduğu
qədər, toplanmasına da səbəb ola bilir. Hər hansı
bir qadağa bir insanın qadağan olunanı etmək
arzusunun artmasına səbəb olur. Bu arzuya yetməyən
arzunu ortaya çıxarılmamış sinir enerjisi olaraq
göstərə bilir və reaksiyası da ona görə
verilir. Məsələn, qonaq gedərkən tərpənmədən
oturması istənən uşaq qaçmaq və
qışqır-bağır salmaq istədiyi halda oturmaq və
sakit durmaq məcburiyyətindədir. Ortaya çıxmayan
sinir enerjisi bütün əzələlərin gərilməsi
ilə özünü biruzə verir. Bu ortaya
çıxarılmamış enerjinin bir diktatorluğun
ağır məhdudiyyətləri altında yaşamağa məhkum
edilmiş insanlarda müşahidə edilir. Burada gülməyə
yol açan bir çox qadağa, seksuallığa və
şiddətə qarşı qoyulmuş ənənəvi
ictimai qadağaları ağıla gətirir. Nigahdankənar
cinsi münasibətlərdə buna görə insanların
cinsi arzuları təzyiq altında tutulmuşdur. Bir komedya
aktyoru bu qadağalara laqeydlik göstərərək məhdudiyyətləri
kənara qoyub seksuallıqdan danışarsa, seksuallıqla
bağlı qadağan olunmuş düşüncələrin
hayqırmasına səbəb olur və təzyiq altında
saxlanılan cinsi enerjinin bir qismini gülüşlə
buraxır. Təzyiq altında tutulan enerjinin niyə belə
olduğu da araşdırılmışdır. Bir tələbə
öz müəlliminə nifrət edirsə, bu nifrətini
müəllimə təcavüz edərək göstərməsinə
icazə verilmir. Ona görə də tələbə
düşmənlik enerjisini boğur, amma müəllim bir
başqası tərəfindən şiddətə məruz
qalarsa, tələbənin həbs olunmuş enerjisi
gülüşlə özünü biruzə verir.
Türkiyə türkcəsindən
Azərbaycan türkcəsinə çevirən: Qumru Şəhriyar
Azərbaycan Milli Elmlər
Akademiyası
Folklor İnstitutunun elmi işçisi
Çapa tövsiyə eədn: Akademik
Muxtar İmanov