Dede Qorqud LogoHikmət QULİYEV

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Folklor İnstitutu

e-mail: quliyevh@mail.ru

 

VİRTUAL FOLKLORUN ARAŞDIRILMASI TƏCRÜBƏSİ:

NƏZƏRİ VƏ TƏTBİQİ YANAŞMALAR

 

Xülasə

İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı insanın özünü ifadəsi və di­gər fərdlərlə ünsiyyəti, eləcə də mədəni yaradıcılıq və davranışlarının təzahürü üçün yeni va­si­tə və imkanlar yaratdı. Bir tərəfdən müasir dövrdə elmi və texnoloji sferada yeniliklərin or­ta­ya çıxması, digər tərəfdən insanların sürətli və nəhəng informasiya burulğanı qarşısında qal­ma­sı hazırki situasiya və gerçəkliyə müvafiq emosiya və reaksiyanın ortaya çıxmasına, bu pro­ses­lə­rə adekvat təcrübə və ənənələrin yaranmasına gətirib çıxarmışdır. Belə ki, müasir insanın psi­xo­loji kompleks və narahatlıqları, gerçəkliyi dərketmə və duyma zərurəti, özünüifadə və kom­mu­nikasiya ehtiyacı, bütövlükdə mədəni yaradıclıq potensiyası virtual dünyada mövcudolma və davranış təcrübəsi əsasında təzahür edir. Bu isə internet mühitində gedən folklor pro­ses­lə­ri­nin akademik elmi düşüncənin predmetinə çevrilməsi zərurətini meydana çıxarmışdır ki, mə­qa­lə­də məhz bu məsələlər təhlil olunmuşdur.

Açar sözlər: virtual folklor, internet folkloru, folklor prosesləri, kommunikasiya, virtual dün­ya, mədəni yaradıcılıq

 

THE INVESTIGATION PRACTICE OF VIRTUAL FOLKLORE:

THE THEORETICAL AND APPLIED APPROACHES

 

Summary

The speedy development of information and communication technologies has created new means and opportunities for the human to express and communicate with other individuals as well as the formation of the cultural creativity and behavior. On the one hand, the ap­pe­a­ran­ce of innovations in the scientific and technological sphere, on the other hand the peoples’ be­ing in front of the speedy and gigantic information vertex led to the emergence of the current si­tuation and the emotion and reaction to reality, the formation of adequate experiences and tra­di­tions in these processes. Thus, the psychological complexity and anxiety of the modern hu­man, the need of understanding and hearing the reality, the need of self-expressing and com­mu­nication, in whole the potential of cultural creativity are reflected in the virtual world on the ba­se of the existence and behavior practice. But it necessitated the transformation of the folk­lo­re processes into the subject of the academic scientific thought in the Internet, so these prob­lems are analyzed in the article.

Key words: virtual folklore, internet folklore, folklore processes, communication, vir­tu­al world, cultural creativity

 

ÎÏÛÒ ÈÑÑËÅÄÎÂÀÍÈß ÂÈÐÒÓÀËÜÍÎÃÎ ÔÎËÜÊËÎÐÀ:

ÒÅÎÐÅÒÈ×ÅÑÊÈÉ È ÏÐÀÊÒÈ×ÅÑÊÈÉ ÏÎÄÕÎÄ

 

Ðåçþìå

Ñêîðîñòíîå ðàçâèòèå èíôîðìàöèîííî-êîììóíèêàöèîííûõ òåõíîëîãèé ñîçäàåò íî­âûå óñëîâèÿ è âîçìîæíîñòè äëÿ ñàìîâûðàæåíèÿ è êîììóíèêàöèè ÷åëîâåêà, à òàêæå äëÿ âû­ðàæåíèÿ êóëüòóðíîãî òâîð÷åñòâà è ïîâåäåíèÿ. Ïðîÿâëåíèå íîâøåñòâ â íàó÷íîé è òåõ­íè­÷åñêîé ñôåðå ñ îäíîé ñòîðîíû, ïðîòèâîñòîÿíèå ÷åëîâåêà ñî ñêîðîñòíûì ìîãó÷èì èí­ôîð­ìàöèîííûì ïîòîêîì â ñîâðåìåííîì ìèðå ñ äðóãîé ñòîðîíû, ïðèâåëî ê ôîð­ìè­ðî­âà­íèþ ýìîöèé è ðåàêöèé, ñîîòâåòñòâóþùèõ íàñòîÿùåé ñèòóàöèè è ðåàëüíîñòè, à òàêæå ñîç­äàíèþ ïðàêòèê è òðàäèöèé, àäåêâàòíûõ ýòèì ïðîöåññàì. Òàê êàê ïñèõîëîãè÷åñêèå êîìï­ëåêñû è ÷àÿíèÿ ñîâðåìåííîãî ÷åëîâåêà, íåîáõîäèìîñòü ïîíèìàíèÿ è ñëóøàíèÿ ðå­à­ëü­íîñòè, íóæäà â ñàìîâûðàæåíèè è êîììóíèêàöèè, è ïîòåíöèÿ êóëüòóðíîãî òâîð÷åñòâà, â îáùåì, âûðàæàåòñÿ íà îñíîâå ïðàêòèêè ïðèñóòñòâèÿ â âèðòóàëüíîì ìèðå è ïî­âå­äåí­÷åñ­êî­ãî îïûòà. À ýòî â ñâîþ î÷åðåäü, ñîçäàåò íåîáõîäèìîñòü ïðåâðàùåíèÿ ôîëüêëîðíûõ ïðî­öåñ­ñîâ, ïðîõîäèìûõ â âèðòóàëüíîì ïðîñòðàíñòâå â ïðåäìåò àêàäåìè÷åñêîãî íàó÷­íîãî ìûøëåíèÿ.  ñòàòüå àíàëèçèðóþòñÿ èìåííî ýòè âîïðîñû.

Açar sözlər: âèðòóàëüíûé ôîëüêëîð, èíòåðíåò-ôîëüêëîð, ôîëüêëîðíûå ïðîöåññû, êîì­ìóíè­êàöèÿ, âèðòóàëüíûé ìèð, êóëüòóðíîå òâîð÷åñòâî

 

İnternetdə cərəyan edən folklor proseslərinin müəyyənləşdirilməsi, kol­lek­tiv reaksiya modelində təzahür edən faktların folklor kimi qəbul olunması və araşdırıl­ması, daha dəqiq desək, akademik folklorşünaslığın predmetinə çev­ril­məsi ilkin dövr­lər­də bir qədər mübahisəli və ziddiyyətli məsələ kimi cərəyan et­mişdir. Əvvəlcə texno­logiyanın mədəniyyətə, medianın və kütləvi in­for­ma­si­ya vasitələrinin şifahi ünsiyyətə, eləcə də virtual dünyanın real aləmə qarşı ol­ma­sı barədə irəli sürülən fikirlər bu prosesi bir qədər gecikdirsə də, infor­ma­si­ya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və virtual dünyanın insa­nın gündəlik həyatına dərindən nüfuz etməsi (onun əsas kommunikasiya vasitə­lə­rindən birinə çevrilməsi) və s. kimi faktorlar internetə müasir folklorun, şə­bə­kə və ya internet folklorunun yarandığı, aktuallaşdığı və reallaş­dığı məkan kimi bax­mağı zərurətə çevirdi. Odur ki, folklor və internet münasibət­lərinin müəy­yən­ləş­dirilməsində diqqət mərkəzində duran mühüm məsələlərdən biri də inter­net folklorunun xüsusiyyətlərinin, xarakterik cəhət və özəlliklərinin aydınlaş­dı­rıl­ması, daha dəqiq desək, “nəyə virtual folklor demək olar” sualına cavabın ax­tarıl­masıdır. Bu istiqamətdə də məsələyə yanaşmada fərqli baxışlar möv­cud­dur.

Elektron mühitdə folklorun meydana gəlməsi və araşdırılması mə­sə­lə­sin­dən bəhs edən türk alimi Əhməd Özgür Güvənc yazır: “Həmçinin folklor nü­mu­nələ­rinin müxtəlif məqsədlərlə elektron mühitdə istifadə olunması və folk­lo­ra əsas­lanan yeni kommunikasiya və marketinq formalarının meydana çıxması, bu yeni folklor materiallarının necə araşdırılması problemini də özü ilə bərabər gə­tirmişdir. Çünki həmin materiallar elektron mühitin şərtlərinə və bu mühitin eh­tiyaclarına cavab verə biləcək şəkildə formalaşmışdır. Başqa sözlə desək, əsas məsələ folklor nümunələrinin virtual mühitin şərtlərinə uyğun ola biləcək öl­çülərdə dəyişməyə və çevrilməyə məruz qalmasıdır. İnternetin həm gözə, həm də qulağa xitab etməsi folklor nümunələrinin görüntülü və səsli for­ma­la­ra çevrilməsinə səbəb olmuşdur (Kursiv bizimdir – H.Q.). Eyni zamanda ələ alı­nan folklorik material veriləcək mesaja görə yenidən təşkil olunaraq də­yiş­di­ril­mişdir. Beləcə, elektron mühitə uyğun folklor nümunələri meydana gəl­miş­dir. Belə ki, haqqında danışılan nümunələrin elektron cihazlar olmadan möv­cud­luqlarını davam etdirə bilmələri, ya da başqa bir sözlə desək, konkret bir şə­kil­də qavranılma və yaradılma imkanları qeyri-mümkündür. Aydındır ki, on­la­rın (folklor nümunələrinin – H.Q.) yaşama mühiti virtual dünyadır. Bu mənada folk­lor nümunələrinin elektron mühitdəki formalarının “e-folklor” termini ilə ifa­də olunması irəli sürülməkdədir” (13, 44). Göründüyü kimi, müəllifin qal­dır­dı­ğı problem onunla bağlıdır ki, müxtəlif məqsəd və səbəblərlə istər əvvəl­cə­dən mövcud olan, istərsə də məhz elektron mühitdə yaranan folklor nümu­nə­lə­ri­nin adlandırılması problemi meydana çıxmışdır. Nə­zərə almaq lazımdır ki, bir tə­rəfdən elektron və ya texnoloji mühitə məxsus pa­rametrlərin mövcudluğu, di­gər tərəfdən folklor nümunələrinin həmin parametrlər çərçivəsində istifadə olun­ması və ya yaranması folklora yeni biçim, məna, məzmun gətirmişdir ki, bu da birbaşa olaraq onun funksional mahiyyətinə və kəsb etdiyi mənaya təsir et­mişdir. Müəllifin fikrinə onu da əlavə etməliyik ki, nəinki elektron mühit şə­ra­itində meydana gələn yeni folklor nümunələrinin adlandırıl­ması, həmçinin hə­min texnoloji mənşəli folklor materiallarının, daha dəqiq desək, folklor ma­te­riyasının mövcud şərtlər və gerçəkliklər əsasında bütün səviyyələrdə araş­dı­rıl­ması, internet folklorşünaslığının metod və metodologiyasının yaradılması qar­şıda duran ən mühüm prioritetlərdən biridir. Çünki internetin və virtual tex­no­logiyaların meydana gəlməsindən əvvəlki epoxada folklorun öyrənilməsi üçün müəyyənləşdirilmiş metod və metodologiyalar, folklora yanaşma prin­sip­lə­ri və konseptual baxışlar folklorun real mühitə əsaslanan parametrlərindən doğ­muşdur. Konkret desək, folklorun “üz-üzə” baş verən canlı performans aktı ol­ması, ano­nimlik, şifahilik, çoxvariantlılıq, kollektivlik, ənənəvilik və s. Prin­sip­lərinə müva­fiq olaraq reallaşması kimi xarakterik özəlliklərini texnoloji mən­şəli folklorun müəyyənləşmə prinsipləri olaraq qəbul etmək qeyri-müm­kün­dür. Həmçinin burada qeyd etmədiyiniz ənənəvi folklora münasibətdə irəli sü­rülmüş çoxsaylı metodoloji müəyyənləşmə parametrləri mövcuddur ki, on­la­rın hər birinə yenidən baxılmalı, müasir reallıqlara və şərtlərə nə dərəcədə adek­vatlığı yoxlanılmalıdır. Odur ki, hansı şəkildə adlandırılmasından asılı ol­ma­yaraq müasir dünya folklor­şünaslığının qarşısında duran ən mühüm pri­o­ri­tet­lərdən biri yeni texnoloji şərtlər və virtual reallıqlar kontekstində meydana gə­lən folklorun öyrənilmə prinsip­lərinin, metod və metodologiyasının müəy­yən­ləşdirilməsi və folklora yeni baxış konsepsiyasının irəli sürülməsidir.

Bu sahədəki mövcud tədqiqatları nəzərə alaraq, hazırkı vəziyyət barədə xü­lasə verməyə cəhd etsək, deyə bilərik ki, hazırda Rusiya, Avropa və Ame­ri­ka­da folklor və internet, rəqəmsal mühit və folklor, texnoloji yeniliklər zə­mi­nin­də folklorun qazandığı yeni keyfiyyətlər, XXI əsrdə folklor ənənələri, bir sı­ra ənənəvi folklor janrlarının texnoloji mühitə transformasiyası, texnoloji əsaslı ye­ni janrların (məsələn, zəncirvari elektron məktub) əmələ gəlmə me­xa­nizm­lə­ri və xüsusiyyətləri, həmçinin bütövlükdə müasir qlobal çağırışlar və yeniliklər zə­minində folklorun fundamental və kateqorial prinsiplərinin müəy­yənləşdiril­mə­si istiqamətləri üzrə çoxsaylı tədqiqatlar aparılmaqdadır.

İlk növbədə internet folklorunun müəyyənləşdirilməsi və araşdırılması prin­siplərinin irəli sürülməsi ilə bağlı nəzəri baxışları diqqət mərkəzinə gətirək. M.D.Alek­seyevski “İnternet folklorda və yaxud folklor İnternetdə?” (müasir folk­lorşünaslıq və virtual reallıq) adlı məqaləsində (1) folklor və internet mü­na­si­bətləri barədə mövcud baxışları təhlil edərkən qədimlik və arxaikliyi özündə ifa­də edən anlayış kimi, folklorun müasirlik, innovasiya və şəhər həyatı ilə bağ­lı olan internetlə əlaqəsinin zahirən paradoksal göründüyünü qeyd edir (1, 151).

Müəllifin fikrinə görə, şəhər folkloru internetlə daha yaxın təmasdadır və in­ternet folklorunu yaradanlar, dolayısı ilə internetdən istifadə edənlərin ək­sə­riy­yəti şəhər əhalisidir (1, 151). Burada bir məsələyə toxunmaq istərdik ki, şə­hər­də və ya kənddə yaşamasından asılı olmayaraq, internet folklorunun key­fiy­yə­ti və kəmiyyəti əslində internetdən istifadə ilə müəyyənləşir. Çünki kom­pü­ter­dən və internetdən istifadə müəyyən texnoloji bacarıq və bilik tələb edir. Tə­bii ki, burada infrastrukturu, maddi-texniki təchizatın səviyyəsini də unutmaq ol­maz. Lakin hazırkı dövrümüzdə kompüter və ya mobil texnologiyalardan is­ti­fa­də məsələsi ən kiçik yaşlı uşaqlardan tutmuş ən böyük yaşlı baba və nənələrə qə­dər yayğınlaşmışdır. Bu proses çox sürətlə davam etməkdə və ge­niş­lən­mək­də­dir. İnternet folklorunun yaranması, yayılması və tezliyi internet is­ti­fa­də­çi­lə­ri­nin kəmiyyəti ilə düz mütənasibdir. İnternetdən istifadə edənlərin sayı art­dıq­ca internet folklorunun da kəmiyyəti, diapazonu və tezliyi artacaqdır. Beləliklə, ver­bal yaddaş sürətlə virtual aləmə, rəqəmsal dünyaya transmissiya olun­maq­da­dır. Başqa sözlə desək, müasir dövrdə folklorun aktuallaşma məkanı real aləm­dən virtual aləmə keçməkdədir. Çünki ünsiyyətin və kommunikasiyanın əsas məkanı kimi internetin rolu və yeri günü-gündən daha da artmaqdadır. Ne­cə ki, A.S.Karqin və A.V.Kostina bu prosesi belə təsvir edir: “Ehtimal olunur ki, kommunikativ, bədii, elmi, siyasi-ideoloji, iqtisadi sferalar virtual mühitin çər­çivələri daxilində həyata keçiriləcək və şəbəkə mədəniyyəti əsas mədəniyyət ti­pi olacaqdır. Bu gün şəbəkə ədəbiyyatı, şəbəkə incəsənəti reallığa çevril­miş­dir. Təbii ki, ətraf dünyayla insanın qarşılıqlı əlaqəsinin spesifik yolu olan folk­lo­run da internet məkanı tərəfindən mənimsənildiyini irəli sürə bilərik” (14, 6).

Həmçinin onu da deyək ki, virtual folklorun yaranması və yayılmasında şə­hər əhalisinin rolunu qabartmaq, yaxud şəhər əhalisinə məxsus spesifikanı önə çəkmək, bizə elə gəlir ki, o qədər də aktual məsələ deyildir. Burda parlaq şə­kildə görünən odur ki, ənənəvi xalq biliyinin yeni ifa və icra məkanı mey­da­na gəlmişdir. Bu məkan isə özünün texnoloji xarakterinə müvafiq olaraq folk­lo­run təzahürü və təcəssümü üçün yeni bir situasiya yaratmışdır. Eyni zamanda kənd­də və şəhərdə yaşamasından asılı olmayaraq, internet istifadəçiləri vahid bir informasiya mühitinə daxil olmaqla, qarşılıqlı ünsiyyət və müzakirə şə­rai­ti­nə qoşulurlar. Bu isə yeni ənənə və davranış modellərinin, virtual mühitə xas olan folklor faktlarının ortaya çıxmasına səbəb olur.

M.D.Alekseyevski internetdə meydana gələn folklor nümunələrinin araş­dı­rılması sahəsində müəyyən çatışmazlıqların olduğuna işarə etməklə yanaşı, bu sahədə terminoloji dəqiqləşmənin də hələlik mövcud olmadığını qeyd edir: “Rus elmi ənənəsində nisbətən geniş yayılmış termin internet-folklor (14; 17; 2; 32; 28) və şəbəkə folklorudur (24; 25; 12; 21; 10). Həmçinin virtual folklor (24; 19) və internetlor (23) terminləri də bəzən işlənir. Xarici kompaniyalarda in­ternet folklore və netlore terminləri daha çox computerlore (3), computer folk­lore (9), virtual folklore (30), cyberlore (5; 8), e-Folklore (16), digital folk­lo­re (22) kimi populyardırlar” (1, 154).

Hərçənd ki, müəllif folklor və internet məsələləri üzrə tədqiqatlarda çox­say­lı terminlərin mövcudluğunu ziddiyyətlilik kimi qiymətləndirir, lakin həmin və­ziyyətin özü həm də bu sahədə geniş araşdırmaların, çoxsaylı tədqiqatların ol­duğunu, ən əsası isə problemin folklorşünaslığın gündəmində dayandığını gös­tərir. Təbii ki, informasiya-kommunikasiya texnologiyalarının çox sürətlə də­yişməsi və virtual aləmdə dinamik proseslərin müşahidə olunması da bu sa­hə­dəki tədqiqat­ların adekvatlığına təsir etməmiş deyildir. Çünki texnoloji ye­ni­lik­lərə müvafiq olaraq internetdə baş verən hər bir prosesin obyektiv və hər­tə­rəf­li elmi təhlilini vermək, onun xüsusiyyətlərini müəyyənləşdirmək üçün el­min özü də çevik və mobil olmalıdır. Bu vəziyyət isə anlayışların və ter­mi­no­lo­ji bazanın daim yenilən­məsi zərurətini ortaya qoyur ki, bundan da qaçmaq müm­kün deyildir. Ümumiy­yətlə, folklor və İnternet münasibətlərinin müxtəlif as­pektləri, bu sahədə aparılan tədqiqatlar barədə M.D.Alekseyevskinin qeyd olu­nan məqaləsində məsələyə dörd istiqamətdən yanaşılmışdır. Həmin isti­qa­mət­lər barədə geniş izahlara keçək:

“Birinci yanaşmaya görə, internet folkloru yaradıcılığı bir qayda olaraq ye­ni kompüter texnologiyalarından bəhs edən ənənəvi folklor janrlarının (ha­ker­lər haqqında hekayətlər, JJ barədə “çastuşkalar” (JJ- LiveJournal.com, Æè­âîé Æóðíàë bloq – H.Q.), adminlər haqqında atalar sözləri və s.) internetə yer­ləş­dirilməsidir” (1, 154).

Müəllif bu istiqamətə bir sıra tədqiqat işlərini aid edir (27; 26; 4; 21; 11). Gö­rün­düyü kimi, folklor və internet münasibətlərində diqqəti cəlb edən və nis­bə­tən ağıla ilk gələn ənənəvi janrlar daxilində yeni texnologiyalar və kom­pü­ter­lə bağlı folklor mətnlərinin internetə yerləşdirilməsi məsələsidir. Müəllifin ya­naş­ma­sından və mövcud vəziyyətdən də görünən odur ki, müasir insanın həyat və məişət reallıqları, o cümlədən, texnoloji yeniliklər folklorun subyektinə, onun materialına çevrilməkdədir. Bu isə təbiidir. Çünki kompüter, mobil te­le­fon, çoxsaylı texnoloji vasitələr həyatımızın reallıqları, hər gün qarşılaşdığımız əş­yalardır. Müxtəlif həyat situasiyaları, eləcə də, insanın ətraf aləmi qavrama və duyma ehtiyacları, həmin əşyaların da real dünyadan emosional dünyaya ke­çi­dini – yaradıcılığın subyektinə çevrilməsini zəruri edir ki, bu da çoxsaylı mətn təzahürlərini doğurur.

Bu cür yanaşmanı tənqid edən M.D.Alekseyevski belə tədqiqatlardakı me­todoloji prinsiplərin sadə məntiqə əsaslandığını qeyd edir. Müəllifin fikrinə gö­rə, həmin təhlillərdə tədqiqatçılar müasir folklorla ənənəvi folklorun genetik əla­qəsini əsas götürürlər və oxşar cəhətləri tapmağa çalışırlar ki, bu da internet folk­lorunun izahı üçün metodoloji model kimi şübhə doğurur. Bu tənqidlə mü­əy­yən dərəcədə razılaşmaq mümkündür. Məsələ ondadır ki, ənənəvi folklor janr­larında – lətifə, rəvayət, deyim və s.–də müasir gerçəkliyin (şəxs, hadisə, pred­met və s.) əks olunması həmin mətnin internet folkloru olmasını mü­əy­yən­ləş­dirən əsas faktor ola bilməz. Həmin nümunə elektron mühitdə yerləşdirilsə be­lə, bu, hələ onun internet folkloru olmasına kifayət etmir. Həmçinin hesab edi­rik ki, internet folklorunun təhlili yalnız ənənəvi folklorla müqayisədə de­yil, daha çox texnoloji mühitin şərtləri və spesifikası çərçivəsində, özü­nə­məx­sus əlamət və keyfiyyətlərin müəyyənləşdirilməsi zəminində aparılmalıdır. Bu hal­da biz internet folklorunun mahiyyətindən və özəlliklərindən danışa bi­lə­rik. Lakin bu fikrə onu da əlavə etməliyik ki, internetdə müxtəlif məzmunlu – ic­timai, siyasi, sosial, iqtisadi və s. hadisələrlə bağlı meydana gələn mətn, ka­ri­katür tipli şəkil, videorolik və s.-ni bu qrupa aid etmək olmaz. Hətta hər han­sı bir fərdin internet mühitində bəlli bir situasiyaya reaksiyası kimi or­ta­ya çıxan material (mətn, şəkil, qrafik işarə, video və s.) folklorik mexanizmə və kollektiv reaksi­yaya əsaslanırsa, onu internet folkloru nümunəsi hesab et­mə­liyik. Yaxud hər hansı bir müəllifə – şair, yazıçı, rəssam, alim və b.-na məx­sus müəyyən bir fikrin, şəklin, baxışın texnoloji mühit tələblərinə mü­va­fiq olaraq folklorik mexanizmlər əsasında yenidən canlandırılması, bəzən imi­tasiya və ya parodiya edilməsi də, hesab edirik ki, şəbəkə folkloru və ya tex­noloji mühit mənşəli folk­lor sayılmalıdır. Lakin M.D.Alekseyevski bədii na­ğılların, müəllifli “çastuş­ka”ların folklorla zəif əlaqəsinin olduğunu, folk­lo­run yalnız mətnin formasının (“yeni məzmunlu folklorik formalı”) kons­truk­si­ya­laşmasında iştirak etdiyini deyir və həmin mətnləri parodiya adlandırmaqla, in­ternetdə geniş yayılmadığını və ötürülmədiyini əsas götürərək internet folk­lo­ru hesab etmir.

“İnternet folkloruna ikinci yanaşma ondan ibarətdir ki, tədqiqatın pred­me­ti kimi “kompüterçilərin” (veb-dizaynerlər, adminlər və proqramçılar və s.-nin ) kompüterlər və internetlə bağlı professional qrupları və fəaliyyəti ilə bağlı folk­loru və ənənəsi diqqət mərkəzinə gətirilir” (1, 156)

Müəllif bu yanaşmanın nümunələri kimi bəzi tədqiqatları (29; 12) qeyd edir. M.D.Alekseyevski belə bir baxışın mümkünlüyünü qəbul etsə də, lakin çox dar çərçivəli olduğunu qeyd edir. Belə ki, burada kompüterçilər və proq­ram­çıların özlərinə məxsus jarqon, üslub, ənənə və folklorunun olduğu, lakin in­ter­netdən yalnız onların istifadə etmədiyi fikri irəli sürülür ki, bu halda da di­gər internet istifadəçilərinin kənarda qalmamalı olduğu vurğulanır. Təbii ki, bü­tün internet istifadəçiləri kimi, proqramçılar və kompüterçilər də internet folk­loru yaradıcılığında bu və ya digər şəkildə iştirak edirlər. Bunları biri-birin­dən ayırmaq metodoloji olaraq doğru deyil. Lakin xüsusi peşə sahələri və qrup­la­rı ilə bağlı olan və internet mühitində yaranan spesifik folkloru da ayrıca təd­qiq etmək və kənarda qoymamaq lazımdır.

Folklor və İnternet münasibətlərinə həsr olunan tədqiqatların üçüncü is­ti­qa­məti barədə M.D.Alekseyevski yazır:

“Müasir mədəniyyət hadisəsi kimi internet folklorunun sərhədlərinin mü­əy­yənləşdirilməsi ilə bağlı tədqiqatçıların məsələyə üçüncü yanaşması, in­ter­net­də rast gəlinən və şəhər folkloruna məxsus istənilən nümunənin internet folk­loru hesab olunmasıdır” (1, 156).

Müəllif bu yanaşmanın tərəfdarlarının (31; 6; 7; 15) məntiqinə görə, in­ter­netdə yerləşdirilən bütün lətifələri, şifahi formada mövcud olmasından və ol­ma­masından asılı olmayaraq internet folkloru nümunəsi hesab edilməli ol­du­ğu­nu qeyd edir. Bu baxışı sadəlövh adlandıran M.D.Alekseyevski hər hansı bir lə­ti­fə mətninin internetdə mövcud olmazdan əvvəlki dövrlərdə şifahi yolla ya­yıl­dı­ğını, sonradan internetə daxil olduğunu irəli sürərək bunu internet folkloru he­sab et­məyin doğru olub-olmadığını müzakirə edir. M.D.Alekseyevskinin gəl­di­yi qənaə­tə görə, şifahi ənənədə mövcud olan müəyyən bir mətnin kağızda çap olun­ması və ya internet mühitinə yerləşdirilməsi həmin mətnin ikinci möv­cud­luq formasıdır. Bu tipli faktları əsas gətirərək belə nümunələri internet folkloru ki­mi deyil, ənənəvi şəhər folklorunun internetdə mövcudluğu kimi təhlil et­mə­yin daha dəqiq olduğunu deyir. Başqa bir tədqiqatında isə M.D.Alekseyevski (təbii ki, Rusiyanı nəzərdə tutaraq) internetə yerləşdirilən ənənəvi kənd folk­lo­ru­nun faktiki olaraq hazırkı dövrdə internetdə canlı şəkildə mövcud olmadığını qeyd edir (2, 72) Belə ki, alimin yanaşmasına görə, kənd əhalisi internet mü­hi­tin­dən kənarda qaldığı və internet istifadəçisi olmadığı üçün kənd folkloru bu pro­seslərdə iştirak etmir. Bu iki yanaşmaya ayrıca diqqət yetirək. Əvvəla, hər han­sı bir mətnin internetin meydana gəlməsindən əvvəl şifahi ənənədə ya­ra­na­raq yayılması, nəsildən-nəslə, dildən-dilə keçməsi faktı onun internet meydana gəl­dikdən sonra heç bir halda internet folkloru ola bilmək potensialına mane ola bilməz. Lakin burda məsələnin incəliyinə diqqət yetirmək lazımıdır. Hesab edi­rik ki, məsələyə bir neçə aspektdən yanaşsaq, onda bu situasiya barədə daha də­qiq qərar verə bilərik.

Hər şeydən əvvəl, şifahi ənənədə olan bir mətnin internet mühitinə daxil olar­kən dəyişikliyə məruz qalıb-qalmadığına baxmaq lazımdır. Bu dəyişiklik is­tənilən səviyyədə ola bilər: bəzən bir sözün və ya bir adın, dil, janr və ya üs­lu­bun, yaxud da texnoloji mühitin tələblərinə müvafiq olaraq formanın (şə­kil, vi­deo, qrafika və s.) dəyişməsi və s. Həmçinin müəyyən bir mətnin internetə da­xil olma, texnoloji mühitdə, sosial şəbəkədə və kommunikasiyada istifadə olun­ma faktına kompleks şəkildə baxılmalıdır. Əgər hər hansı bir mətn – lətifə, rə­vayət, atalar sözü müəyyən bir situasiyada fərdin və ya qrupun maraqlarının ifa­dəsi, yaxud kollektiv reaksiyanın təzahürü kimi ortaya çıxırsa, burada və­ziy­yət dəyişir. Ənənəvi yaddaşda yer alan, geniş yayılma imkanı qazanmış məşhur bir deyimin özü belə texnoloji mühitdə, kommunikativ aktda iştirak edirsə, bu, ar­tıq folklor mətninin sadəcə olaraq internetə yerləşdirilməsi deyil, si­tu­a­si­ya­da aktuallaşması və yenidən doğulmasıdır. Ənənəvi folklor söy­lə­yi­ci­li­yin­də hər hansı bir mətn hər dəfə söylənildikdə yenidən doğulduğu kimi, şi­fahi ənənədə olan müəyyən bir mətnin virtual mühitdə də aktuallaşması onun yenidən doğulmasıdır. Bu ehtiyacın özü, onun reallaşma mexanizmi və təzahür səviyyəsi folklorikdir. Çünki istər real, istərsə də virtual aləmdə folk­lorun yaranmasının, reaktuallaşmasının və yayılmasının əsasında emo­si­o­nal özünü təmin etmə və yaxud ifadə etmə dayanır. İstənilən bir nümunənin ak­tu­allaşması prosesi istər fiziki gerçəkliyin, istərsə də virtual reallığın dərk olun­ma­sı, duyulması və müəyyən təzahürlərdə meydana çıxması ilə müşahidə olu­nur. Yaxud əksinə, ənənədə olmayan bir formanın və yaxud da infor­ma­si­ya­nın folklorik mahiyyəti onun insan hiss və emosiyasına yönəlik olması və kol­lektiv reaksiyayla bağlılığındadır. Elektron mühitdə – internet aləmində mey­dana çıxan yumoristik, ironik lətifələr, karikatür üslubu, söz oyunu, təh­lü­kə və ya bədbəxtlik haqqında zəncirvari xəbərdarlıq məktubları, sosial şə­bə­kə­lər­də meydana çıxan “paylaşanlara uğur gətirdi, paylaşmayanlara bəd­bəxt­lik­lər” və s. tipli nümunələr, əslində, insanın hiss və duyğularına hesablanmış, inanc və dəyərlərinə, xəyal və fantaziya imkanlarına söykənən, ətraf aləmin (is­tər real, istərsə də virtual) ənənəvi üslubda dərkinə alternativlərin yaradılması eh­tiyacından və tələbindən doğan, ən əsası isə kollektiv və ortaq mədəni prin­sip­lər (bu prinsiplər dil, din, əxlaq, etnik mənşə, ən müxtəlif maraqlar kə­siş­mə­si və s. ola bilər) əsasında ortaya çıxan folklorik nümunələrdir.

O ki qaldı şifahi ənənədə mövcud olan hər hansı bir folklor nümunəsinin qey­də alınaraq elektronlaşdırılması və rəqəmsal aləmə daxil edilməsi mə­sə­lə­si­nə, bu, həqiqətən də, müəyyən bir faktın sadəcə olaraq şifahi dildən çapa (məs, ki­tab kimi), yayımlanma imkanı olan hər hansı bir vasitəyə (CD, DWD disk, flash card) keçirilməsidir ki, burada məqsəd mətnin itməməsi, gələcək nəsillərə çat­dırılması, qorunması və yayılmasıdır. Burada söhbət internet folklorundan de­yil, ənənəvi folklorun elektronlaşdırılmasından və ya rəqəm­sal­laşdırıl­ma­sın­dan gedə bilər. Həmin resurs internetdə yerləşdirilə bilər və istifadəçilər üçün əl­yetən ola bilər. Bu, sadəcə olaraq, şifahi yaddaşdan hansısa zaman kəsiyində qey­də alınmış və nəşr olunaraq “stop-kadr” effektində olan folklor mətnləridir. Çün­ki həmin mətn kommunikativ mühitə deyil, elektron resurslar bazasına da­xil edilir ki, bu da ona elektron texnologiyalar mövcud olduğu müddətdə ya­şa­maq imkanı qazan­dı­rır. Bu da elektron texnologiyaların inkişafı zəminində mü­əy­yən bir informasi­ya­nın əvvəlki dövrlərdən daha etibarlı, uzunmüddətli, həm­çi­nin daha böyük həcm­də və müxtəlif formada saxlamaq, arxivləşdirmək im­kan­larının yaranmasıdır.

“Nəhayət, predmetin sərhədlərinin müəyyənləşdirilməsinə yönələn dör­dün­cü baxış internet folklorunun mövcudluğunda internet kom­mu­ni­ka­si­ya­sı­nın (kursiv bizimdir – H.Q.) rolunun prioritetliyi haqqında təsəvvürlərə əsas­la­nır. Başqa sözlə desək, internet folkloru kimi əsasən şəbəkədə mövcud olan və ya­yılan (kursiv bizimdir – H.Q.) folklor formaları qəbul olunur (bəzi istisnalar nə­zərə alınmaqla)” (1, 157).

M.D.Alekseyevski bu yanaşmanın tərəfdarları kimi, bir sıra mənbələri və mü­əllifləri qeyd edir (24; 12; 18; 32; 17; 19).

Alim yazır ki, “internet folklorunun müəyyənləşdirilməsində bu prinsip da­ha böyük səviyyədə həmin hadisənin spesifikasını əks etdirir (və qeyd edim ki, dünya elmində də internet folklorun dərk olunmasına daha çox yaxındır), la­kin eti­raf etmək lazımdır ki, bu halda da sərhədlər kifayət qədər amorf gö­rü­nür” (1, 157).

Əgər sonuncu yanaşmaya diqqət yetirsək, burada internet folkloru üçün mü­əyyənləşdirilən ən mühüm prinsipin kommunikativlik və ötürülmə (internet mü­hitdə bu, paylaşma adlanır) olduğunu görərik. İnternetin interaktiv ünsiyyət im­kanları – virtual kommunikasiya mühitinin informasiya mübadiləsi və mü­za­ki­rəsi üçün əlverişli şəraitə malik olması istifadəçilər arasında aktiv mü­na­si­bət­lə­rin formalaşmasına səbəb olmuşdur. Bu isə öz növbəsində birbaşa olaraq kom­muni­kasiya ilə bağlı olan folklor təzahürlərinin də meydana çıxmasına ge­niş imkanlar yaradır. Lakin, öndə də qeyd etdiyimiz kimi, internet folklorunun mü­əyyənlik parametrləri ənənəvi, şifahi mühitdə reallaşan folklorla əksər hal­lar­da üst-üstə düşmür. Şifahi ənənə canlı performansa və spontan xarakterə (yə­ni hər mətn hər dəfə söylənildikdə əvvəlkini təkrarlamır, yenidən doğulur) əsas­lanırsa, söyləyici və auditoriya tərəflərinə bölünürsə, internet folklorunun mey­dana gəlməsi və aktuallaşması bir qədər fərqli prinsiplərə söykənir. İrəlidə bu mövzu ilə bağlı geniş təhlillər aparacağımızı nəzərə alaraq, başqa bir mə­sə­lə­yə keçmək istərdik.

Göründüyü kimi, şifahi mədəni mühitdən elektron mədəni mühitə ke­çid­də folklorun istər forma və məzmunu, istərsə də icra və ifa olunma tex­no­lo­gi­ya­sı cid­di dəyişikliyə məruz qalır. Bu isə özlüyündə ənənəvi folklor nü­mu­nə­lə­ri ilə vir­tual folklor nümunələri arasında bir sıra fərqlərin ortaya çıxmasına sə­bəb olur. Ümumiyyətlə, hazırkı dövrdə internetdə gedən folklor proseslərinin dərk olunma­sı və virtual folklor nümunələrinin təhlili qarşıda duran mühüm mə­sələlərdən biri­dir. Bu barədə Amerika folklorşünası Lin Mak Neyl yazır: “Nə qədər ki, rəqəmsal folklorun kontenti (bütün növ materiallar: mətn, şəkil, au­dio, video, multimedia və s. nəzərdə tutulur – H.Q.) onun ötürülməsinə sərf edi­lən cəhdlərlə müqayisədə qeyri-bərabər dərəcədə kiçik görünə bilər, biz kol­lek­tiv yenidən yaratma (orijinalda “communal re-creation) və kollektiv dər­ket­mə (orijinalda “com­munal comprehension”) proseslərinə onlayn folklorun is­tə­ni­lən nümunəsin­də əks olunan sosial və mədəni ehtiyacları müəyyənləşdirmək üçün baxmalıyıq. Çoxsaylı ənənəvi nümunələr yaradıcı şəkildə dərk olunan abst­rakt prosesin və yaxud da internet folklorunun müəyyən bir hissəsinin ar­xa­sın­da dayanan məlu­matın sadəcə indeksidir (kursiv bizimdir – H.Q.). Bir-bi­ri­miz­lə əlaqəli olmaqla və ümumi məlumatları bölüşməklə qeyri-müəyyən in­ter­net resurslarının anlaşılma­sın­da sə­riş­təli ola bilərik ki, bu da rəqəmsal folk­lo­run ən əhəmiyyətli cəhətidir” (20, 16).

İnternetdə informasiya selinin fasiləsiz olaraq gücləndiyi, nəhəng və mü­rək­kəb bir məlumat bazasının formalaşdığı (Big Data) bir vaxtda, təbii ki, folk­lor yaradıcılığı prosesi də sürətlə artmaqda və külli miqdarda yeni-yeni nü­mu­nə­lər yaranmaqdadır. Folklor yaradıcılığının həcminin genişlənməsi və nü­mu­nə­lərin kəmiyyətinin artması istiqamətində müəllifin irəli sürdüyü bu fikirləri təh­lil edərkən bir neçə məqama diqqət yetirməliyik.

Əvvəla, Mak Neylin yanaşmasına görə, internet folkloru kollektiv ye­ni­dən yaratma və kollektiv dərketmə əsasında formalaşır. Bizə elə gəlir ki, bu­ra­da söhbət internetdə bir tərəfdən ənənəvi folklor materiallarının müəyyən də­yi­şik­liklərə və düzəlişlərə məruz qalmaqla yeni nümunələrin yaradılmasından, di­gər tərəfdən isə məhz virtual məkanda “kollektiv dərketmə” əsasında yeni ör­nək­lərin meydana gəlməsindən gedir. Yeri gəlmişkən onu da deyək ki, ənənəvi folk­lor nümunələrinin virtual məkanda müəyyən düzəlişlərə məruz qalması tə­sa­düfi fakt və ya situasiya deyildir. Buradakı düzəlişlərin arxasında iki mühüm fak­tor daya­nır. Bunlardan birincisi, texnoloji faktordur ki, hər hansı bir in­for­ma­siya vahidi rəqəmsal dünyanın, virtual məkanın tələblərinə və şərtlərinə uy­ğun olmalıdır. İkincisi isə, ənənəvi folklor nümunəsinin hər hansı bir məqsədə, çat­dırılması nəzərdə tutulan sosial mesaj və ya çağırışa uyğun olaraq yenidən ya­radılmasıdır ki, bu da son nəticədə yeni folklor nümunələrinin ortaya çıx­ma­sı­nı təmin edir.

Mak Neylin izahından o da aydın olur ki, virtual folklor nümunələrinin mey­dana gəlməsində sosial və mədəni ehtiyaclar əsas yer tutur. Ənənəvi folk­lor yaradıcılığında olduğu kimi, virtual folklor da kollektiv düşüncənin və ya kol­lektiv reaksiyanın üzərində formalaşır. Xüsusilə, müasir dövrdə internetin ya­rat­dığı imkanlar hesabına sosial medianın sürətlə inkişaf etdiyi bir dövrdə, elə­cə də informasiyanın əldə olunması və yayılması üçün çox əlverişli şəraitin ol­duğu bir vaxtda sosial qayğı və narahatlıqlar, qorxu və təhlükələr, psixoloji yı­ğılma və boşalmalar daha çox diqqəti cəlb edir. Əslində, sosial şəbəkələrdə, fo­rum və bloqlarda mövcud olan trend və təmayüllərə, gedişat və meyllərə nə­zər yetirsək, görərik ki, burada daha çox hədəf sosial məzmunludur: so­si­o­kul­tu­ro­loji, sosio­psixoloji, sosioekoloji, sosioekonomik, sosiopolitik və s. Bu ba­xım­dan onu demək olar ki, internet folklorunun ən mühüm hədəf və çağırışlarından bi­ri sosial məsələlərdir. Təbii ki, bu tendensiyanı nəzərə almaqla, istənilən za­man və məkan çərçivəsində istənilən bir qrupun, toplumun sosial və mədəni eh­tiyaclarını, tələb və istəklərini müəyyənləşdirmək, analiz etmək və proq­noz­laş­dırmaq mümkündür ki, bu cəhətdən də virtual folklor nümunələrinin özü­nə­məx­sus yeri vardır.

Lin Mak Neylin yuxarıda vurğuladığı digər bir mühüm məsələ virtual folk­lorun arxasında dayanan abstrakt təfəkkürün – indeksləşmiş yaradıcı pro­se­sin dərk olunmasıdır. Müəllifin irəli sürdüyü fikirdən hasil olan qənaət ondan iba­rətdir ki, internetdə rast gəldiyimiz virtual folklor nümunələri hər hansı bir in­for­masiyanın kodlaşmış, indeksləşmiş şəklidir. Onu birbaşa və ya hərfi mə­na­da anlamaq, qəbul etmək arxasında dayanan sosial reaksiyanın düzgün izah olun­mamasına gətirib çıxara bilər. Alim rəqəmsal folklorun dərk olunmasında çı­xış yolu kimi tədqi­qat­çıların bir-biri ilə təmasda olmasını, məlumatların ötü­rül­məsini təklif edir. Bütün bunlar isə müasir dövrdə virtual mühitdə gedən folk­lor proseslərinin təhlilinin kifayət qədər mürəkkəb olmaqla bərabər, aktual ol­duğunu da göstərir.

Beləliklə, virtual folklorun müəyyənləşdirilməsi ilə bağlı müxtəlif as­pekt­ləri diqqət mərkəzinə gətirdikdən sonra demək lazımdır ki:

Ənənəvi folklorlorşünaslıq prinsipləri və baxışları prizmasından virtual folk­lora yanaşma əksər hallarda faktın özünü deyil, ümumi cəhətlərini mü­əy­yən­ləşdirməyə imkan verir;

İKT-nin sürətli inkişafı və internetin geniş yayılması ilə düz mütənasiblik təş­kil edən virtual folklorun meydana gəlməsi və yayılması problemlərinin öy­rə­nilməsi müasir folklorşünaslıq elminin qarşısında duran ən mühüm elmi pri­o­ri­tetlərdən birini təşkil edir;

Virtual folklorun və onunla bağlı elmin – virtual folklorşünaslığın xüsusi bir anlayış və istiqamət kimi qəbul olunması və öyrənilməsi sahəsində kifayət qə­dər obyektiv çatışmazlıqlar mövcuddur;

Virtual folklorun öyrənilməsi prinsipləri, metod və metodologiyası, an­la­yış­lar sistemi və terminologiyasının müəyyənləşdirilməsi istiqamətində yay­ğın­lıq, çoxmənalılıq mövcuddur;

Virtual folklor faktlarının təhlili, bu nümunələrdəki simvollaşma və me­ta­forikləşmənin müəyyənləşdirilməsi, onların arxasında dayanan məna və işa­rə­lərin izah olunması da qarşıda duran mühüm məsələlərdəndir;

Virtual folklorun öyrənilməsi ən azı iki sahəni özündə ehtiva etdiyi üçün (folk­lorşünaslıq, kompüter elmləri, antropologiya, sosiologiya, psixologiya, so­sial psixologiya, kommunikasiya və s.), burada multidissiplinar tədqiqatların apa­rılması ən mühüm şərtlərdən biridir;

Virtual folklorun araşdırılması istiqamətində ən mühüm çətinliklərdən bi­ri kimi, kompüter və internetlə bağlı spesifik anlayışların, texnoloji bilik və ba­ca­rıqların tələb olunmasıdır;

Virtual folklorun bir sıra nəzəri problemləri ilə yanaşı, əmələ gəlmə me­xa­nizmlərinin müəyyənləşdirilməsi, janr təsnifatının verilməsi kimi tətbiqi xa­rak­terli məsələləri də öz həllini tapmamışdır.

 

ƏDƏBİYYAT

Àëåêñååâñêèé, Ì.Ä. 2010. Èíòåðíåò â ôîëüêëîðå èëè ôîëüêëîð â Èí­òåð­íå­òå? (Ñîâðåìåííàÿ ôîëüêëîðèñòèêà è âèðòóàëüíàÿ ðåàëüíîñòü). Îò êîíãðåññà ê êîíã­ðåññó: Íàâñòðå÷ó Âòîðîìó Âñåðîññèéñêîìó êîíãðåññó ôîëüêëîðèñòîâ. Ñáîð­íèê ìàòåðèàëîâ. — Ì.: Ãîñóäàðñòâåííûé ðåñïóáëèêàíñêèé öåíòð ðóññêîãî ôîëüê­ëîðà, 256 ñ., c. 151-166.

Àëåêñååâñêèé, Ì.Ä. 2009. «×òî ìíå âîäêà â ëåòíèé çíîé…»: ïðîáëåìû òåêñ­òîëîãèè ôîëüêëîðà â Èíòåðíåòå // Èíòåðíåò è ôîëüêëîð: Ñá. ñò. Ì., c. 71-89

Beatty, R.D. 1976. Computerlore: The Bit Bucket // New York Folklore. V. 2. ¹ 3-4. p. 223-224.

Áûñòðîâà, Ê.Â. 2009. Èíòåðíåò êàê ñîâðåìåííûé àðåàë áûòîâàíèÿ ñêàçêè // Ôèëîëîãèÿ è ÷åëîâåê. ¹ 1. c. 166-171;

Biebuyck B. 2000. Du folklore au cyberlore: Paroles electroniques, avez-vous do­ne une ame? // Cahiers de litterature orale. ¹ 47. p. 43-94.

Áîðîäèí, Ï.À. 2007. Ôîëüêëîð â Èíòåðíåòå è âíå åãî: ïîïûòêà ñî­ïîñ­òàâ­ëå­íèÿ // Folk-art-net: íîâûå ãîðèçîíòû òâîð÷åñòâà. Îò òðàäèöèè — ê âèðòóàëü­íîñ­òè. Ì., c. 27-43;

Áîðîäèí, Ï.À. 2008. Ê âîïðîñó î ñîáèðàòåëüñêîé ñòðàòåãèè: åùå ðàç îá àíåê­äîòàõ â Èíòåðíåòå // Ñëàâÿíñêàÿ òðàäèöèîííàÿ êóëüòóðà è ñîâðåìåííûé ìèð. Âûï. 11. Ëè÷íîñòü â ôîëüêëîðå: èñïîëíèòåëü, ìàñòåð, ñîáèðàòåëü, èññëå­äî­âà­òåëü. Ì.,. c. 284-295

Brinkerhoff, S. 2003. «Cyberlore» and other electronic horrors: Folklore in an Age of New Inventions // Brinkerhoff S.Contemporary folklore. Broomall, 2003, p. 55-64

Brunvand, E. 2000. The heroic hacker: Legends of the computer age // Brun­vand J.H. The Truth Never Stands in the Way of a Good Story. Urbana, p. 170-198

Äæàëèëîâà, Í.À. 2009. Âèðòóàëüíî-ôîëüêëîðíûå ôîðìû ïðåçåíòàöèè èäåíòè÷íîñòè â Èíòåðíåòå // Èíòåðíåò è ôîëüêëîð: Ñá. ñò. Ì., 2009. Ñ. 294-301

×èêàëîâà, À.À. 2009. Ïàðîäèè íà ñêàçêó â ñåòè Èíòåðíåò // Èíòåðíåò è ôîëüêëîð: Ñá. ñò. Ì., c. 146-157

Ôðîëîâà Î.Å. 2007. Âèçóàëüíàÿ ñïåöèôèêà ñåòåâîãî àíåêäîòà // Òðàäèöèîííàÿ êóëüòóðà.. ¹ 3. c. 30-36

Güvenç, A.Ö. 2014. İnternet folkloru üzerine önerilen bir terim: e-folklor. Atatürk Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi, 18 (2), s. 31-46.

Êàðãèí, À.Ñ., Êîñòèíà À.Â. 2009. Íàó÷íîå îñìûñëåíèå èíòåðíåò-ôîëüêëîðà: àêòóàëüíûå ïðîáëåìû è îïûò èññëåäîâàíèÿ. Èíòåðíåò è ôîëüêëîð. Ñáîðíèê ñòàòåé. — Ì.: Ãîñóäàðñòâåííûé ðåñïóáëèêàíñêèé öåíòð ðóññêîãî ôîëüêëîðà, 320 ñ., c. 5-20,

Êðàñèêîâ, Ì.Ì. Èíòåðíåò êàê ïàðòà (ñòóäåí÷åñêàÿ ýïèãðàôèêà â ñåòè) // Èíòåðíåò è ôîëüêëîð: Ñá. ñò. Ì., 2009. Ñ. 170-179

Krawczyk-Wasilewska, Violetta, 2006. “e-Folklore in the Age of Globalization”. Fabula 47, p. 248-253.

Ëàíñêàÿ, Þ.Ñ. 2009. Àìåðèêàíñêèå «Bogus Warnings» («ëîæíûå ïðåäóïðåæäåíèÿ îá îïàñíîñòè») è ðîññèéñêèå «ïèñüìà íåñ÷àñòüÿ» // Èíòåðíåò è ôîëüêëîð: Ñá. ñò. Ì.,. Ñ. 158-169

Ëóòîâèíîâà, Î.Â. 2007. Àíåêäîò â ñìåõîâîì ìèðå Èíòåðíåòà // Ýëåêòðîííûé âåñòíèê Öåíòðà ïåðåïîäãîòîâêè è ïîâûøåíèÿ êâàëèôèêàöèè ïî ôèëîëîãèè è ëèíãâîñòðàíîâåäåíèþ.. Âûï. 4. (Ýëåêòðîííûé ðåñóðñ.)

Ëóòîâèíîâà, Î.Â. 2009. Áàéêà â âèðòóàëüíîì ôîëüêëîðå // Ðóññêèé ÿçûê çà ðóáåæîì.. ¹ 2. c. 77-82

McNeill, Lynne S. 2015. “The internet is weird”. Folkloristics in the digital age. Folklore Fellows’ Network. ¹ 47, p. 12-13, 16-17,

Ìåòàëüíèêîâà, Â.Â. 2009. Áàéêà îá àööêîì áàÿíå (Òðàäèöèîííûå ôîëüêëîðíûå æàíðû è èõ ìîäèôèêàöèè â Èíòåðíåòå) // Èíòåðíåò è ôîëüêëîð: Ñá. ñò. Ì.,. Ñ. 106—116

Miller, K. 2008. Grove Street Grimm: Grand Theft Auto and digital folklore // Journal of American Folklore.. V. 121. ¹ 481. P. 255—285

Íåêëþäîâ, Ñ.Þ. 2003. Ôîëüêëîð ñîâðåìåííîãî ãîðîäà // Ñîâðåìåííûé ãîðîäñêîé ôîëüêëîð. Ì., c. 5-24

Ðàä÷åíêî Ä.À. 2007. Ñåòåâîé ôîëüêëîð êàê ñïîñîá îñìûñëåíèÿ àêòóàëüíîé ðåàëüíîñòè // Folk-art-net: íîâûå ãîðèçîíòû òâîð÷åñòâà. Îò òðàäèöèè — ê âèðòóàëüíîñòè. Ì., c. 63-75

Ðîçèí, Â.Ì. 2007. Ôåíîìåí ñåòåâîãî ôîëüêëîðà // Òðàäèöèîííàÿ êóëüòóðà.. ¹ 3. c. 15-22

Ðóêîìîéíèêîâà, Â.Ï. 2007. Èíòåðíåò êàê ñðåäà ñóùåñòâîâàíèÿ ôîëüêëîðà // Folk-art-net: íîâûå ãîðèçîíòû òâîð÷åñòâà. Îò òðàäèöèè — ê âèðòóàëüíîñòè. Ì., c. 54-62;

Ðóêîìîéíèêîâà, Â. Ï. 2004. «Âèðòóàëüíûé» ôîëüêëîð: çà è ïðîòèâ. Ìîíîãðàôèÿ. Éîøêàð-îëà. 128 ñ.

Ñóñëîâà, Ò.È. 2009. Èíòåðíåò-ôîëüêëîð êàê ôîðìà ìåæêóëüòóðíîé êîììóíèêàöèè // Äåôèíèöèè êóëüòóðû. Âûï. 8. Òîìñê,. c. 286-297

Øóìîâ, Ê.À. 2003. Ïðîôåññèîíàëüíûé ìèô ïðîãðàììèñòîâ // Ñîâðåìåííûé ãîðîäñêîé ôîëüêëîð. Ì.,. c. 128-164

Valovic, T.S. 2000. Virtual folklore: Breaking the news about the Internet // Di­gi­tal mythologies: The Hidden Complexities of the Internet. New Brunswick, NJ, p. 4-10.),

Âåðíåð, Ä. 2003. «Àíåêäîòû èç Ðîññèè» è ôîëüêëîð èíòåðíåòîâñêîé ýïîõè // Ðóññêèé Æóðíàë. 17 èþíÿ. (Ýëåêòðîííûé ðåñóðñ. URL: http://old.russ.ru/netcult/20030617_verner.html)

Âëàñîâà, Ã.È. 2009. Èíòåðíåò-ïîçäðàâëåíèÿ êàê æàíð ïîñòôîëüêëîðà // Èíòåðíåò è ôîëüêëîð: Ñá. ñò. Ì.,. Ñ. 302-308.

 

Çapa tövsiyə edən: AMEA-nın müxbir üzvü Kamran Əliyev