Tahir Orucov
Filologiya üzrə
fəlsəfə doktoru, dosent
AMEA Folklor
İnstitutunun aparıcı elmi işçisi
ahiroruclu@gmail.com
TƏHMASİB
FƏRZƏLİYEVİN FOLKLORŞÜNASLIQ
FƏALİYYƏTİ
Xülasə
XX əsrdə Azərbaycan
folklorşünaslığında əhəmiyyətli ximətləri
olan tanınmış folklorşünaslardan biri də Təhmasib
Fərzəliyev olmuşdur. Məqalə ömrünün əlli
ilini folklora həsr edən T.Fərzəliyevin folklorşünasıq
fəaliyyətinə həsr olunmuşdur.
Azərbaycan
folklorşünaslığının tanınmış
nümayəndələrindən olan Təhmasib Fərzəliyevin
Azərbaycan folklorunun toplanılması və tədqiqi sahəsində
mühüm xidməti olmuşdur. Məqalədə onun
folklorşünaslıq fəaliyyətinə, eləcə də
kitab və məqalələrinin tədqiqinə geniş diqqət
yetirilir.
Açar sözlər: Təhmasib Fərzəliyev, Azərbaycan
folklorşünaslığı, şifahi xalq ədəbiyyatı, folklor, lətifə, Molla Nəsrəddin.
FOLKLORİSTİC ACTIVITY OF TAHMASIB
FARZALIYEV
Summary
One
of the famous folklore-studiers of Azerbaijan folkloristic was Tahmasib
Farzaliyev. The article deals with Tahmasib Farzaliyev who dedicated 50 years
of his life to a folklore.
Tahmasib
Farzaliyev has a particular role in the collecting and researching sphere of
Azerbaijan folklore. In the article the attention is paid to his folkloristic
activity, at the same time to the investigating of his book and articles.
Key words: Tahmasib Farzaliyev,
Azerbaijan folklore, oral literature, folklore, joke, Molla Nasreddin
ÔÎËÜÊËÎÐÍÀß ÄÅßÒÅËÜÍÎÑÒÜ ÒÀÕÌÀÑÈÁÀ ÔÀÐÇÀËÈÅÂÀ
Ðåçþìå
 XX âåêå ïîñâÿòèâøèé
ñâîþ æèçíü ôîëüêëîðó Òàõìàñèá Ôàðçàëèåâ áûë îäíèì èç èçâåñòíûõ ôîëüêëîðèñòîâ,
èìåþùèé ñóùåñòâåííûå çàñëóãè â àçåðáàéäæàíñêîé ôîëüêëîðèñòèêå. Ñòàòüÿ ïîñâÿùåíà ôîëüêëîðíîé äåÿòåëüíîñòè Ò. Ôàðçàëèåâà, êîòîðûé ïÿòüäåñÿò ëåò ñâîåé æèçíè ïîñâÿòèë ôîëüêëîðó.
Òàõìàñèá Ôàðçàëèåâ èìååò âàæíûå çàñëóãè â îáëàñòè èññëåäîâàíèÿ è ñáîðà àçåðáàéäæàíñêîãî ôîëüêëîðà. Â íàñòîÿùåé ñòàòüå áîëüøîå âíèìàíèå óäåëÿåòñÿ åãî
ôîëüêëîðíîé äåÿòåëüíîñòè, à òàêæå, â ïåðâóþ î÷åðåäü, èññëåäîâàíèÿì åãî êíèã è
ñòàòåé.
Êëþ÷åâûå ñëîâà: Òàõìàñèá Ôàðçàëèåâ,
Àçåðáàéäæàíñêàÿ ôîëüêëîðèñòèêà, óñòíàÿ
íàðîäíàÿ ëèòåðàòóðà, ôîëüêëîð, àíåêäîò, Ìîëëà Íàñðåääèí.
Məsələnin qoyuluşu: Folklorşünas Təhmasib Fərzəliyevin
folklorşünaslıq fəaliyyəti diqqətlə
araşdırılmalıdır. Onun bu sahəyə həsr
etdiyi monoqrafiya, kitab və məqalələri, eləcə
də toplama materialları ətraflı tədqiq edilməlidir.
T.Fərzəliyevin folklorşünaslıq fəaliyyətininin
araşdırılması Azərbaycan folklorşünaslığının
başlıca vəzifələrindəndir.
İşin məqsədi: Təhmasib Fərzəliyevin bir
folklorşünas kimi çoxyönümlü fəaliyyətinin
folklorda öz əksini tapmasını müəyyənləşdirmək
və bu sahədə araşdırma aparmaq.
Azərbaycan
folklorşünaslığının bir elm kimi meydana gəlməsi,
hər şeydən əvvəl, Azərbaycan folklorununun
geniş şəkildə toplanıb yazıya alınma və
nəşrindən sonrakı dövrlə əlaqədardır.
XIX əsrdən etibarən yaranmağa başlayan Azərbaycan
folklorşünaslıq elmi XX əsrdə öz
inkişafının yeni mərhələsinə qədəm
qoydu. Bu dövrdə Azərbaycan folklorunun öyrənilməsində
əsas istiqamətlərdən biri şifahi xalq ədəbiyyatı
mətnlərinin toplanıb yazıya alınmasından və
tədqiqindən ibarət idi. Bu sahədə digər əsas
istiqamət isə şifahi xalq ədəbiyyatı nümunələrini
müxtəlif dövrlərdə tədqiq etmiş alimlərin
elmi irsinin, fəaliyyət sahələrinin, nəzəri
görüşlərinin, toplama, tərtib və nəşr təcrübəsinin
sistemli şəkildə araşdırmaya cəlb edilməsi
təşkil edirdi. İkinci istiqamət həm də Azərbaycan
folklorşünaslığının
keçdiyi yolun hərtərəfli öyrənilməsinin və
bu sahədə mühüm fəaliyyət göstərmiş
folkorşünas alimlərin elmi irsinin tədqiqata cəlb edilməsinin
zəruriliyini meydana çıxardı.
XX əsrdə
həyatını folklora həsr edən belə elm
adamlarından biri də Azərbaycan
folklorşünaslığının tanınmış
nümayəndələrindən olan Təhmasib Fərzəliyevdir.
Onun Azərbaycan folklorunun toplanması və tədqiqi sahəsində
mühüm fəaliyyəti olmuşdur. T.Fərzəliyev Azərbaycan
folklorşünaslığının mütərəqqi ənənələrini
öz elmi fəaliyyətində birləşdirən,
dövrünün qabaqcıl elmi-nəzəri nailiyyətlərini
milli folklorşünaslığımıza tətbiq edən
bir alim olmuşdur. Bu baxımdan onun əsərlərinin və
folklorşünaslıq fəaliyyətinin öyrənilməsi
çağdaş humanitar elmimizin sağlam ənənələr
üzərində davam etdirilməsi baxımından əhəmiyyət
daşıyır.
T.Fərzəliyevin Azərbaycan şifahi xalq ədəbiyyatı
nümunələrinin toplanılması, yazıya
alınması, tərtibi və tədqiqi sahəsində
çoxşaxəli fəaliyyəti olmuşdur. XX əsrin
altmışıncı illərindən etibarən
folklorşünaslıq fəaliyyətinə başlayan T.Fərzəliyev 50 ilə yaxın davam edən
elmi fəaliyyəti dövründə Azərbaycan folklorunun
toplanması, yazıya alınması, xüsusən də tədqiqi
məsələləri ilə məşğul olmuşdur.
Təhmasib
Əhməd oğlu Fərzəliyev 1928-ci il avqust
ayının 13-də də Naxçıvan
şəhərində anadan olmuşdur. O, 1947-ci ildə Naxçıvan
şəhərində orta məktəbi bitirmiş və
1951-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
“Dil və ədəbiyyat” fakültəsinə daxil
olmuşdur. O, ilk əmək fəaliyyətinə Mətbuat
və Maarif Nazirliyi sistemində başlamışdır.
Folklora olan böyük marağı T. Fərzəliyevi
1960-cı ildə Azərbaycan Elmlər Akademiyasının “Ədəbiyyat
və dil” İnstitutunun Şifahi xalq ədəbiyyatı
şöbəsinin əyani aspiranturasına gətirmişdir.
Aspiranturanı başa vuran Təhmasib Fərzəliyev bundan
sonra ömrünü həmişəlik “Ədəbiyyat
və dil” İnstitutunun Şifahi xalq ədəbiyyatı
şöbəsinə bağlamışdır. O, bu
şöbədə əvvəlcə laborant, sonra isə elmi
işçi vəzifəsində
çalışmışdır.
T.Fərzəliyev
1965-ci ildə «Azərbaycan xalq lətifələri»
mövzusunda yazdığı namizədlik
dissertasiyasını müdafiə etmiş və filologiya
elmləri namizədi elmi dərəcəsi
almışdır. Təhmasib Fərzəliyev 1968-ci ildən
1996-cı ilə kimi Azərbaycan Elmlər
Akademiyasının “Ədəbiyyat və dil” İnstitutunun
Şifahi xalq ədəbiyyatı şöbəsində
baş elmi işçi vəzifəsində
çalışmışdır. T. Fərzəliyev 1999-cu
ildən 2009-cu ilə kimi AMEA Folklor İnstitutunun “Azərbaycan
folkloru” şöbəsində elmi fəaliyyətini davam
etdirmişdir.
Təhmasib Fərzəliyev folklorun nəzəri
məsələlərinə dair bir çox monoqrafiya,
kitab və elmi məqalələrin müəllifidir. O,
müxtəlif vaxtlarda respublikamızın Qazax,
Gəncə, Şirvan, Naxçıvan, Qarabağ və
Şəki-Zaqatala bölgələrlərinə göndərilən
folklor ekspedisiyalarının tərkibində həmişə
fəallıq göstərmişdir. Ömrünün 50
ilə yaxınını folklor nümunələrinin
toplanması, yazıya alınması, nəşri və
tədqiqinə həsr edən T. Fərzəliyev iyirmiyə yaxın
kitabın: Azərbaycan lətifələri, /Tərtlb
edəni: T. Fərzəliyev,
Bakı: Azərbaycan Dövlət Nəşriyyatı,
1965; Azərbaycan xalq lətifələri, Bakı: Elm, 1971; Azərbaycan məhəbbət dastanları,/
Tərtib edənləri: M. Təhmasib, T. Fərzəliyev, İ.Abbasov,
N.Seyidov. Bakı: Elm, 1979; Şərq xalqları
lətifələri, /Tərtlb edəni: T.Fərzəliyev. Bakı: Yazıcı, 1982; Xalq ədəbiyyatı,
I c./Tərtib edənlər T.Fərzəliyev, İ.Abbasov, Bakı: Elm, 1982; Şərq xalqları
folklorunun komik qəhrəmanları,
Bakı:Yazıçı, 1979; Azərbaycan folkloru antologiyası I c., Naxçıvan folkloru.
/Tərtib edənləri: T. Fərzəliyev, M. Qasımlı, Bakı: Sabah,
1994; Nağıl buketi, /Tərtib edəni: T.Fərzəliyev. Bakı: Gənclik,
1982; Dualar, bəddualar, /Tərtib
edənləri: T.Fərzəliyev,
İ.Abbasov, Bakı: Yazıçı, 1994; Azərbaycan
xalqının öyüd-nəsihətləri,
tövsiyyə və məsləhətləri, Bakı: Səda,
2005; Azərbaycan folkloru
antologiyası, V c., Qarabağ folkloru /Toplayanları: İ.
Abbaslı, T. Fərzəliyev,
N. Nazim (Quliyev), Bakı: Nurlan, 2009, eləcə də yüzdən artıq məqalə
və tezisin müəllifi olmuşdur. (1, s.58)
T.Fərzəliyev
şifahi xalq ədəbiyyatının bir çox
janrlarına həsr edilən məqalələr yazsa da, o,
Azərbaycan folklorşünaslığı tariximizdə daha
çox, lətifə janrının
araşdırıcısı kimi tanınır. Bu mənada T.
Fərzəliyevin elmi yaradıcılığında 1971-ci
ildə nəşr edilən “Azərbaycan xalq
lətifələri” kitabı mühüm yer tutur. Kitab üç fəsildən
ibarətdir:
I fəsil: Nəsrəddin
adı ilə bağlı lətifələrin nəşri və
tədqiqi.
II fəsil: Lətifələrin
mövzysu və ideyası.
III fəsil: Lətifə
janrının poetik xüsusiyyətləri. (2)
Azərbaycan
şifahi xalq ədəbiyyatının ən çox sevilən
və ən çox yayılmış janrlarından biri də
lətifədir. Lətifələr həyatın müxtəlif
sahələrinin müşahidə və təcrübələrindən
doğan nəticələrin bədii ümumiləşməsindir.
Bu ibrətamiz xalq inciləri adları bizə məlum olmayan
saysız-hesabsız sənətkarlar tərəfindən yaradılır,
ağızlara düşür, cilalanır, mükəmməlləşir
və kollektiv yaradıcılıq məhsuluna çevrilir.
Folklorşünaslar, bir qayda olaraq, lətifələri,
ümumiyyətlə, nağılların bir sahəsi hesab
edir, hətta nağılların təsnifatında lətifəyə
xüsusi yer də verirlər. Lakin, lətifə bəzi
xüsusiyyətlərinə görə nağıl
janrına yaxın olsa da, özünün ən əsas əlamətlərinə
görə ondan fərqlənir. “Böyük əksəriyyəti
yazılı qaynaqlarla bağlı olan tarixi məzmunlu lətifələr
rəvayət əlamətləri ilə zəngin olub satirik
nağılların formalaşmasında yaxından iştirak
etmiş və onların janrdaxili qarşılıqlı
inkişafında muhum rol oynamışdır.” (3, s.61)
T.Fərzəliyev
monoqrafiyanın I fəsli olan “Nəsrəddin adı ilə bağlı
lətifələrin nəşri və tədqiqi” hissəsində
qeyd edir
ki, “kütləvi” və
“məhəlli” lətifələrdən başqa, bizdə el
arasında çox şöhrətlənmiş iki şəxsiyyətin
adı ilə bağlı lətifələr vardır ki,
bunlardan biri bəzən ərəb xəlifəsi Harun-ər-Rəşidin
qardaşı kimi tanınan, bəzən də Bağdad
hakimi Məmunun qardaşı hesab edilən Bəhlul, ikincisi
isə məşhur Molla Nəsrəddindir. Bəhlul Azərbaycanda,
Bəhlul Danəndə, Danəndə Bəhlul və Divanə
Bəhlul kimi adlarla məşhurdur.
Azərbaycanda Bəhluldan
da məşhur lətifə qəhrəmanı bütün
dünyada şöhrət tapmış Molla Nəsrəddindir.
Buna görə də T. Fərzəliyev kitabın I fəslində
Şərq, xüsusilə Qafqaz və Orta Asiya xalqları tərəfindən
yaradılan və bu xalqlar üçün müştərək
olan lətifələrin yazıya alınması, toplanması
və tədqiqi tarixinə ümumu nəzər salır.
Müəllif vurğulayır ki, Molla Nəsrəddin lətifələri
dəfələrlə Azərbaycanda toplanaraq müxtəlif
illərdə böyük tirajla nəşr edilmişdir.
Nəsrəddin
müxtəlif türk ellərində müxtəlif adlarla
məşhur olmuşdur. Türkiyədə hələ
qədim dövrlərdən başlayaraq elm və maarif
adamına hörmət əlaməti olaraq ona “Xoca”
deyərək müraciət edirdilər. Bu ənənə
indi də qalmaqdadır. 1935-ci ildə bütün titul
və dərəcələr bəy, əfəndi, paşa,
xoca, ağa və s. ləğv edildi. Kişilər
üçün müraciət forması “bəy”, qadınlar
üçün “bayan” sözləri müəyyənləşdirildi.
Lakin “Xoca” sözü Türkiyədə indi də
hörmət ifadəsi olaraq müəllim və alimlər
arasında geniş şəkildədə
işlənməkdədir.”Əfəndi” isə hələ yunanlardan
götürülmüş savadlı adamlara müraciət
forması kimi saxlanılmaqdadır. Taciklər arasında
“Əfəndi”, özbəklərdə isə “Əpəndi”
kimi işlədilir. Orta Asiyanın digər
ölkələrində isə “Nəsrəddin Əfəndi”
kimi tanınır. Azərbaycanda isə Nəsrəddin “Molla”
ləqəbi ilə məşhur olmuşdur.
Lətifələr
əksər xalqlar icərisində muxtəlif istilahlarla-“lətifə”,
“fıkra”, “anek-dot”, “bəzəmə” və s. adlarla
tanınan və epik növün mustəqil bir janrı kimi çox geniş
yayılmışdır. Lətifələrdə cahil hakim təbəqənin,
eləcə də ictimai-siyasi quruluşdakı nöqsan və
catışmamazlıqların satira və yumor vasitəsilə
tənqid hədəfinə tutulması daim diqqət mərkəzində
dayanan məsələlərdən olmuşdur.
T.Fərzəliyev lətifələrdə söylənən
kiçik bir əhvalatda məzhəkə, bəzən də
dərin istehza, ələsalma, eləcə də xalqın
hiddət və qəzəbinin öz əksini tapdığını
qeyd edərək yazırdı: “Azərbaycan dilində bəzi
hallarda əyləncə üçün, gülmək
üçün söylənilən, mənalı,
kiçik əhvalata lətifə deyilir. Bəzən də
xalq arasında (Azərbaycanda) lətifəyə çox vaxt
yazılı ədəbiyyatda olduğu kimi, “lətifə” deyil,
“məsəl” deyilir ki, belə hallarda da bu və yaxud başqa
bir münasibətlə nəql edilən
kiçik və gülməli bir əhvalat nəzərdə
tutulur və lətifə mənasını verir” (4, s. 95).
Lətifələr
insanların həyat və məişətindəki yaramaz,
gülünc hadisələri yığcam şəkildə əks
etdirən və nəsrlə yaradılan bir janrdır.
Dünyanın böyük bir ərazisində geniş
şöhrət tapan, məzəli əhvalatları,
tutarlı cavabları el məsəllərinə çevrilən,
xalqın rəğbət və məhəbbətini qazanan
Molla Nəsrəddin isə xalq müdrikliyinin timsalı
sayılmışdır. Molla Nəsrəddin lətifələri
dövrün haqsızlıqlarına, yalançı din
xadimlərinin, dövlət adamlarının, hakimlərin
rüşvətxorluğuna, ədalətsizliyinə
qarşı çevrilmiş bir ittihamnamədir. O yerdə ki
xalq öz etirazını, narazılığını
gülüşlə, kinayəylə, rişxəndlə ifadə
etmək istəyir, o yerdə mütləq Molla Nəsrəddinə,
onun duzlu, məzəli lətifələrinə ehtiyac duyulur.
Nəsrəddin müxtəlif xalqlarda, müxtəlif
titullarla məşhur olmuşdur. O gah Xacə Nəsrəddin,
gah Xoca Nəsrəddin, gah sadəcə Nəsrəddin, gah da
Xacə və ya Xoca olur. Lakin nə Xoca, nə Xacə, nə
də Molla adlandırılması Nəsrəddinin
din xadimi olmasından irəli gəlməmişdir.
H.Zeynallı
yazırdı: “Böylə şəxslərin tarixi bir sima
olduqlarına ehtimal ola bilər. Nədənsə Şərqdə,
bilümum türklərdə, bilxassə bu adamlar haqqında nəsildən-nəslə
kecən mənqəbələr müəyyən bir şəkildən
çıxmazlar. Bağdad hakimi Məmunun qardaşı Bəhluldan,
şair Abidzakanidən, Harun-ər Rəşidin nədim xassı
və şairi sayılan Əbu-Nüvasdan başlayaraq Şah
Abbasın Kəlniyyəti, Süleyman Qanuni
dövrünün İncili-Cavuşu dəxi birər sima
olmaqla, ümumxalqın zərifliyi
və nədimliyi ücün birər abidə olaraq el
ağzında yaşamasalar da, Nəsrəddin Xoca qədər
dərin və eyni zamanda el ruhunu oxşayan deyildirlər”(5,
s.147).
Molla Nəsrəddinin
tarixi şəxsiyyət olub-olmaması, tarixi şəxsiyyətdirsə,
onun nə zaman yaşadığı, hansı xalqa mənsub
olduğu, bu lətifələrin ilk dəfə harada,
hansı xalq içərisində yaranmış olması məsələsi
haqqında indiyə qədər çox ehtimallar irəli
sürülmüşdir. Molla Nəsrəddinin prototipinin XIII əsrlə
bağlı olduğunu göstərən bir sıra əlamətlər
və uyğun dəlillər vardır. Bunları vaxtı ilə
V.A.Qordlevski söyləmişdir. O öz mülahizələrinə,
təxminən, belə bir yekun vurmuşdur: “lətifələrdə
rast gəlinən şəxsi adlar haqqındakı mülahizələr
o qədər mötəbər olmasa da, sənədli məlumatlar
Xoca Nəsrəddini XIII əsrlə bağlamağa imkan
verir.” (6, s.5) T. Fərzəliyev «Azərbaycan xalq
lətifələri» kitabında bu məsələlərə
kifayət qədər aydınlıq gətirir, onlara öz
münasibətini bildirir.
T.Fərzəliyev
kitabın “Lətifələrin mövzysu və ideyası”
adlanan II fəslində yazır” Lətifələrin mərkəzində
cəmiyyət daxilində baş verən iqtisadi-siyasi münasibətlərlə
yanaşı, ictimai şüurun müxtəlif ziddiyyətli
formaları da durur. Əksər lətifələrdə
mütləqiyyət üsuli-idarəsinin
yaramazığı, özbaşnalığı, müstəbid
hökmdarların qəddarlığı, kinliliyi, cəlladlığı,
şöhrətpərəstliyi, saray əyanlarının paxıllığı,
yaltaqlığı, ikiüzlülüyü, ruhani və
tacirlərin acgözlüyü, bir sözlə, istismar
dünyasındakı hər cür insan sədaqətinə
zidd olan bütün qanun və adətlər amansızcasına
tənqid edilir (2, s.51).
Müəllif
qeyd edir ki, lətifələrdə
xalq gördüyü nöqsanlara gülür. Bu
gülüş gah öldürücü bir satira, gah incə
bir yumor, gah da acı bir istehza şəklində olur. Bu
janrın çox nümunələrində zalım, xəsis
ağalar, ikiüzlü ruhanilər ələ salınır,
hakim təbəqə, xüsusən kəndxudalar, tacirlər,
qazılar, simasız adamlar lağa qoyulur, onların bəd əməlləri
ifşa edilir. Xalq satirası və yumoru qüvvətli şəkildə
meydana çıxan lətifələr, əsasən, iki şəxsin – Molla
Nəsrəddin və Bəhlul Danəndənin adı ilə
bağlı olsa da, regional və məhəlli xarakterli lətifə
qəhrəmanlarının adları ilə (Abdal Qasım
(Qarabağ), Ayrım Tağı (Qazax-Tovuz), Baməzə Musa
(Gəncə), Əli Cabbar (Laçın), Hacı dayı (Şəki
), Molla Tanrıverdi oğlu Hüseyn (Naxçıvan), Mirzə
Bağı (Salyan) və b.) bağlı lətifələr də
mövcuddur. Bu lətifələrdə dövrün eybəcərlikləri,
adamların xarakterindəki naqis cəhətlər, ictimai həyatda
və məişətdəki yaramazlıqlar və s.
gülüş doğuracaq bir tərzdə ifşa edilir. Belə
“lətifələrdə ümumiləşdirmə meyli
güclüdür. Satira və yumor ünsürlərinin
üzvi vəhdəti zəminində yaranan bu lətifələrdə
xalq yumoru, hazırcavablıq, mübarizə ruhu və tizfəhmlik
öz əksini tapır” (7, s.55).
Əsrlər boyu lətifələrin,
o cümlədən də ayrı-ayrı bölgələrdə
formalaşmış gülməcələrin muxtəlif şəxslərin
adları ilə bağlanıb yayılması belə bir qənaət
doğurmuşdur ki, lətifələr “...müxtəlif
dövrlərdə, müxtəlif şəxslərin
adları ilə əlaqələndirilmişdir. Bəzən
bir şəxsin adı ilə bağlı yaddan
cıxmış lətifə digər bir şəxsin
adı ilə bağlanmış və
yaşamışdır”(8, s.108).
Xalq
gülüşünün-satira və yumorun daha cox qorunub
saxlandığı xalq lətifələri, həmcinin onun
regional səciyyə daşıyan coxsaylı örnəkləri
folklor mədəniyyətinin aparıcı qolu kimi öz
arxasınca yazılı ədəbiyyatı da cəkib
aparmış, keyfiyyət və kəmiyyət
baxımından yeni calarlar qazanmışdır. Bu lətifələr
mövzu və mündəricə etibarilə zəngin olub,
ictimai həyatın muxtəlif sahələrini əhatə
edir. Lətifələri, həmçinin regional gülməcələri
zahiri əlamətlərinə gorə iki qrupa ayıran T.Fərzəliyev
birinci qrupa “... muəyyən tarixi hadisə və ya şəxsiyyət
(istər mifik, istərsə də tarixi olsun) adı ilə əlaqələndirilən,
daha dəqiq desək, avtorlaşdırılan lətifələr”i
daxil etmiş, onları isə məzmun və səciyyələrinə
görə dörd bölməyə ayırmışdır (9,
s.243).
Ailə-məişət,
siyasi-ideoloji düşüncə tərzi, tarixi hadisə və
tanınmış adamların həyatı ilə
bağlı məlumatlar və müxtəlif əhvalatlar lətifələrin
leytmotivini müəyyənləşdirir. Ailə-məişət
mövzulu lətifələrin mahiyyətindən söz acan
T.Fərzəliyev yazır: “Ailə, məişət, tərbiyə
məsələlərinə toxunan lətifələrdə
islahedici yumor qabarıqdır. İctimai rəftar və
davranışdan bəhs edən lətifələrdə isə
yumorla yanaşı, bəzən satira da, hətta sarkazm da
ozunu biruzə verir”(9, s.244).
Məludur ki,
ayrı-ayrı real tarixi şəxsiyyətlərin
başlarına gələn macəralar əsasında da
yüzlərlə regional lətifələr
yaranmışdır. Azərbaycanın klassik şair və
yazıcıları ilə bağlı lətifələr də
toplanıb işlənmişdir. T.Fərzəliyev bu qəbildən
olan örnəkləri, o cümlədən
S.Ə.Şirvaninin qarabağlı Talıb xan, şirvanlı
Mustafa xanın başına gələn macəralarla
bağlı qələmə aldığı lətifələri
bir araya gətirib onların elmi təhlilini vermişdir (10,
s.76-77).
Onlarla lətifələrin
yaradıcısı, yaxud iştirakcısı, personajı
kimi tanınan, əslən Ağdamın Abdal-Gülablı kəndindən
olan Abdal Qasım (1873-1921) Qarabağ böl-gəsinin ən
məşhur lətifə qəhrəmanlarından biri
olmuşdur. Ayrı-ayrı mətbuat səhifələrində,
folklor toplularında çoxsaylı lətifələri cap
olunmuş Abdal Qasımın lətifələrini, o cümlədən
də lətifəli rəvayətlərini ən cox nəşr
etdirən T.Fərzəliyev olmuşdur (11, s.132-149).
Nağıl
başlığı altında yazıya alınan, quruluş
etibarilə isə lətifəli rəvayət mahiyyəti
daşıyan “Atın oğurlanması” örnəyində
Abdal Qasımın şəxsiyyəti belə səciyyələndirilir.
Ağdamın Abdal kəndindən olan “...Abdal Qasım qonaqpərvər,
səxavətli, hazırcavab, hiyləgər və qocaq bir adam
idi. Daha sonra lətifəli rəvayətdə
xatırladılır ki, Abdal kəndi Miri kənd, Təkir
Mirik, Tac-Tuğ, Dağdağan kəndləri ilə
qonşuluqda yerləşir. Deyilənə görə,
Qasım kişi uşaqlıqdan ermənilərlə
yaxınlıq etdiyinə görə erməni dilini mukəmməl
bilir. Bu dildə danışanda ermənilərin özləri
belə onun nə millət olduğunu seçə bilmirdilər.
Lətifəli rəvayətdə daha sonra deyilir ki, Abdal
Qasım həmişə erməniləri ələ salar, onlara
kələk gələrmiş. Ermənilər onun əlindən
dad-aman cəkirmişlər.
Numunədə
satirik planda soylənilən hadisələr məhz bu epizoddan
sonra cərəyan edir. Miri kənddə Girikor (əslində
Qrikor olmalıdır) adlı bir erməninin atına
gözü düşən Abdal Qasım atı ondan almaq istəsə
də, erməni buna razılıq vermir. Axırda meşədən
odun qırıb ata yukləyib onu yedəyinə alan Girikoru Abdal
Qasım hiylə işlədib aldadır və atı ondan
alıb apara bilir” (3, s.87).
Abdal Qasımla bağlı bu sujet xətti, məzmun tamamilə
“Bir də eləmərəm” lətifəsində qorunmuşdur.
Ancaq burada at sahibi erməni deyil, sadəcə olaraq “bir kəndli”
kimi təqdim olunmuşdur (12, s.79-80).
Məhəlli-regional
lətifələrin kütləviləşməsindən
söz acan T.Fərzəliyev belə qənaətə gəlmişdir
ki, “Azərbaycanın muəyyən bölgələrində,
məsələn, Salyan (Mirzə Bağı), Şəki
(Hacı dayı), Gəncə (Baməzə Musa), Lacın
(Əli Cabbar) və Naxçıvanda (Molla Tanrıverdi
oğlu Huseyn) tanınan bəzi yerli məşhurların
adına istinadən deyilən lətifələrə gəldikdə
isə, göstərmək lazımdır ki, onlar geniş
miqyasda kütləviləşə bilməmişlər” (9,
s.243).
Atalar sözü və
məsəllərdə xalqın adət-ənənələri,
mənəvi aləmi, əxlaqi-estetik fikirləri əks
olunur. Lətifələrdə işlədilən belə
atalar sözü və məsəllərdə xalqın həyata
baxışı, təcrübədə qazandığı nəticələr,
onun əxlaqi-tərbiyəvi fikirləri ifadə edilir. Bu
atalar sözlərində dərin məna, fəlsəfi
ümumiləşdirmə, gözəl bədii forma və
yüksək emosional təsir qüvvəsi olur. Bir sıra
kütləvi, eləcə də məhəlli-regional lətifələrin
sonluqları isə daha cox uzun illərdən bəri formalaşmış
atalar sözləri ilə tamamlanır. Bu isə lətifəni
daha məntiqi, daha cox inandırıcı şəklə
salır. Hər iki janrı qarşılıqlı şəkildə
izləyən İdris İbrahimov bu məsələyə
toxunaraq qeyd etmişdir ki, bəzi hallarda “...atalar sözü və
məsəllər lətifələrlə verilən hadisə
və əhvalatın nəticələrindən ibarət
olur”(13, s.253). Təxminən, eyni fikri T.Fərzəliyev də söyləmişdir
(9, s.248).
Məhəlli-regional
lətifələr rəngarəng bədii xususiyyətlərə
malik olmaqla yanaşı, poetik fiqurlarla da zəngindirlər. Lətifələrdə
yer alan bu poetik əlvanlığı nəzərə
catdıran folklorşunas T.Fərzəliyev yazırdı:
“Konflikt, istehza, kinayə, istiarə, satira və yumor lətifələrin
ətini, canını, qanını təşkil edir. Hər
bir lətifə gülüş və təzadlardan ibarət
olur. Təzad, gülüş, kinayə lətifələrdə
tərifləmə, üzünü
görməzliyə, eşitməzliyə, saymazlığa və
bilməzliyə vurma, pisə yaxşı, yaxşıya pis
demə,rüsvay etmə, ələ salma, məsxərəyə
və lağa qoyma yolu ilə yaradılır. Bu vaxt rəngarəng
eyhamlardan və idiomlardan da geniş istifadə olunur” (9, s.246).
T.Fərzəliyev
“Azərbaycan xalq lətifələri” kitabının III
fəslini-“Lətifə janrının potik xüsusiyyətləri”
adlandırmışdır. Müəllif bu fəsildə lətifələrin
mövzu, ideya-bədii xüsusiyyətlərilə
yanaşı, onun poetik dilinin, bədii təsvir və ifadə
vasitələrinin öyrənilməsini də vacib məsələlərdən
hesab edir. Məlumdur ki, hər bir folklor janrının məzmun
və ideyasının ifadə olunmasında dil və onun
bütün leksik-qrammatik vasitələri mühüm rol
oynayır. Rus folklorşünası S.Q.Lazutin bu mövzudan bəhs
edərkən belə yazırdı: «Folklorşünas folklor əsərinin
hər bir komponentini, o cümlədən onun dilini obyektiv həyat
məzmununun estetik inikası forması kimi nəzərdən
keçirir. Folklorun dili, üslub vasitələrinin müxtəlifliyi
folklorşünası onların daşıdığı
ideya-estetik funksiyalar baxımından maraqlandırır» (14,
s.69).
T.Fərzəliyevln
fikrincə, xalq yaradıcılığı məhsulu olan lətifələrin
dili ümum-xalq dili olub, xəlqiliyi ilə seçilir.
Folklorun digər epik janrlarının, xüsusilə
nağılların və lətifələrin də əsasını
canlı xalq dili təşkil edir. Lətifələrdə həddən
artıq uzunçuluq, sözçülük, artıq ifadələr
və kəlmələr yoxdur. Poetiklik, bədiilik,
canlılıq, səlistlik, aydınlıq və oynaqlıq lətifələrin
dilinin əsas xüsusiyyətlərindəndir. Xalq dilinin
bütün incəlikləri və gözəllikləri lətifələrdə
öz əksini tapmışdır.
Lətifələrdə
təsvir olunan hadisə və epizodların təhkiyəsi
zamanı və ya perso-najların nitqində işlədilən
atalar sözü və məsəllər obrazların
xarakterinin açılma-sında, onların daha dolğun təsvirində
də mühüm rol oynayır. Bir çox hallarda lətifələrdə
təsvir olunan hadisələr atalar sözü və ya zərbi-məsəldə
ifadə olunmuş fikir əsasında inkişaf etdirilir. Bəzən
də lətifələrdən çıxan ümumi ideya və
nəticə də həmin atalar sözü və ya zərbi-məsəl
ilə müəyyən şəklə salınır. Bununla
da atalar sözü və ya zərbi-məsəldə ifadə
edilmiş fikir lətifələrin süjetini əmələ
gətirir. Bütün bu hallarda isə paremioloji vahidlər
olan atalar sözü və ya məsəllər lətifələrin
ideya və məzmununun daha dolğun ifadə olunmasına xidmət
edir.
Canlı xalq
danışıq dili uzərində qurulmuş lətifələrdə
yerli zəminlə bağlı ləhcə xususiyyətləri
və frazeoloji birləşmələrdən faydalanma əhəmiyyətli
rol oynamışdır. Bu məsələyə
aydınlıq gətirən T.Fərzəliyev yazır: “Lətifələrdə
ən cox işlədilən dil xalq danışıq
frazeologiyasıdır. Əksəriyyəti məcazi səciyyə
daşıyan bu frazeoloji vahidlər lətifələrin
reallığını, həyatiliyini, təbiiliyini, canlılığını,
təsir qüvvəsini qat-qat artırır. Onlar hər bir
personajın nitqini daha da canlandırır, lətifəyə
obrazlılıq, emosional ovqat gətirir, fikrin daha aydın və
təsirli ifadəsini təmin edir” (9, s.247).
Xalq dilinin gözəlliyini,
təbiiliyini, rəngarəngliyini əks etdirən lətifələrdə
məcazi mənada işlənən ifadələr də
çoxluq təşkil edir. Bu sıradan xalq
danışıq dilinin əsas ifadə vasitələrindən
olan idiomlar da lətifələrdə mühüm yer tutur.
İdiomlar bir dilə xas olub, başqa dildə hərfən tərcümə
edilə bilməyən ifadə, söz birləşməsidir.
Bu söz birləşməsini təşkil edən sözlər
onların ayrı-ayrılıqda ifadə etdiyi mənanı
deyil, başqa bir məcazi mənanı ifadə edir.
T.Fərzəliyev lətifələrin
poetik sistemində idiomların, eləcə də bədii təsvir
və ifadə vasitələri çox mühüm əhəmiyyətə
malik olduğunu da xüsusilə vurğulayırdı. O,
qeyd edirdi ki, lətifələrdə bədii təsvir və
ifadə vasitələrindən – epitet, təşbeh,
mübaliğə, litota, metafora (istiarə), inversiya, bədii
sual, sinekdoxalardan və xalq danışıq dilinə məxsus
olan idiomlardan, frazeoloji birləşmələrdən, eləcə
də atalar sözü və məsəllərdən
geniş istifadə edilməsi, lətifələrdə
müxtəlif hadisə və obrazların daha təsirli, daha
yaddaqalan və daha dolğun əks etdirilməsinə səbəb
olmuşdur.
Təhmasib Fərzəliyev
Azərbaycan folklorunun digər janrlarına həsr edilən
qiymətli tədqiqat əsərləri, məqalələr
də yazmışdır. Onun atalar sözləri və məsəllərin,
xalq dramlarının, xalq tamaşalarının və s.
janrların tədqiqində də mühüm xidmətləri
vardır. T.Fərzəliyev Azərbaycan folklorunun
toplanılması və nəşri məsələləri
ilə də müntəzəm şəkildə məşğul
olmuş, çoxşaxəli folklorşünaslıq fəaliyyətilə
milli folklorşünaslığımızın
inkişafında mühüm rol oynamışdır.
İşin elmi nəticəsi: Geniş fəaliyyət imkanlarına
malik olan Təhmasib Fərzəliyevin bir folklorşünas kimi
folklorun bir çox janrları, xüsusilə lətifə haqqında
fikirləri, bu fikir və mülahizələrin nəzəri əhəmiyyəti
və onların başlıca müddəaları məqalədə
öz əksini tapmışdır.
İşin elmi yeniliyi: Məqalənin əsas elmi
yeniliyi onun mövzusunun aktuallığı ilə müəyyənləşir.T.
Fərzəliyevin bir folklorşünas kimi Azərbaycan folklorşünaslıq
elmi tarixində elmi-nəzəri fikirləri öyrənilərək
tədqiqata cəlb edilmişdir.
İşin tətbiqi əhəmiyyəti: Məqalə Azərbaycan
folklorşünaslığında özünəməxsus
yeri olan görkəmli folklorşünas T.Fərzəliyevin
folklorşünasığımızda nəzəri fəaliyyətinin
təcəssümünü müəyyənləşdirmək
istiqamətində mühüm elmi əhəmiyyətə malikdir.
ƏDƏBİYYAT
1.Qəniyev T. Azərbaycan
folklorşünasları. Bakı:Nurlan, 2004, s. 31-32.
2.
Fərzəliyev T. Azərbaycan xalq lətifələri.
Bakı:Elm,1971,123 s.
3. Abbaslı S. Azərbaycan lətifələrinin
regional xüsusiyyətləri. Bakı: Nurlan, 2011,160 s.
4. Fərzəliyev
T. Lətifələrdən yazılı ədəbiyyatda
istifadə./AŞXƏT, IV kitab. Bakı: Elm, 1973, s. 58-91.
5. Zeynallı H.
Secilmiş əsərləri. Bakı: Yazıcı, 1983, 318
s.
6. Molla Nəsrəddin
lətifələri./M.H.Təhmasibin yazdığı ön
söz. Bakı: “Öndər nəşriyyat”, 2004, 304 s.
7.Elçin, Quliyev
V. Özümüz və sözümüz. Bakı: Azərbaycan
Dövlət Nəşriyyatı, 1993, 116 s.
8. Əfəndiyev P.
Azərbaycan folklorşunaslığının problemləri,
III hissə. Bakı: 2005,454 s.
9. Fərzəliyev
T. Lətifələr. //Azərbaycan ədəbiyyatı
tarixi, altı cilddə, I cild. Bakı: Elm, 2004, s.241-249.
10. Fərzəliyev
T. Lətifələrdən yazılı ədəbiyyatda
istifadə, AŞXƏT, IV kitab, Bakı: Elm, 1973.
11. Şərq xalqlarının lətifələri / tərtib
edəni T.Fərzəliyev. Bakı: Yazıcı, 1982, 198 s.
12. Məmmədov B. Qarabağın baməzə
adamları (Ədəbi portretlər, lətifələr).
Bakı: Yazıcı, 1992, 148 s.
13. İbrahimov İ.Atalar sozu və məsəllər
//AŞXƏT, I kitab, Bakı: Azərbaycan EA nəşriyyatı,
1961, s. 118-177.
14. Ëàçóòèí Ñ.Ã. Î
ôîëüêëîðèñòè÷åñêèì àñïåêòå èçó÷åíèè ÿçûêà íàðîäíîé ïîýçèè. Ðóññêàÿ ëèòåðàòóðà.
Ìîñêâà: 1959, 223 ñ.
Çapa tövsiyə
edən: Fil.ü.e.d., prof.
Füzuli Bayat