Nailə ƏSKƏR

Dede Qorqud LogoFilologiya üzrə fəlsəfə doktoru, dosent

AMEA Folklor İnstitutunun əyani doktorantı

e-mail: qaracantali@live.com

 

 “GOROĞLU” DASTANININ TƏDQİQAT TARİXİ

 

Xülasə

“Koroğlu” dastanı türk xalqlarının epik yaradıcılığında geniş yayılmış dastanlardan biri­dir. Bu gün dastan türk, qazax, qırğız, özbək, türkmən, tatar, başqırd, qaqauz, Azərbaycan, qa­ra­qalpaq, uyğur və s. xalqlar arasında öz həyatını davam etdirir. Bu dastanın Mərkəzi Asiyada ya­yılmış variantları içərisində türkmən xalqının “Goroğlu” dastanı xüsusi yer tutur. Dastanın həc­mi böyükdür və qollarının sayı etibarilə zəngindir. Məqalədə “Goroğlu” dastanının tədqiqat ta­rixi haqqında məlumat verilir.

Açar sözlər: “Goroğlu” dastanı, türkmən, variant, tədqiqat, nəşr, folklor

 

RESEARCH HİSTORY “GOROGHLU” EPİC

 

Summary

The epic of “Koroghlu” is one of the most widespread epics in the epic creativity of Tur­kic peoples. Today, the epic continues to live among the Turkish, Kazakh, Kyrgyz, Uzbek, Turk­men, Tatar, Bashkir, Gagauz, Azerbaijan, Karakalpak, Uighur and other nations. “Go­roghlu” epic of the Turkmen people has a special place among the versions spreaded throughout Central Asia. This article provides information about the research history of the “Goroglu” epos.

Key words: ”Goroghlu” epic, Turkmen, variant, research, publication, folklore

 

ÈÑÒÎÐÈÈ ÈÑÑËÅÄÎÂÀÍÈß ÝÏÎÕÀ “ÃÅÐÎÃËÓ”

 

Ðåçþìå

Ýïîõà “Êåðîãëó” ÿâëÿåòñÿ îäíèì èç ñàìûõ ðàñïðîñòðàíåííûõ ýïîïåé â ýïè÷åñêîì òâîð­÷åñòâå òþðêñêèõ íàðîäîâ. Ñåãîäíÿ ýïîñ ïðîäîëæàåò æèòü ñðåäè òóðåöêèõ, êà­çàõñ­êèõ, êûðãûçñêèõ, óçáåêñêèõ, òóðêìåíñêèõ, òàòàðñêèõ, áàøêèðñêèõ, ãàãàóçñêèõ, àçåð­áàéä­æàíñ­êèõ, êàðàêàëïàêñêèõ, óéãóðñêèõ è äðóãèõ íàðîäîâ. Ýïîõà “Ãîðîãëó” òóðêìåíñêîãî íàðîäà çàíèìàåò îñîáîå ìåñòî ñðåäè âåðñèé, ðàñïðîñòðàíåííûõ ïî âñåé Öåíòðàëüíîé Àçèè. Ýïîõà áîëüøîé ïî îáúåìó è áîãàò êîëè÷åñòâîì åãî âåòâåé.  ýòîé ñòàòüå ïðåäñ­òàâ­ëåíà èíôîðìàöèÿ î èñòîðèè èññëåäîâàíèÿ ýïîñà “Ãîðîãëó”.

Êëþ÷åâûå ñëîâà: ýïîñ ”Ãåðîãëó”, òóðêìåí, âàðèàíò, èññëåäîâàíèÿ, ïóáëèêàöèÿ, ôîëüê­ëîð

 

“Koroğlu” dastanı türk xalqlarının epik yaradıcılığında geniş yayılmış das­tan­lardan biridir. Bu gün “Koroğlu” dastanı türk, qazax, qırğız, özbək, türk­mən, tatar, başqırd, qaqauz, Azərbaycan, qaraqalpaq, uyğur və s. xalqlar ara­sın­da öz həyatını davam etdirir. Bu dastanının Mərkəzi Asiyada yayılmış va­riant­ları içərisində türkmən xalqının “Goroğlu” dastanı xüsusi yer tutur. Dastanın həc­mi böyükdür və qollarının sayı etibarilə də zəngindir.

XIX əsrin ortalarından başlayaraq “Goroğlu” dastanı və dastan haqqında olan bilgilər alimlərin, bölgəyə gələn və yaxud müəyyən səbəblərdən burada ya­şayan səyyahların diqqətini çəlb etmiş və dastanın bəzi hissələri nəşr edil­miş­dir. Əslində, dastan haqqındakı məlumatlar daha qədimlərə gedir. XVII-XVIII əsrlərdə yaşayan türkmən şairlərinin əsərlərində dastanın adı çəkilir və haq­qında məlumatlara yer verilir. Lakin bu məlumatlar çox ötəri olub ciddi infor­masiya daşımır.

“Goroğlu” dastanının ilk yazılı qaynağı olaraq Kazan və Peterburq Uni­ver­sitetlərinin professoru İ.N.Berezinin “Òóðåöêàÿ õðåñòîìàòèÿ” (Türkcə oxu ki­tabı) adlı kitabını göstərə bilərik. Əsərin “Òóðêìåíñêèå ïåñíè” (Türkmən mah­nıları) fəslində Koroğlu dastanına məxsus olan dörd qoşmaya yer veril­miş­dir. Yazar qoşmaları ona aid olan bir əlyazmadan götürdüyünü qeyd edir (3).

Bundan sonra 1872-ci ildə F.Bakulinin “Ïåñíè ó òóðêìåí è ïîåò î Ìàã­òóì Êóëè” (Türkmən mahnıları və şair Məxdumqulu) adlı məqaləsi Rus Coğ­ra­fiya Cəmiyyətinin Qafqaz şöbəsinin məcmuəsində çap olundu. Məqalədə türk­mən baxşısı Aman Molla, şair Məxdumqulu, xalq qəhrəmanı və aşıq Go­roğ­lu haqqında məlumat verilmişdir. Bu məqalə, xüsusilə “Goroğlu” dastanının söy­lənməsi, dinləyicilər, söyləyici olan baxşılar, dastanın söyləndiyi məkanlar və s. haqqında maraqlı bilgilər verməsi baxımından yaddaqalandır (2, 106; 10, 85).

Bundan sonra uzun müddət yazılı qaynaqlarda “Goroğlu” dastanı haq­qın­da məlumata rast gəlinmir. Təxminən 35 ildən sonra 24 yanvar 1908-ci ildə Rus Ar­xeoloji Cəmiyyəti tərəfindən keçirilmiş konfransda tərtib edilmiş Rus Ar­xeoloji Cəmiyyəti Şərq Bölümü məruzə protokollarında A.N.Samoyloviçin “Ëå­ãåíäà î Êîðêóäå è Êåðîãëó” (Koroğlu və Qorqud haqqında əfsanə) adlı mə­ruzə ilə çıxış etdiyi qeyd edilmişdir. Məruzədə müəllif toplayıcılıq fəaliyyəti ilə də məşğul ol­duğunu, əlində bəzi əlyazmalarının olduğunu bildirmişdir. Mi­fo­loji və dini mo­tiv­lərin dastanda həddindən artıq çox olduğunu bildirən və bu­na tənqidi tərzdə yanaşan məruzəçi Goroğlunun möcüzəli doğuluşu, mənşəyi və s. haq­qın­da ciddi fikirlər söyləmişdir. Bu məruzə məqalə şəklində 1910-cu il­də Rus Arxeo­loji Cəmiyyəti Şərq Bölümünün məcmuəsində çap olunmuşdur (22, 208-209).

Bundan başqa, eyni müəllifin “Ëèòåðàòóðà òóðåòñêîé íàðîäîâ” (Türk xalq­la­rı ədəbiyyatı) adlı başqa bir məqaləsində “Goroğlu” dastanına da yer ver­miş­dir. Müəl­lif xalq romanı adlandırdığı dastanın türkmənlər və şərq xalqları ara­sındakı şöhrə­tindən bəhs etmişdir (23; 10, 86).

Sovet hakimiyyəti qurulduqdan sonra bölgədə folklorun toplanması, nəşri sa­həsində bir çox işlərə imza atıldı. 1920-ci illərdə V.Uspenski ve V.Belyayev tə­rə­fin­­dən türkmən mahnıları toplanaraq çap olunmuşdur. Goroğlu havalarının da ol­duğu kitab kənd-kənd gəzilərək toplanmış, böyük zəhmət bahasına ərsəyə gəl­miş­di. “Òóðê­ìåíñêàÿ ìóçûêà” (Türkmən musiqisi) adlanan kitabda top­la­yı­cı və naşir­lər türkmən baxşılarının sənəti və folklor musiqisi haqqında geniş mə­lumat vermişdir. Dastanların, o çümlədən, “Goroğlu” dastanının nəzm və nəsr qarışıq mətnlərindən də danışaraq buradakı havalarının xalq tərəfindən çox sevildiyini qeyd etmişdilər. Kitabda Goroğlu havalarının xüsusi rəylərlə işa­rələnmiş notları ve fonetik trans­krip­siyaları mövcuddur. Rəylərdə havaların bax­şılar tərəfindən söylənmiş və rusca tər­cümə olunmuş adları, mahnı söz­lə­ri­nin qısa xülasəsi, söyləyicinin adı, bundan başqa lazım olarsa, baxşı və əsər haq­qında xüsusi qeydlər verilmişdir (29, 22-84).

1930-cu ildə Leninqradda çap olunan “Ýïîñ ñîâåòñêîãî âîñòîêà” (Sovet şər­­qinin eposu) adlı əsərin müəllifləri A.M.Arşaruni və S.L.Veltmandır. Onlar “Go­­­roğlu” dastanı haqqında yeni məlumatlar yazaraq dastanın xarakterik xü­su­siy­yət­­lə­rini doğru analiz etmişdirlər. Müəlliflər dastanın əsas motivinin qəbilə sa­vaşları oldu­ğunu, bunun da şərq dastanlarına xas bir motiv olduğunu qeyd et­miş­lər (1, 38).

1940-cı ildə “Sovet Türkmənistanı” qəzetində A.Qovşudovun “Halk gahry­mançylyk dessany” (Xalq qəhrəmanlıq dastanı) adlı məqaləsi çap olun­muşdur. Mü­əllif məqaləsində “Goroğlu” dastanının VII-XI əsrlərdə yarandığı fikrini də­lil­lərlə irəli sürmüşdür (21). Bundan qısa bir müddət sonra 1941-ci ildə “Gö­roğly” kitabı çap olunmuşdur. Məşhur folklor toplayıcısı A.Çepov tərəfindən top­lanmış mətni Aşıq Pelvan (Pelvan baxşı) söyləmişdir. 13 qoldan ibarət olan ki­tabı A.Qovşudov nəşrə hazırlamışdır. Yuxarıda bəhs etdiyimiz məqalə ki­ta­bın ön sözündə də yer almışdır. Ki­tab “Goroğlu” dastanının ilk iri­həcmli və döv­rünə görə tam mətnli nəşri idi (20, 5-14).

Yenə 1941-ci ildə B.A.Qarrıyevin “Watan ve gahrymançylyk hahynda ay­dımlar” (Vətən və qəhrəmanlıq haqqında nəğmələr) adlı əsəri çapdan çıx­mış­dır. Kitabda Goroğlu havalarından geniş bəhs olunmuş və ayrıca dastanın on beş havası haqqında izahlı məlumat verilmişdir (17, 6-19).

1941-ci ildə geniş vüsət almış Goroğlu dastanının toplanması, nəşri, təd­qi­qi işləri təəssüf ki, siyasi səbəblərə görə yavaşlamış və bir müddət da­yan­mış­dır. Bu tədqiqat işlərindən biri də məşhur şərqşünas Y.Bertelsin “Ëè­òå­ðà­òóð­íîå ïðîøëîå òóðêìåí” (Türkmənlərin ədəbi keçmişi) adlı məqaləsidir. Mə­qa­lə­də müəllif “Goroğlu” dastanının mənşəyi, yaranma və inkişaf tarixi mə­sə­lə­lə­ri­nə də toxunmuşdur: “Bu dastanın tarixi olduqca uzaqdır. Dastanın bəzi ele­ment­lərinin dərin bir keçmişə sahib olduğuna şübhə yoxdur” (5).

1942-ci ildə P.G.Boqatıryevin “Türkmen halk şeirinde ýurtseverlik ve kah­ry­manlyk” (Türkmən xalq şeirində vətənpərvərlik və qəhrəmanlıq) adlı mə­qa­ləsi türkmən dilində işıq üzü görür. Müəllif yazısında “Goroğlu” dastanına da geniş yer ayırmış, əsrlər boyunca türkmən baxşılarının nəğmələrinin xalq qəh­rəmanı modelini canlandırdığını nümunələr göstərərək geniş şərh etmişdir (6).

B.A.Qarrıyevin “Äðåâíÿÿ òóðêìåíñêàÿ ëèòåðàòóðà” (Qədim türkmən ədə­biyyatı) adlı məqaləsi SSRİ Elmlər Akademiyasının Türkmənistan filialının nəş­ri olan “İzvestiya” məcmuəsində çap olundu. Məqalədə Goroğlu obrazının qəh­rəmanlıqları qısaca təhlil edilərək dəyərləndirilmişdir (16).

P.Skosıryev adlı tədqiqatçı “Òóðêìåíñêàÿ ëèòåðàòóðà. Î÷åðê ðàç­âè­òèÿ” (Türkmən ədəbiyyatı. İnişaf oçerki) adlı kitabında “Goroğlu” dastanına da ge­niş yer vermiş və dastanın mənşəyi, yayılma arealı və s. haqqındakı araş­dır­ma­larını oxucularla bölüşmüşdür. Müəllif dastan qəhrəmanını dünya dastan qəh­rəmanları ilə müqayisə etmişdir, onun fikrincə Goroğlu bir epik qəhrəman ola­raq türkmənlərin Robin Qududur. Bundan başqa kitabda “Koroğlu” das­ta­nı­nın Təbriz nüsxəsindəki 13 qolun qısa xülasəsinə də yer verilmişdir (25, 49).

Bu illər ərzində bir tərəfdən rus, türkmən dillərində dastanın tədqiqi sa­hə­sin­də yeni-yeni məlumatlar və fikirlər üzə çıxıb çap olunurdusa, bir tərəfdən də ye­ni qollar və variantlar toplanırdı. 1941-ci ilə ilk dəfə türkmən dilində das­ta­nın 13 qolunu nəşrə hazırlayan A.Qovşudov Taşauz bölgəsindən daha bir qol top­layaraq nəşr etdirmişdir. “Sərvican” adlanan bu qolda Goroğlu və Övəzin ye­ni qəhrəmanlıqlarından bəhs olunurdu (24).

Yenə B.A.Qarrıyev 1947-ci ildə türkmən dilində nəşr olunan “Türkmen folk­lorundan usuli gollanma” (Türkmən folklorunun metodik vəsaiti) adlı ki­ta­bın­da “Goroğlu” dastanını da ümumi şəkildə təhlil etmişdir. Müəllif dastanı klas­sik türkmən ədəbiyyatı ilə müqayisə edərək Goroğlunun məşhur şairlərin əsər­lərindəki qəhrəmanlara çox bənzər olduğu qənaətinə gəlmişdir (10, 91).

Y.Bertelsin 1947-ci ildə “Ê âîïðîñû î òðàäèöèÿ â ãåðîè÷åñêîì ýïîñå òþðñ­êèé íàðîäîâ” (Türk xalqlarının qəhrəmanlıq dastanlarındakı ənənələr mə­sələsi) adlı məqaləsi çapdan çıxdı. Bu məqalədə müəllif xalq yaradıcılığının və şifahi ədəbiyyatın uzun dövrlərin müxtəlif adət-ənənələrini qorumağa qadir ol­du­ğunu yazmış və “Goroğlu” dastanındakı heyvanlar aləmi ilə bağlı olan bəzi ifa­də və epitetləri də (məsələn şir pənçəli, laçın gözlü və s.) təhlil etmişdir (4, 73, 76).

1947-ci ildə V.M.Jirmunski və H.T.Zaripov tərəfindən hazırlanan “Óç­áåêñ­êèé íàðîäíûé ãåðîè÷åñêèé ýïîñ” (Özbək xalq qəhrəmanlıq dastanı) əsə­ri­nin “Öèêë Ãîðîãëè” (Goroğlu dövriyyəsi) fəslində türkmən “Goroğlu”sunun va­riantları haqqında da söhbət açılır. Müəlliflər dastanın qollarının və müxtəlif va­riantlarının vaxtında toplanmadığı üçün elmi araşdırmaların çox çə­tin­ləş­di­yi­ni qeyd etmişlər. Əgər əldə daha çox variantlar olarsa, mətnlərin müqayisəli ola­raq araşdırılacağını və beləliklə, qarşıya çıxan bir çox məsələlərin həll ola bi­ləcəyini bildirmişdilər. Dastanın nəşrləri haqqında yazarkən müəlliflər xüsusi ilə bu məsələlərə diqqət yetirmişdilər: “XIX əsrin sonlarından etibarən dastanın türk, Azərbaycan və özbək variantları dəfələrlə xalq kitabı formasında daş bas­ma üsulu ilə çap olunmuşdur. Sovet dövründə Azərbaycan, türkmən, erməni və gür­cü versiyalarının elmi nəşrləri və bu dövrə aid özbək dastanları çap olun­muş­dur” (14, 165). Bu fəsildə müəlliflər yalnız sovet dövrü çap olunmuş əsər­lərin siyahısını vermiş və bu yazılar haqqında öz tənqidi fikirlərini söyləmişlər.

Bu əsər öz dövrü üçün xüsusi əhəmiyyətə malik bir kitab idi. Dastanın mil­li versiyalarının Orta Asiya coğrafiyasında yayılma arealı, mənşəyi, dastan ət­rafında yaranmış əfsanələri təhlil edərək V.M.Jirmunski və H.T.Zaripov belə qa­naətə gəlirlər: “Orta Asiya epik dastanlarının ümumi xüsusiyyətləri onların bö­yüməsinin və yayılmasının tək mərkəzinin, göründüyü kimi, Türkmənistan ol­duğunu ortaya qoyur” (14, 183-184). Müəlliflər epik qəhrəmanın ya­ran­ma­sı­nı, ideallaşdırılmasını dastanın inkişafı üçün əsas motiv olaraq görür və öz mü­şa­hidələrini ümumiləşdirərək yazırdılar: “Xalq qəhrəmanının epik ideallaşma pro­sesi gözlənildiyi kimi onun vətəni Türkmənistanda başlamışdır. Burada məş­hur türkmən qəhrəmanının mənşəyi, vətəni, qohumları ilə bağlı əfsanələr də qorunub saxlanmışdır” (14, 190).

Göründüyü kimi, V.M.Jirmunski və H.T.Zaripov tərəfindən hazırlanan “Óç­­áåêñêèé íàðîäíûé ãåðîè÷åñêèé ýïîñ” kitabında onlar Koroğlu dastanının ya­ranma coğrafiyasının mərkəzini və qəhrəmanın vətənini Türkmənistan olaraq gös­tərir, dastanın buradan yayıldığı və variantlaşdığı fikrini müdafiə edirlər. Türk­mənistanda baxşılar bu gün də söylədikləri qollarda Koroğlunu tarixi şəx­siy­yət kimi təqdim edir və buna inanırlar. Hətta Türkmənistanın müxtəlif böl­gə­lərin­dən baxşılardan Koroğlunun şəcərəsi ilə bağlı məlumatlar əldə edil­miş­dir. Daş­havuz vilayətinin Kalinin kəndindən 93 yaşlı Qurbanqılıc Çaxanoğlu bu­nu Dağ­xan bəy, İnər bəy, Arslan bəy, Əzbər bəy, Zaman bəy, Ağa bəy, Qaba bəy, Aman bəy, Cığalı bəy, Adı bəy, Rövşən-Goroğlu kimi ardıcıllıqla sa­da­la­mış­dır (11, 10).

1930-cu illərdə SSRİ Elmlər Akademiyasının Araşdırma qrupu dil və folk­lor bölümündə folklor mətnlərinin toplanması üçün xüsusi komissiya ya­ra­dıl­dı. Bu komissiyanın nəzdində N.K.Dimitriyevin rəhbərliyi altındakı xüsusi eks­pedisiya tərəfindən Türkmənistanın Mari rayonu bölgəsindən toplanmış Go­roğ­lu mətnləri 1954-cü ildə N.F.Lebedyevin tərcümə və əlavələri ilə “Òóðê­ìåí­ñêèå íàðîäíûå ñêàçêè Ìàðûéñêîãî ðàéîíà” (Mari rayonu türkmən xalq na­ğılları) adlı kitabda işıq üzü görmüşdür. Kitab türkmən folklorunun fonetik tran­skripsiya edilmiş ilk sənədli-elmi mətnidir. Kitab kiçik bir nağılla, daha doğ­rusu, Goroğlunun doğum əfsanəsi (Goroğlunun yenidən doğuluşu haqqında rə­vayət / Göroglynyn yeniden doguşy hakynda ravayat) ilə başlayır. Əfsanədə Go­roğlunun anasının hamilə vəziyyətdə ölüdüyündən, qəhrəmanın məzarda do­ğul­duğundan, buradan dəlik açıb çıxdığından bəhs edilir. Uşağın insanlar tə­rə­fin­dən görülməsi, tutulması, daha sonra onun atına olan sonsuz məhəbbəti əf­sa­nə­nin əsas mövzusunu təşkil edir.

Kitabın ön sözündə N.K.Dmitriyev “Göroğlu” dastanı haqqındaki elmi araş­dırmaların bir variant ya da versiya ətrafında aparılmamasını, variantlar və ver­siyalar arasısında müqayisəli olaraq təhlilin vacibliyini vurğulayır. O, qəh­ra­ma­nın adlarının etimoloji təhlilini apararaq “Kere-qulı” (karın oğlu) adının da is­tifadə edildiyini ifadə etmişdir. Türkmən variantlarının bəzilərində Cığalı bəy hün­kar tərəfindən sadəcə kor edilmir, eyni zamanda qulağına qaynar qur­ğu­şun tö­külərək kar da edilir (26, 161).

1958-ci ildə Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu, Xalq Ədəbiyyatı bölümü tərəfindən hazırlanan “Âîïðîñû èçó÷åíèÿ ýïîñà íàðîäîâ ÑÑÑД (SSRİ xalqlarının dastanlarının öyrənilməsi məsələləri) adlı kitabda V.M.Jirmunski, A.K.Borovkov, L.İ.Klimoviç kimi folklorşünas alimlər “Goroğlu” dastanının müxtəlif məsələlərinə toxunmuş, problemlərə aydınlıq gətirmişlər.

V.M.Jirmunski kitabda yerləşən “Íåêîòîðûå èòîãè èçó÷åíèÿ ãå­ðî­è­÷åñ­êî­ãî ýïîñà íàðîäîâ Ñðåäíåé Àçèè” (Orta Asiya xalqlarının qəhrəmanlıq epo­su­nun öyrənilməsinin bəzi nəticələri) adlı məqaləsində “Goroğlu” dastanının 1941-ci il nəşri haqqında bəzi fikirlər irəli sürür. Müəllif bu toplama mətninin qəh­ramanla bağlı türkmən epik dastanlarının çoxçeşitdiliyini və zənginliyini əks etdirmədiyini bildirir və dastanın akademik nəşrə ehtiyacı olduğunu qeyd edir. “Koroğlu” dastanının müxtəlif variant və versiyalarını tədqiq edən alim das­tanın inkişafını iki ana xəttə ayırmışdır: Cəlalilər üsyanının tarixi hadisələri zə­minində ələ alınan Azərbaycan xətti və daha qədim Orta Asiya xətti (30, 30).

A.K.Borovkov isə “Âîïðîñû èçó÷åíèÿ òþðêîÿçû÷íîãî ýïîñà íàðîäîâ Ñðåä­íåé Àçèè è Êàçàõñòàíà” (Qazaxıstan və Orta Asiyadakı türkdilli xalq­la­rın dastanlarını öyrənilməsinə dair) adlı məqaləsində bir oğuz-türkmən dastanı ola­raq təqdim etdiyi “Goroğlu”nun üslub problemləri üzərində dayanır və “Go­rog­lu”, “Bozoğlan”, “Yusuf bəy və Ahmet bəy” kimi oğuz-türkmən mənşəyi olan əsərlərin yayılma yollarının və tarixlərinin araşdırılmadığını” (30, 42) bil­di­rir.

“Âîïðîñû èçó÷åíèÿ ýïîñà íàðîäîâ ÑÑÑД kitabındakı bir başqa mə­qa­lə də L.İ.Klimoviçin “Çàìåòêè î ýïè÷åñêîì òâîð÷åñòâå íàðîäîâ ñîâåòñêîãî Âîñ­òîêà” (Şərqi sovet xalqının epik yaradıcılığı haqqında qeydlər) məqaləsi idi. Bu mə­qalədə müəllif Koroğlu (Goroqlı, Qoroqlı, Qurquli və s.) adı haq­qın­da­kı fikirlərini bildirərək Orta Asiya ve Qafqazın müxtəlif xalqlarında əfsanəvi qəh­rə­manla bağlı mətnləri təsnif edir və dastanların mənşəyini tarixi hadisələrə bağ­layır.

Müəllif Orta Asiya xalqları üçün həyati əhəmiyyət daşıyan “Goroğlu” das­tanındakı mübarizənin türkmən və özbəklərlə İran arasındakı şiəlik-sün­nü­lük mübarizəsindən doğulduğunu ifadə edir. İranın Səfəvi xanədanlığı və öz­bək­lərin Şeybanilər dövləti, daha sonra Nadir şaha qarşı aparılan bu mübarizə XVI-XVIII əsrlərə qədər davam edir (30, 241-250).

P.Kiçikulov 1958-ci ildə çap etdirdiyi “Görogly dassany hakynda” (“Go­roğ­lu” dastanı haqqında) türkməncə məqaləsində, həmin il çapdan çıxmış “Gö­rogly türkmen gahramançylyk eposy” adlı nəşri tanıdır. Müəllif 1958-ci il nəş­ri­nin 1941-ci il nəşrinin və 1954-cü il toplama mətnlərinin, bunlardan başqa Stav­ropol, Taşauz, Çarco variantlarının və Kazan, Daşkənd, Ufa daş bas­ma­la­rı­nın əsas alınaraq hazırlanmış olduğunu bildirmişdir (18, 260-261). Lakin P.Ki­çikulov məqaləsində nə söyləyicilər, nə də göstərilən qaynaqların quruluşu haq­qında məlumat verməmişdir.

1960-cı ildə Moskvada M.İ.Baydonova, İ.S.Braqinski, S.A.Qarrıyev, X.G.Koroğlu, L.İ.Lebedyev və A.S.Mirbadalyevanın birgə nəşə hazırladığı “Èñ­òîðèÿ ëèòåðàòóð íàðîäîâ Ñðåäíåé Àçèè è Êàçàõñòàíà” (Qazaxıstan və Or­ta Asiya xalqlarının ədəbiyyat tarixi) kitabında “Goroğlu” dastanının digər ver­siyaları ilə birlikdə türkmən versiyalarının məzmunu və forması haqqında da ümumi məlumat verilmişdir (12).

V.M.Jirmunski 1962-cı ildə Moskvada nəşr etdirdiyi “Íàðîäíûé ãå­ðî­è­÷åñ­êèé ýïîñ” (Xalq qəhramanlıq dastanı) adlı əsərində “Goroğlu” mətinlərinin ta­rixi köklərinin olduğunu ifadə edərək Azerbaycan qollarındakı qəhramanın türk­mən mənşəli, igid bir minici və eyni zamanda aşıq, feodal zülmünə qarşı vu­ruşan bir qəhrəman olduğunu bildirir. Türkmən mətnlərindəki qəhrəman dö­yüş­kən köçəri bir qəbilənin başçısıdır. V.M.Jirmunski bu yazısında da ver­si­ya­la­rın müqayisəli öyrənilməsinin, elmi əsaslarla fikir mübadilələrinin apa­rıl­ma­sı­nın vacib olduğunu bir daha bəyan edir (13, 214).

1968-ci ildə B.A.Qarrıyevin “Ýïè÷åñêèå ñêàçàíèÿ o Êåð-îãëû ó òþð­êîÿ­çû÷­íûé íàðîäîâ” (Türkdilli xalqlarda “Koroğlu” epik əfsanələri haqqında) ad­lı əsəri çap olunmuşdur. Bu kitab Koroğlunun bütün versiyalarındaki qolları və bu mətnlərlə bağlı aparılan araşdırmalar haqqında geniş məlumat vermişdir. B.A.Qa­r­rı­yev ortaq Koroğludan bəhs etmiş və eyni zamanda ayrı-ayrı xalqların mil­li va­riant­­larına nəzər salmışdır. Bununla belə, əsərdə 100-204-cü səhifələr ara­sındakı ən böyük yeri Koroğlunun türkmən versiyasına, yəni “Goroğlu” das­ta­nına ayırmışdır (15).

X.G.Koroglu “Òåêñòîëî÷è÷åñêàÿ õàðàêòåðèñòèêà ïóáëèêàòñèé ýïîñà Ãî­ðîãëó è Ãóðóãëè” (“Goroğlu” ve “Guroğlu” dastanlarının nəşr olunmuş xa­rak­terik mətnləri) adlı məqaləsində Türkmənistanda nəşr edilən “Goroğlu” das­ta­nının 1941 və 1958-ci il mətnlərinə müdaxilə edildiyini, kitabı çapa ha­zır­la­yan­ların şəxsi təşəbbüsləri ilə toplama mətnlərinin təhrif edilərək də­yiş­di­ril­di­yi­ni və əlavələr edildiyini bildirmişdi (19, 65-76).

M.Koseyev 1980-ci ildə A.Qovşudovun çap etdirdiyi nüsxəyə iki qol da­ha əlavə edərək yenidən nəşr etdirir. Müəllif bu nəşrin ön sözündə Goroğlunun mən­şəyi haqqında yazarkən Əbulqazi Bahadur xanın “Şəcəreyi-tərakimə” adlı əsə­rindəki Ögürcik Alpın Goroğlunun prototipi ola biləcəyi tezisini müdafiə edir. Bununla da “Goroğlu” dastanındakı hadisələrin X əsrlərə qədər enmə eh­ti­malının olduğuni ifadə edir (11, 5-16).

“Goroğlu"nun 1990-cı il nəşrinin ön sözündə B.A.Qarrıyevin B.Memmed­yazov ilə birgə yazdığı “Görogly, türkmen gahramançylyk eposy” mə­qaləsi yer almışdır. Məqalədə müəlliflər türkmən mətnləri haqqında geniş mə­lumat verərək daha əvvəlki nəşrlərin dil xüsusiyyətlərinə də toxunurlar. Bu­nun­la da bu nəşrdə yeni mətnin sadələşdirilməsindəki əsas məqsədlərini də dilə gə­tirirlər (9, 5-14).

“Goroğlu” dastanı haqqında bir neçə məqalə və toplama işlərini nəzərə al­masaq, demək olar ki, araşdırmalar əsasən sovet dövründə başlamışdır. İstər top­lama, nəşr işləri, istərsə də dastanın təhlili, öyrənilməsi bu dövrdə geniş vü­sət almışdır. V.M.Jirmunski, H.T.Zaripov, P.Kiçikulov, A.Qovşudov, N.Aşırov B.A.Qarrıyev, M.Koseyev, B.Memmedyazov və başqaları tədqiqat işləri ap­ra­raq dastanın dövrü, mənşəyi, dili, yayılma coğrafiyası, əhəmiyyəti və s. haq­qın­da fikirlər söyləmiş, öz mülahizələrini SSRİ və ya Türkmənistan miqyasında məc­muələrdə, kitablarda rus və türkmən dillərində çap etdirmişlər. Türk­mə­nis­tan­da bu işlər bu gün də davam etdirilir və türkmən xalqı “Goroğlu” dastanını öz milli mədəni söz abidəsi hesab edir. Təsadüfi deyildir ki, dastan 2015-ci ildə Türk­mənistanda YUNESCO-un dünya irsi siyahısına daxil edilmişdir.

Azərbaycan qaynaqlarında da “Goroğlu” dastanı haqqında qısa mə­lu­mat­la­ra və tənqidi qeydlərə rast gəlinir. M.Təhmasib, P.Əfəndiyev, A.Nəbiyev, F.Fər­ha­dov, Y.İsmayılova və s. koroğluşünas alimlər “Koroğlu” dastanının ta­ri­xi kökləri, yayılma arealı haqqında yazarkən dastanın türkmən versiyaları haq­qında da öz fikir və mülahizələrinə yer vermişlər. Professor A.Nəbiyevin fik­rincə dastan Za­qafqaziya məkanında yaranmış, şaxələnmiş və buradan da Tür­küstan coğrafiyasına keçmişdir: “Qafqaz-Anadolu versiyasının “Koroğlu” sü­jetinin türkmən hafizə­lərinə, oradan da bütün Türküstana yayılmasında mü­hüm rolu olmuşdur. Türkmən hafizələrinə “Koroğlu” improvizəsi bütövlükdə Azərbaycandan keçmişdir. Təbriz koroğluxanlarının repertuarını bəzəyən epo­su türkmən baxşıları Türküstanda yay­mış, çox keçmədən burada versiya öz ye­ni improvizə həyatını yaşamışdır. Baxşılar ənənəvi süjetdəki “kor edimliş ki­şi­nin oğlunun göstərdiyi qərəmanlığı” gorda dün­yaya gələnin qəhrəmanlıq sü­ca­ə­ti ilə əvəz etmişlər” (31, 474).

“Goroğlu” dastanı haqqında Türkiyədə də bəzi tədqiqat işləri gö­rül­müş­dür. P.N.Boratav “Köroğlu dastanı” kitabında türkmən mətnlərini görmədiyini, la­kin başqa qaynaqlardan əldə etdiyi məlumatların işığında dastanın türkmən mən­şəli ola biləcəyini düşündüyünü bildirmiş və A.N.Samoyloviçin təsvir et­diyi türkmən mətnlərinin xülasəsinə yer vermişdir (7, 43, 136-139).

Daha sonra “Goroğlu” dastanı ilə bağlı ilk ciddi məlumatlara F.Türk­me­nin maqalələrində rast gəlirik. Müəllif “Köroğlu hikâyelerinin yayılma sahaları ve menşe meselesi” (“Koroğlu” qollarının yayılma arealı və mənşəyi məsələsi) ad­lı məqaləsində digər versiyalarla yanaşı türkmən versiyasını da göstərmiş və bu versiya üzərində aparılan tədqiqatları təsnif etmişdir (27, 13-14). 1989-cu il­də çap olunan “Köroğlu hikâyelerinin Anadolu ve türkmen varyantları” (“Ko­roğ­lu” qollarının Anadolu və türkmən variantları) adlı məqaləsində isə hər iki sa­həyə aid mətnləri müqayisə edərək mətnlərin eyni qaynaqdan qidalandığını, am­ma Türkmənistan mətnlərinin daha əski və orijinal olduğunu bildirmişdir (28, 7-12).

Ü.Çelik “Göroglı” adlı yazısında dastanın Türkmənistanda çap edilən 1990-cı il nəşri haqqında geniş məlumat vermişdir. Müəllif əsərin giriş his­sə­sin­dən Türkiyə türkcəsinə uyğunlaşdırdığı bir bölümü də məqaləsinə əlavə et­miş­dir (8, 75-79).

Bütün bunlardan başqa, Türkiyədə “Goroğlu” dastanı haqqında dis­ser­ta­si­ya yazılmış və uğurla müdafiə olunmuşdur. Ege Universitetində professor F.Türk­menin elmi rəhbərliyi altında tədqiqatçı Mustafa Aslan 1997-ci ildə bi­tir­diyi “Koroğlu dastanının türkmən versiyası haqqında müqayisəli bir in­cə­lə­mə” adlı dissertasiya işində dastan mətnlərinin müxtəlif dövrlərdə çap olunmuş (1941/1980, 1958, 1990, 1996) nüsxələrində mövcud olan 20 qolu quruluş və məz­mun xüsusiyyətləri baxımından Anadolu mətnləri ilə müqayisəli olaraq təd­qiq etmişdir (32). Bundan sonra da o, “Goroğlu” dastanı haqqında müxtəlif səp­kilərdə məqalə və məruzələrlə çıxış edərək tədqiqatlarını davam etdirmişdir.

Bunlarla yanaşı, Türkiyədə F.Bayat, Y.Azmun, İ.Özkan, D.Yıldırım, M.Ekici, Z.Karadavut, İ.Kalenderoğlu, H.İ.Şahin və s. folklorşünas alimlər das­tançılıq sahəsindəki tədqiqatları zamanı “Goroğlu” dastanı haqqında da fikir və mülahizələrini əks etdirən əsərlər qələmə almışlar və bu gün də öz sanballı el­mi fəaliyyətlərini davam etdirirlər.

 

ƏDƏBİYYAT

1. Àðøàðóíè À.Ì., Âåëüòìàí Ñ.Ë. Ýïîñ ñîâåòñêîãî âîñòîêà. Ëåíèí­ãðàä,1930.

2. Áàêóëèí Ô. Ïåñíè ó òóðêìåí è ïîåò î Ìàãòóì Êóëè // Èçâåñòèÿ Êàô­êàñêîãî îòäåëà Ðóññêîãî Ãåîãðàôè÷åñêîãî îáùåñòâà Ò. I. Òáèëèñè. 1872-1873.

3. Áåðåçèí È.Í. Òóðåöêàÿ õðåñòîìàòèÿ, Ò. 2. Êàçàíü, 1862.

4. Áåðòåëñ É. Ê âîïðîñû î òðàäèöèÿ â ãåðîè÷åñêîì ýïîñå òþðñêèé íàðîäîâ // Ñîâåòñêîå âîñòîêîâåäåíèå. Ìîñêâà - Ëåíèíãðàä, IX. 1947.

5. Áåðòåëñ É. Ëèòåðàòóðíîå ïðîøëîå òóðêìåí // Sovet edebiyaty. ¹9-10/ 198, 1944.

6. Bogatyrev P.G. Türkmen halk şeirinde ýurtseverlik ve kahrymanlyk // Sovet edebiyaty. 1942, ¹2.

7. Boratav P.N. Köroğlu Destanı, Adam Yayıncılık, İstanbul, 1983.

8. Çelik Ü. Göroğlı // Millî Folklor, S. 25, Bahar-1995.

9. Garryev B., Memmedyazov B. Görogly eposy // Görogly türkmen gahry­mançylyk eposy. Aşgabat, 1990.

10.                  Garrıyev B.A. Türk Dünyasında Köroğlu Anlatmaları. Ankara, Gökçe Basımevi, 2007.

11.                  Görogly. Türkmen Halk Eposy, Türkmenistan Neşriyaty, Aşgabat, 1980.

12.                  Èñòîðèÿ ëèòåðàòóð íàðîäîâ Ñðåäíåé Àçèè è Êàçàõñòàíà, Èçäàòåëüñòâî ÌÃÓ, Ìîñêâà, 1960.

13.                  Æèðìóíñêèé Â.Ì. Íàðîäíûé ãåðîè÷åñêèé ýïîñ. Ìîñêâà - Ëåíèíãðàä, 1962.

14.                  Æèðìóíñêèé Â.Ì., Çàðèïîâ Ã.Ò. Óçáåêñêèé íàðîäíûé ãåðîè÷åñêèé ýïîñ. Ìîñêâà, 1947.

15.                  Êàððèåâ Á.À. Ýïè÷åñêèå ñêàçàíèÿ o Êåð-îãëû ó òþðêîÿçû÷íûé íàðîäîâ, Ìîñêâà, 1968.

16.                  Êàððèåâ Á.À. Äðåâíÿÿ òóðêìåíñêàÿ ëèòåðàòóðà // Èçâåñòèÿ Òóðê­ìåí­ñêîãî ôèëèàëà ÀÍ ÑÑÑÐ, 1944, ¹1

17.                  Garryev B.A. Watan ve gahrymançylyk hahynda aydımlar. Aşgabat, 1941.

18.                  Kiçikulov P. Görogly dassany hakynda // Òðóäû èíñòèòóòà ÿçûêà è ëèòåðàòóðû ÀÍ ÒÑÑÐ, Aşgabat, 1958.

19.                  Êîðîãëó X. Òåêñòîëî÷è÷åñêàÿ õàðàêòåðèñòèêà ïóáëèêàòñèé ýïîñà Ãî­ðîãëó è Ãóðóãëè // Ôîëüêëîð Èçäàíèå Ýïîñà, Èçäàòåëüñòâî Íàóêà, Ìîñêâà, 1977.

20.                  Gowşudow A. Görogly-türkmen halk eposy, Türkmenistan Dövlet Neşriyaty, Aşgabat, 1941.

21.                  Gowşudow A. Halk gahrymançylykly dessany // Sovet Türkmenistany. 29, XII. 1940.

22.                  Ñàìîéëîâè÷ À.Í. Ëåãåíäà î Êîðêóäå è Êåðîãëó // Çàïèñêè Âîñòî÷íîãî Îòäåëåíèÿ Ðóññêîãî Àðõåîëîãè÷åñêîãî îáùåñòâà. T. XX. 1910.

23.                  Ñàìîéëîâè÷ À.Í. Ëèòåðàòóðà òóðåòñêîé íàðîäîâ // Ëèòåðàòóðà Âîñòîêà, Ïåòåðáóðã, ¹ 1, 1919.

24.                  Servinaz // Sovet edebiyaty. ¹3-4. 1946.

25.                  Ñêîñûðåâ Ï. Òóðêìåíñêàÿ ëèòåðàòóðà. Î÷åðê ðàçâèòèÿ. Ìîñêâà, 1945.

26.                  Òóðêìåíñêèå íàðîäíûå ñêàçêè Ìàðûéñêîãî ðàéîíà. Ìîñêâà - Ëåíèíãðàä, 1954.

27.                  Türkmen F. Köroğlu hikâyelerinin yayılma sahaları ve menşe meselesi // Ege Üniversitesi. TDEAD. S. IV, İzmir, 1985.

28.                  Türkmen F. Köroğlu hikâyelerinin Anadolu ve türkmen varyantları // Ege Üniversitesi. TDEAD. S. V, İzmir, 1989.

29.                  Óñïåíñêèé Â., Áåëÿåâ Â. Òóðêìåíñêàÿ ìóçûêà. Ìîñêâà, 1928.

30.                  Âîïðîñû èçó÷åíèÿ ýïîñà íàðîäîâ ÑÑÑÐ, Ìîñêâà, 1958.

31.                  Nəbiyev A. Orta əsrlərin sonlarında aşıq repertuarları // Azərbaycan xalq ədəbiyyatı. II hissə. Bakı, Elm, 2006.

32.                  Arslan M. Köroğlu destanı’nın türkmen versiyonu üzerinde mukayeseli bir inceleme. Doktora tezi. İzmir, 1997.

 

 

Çapa tövsiyə edən: Fil.ü.e.d. Ramazan Qafarlı