Ədəbiyyat muzeyində

 

Azərbaycan mətbuatı tarixində ilk satirik jurnal olan "Molla Nəsrəddin"in nəşrinin 104-cü ildönümü ilə əlaqədar C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində sərgi təşkil edilmişdir.

Sərgi-ekspozisiyada "Molla Nəsrəddin" jurnalının 1-ci nömrəsinin titul səhifəsi, 1907, 1908, 1909, 1911, 1926, 1927-ci illərə aid orijinal nömrələri, görkəmli mollanəsrəddinçilər - M.Ə.Sabir, Ö.F.Nemanzadə, Ə.Qəmküsar, Ə.Nəzmi, Ə.Haqverdiyev, M.S.Ordubadi, M.M.Şəbüstəri, jurnalın rəssamları O.J.Şmerlinq, İ.Rotter, Ə.Əzimzadə, B.Kəngərli b. haqqında materiallar - fotolar, kitablar nümayiş olunur.

Əziz Şərifin "Molla Nəsrəddin" necə yarandı, Firidun Hüseynovun "Molla Nəsrəddin mollanəsrədinçilər", tərtibçiləri - Abbas Zamanov, Kamran Əliyevin "Mollanəsrəddinçi şairlər", Qulam Məmmədlinin "Molla Nəsrəddin" (salnaməsi), İsa Həbibbəylinin "Mollanəsrəddinçi karikatıra ustası Oskar Şmerlinq", Ataxan Paşayevin "Molla Nəsrəddin" jurnalının nəşri tarixindən", "Molla Nəsrəddin" dostları, düşmənləri" b. kitabları sərgi-ekspozisiyada nümayiş olunur.

Xalq rəssamı Oqtay Sadıqzadənin "C.Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalı redaksiyasında" rəsm əsəri, xalq rəssamı, heykəltəraş Hüseynqulu Əliyevin "Molla Nəsrəddin" obrazlı heykəli, jurnalın 80, 85, 90, 95, 100 illiyinə həsr olunmuş tədbirlərin proqramları, qəzet jurnal materialları sərgi-ekspozisiyada nümayiş olunan maraqlı eksponatlardır.

 

***

 

C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində ədəbiyyatımızın klassiklərinin, yazıçı şairlərin, ədəbiyyatşünas alimlərin ədəbi irsinin öyrənilməsi təbliği işi artıq ənənə halını almışdır. Bu günlərdə muzeydə XX əsr poeziyamızın qüdrətli nümayəndələri, xalq şairləri Səməd Vurğun, Süleyman Rüstəm, məşhur roman, povest hekayələr müəllifi, xalq yazıçısı Süleyman Rəhimov, görkəmli komediyalar ustası, ssenarist, yazıçı Sabit Rəhman, böyük söz ustadı Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş xatirə saatları keçirilmiş, ekspozisiyada geniş tərtibatla sərgilər təşkil edilmişdir. Onların müxtəlif illərdə nəşr olunmuş kitabları, əlyazmaları, fotoları sərgilərdə nümayiş olunmuşdur.

Muzeyin əməkdaşları İradə Məhərrəmova, Günel Novruzova, Həsənqulu Qədimov b. ədəbiyyatımızın görkəmli nümayəndələrinin həyat yaradıcılığından danışmış, muzeydə olan eksponatları haqqında ətraflı məlumat vermişlər.

 

 

İradə MƏHƏRRƏMOVA

 

Ədəbiyyat qəzeti.-2010.-16 aprel.-S.6.