Sabir Nuri Türkel

  

1938-2009

 

"Tanrı alnıma

yazı yazmadı,

payızı yazdı.

Yazı yazsaydı,

Xoşbəxt olardım bəlkə …"

 

Yox, bu misralar Sabir Nuri Türkelin deyil, amma Xuraman Hüseynzadə Sabir müəllimi tanımadan onun tərcümeyi-halını yazıb, məncə. Hər halda, bu epirqraf daha yerindədi; bəlkə S.N.Türkelin solğun üzündəki bütün rənglər pozulsa da, təəssüfün yeri aydınca göründüyündən belə fikirdəyəm - ola bilər

Hay-küysüz ömür, sadə jurnalist iddiasız poeziya nümunələri.

Nədənsə Sabir müəllimi ədəbiyyat jurnalistika tarixindən çox, keçmiş SSRİ tarixinə aid eləyirəm. O, mənim nəzərimdə kommunist kişilərə oxşayardı, düşünürdüm ki, təmiz adamlar həmişə olub. Ölümünə az qalmış AYB-nin üzvü seçilən, vəfatından az sonra "Rübailər" kitabı çıxan Sabir Nuri Türkel o qədər sakit həyat yaşadı ki, haqq dünyasındakı ilahi səssizlik, indi yəqin, onun eyninə deyil. Amma aprelin 19-u günü onun qəbrini ziyarətə gələn doğmalarının ayaq səsini yəqin ki, eşidəcək

 

 

Qulu AĞSƏS

 

Ədəbiyyat qəzeti.-2010.-16 aprel.-S.6.