Oylə şeytan olmasın
Sabirin qəzəlinə
nəzirə
İstəsən yoxsul kimi halın pərişan olmasın,
Oylə bir şeytana bənzə, hayla şeytan olmasın.
Hər sədaqətdən uzaqlaş, olmasın halın təbah,
Düz yola getmək kökündən iştibahdır, iştibah.
Bijlik öyrən ta nəsibin olmasın əfğan və ah,
Düz imə qol qoyma səndə boylə nisyan olmasın.
Oylə bir şeytana bənzə, hayla şeytan olmasın.
Gər başından istəyərsən pul yağa şamo səhər,
Dur tüpür vicdanına quldurluq öyrən birtəhər.
Nəngo namə paybənd olmaq sənə verməz səmər.
Tək pulun olsa yetər, heç ayrı imkan olmasın,
Oylə bir şeytana bənzə, hayla şeytan olmasın.
Zir-zibiltək tulla getsin məslək və iman sözün,
Boynuna alma, amandır qeyrəto vicdan sözün.
Həp fəramuş eylə, at başdan gedə insan sözün.
Olmayır heç
qoy kökündən
səndə vicdan sözün,
Oylə bir şeytana bənzə, hayla şeytan olmasın.
Milləto hübbi-vətən,
qeyrət, şərəf
əfsanədir,
Dünyada öz şəxsi nəfin qovmayan divanədir.
Xəlq üçün
candan keçən huşsuz deyil, aya nədir?
Həqqə qarşı
zərrəcə qəlbində
iman olmasın,
Oylə bir şeytana bənzə, hayla şeytan olmasın.
Elm adın
tutma, amandır eylə bu işdən
həzər,
Nəqd canından
edərsən yoxsa bu yolda zərər.
Ehtikar öyrən
ki, həm pər suddur, həm bixətər.
Get giriş
dəllallığa vəzində
nöqsan olmasın,
Oylə bir şeytana bənzə, hayla şeytan olmasın.
Hər bəlaya
qoy düşür-düşsün,
canım, millət nədir,
Anlama heç
ömründə insaf
nədir, mürvət
nədir,
Din nədir,
iman nədir mənayi-hürriyyət nədir.
Sən kimi dünyada qoy dəhşətli xortdan olmasın,
Oylə bir şeytana bənzə, hayla şeytan olmasın.
Haqbəyi Xeyrulla – Saplaq
Ədəbiyyat qəzeti.-2010.-23 aprel.-S.3.