Qələm dostumuz
Güneydən efirə çıxan radio dalğaları kədərli bir xəbər yaydılar: Şair Haqbəyi Xeyrulla - Saplaq dünyasını dəyişdi.
İtki ağır və böyükdür. O, müasir Güney poeziyasının lirik nəfəsli nəğməkarı, vətəndə doğulan poetik sərvətləri yaradan qələm sahiblərinin səriştəli təqdimatçısı və qüdrətli satira ustası idi.
Saplaq anasının təkcə ona deyil nəsil-nəsil vətən övladlarına lay-lay çaldığı dili, milli mədəniyyətin keşiyində durmağı şair üçün ən yüksək şərəf hesab etmişdir. Belə bir poetik amala malik olan şair üçün ana dilinə dönük çıxanlar, ona arxa çevirənlər ən kəskin satira atəşinə tutulmağa layiqdirlər.
O, doğma Azərbaycanı ən saf, səmimi duyğularla tərənnüm etməkdən usanmırdı:
Adım, sanım şöhrətim,
Ürəyim, canım mənim.
Ana yurdum, vətənim,
Azərbaycanım mənim!
Ey dilimin əzbəri,
Sazım, söhbətim vətən.
Şeirim, nəğməm, hünərim,
Şanım, şöhrətim vətən.
Sənsən başımın tacı,
Fəxrim, şövkətim vətən.
Sənsiz nəyə gərəkdir
Şöhrətim, şanım mənim.
Ana yurdum, vətənim,
Azərbaycanım mənim.
Babək qeyrəti hopub
Torpağına, daşına,
Pozulmaz adın düşüb -
Tarixin yaddaşına.
Pərvanətək dolanım
Vətən, sənin başına.
Keşiyinə bağlanıb -
Əhdim, peymanım mənim.
Ana yurdum, vətənim,
Azərbaycanım mənim
Uzun illərdən, əsrlərdən, bəri vətənin Güney tayında ömür sürən qələm sahibləri Arazın şimalında yerləşən vətən torpağında baş verən hadisələri səngimək bilməyən maraqla izləmişlər. Bu ənənə müasir dövrdə yazıb-yaradan qələm əhli üçün də çox doğma səslənən bir mövzudur. Bu mövzu Saplağın özü və həmkarları tərəfindənü rək qanı ilə misralara çevrilən mətləblərdəndir.
Saplaq bütün yaradıcılıq boyu həqiqət axtarışında olmuş, yaşadığı mühitin min rəngli simasına etirazını açıqlamışdır. Uydurmalara gerçəklik donu geyindirnən mövcud şəraitlə heç vaxt razılaşmamışdır. Məsələnin bu tərəfi də xüsusi sübut və dəlil tələb etmir ki, narazılıqları barədə söz açmağı inamla qələminə etibar etmişdir. Ən çox təskinlik verən hal isə bütün varlığı ilə inandığı qələminin həmişə ona sadiq qalması olmuşdur. Bu həqiqətlər barədə sorağı şairin misralarından almaq bütün hallarda özünü doğrultmuşdur:
Həqiqət nə imiş, yalan nə imiş,
Kim seçir, kim ölçür əyrini, düzü?
Yalanlar gerçəklik paltarı geymiş,
Bəllənmir sözlərin astarı, üzü.
Həqiqət pərisi o yazıq mələk,
Can verir kimsəsiz boranda, qarda.
Fəlakət bir quduz, qartımış köpək,
Dişini qıcıyır hər bir diyarda.
Saplaq bir insan kimi
çox həssas, ətrafında baş verənləri yetkin zəka ilə qiymətləndirməyi bacaran
bir şair olmuşdur. Lakin yaşadığı mühit elə dolanbac və qılaflı keçidlərlə
dolu olmuşdur ki, o məqsədəuyğun
çıxış yolu
tapmaqda axtarışlarını
daim davam etdirmişdir. Belə hallarda
həyatla vidalaşıb
nağıllar aləminə
köçmək barədə
də düşünmüşdür.
Nağıl dünyasına
köçürün məni,
Günləri gün kimi yaşayım
bəlkə.
Burda yetim qalan arzularımı,
Xəyal qanadıyla daşıyım
bəlkə.
Nağıl dünyasına
köçürün məni,
Divlər şüşəsini daşlara
çırpım.
Ağzı od-alovlu
əjdahalardan
Paslı qılıncımla intiqam
alım.
Sən necə
sevirsən yaşa, gözəlim,
Mənimsə nağılı sevir ürəyim.
Nağıl dünyasına
köçmək istərəm,
Budur xəyalımda arzum, diləyim.
Saplaq həyatda, sənətdə
tutduğu yolun asan olmadığını,
dərəli-təpəli keçidlərdən
adladığını yaxşı
bilirdi. Bu keçidlərin
sınağından başıuca
çıxmağı isə
sənət və sənətkar üçün
şərəf hesab edirdi. Onun bu sənətkar
qayəsi demək olar ki, qələmə
aldığı bütün
əsərlərində bu
və ya başqa səviyyədə
həllini tapmışdır.
Lakin sırf bu mövzuya
həsr etdiyi qələm məhsullarında
daha ətli-qanlı şəkildə oxucusunun
görüşünə gəlmişdir.
Bu baxımdan onun "Sınaq vaxtı" adlı şeri daha səciyyəvidir.
Sevdamızın qana-qana
sirrini
Səfsətəyə satmayan kim, satan
kim,
Sınaq vaxtı
güc gələndə
əzablar,
İlqarını atmayan kim, atan
kim?
Qığılcımam bir kəhərin nalına,
Yatmalıyam köhlənimin yalına.
İnsanlığın, şərafətin
yoluna
Qeyrətilə çatmayan
kim, çatan
kim?
Uçammırsan, qanadını
qınama,
Sən Saplağı fəlsəfəylə
sınama.
Söz vermişəm
yolum adlı anama,
Bu sevdada
uduzan kim,
udan kim?
Saplağın talesiz şair olmuş Mirzə Məhəmməd Hicriyə
həsr etdiyi poeması xüsusi maraq doğurur. Nəyə görə?
Hər şeydən əvvəl,
müəllifin Məhəmməd
Hicrinin həyatı barədə verdiyi məlumat yeni, çox nisgillidir. Şairin qəfil
tüğyan edən acgöz selin qarətinə məruz qalan sərvətləri sırasında uzun illər boyu yaratdığı qələm
məhsulları əsas
yer tutmuşdur. Poema lirik planda yazılmış,
müəllifin təhkiyəsi
şirin və düşündürücü mülahizələrlə zəngindir.
Poemanın axırıncı
fəslindən bəzi
misralarına nəzər
salaq:
Biz kimik, nədir bu geniş kainat?
Cavablar bir damla, suallar
dəniz.
Torpağın qoynunda çağlayan həyat
Torpağa çevrilir şəksiz,
şübhəsiz.
İnsan övladının
eşqi, əməli,
Özü istəmədən torpağa
dönür.
Ömrünə qəsd
edir amansız əcəl,
Həyatda qaydadır - hər yanan sönür.
Başında ilhamı,
əlində qələm,
Əbədi olaraq yumdu gözünü.
Mənim də könlümü bürüyür
matəm,
Hər vaxt eşidəndə hicri sözünü.
Saplağın yuxarıdakı misralarını
sanki hansı bir şairsə onun özünün taleyinə həsr etmişdir. Bizə isə unudulmaz
şair haqqında son
vida sözünü demək qalır.
Ruhun şad olsun, şair! Vətən torpağının qoynunda
qismətin olan yeni, əbədi mənzilin mübarək.
Sən təkcə Vətən torpağının
köksündə deyil,
milyonlarla oxucularının
da qəlbində yaşayacağına əmin
ola bilərsən.
Əlvida, əziz qələm
dostumuz!
Sabir NƏBİOĞLU
Ədəbiyyat qəzeti.-2010.-23 aprel.-S.2-3.