Sərvaz Hüseynoğlu – 50

 

Hörmətli Sərvaz Hüseynoğlu!

Sizi - istedadlı şairi 50 illik yubileyiniz münasibətilə təbrik edirik.

Siz İmişli rayonunun Əlipənahlı kəndində anadan olmusunuz. 1978-1982-ci illərdə indiki Gəncə Dövlət Universitetində təhsil almış, əmək fəaliyyətinə İmişli rayonunun Əliqulular kənd orta məktəbində direktor müavini kimi başlamısınız. 1995-2001-ci illərdə Gəncə məişət xidməti kollecində indiki Şirvan Pedaqoji Texnikumunun İmişli bölməsində şöbə müdiri işləmisiniz. Hal-hazırda Azərbaycan Yazıçılar Birliyi Aran bölməsinin sədri "Ədəbiyyat qəzeti"nin şöbə müdiri, Prezident təqaüdçüsü, Beynəlxalq Rəsul Rza mükafatı laureatısınız.

İlk şeir kitablarınız 1991-ci ildə "Yazıçı" "Gənclik" nəşriyyatları tərəfindən çap olunub. Sonrakı illərdə "Əzizinəm, oyan gül", "Pəncərədən daş gəlir", "Ruhla zaman arasında", "Şairlərin ən gözəli", "İmamverdi Əbilov tənhalığı" s. kitablarınız işıq üzü görüb. Şeirləriniz rus, fransız, ingilis alman dilinə çevrilib, Türkiyə türkcəsində çap olunub. Rus ədəbiyyatından nümunələri dilimizə uğurla çevirmiş, görkəmli türk yazarı Vehbi Bakkasoğlunun "Çanaqqalada yüksələnlər" kitabından seçmələri Azərbaycan türkcəsinə uyğunlaşdıraraq nəşr etdirmisiniz.

Hörmətli Sərvaz müəllim!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

«Ədəbiyyat qəzeti»nin kollektivi səmim-qəlbdən bu təbrikə qoşulur

 

Ədəbiyyat qəzeti.-2010.-23 aprel.-S.4.