Türkiyədə nəşr olunmuşdur

 

Xalq şairi Rəsul Rzanın "Gecənin susqun nəğməsi" adlı şeirlər kitabı bu günlərdə Ankarada Türksoyun Bengü yayın evinin birgə layihəsi çərçivəsində işıq üzü görüb. Yeni nəşr ustad şairin anadan olmasının 100 illik yubileyi münasibətilə araya-ərsəyə gəlib. Topluya daxil edilən şeirləri xalq yazıçısı Anarın seçimilə İmdat Avşar Türkiyə türkcəsinə uyğunlaşdırıb. Tanınmış türk yazarı Əli Akbaşın redaktorluğu ilə təqdim olunan "Gecənin susqun nəğməsi" Türksoyun baş katibi Düsen Kasennovun yazdığı "Təqdimat" yazısıyla açılır: "Yaxın dönəmdə Azərbaycan ədəbiyyatının önəmli simalarından biri heç şübhəsiz, Rəsul Rzadır.

Türksoy türk xalqlarının mədəniyyət ədəbiyyat adamlarının tanıtımına verdiyi önəm çərçivəsində Rəsul Rzanın anadan olmasının 100 ilini anma tədbirlərinin keçirilməsini çalışma proqramına daxil etmişdirƏlinizdəki kitabda Rəsul Rzanın poetik dünyasını bulacaqsınız. Onu tanıdıqca sevəcək, sevdikcə şeirlərini daha çox oxumaq istəyəcəksiniz…"

İmdat Avşar "Çevirənin ön sözu" yazısında vurğulayır ki, Rəsul Rzanın Türkiyədə çıxan ilk kitabı Eldəniz Kurtulanın çevirməsiylə 1993-cü ildə Kültür bakanlığı tərəfindən yayınlanmışdır. "R.Rzanın seçmə şeirlərindən ibarət "Çinar ömrü" adlı ikinci kitabı isə Sabəhəddin Çağ tərəfindən orijinal şəkiliylə yayına hazırlanaraq 1998-ci ildə Ötüken yayınları tərəfindən çap edilmişdir. Bu kitab isə anadan olmasının 100 illiyində Rəsul Rzanın şeirlərini türk oxucularına daha yaxından daha anlamlı şəkildə tanıtmaq ehtiyacından doğulmuşdurKitabı Azərbaycan türkcəsiylə yayına hazırlayıb sonluğuna bir sözlük əlavə etməyi düşünmüşdüm. Ancaq Anarın "Rəsul Rzanın şeirləri türkiyəli oxuculara çox sevdiyi Türkiyə türkcəsiylə səslənməlidir. Sıx-sıx sözlüyə müraciət etmək oxucunu şerin aurasından ayrı salır" - arzusuna görə şeirləri Türkiyə türkcəsinə çevirməyə başladımNizami, Nəsimi, Füzuli Sabirdən aldığı şeir bayrağını çox yüksək bürclərə qaldıran, çağdaş Azərbaycan şerində öz ədəbi məktəbini yaradaraq ardıcılı olan neçə şairə yol açan, onlara qol-qanad verən, Azərbaycan şerinin "Qoca çinarı", "Müdrik babası" olan Rəsul Rzanın bu kitabda toplanan seçmə şeirlərinin zövqlə oxunacağına ümid edirəm".

Ustad şairin tərcümeyi-halı kitablarının nəşriylə bağlı məlumatlardan sonra Anarın ön söz əvəzi yazdığı "Mücadilə bu gün var" məqaləsi verilib. Xalq yazıçısı məqaləni əminliklə tamamlayır: "İnanıram ki, 21-ci əsrdə Rəsul Rza yenə ədəbi toplumsal münaqişələrin mərkəzində olacaq, yenə mübarizəsini davam etdirəcəkdir…"

Kitab xalq şairi, AYB-nin birinci katibi Fikrət Qocanın son söz yerinə Anara ünvanladığı "İkinci məktub"u ustad Rəsul Rzanın ömrünün ayrı-ayrı illərində doğmalarıyla, sənət dostları ilə birgə çəkdirdiyi fotoşəkillərlə bitir. Baxdıqca tanış misralar döyəcləyir yaddaşı:

 

Dünyada böyük insanlar,

İgid oğullar,

Gözəl qızlar,

Açıq ürəkli,

Xoş diləkli

Gərəkli insanlar

qədər çox olsa da

Yenə azdır, az

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.-2010.-23 aprel.-S.1.