Sumqayıtda görüş
Şair Qəşəm Nəcəfzadə ilə Sumqayıt şəhər mərkəzi kitabxanasında görüş keçirilib. Tədbir Əli Kərim Poeziya klubunun və Səməd Vurğun adına Mərkəzi şəhər Kitabxanasının təşəbbüsü ilə reallaşıb.
Görüşün əsas ideyası müasir ədəbi prosesin hazırkı durumu ilə oxucuları tanış eləmək, həm də onların fikrini öyrənmək məqsədi daşıyırdı. Bu gün oxucuların şairlərlə canlı ünsiyyətə ehtiyacı var və bu tədbir də həmin ehtiyacdan yaranan duyğunun nəticəsidir.
Görüşdə şairin İnternet saytından kadrlar nümayiş etdirilib. Tədbiri giriş sözü ilə şair Zirəddin Qafarlı açıb. Şair-jurnalist Rafiq Oday şairin həyat və yaradıcılığı haqqında məlumat verib. Şairlərdən Məlahət Yusifqızı, Nazilə Gültac, Fərqanə, Narıngül, Reyhan Kənan və başqaları çıxış edərək Q.Nəcəfzadənin yaradıcılığı haqqında fikirlərini söyləyiblər.
Qəşəm Nəcəfzadə oxucuların suallarını cavablandırdıqdan sonra yeni şeirlərini oxuyub, kitablarını oxuculara hədiyyə edib, Sumqayıt Şəhər Mərkəzi Kitabxanasının direktoru Yeganə Əhmədova şairə, qonaqlara və oxuculara kitabxana kollektivi adından təşəkkürünü bildirib.
Sonda tədbir iştirakçıları Q.Nəcəfzadənin ölkəmizdə və xaricdə çap olunmuş kitablarından ibarət stendlə tanş olublar.
Mehriban
Ədəbiyyat qəzeti.-2010.-23 aprel.-S.6.