«Azərbaycan poeziyası
- dəryadan damla»
Ön söz
Bir kitabla minillik Azərbaycan poeziyasını təqdim
etmək bir damla ilə bir okeanı canlandırmağa bənzəyir.
Heç şübhəsiz,
dünyanın bütün
şeriyyət sevən
xalqlarında olduğu
kimi, Azərbaycanda da ilk şeir nümunələrini öz
övladlarının beşiyi
başında laylalar söyləyən analar yaratmışlar. Doğum,
həyat, məhəbbət,
ayrılıq, vüsal,
ölüm və əbədiyyətə qovuşmaq
laylalar və bayatılardan başlamış,
qəhrəmanlıq və
eşq dastanlarınadək
şifahi xalq ədəbiyyatının əsas
mövzuları olmuşdur.
Bunlar da klassik Azərbaycan poeziyasının möhkəm
və canlı təməl daşını
qoymuş, bu poeziyanı bizim minilliyə daşımışdır.
İftixar doğurur
ki, Azərbaycan poeziyasının, bəlkə
bütün türk şerinin ilk nümunəsi,
sərçeşməsi nəsrlə
şerin vəhdəti
və çox məharətlə bir-birinə
keçidi ilə
nadir bir lövhə yaradan "Kitabi-Dədə
Qorqud" dastanıdır.
VII əsrdə, islam dininin peyğəmbəri
Həzrəti Məhəmmədin
dövründə baş
verən hadisələrin
dilə gətirildiyi,
lakin çox sonralar qələmə alınmış bu dastan Azərbaycan şifahi yaradıcılığının
daha qədim zamanlara dayandığından
xəbər verir. Azərbaycnın xalq yazıçısı, Yazıçılar
Birliyinin sədri Anarın ssenarisi ilə ölkəmizdə
"Dədə Qorqud"
filmi çəkilmiş,
xalq yazıçısı
Elçin "Dədə
Qorqud" dastanının
1300 illiyi ilə əlaqədar "Kİtabi-Dədəd
Qorqud aliliyi" məqaləsini yazmışdır.
"Dədə Qorqud"
dastanı haqqında ümumi təsəvvür
yarada bilmək üçün həmin dəyərli məqalə
də təqdim edilən kitaba daxil edilmişdir. "Dədə Qorqud" dastanından sonra xalq aşıqları öz qopuzları, sazları ilə el-el gəzərək daha neçə-neçə dastanlar
qoşmuş, şerimizin
yaddaqalan gözəl nümunələrini yaratmışlar.
Məmnunluqla qeyd etməliyəm ki, Şərq mədəniyyətinin,
xüsusilə islam mədəniyyətinin inkişafında
Azərbaycan poeziyası
min il boyu əhəmiyyətli rol oynamışdır. Azərbaycanın,
həmçinin bütün
dünyanın ən məşhur şairi olan Nizami Gəncəvinin
XII əsrdə dünya
ədəbi-bədii və
dini-fəlsəfi fikrinə
verdiyi töhfə ölçüyə, gəlməzdir.
Onun uca Allahın, sevimli peyğəmbərin tərifləri
ilə başlayan
"Xəmsə" adlanan
5 poeması ilahi eşqin, müdriklik və ədalətin, məhəbbətin və
qəhrəmanlığın incə poetik dildə tərənnümüdür.
Nizaminin müasiri, incə ruhlu, Azərbaycan gözəli Məhsəti xanım Gəncəvinin könül
oxşayan rübailəri,
Xaqani Şirvaninin dövrün tarixi-siyasi keşməkeşlərini vəsf
edən şeirləri
poeziyamızın bütün
sonrakı inkişafına
nur saçmış,
bunun nəticəsində
Şərqdə, xüsusilə
mərkəzi və cənubi Asiyada Nizami Gəncəvinin poemalarına çoxlu nəzirələr yazılmış,
eyni adlı dastanlar qoşulmuşdur. Dünya şöhrətli
Əmir Xosrov Dəhləvi, Məhəmməd
Füzuli, Əlişir
Nəvai, Əbdul-Rəhman
Cami və digərləri eyni adlı poemalar yazmışlar.
Orta əsrlər
Azərbaycan poeziyası
bütövlükdə Şərq
poeziyası ilə vəhdətdə inkişaf
etmişdir. Şairlərin
müraciət etdiyi mövzularda heç bir sərhəd olmamışdır. Gəncə,
Dərbənd, Bakı,
Naxçıvan, Təbriz,
Ərdəbil, Kərkük,
Bağdad, Kərbəla,
Səmərqənd, Lahor,
Kəşmir, Qaşqar,
Herat, Kabul, Şiraz, İsfahan,
Konya Azərbaycan şairlərinin tanındığı,
yaşayıb-yaratdığı şəhərlər idi və bunlar bir bütöv mədəniyyət coğrafiyasını
əhatə edirdi. Məsələn, Azərbaycanın
filosof mütəfəkkirləri
Şihabəddin Suhrəverdi,
Omar Suhrəverdi, yaxud
Azərbaycan şairləri
Şəms Təbrizi,
Sahib Təbrizi, fələki
Lahorda, Multanda və Kəşmirdə, bütün yarım qitədə (hind yarımadası)
tanınır və sevilirdilər.
1828-ci ildə
tarixi Azərbaycan torpaqları müharibə
nəticəsində İran
və Rusiya arasında bölünüb
bu günədək bir-birindən ayrı salınsa da, Azərbaycan şeri bölünmədi, eyni duyğular və çırpıntılarla inkişaf
etdi, hətta kommunistlərin qanlı irtica illərində Bakı ilə Təbriz arasında poetik körpülər uçurula bilmədi. İndi Təbrizin məşhur şairlər
məqbərəsi Azərbaycan
poeziyasının vəhdətinin
və bölünməzliyinin
bariz təcəssümüdür.
Hörmətli Pakistan oxucularına
təqdim etdiyimiz bu kitab adını
ədəbiyyat tariximizə
əbədilik yazmış
yüzlərlə şairimizin
yalnız bir neçəsindən nümunələrdir.
Bu, dəryadan bir damladır, doyumluq üçün yox, dadımlıq üçündür.
Çünki vaxtilə
bütöv mənəvi-siyasi-ticari
coğrafiyada sıx əlaqəli olan xalqlarımızın bu gün bir-birinin ədəbiyyatını, şerini
bilməsinə ehtiyac
vardır.
Azərbaycanda Pakistanın
məşhur şairləri,
xüsusilə dünyada
tanınmış filosof-şair
Məhəmməd İqbal
tanınıb sevilsə
də, digər şairlərin də tanıdılmasına, onların
gözəl şeir nümunələrinin təbliğ
edilməsinə ehtiyac
vardır. Əminəm
ki, bu boşluq
tezliklə doldurulacaqdır.
Hazırda Azərbaycanda
bütün janrlarda ədəbi fəaliyyətin
hərtərəfli inkişafı
üçün azad və münbit şərait yaradılmışdır.
İncəsənət və
ədəbiyyatın inkişafına
böyük önəm
verən ölkə Prezidenti cənab İlham Əliyevin hərtərəfli dəstəyi
ilə Yazıçılar
Birliyinin fəaliyyəti
və ədəbi-nəşr
layihələri inkişaf
etməkdədir. Ümummilli
vəzifələrin ən
vacib sahələrindən
biri də Azərbaycan ədəbi-mədəni
irsinin araşdırılması,
təhlili və yayılmasıdır.
Təqdim edilən
kitabdakı şeirlərin
çox qismi 1970-ci ildə Moskvada "Proqress" nəşriyyatında
ingilis dilinə çevrilib nəşr edilmişdi, bir qismi isə son illərdə ingilis dilinə tərcümə
edilmişdir. Təəssüf
ki, Azərbaycanın milli dilli poeziyasının
nümunələrinin çox
cüzi hissəsi ingilis dilinə tərcümə edildiyindən
onlarla çox istedadlı və sevilən şairlərimizin
şeirlərindən nümunələr
bu kitaba daxil edilə bilmədi. Ümid edirəm ki, kitabın gələcək
nəşrlərində bu
siyahı zənginləşəcəkdir.
Fürsətdən istifadə
edərək kitaba müqəddimə yazan və elmi məsləhət
verən Naxçıvan
Dövlət Universitetinin
rektoru, professor İsa
Həbibbəyliyə təşəkkürümü
bildirirəm. Düşünürəm
ki, dəyərli pakistanlı oxucuların, şair və araşdırmaçıların kitabla bağlı rəyləri bizim üçün çox qiymətli olacaqdır
(e-mail İslamabad@mission. mfa.gov.az).
Kitab Azərbaycanın
Pakistandakı səfirliyinin
veb saytında (www.azembassy.com.pk) yerləşdiriləcəkdir.
Kitabın dost və qardaş xalqlarımızın
mədəni əlaqələrinə
azacıq da olsa xidmət edəcəyinə ümid
bəsləyirəm.
Ədəbiyyat qəzeti.-2010.-30 aprel.-S.3.