Sərhədsiz və sehirli
Azərbaycan Anasının
yüksək valideyn fədakarlığını hətta
söz ustalarını
da heyrətə sala biləcək bədiiliklə ifadə edən belə bir məsəli var: “Mən balamı ağzımda dilim kimi qorumuşam!..”
Uzun və ağır tarixi sınaqlardan ləyaqətlə çıxmış
bu müqəddəs milli duyğu doğma dilini dünyanın digər qüdrətli dilləri sırasında böyük
şərəflə, eyni
zamanda, böyük də yaradıcılıq
zəhməti ilə yaşadan dahi Füzulini bəşəriyyətə
bəxş etmiş oldu. Təsadüfi deyil
ki, türk dünyasının nadir şəxsiyyətlərindən
olan Məhəmməd
Füzuliyə layla demiş ananın belə bir bayatısı-xoyratı,
kim bilir,
neçə əsrdir
yadlığa qarşı
sarsılmaz çağırış
kimi yaşayır və yaşayacaqdır:
Mən dilimdən
vaz keçməm, —
Olursam dilim-dilim!..
Belə böyük
analıq haqqına övlad sədaqətinin nəticəsidir ki, Füzuli XVI əsr
ərəb dünyasında
— İraqda yaşayıb-yaratmalı
olduğu məlum mürəkkəb ictimai-tarixi
şəraitdə, “Bir
dövrdəyəm ki,
nəzm olub xar” dediyi bir
vəziyyətdə yeganə
çıxış yolunu
“namus yolu tutmaqda” görür və ana dilini
“xar olmağa” qoymur:
Naçar tutub təriqi-namus,
Rahətdən olub müdam məyus
Əhdi-sözə istivar qıldım, —
Əşar demək şüar qıldım.
Beləliklə, Füzuli Azərbaycan
dilinin — Azəri türkcəsinin ölməz
abidəsi olan məşhur “Leyli və Məcnun” poemasını yaradır.
Məhəmməd Füzuli dahi Nizami Gəncəvini yetirmiş bir xalqın ədəbiyyat tarixi üçün müstəsna xidmət göstərmiş əvəzsiz
şəxsiyyətdir. Nizaminin
məlum ictimai-siyasi səbəblər üzündən
fars dilində
yazmalı olduğu “Xəmsə”yə daxil “Leyli və Məcnun”u
Füzuli doğma
ana dilində — Azəri türkcəsiylə
qələmə aldı.
Həm də poemanın bir yerində özünün
Nizaminin şagirdi olduğu məsuliyyətini
vurğulayaraq (“Bir iş ki, qıla
şikayət ustad, — Şagirdə olur rücui bidad” — “Bir işdən — işin çətinliyindən
ki, ustad şikayət eyləyə,
şagirdin onu görə bilməsi zülüm olar”) əhdinə sadiq qaldı.
İctimai-tarixi şəraitin yaratdığı
keçilməz çətinliklərə
baxmayaraq ana dilində xalqa layiq əsərlər yazmağı namus işi bilən füzuli, özünün
də əmin olduğu kimi, nəhayətdə qalib gəldi (“Təmiri-xərabə
talibəm mən, — İnşəallah ki, qalibəm mən”).
Füzuli fenomeninin
müstəsna cəhəti
ondan ibarət idi ki, mövcud
şərait səbəbindən
mahiyyət etibarı ilə təqribən eyni çəkidə ağır yükü, deyək, üç qat həcmində çəkmək məcburiyyətində
qalırdı. Füzuli özünün
“elm dili” kimi dəyərləndirdiyi ərəb
və “poeziya dili” kimi qiymətləndirdiyi
fars dillərinin hakim olduğu ədəbi mühitdə onlarla müqayisədə layiqli
mövqeyini sübuta yetirə bilən ana dilinin — Azərbaycan
dilinin sənət nümunələrini yaratmalı
idi və yaratdı da!..
Füzuli bu tarixi vəzifənin həyata keçirilməsi
yolunda onu hansı çətinliklərin
gözlədiyini fars poeziya dili ilə
müqayisədə bir
dahi qüdrətiylə
görür və özünə əminliklə
deyir:
Ol səbəbdən
farsi ləfzilə
çoxdur nəzm kim,
Nəzmi-nazik türk
ləfzilə ikən
düşvar olur;
Ləhceyi-türki qəbuli-nəzmi-tərkib
etməyib
Əksərən əlfazi-namərbutü
nahəmvar olur;
Məndə tövfiq
olsa bu düşvari
asan eylərəm, —
Novbahar olğac tikəndən bərgi-gül izhar olur.
(Fars dilində şeir ona görə
çoxdur ki, zərif şerin türk dilində yazılması çox çətin olur. Türk dili
tərkibli şeri (bir neçə kəlmədən ibarət
cümlə) qəbul
etməyib, əksər
halda əlaqəsiz və nahamar kəlmələrdən ibarət
olur. Qüvvəm çatsa mən
bu çətini asan eylərəm, — ilk bahar gələndə tikandan gül yarpağı üzə çıxır).
Ərəb poeziyası
Əbu Nəvas, fars poeziyası Xəyyam, Firdovsi,
Hafiz, həmçinin ölməz
Azərbaycan şairi Nizami Gəncəvi qələmi ilə cilalandığı halda Azərbaycan ədəbiyyatı
tarixində bu şərəfli olduğu
qədər də əzablı missiyanı Füzuli yerinə
yetirmiş oldu.
Türk dünyasında eyni missiyanı Füzulidən əvvəl Özbəkistanda
qədim cığatay
türkcəsində Əlişir
Nəvai həyata keçirmişdi. “Harda türk eli
var — orda mən varam!” — deyən Nəvai
belə bir tarixi vəzifəni yerinə yetirməklə Füzuli üçün
də əslində örnək olmuşdu.
Hüseyn Bayqara sarayında yüksək mövqe tutan Nəvai doğma cığataycanı
— özbək türkcəsini
farsca ilə elmi şəkildə müqayisə edir (“Mühakimətül-lüğəteyn”), ana dilinin hər
cəhətdən şəksiz
üstünlüklərini zəngin faktlara söykənən ciddi hökmlər əsasında
sübuta yetirirdi. O, ana dilinin inkişafı üçün var qüvvəsini sərf etməyi hər bir qələm adamının övladlıq,
vətəndaşlıq borcu
sayırdı. Bu mövqeyini
həm şair, mütəfəkkir, həm
də dövlət xadimi kimi son nəfəsinə qədər
qoruyur, ana dilində divan, nəhayət,
dahi Nizamiyə nəzirə olaraq öz “Xəmsə”sini meydana qoyur, eyni zamanda, fars
dilində “fani” imzası ilə divanını yaradır
(“Divani-fani”). Bununla da
ana dilinin nüfuzunu qorumaq, onu daha da
inkişaf etdirmək vəzifəsi hər bir söz adamının
vətəndaşlıq, övladlıq
borcu olaraq vurğulanır.
Beləliklə, doğma
dildə yazıb-yaratmaq
vəzifəsini özünə
“namus yolu” sayan Füzuli
həm də ərəb və fars dillərində, Nəvai isə həm də fars dilində, qeyri-adi zəhmət nəticəsi olan divanlarını yaratdılar
ki, müvafiq ciddi elmi-ədəbi mühitdə şəksiz
təqdir, təsdiq oluna bilsinlər. Belə də oldu.
Həmin ənənənin davamını
əsrlər keçdikdən
sonra böyük Şəhriyarın ədəbi
tərcümeyi-halında da
gördük. Məhəmməd
Hüseyn Şəhriyarı
fars dilində
divanına görə
fars ədəbiyyatının
nüfuzlu nümayəndələrinin
özləri belə İran poeziyasının
“Müasir Hafizi” deyə yüksək qiymətləndirirlər.
Ancaq belə
bir hadisə də çox mənalıdır ki, vaxtilə Təbrizdən Tehrana Şəhriyarın
evinə gələn anası oğlunun əksərən farsca şeirlər yazdığından
gileynərək deyibmiş:
“Lalın da anası balasını başa düşür, mən səni başa düşə bilmirəm”...
Mənə belə
gəlir bu sözləri elə Şəhriyarı dünyaya
gətirən Ana deyə
bilər...
Məşhur “Heydərbabaya
salam” övlad borcu kimi həmin
müqəddəs iraddan
sonra yarandı:
Heydərbaba, ildırımlar
şaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda —
Salam olsun
şövkətüzə, elüzə,
Mənim də bir adım gəlsin
dilüzə...
Heydərbaba, dağlar
bütün dumandı,
Günlərimiz bir-birindən
yamandı;
Bir-birizdən ayrılmayın,
amandı!..
Şəhriyar şeirlərinin
birində haqlı qürur hissi ilə deyir: “Türki bir çeşmə isə, mən onu dərya
elədim”. Eyni zamanda onu da
əlavə edir ki: “Türki, vallah, analar oxşarı laylay dilidir, — Dərdimi mən bu dəva
ilə müdəva elədim”.
Ana dilimizi yaşadan, onu uzaq-uzaq ellərə
qanadlandıran həmin
bu “analar oxşarı laylay dili”mizdə yaranan ölməz əsərlərdir. Dünyanın müxtəlif guşələrində
məskən salan milyonlarla soydaşlarımızı
birləşdirə biləcək
sərhədsiz məkan
və sehirli qüvvə Ana dilimizdir.
Füzulinin, Vaqifin, Şəhriyarın
böyük sənət
qüdrətilə hər
bir azərbaycanlının
ürəyində əbədi
yuva qurmuş ölməz poeziyamız, ümumən zəngin ənənələrə malik
ədəbiyyatımız öz
böyük missiyasını
— “ürəkləri ziyansız-zərərsiz
fəth etmək” (füzuli), Ana dilimizi analarımızın qoruduğu
sədaqətlə qorumaq
missiyasını klassiklərimizin
əmanəti kimi qoruyacaq və daha da inkişaf
etdirəcəkdir.
Ayaz VƏFALI
Ədəbiyyat qəzeti.- 2010.- 6 avqust.-S.3.