Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin

yubileyi bütövlükdə Azərbaycan ədəbiyyatının,

mədəniyyətinin elminin bayramıdır

  

  Bakıda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 illik yubileyi ilə bağlı keçirilən "Azərbaycan xalqının milli özünütəsdiqində ədəbiyyat və mədəniyyətin yeri" mövzusunda beynəlxalq konfrans başa çatmışdır.

Noyabrın 28-də açılmış konfransda iki gün ərzində muzeyin kollektivi xarici qonaqlar fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, muzeyin yeni nəşrləri təqdim olunmuş, muzeyin direktoru, AMEA-nın müxbir üzvü Rafael Hüseynovun "70 yaşlı söz məbədi" məruzəsi dinlənilmişdir.

AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, Ukrayna MEA T.Şevçenko adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Nikolay Julinski, Təbrizdə çıxan "Varlıq" jurnalının redaktoru Cavad Heyət, Vaşinqton Universitetinin professoru Həsən Cavadi, L.N.Tolstoy adına Rusiya Dövlət Ədəbiyyat Muzeyinin direktoru Marina Qomozkova başqaları təbrik sözü söyləmiş, respublikanın incəsənət ustalarının iştirakı ilə konsert proqramı nümayiş etdirilmişdir.

Noyabrın 30-da konfransın plenar iclasını açan muzeyin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov "Nizami Gəncəvi dünya mədəniyyəti" mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, səkkiz əsrdən çox bir müddət ərzində dünya xalqları Nizami Gəncəvi yaradıcılığından qaynaqlanmışlar.

Muzeyin tarixi barədə məlumat verən R.Hüseynov bildirmişdir ki, ədəbiyyat təmayüllü olaraq, bütöv ədəbiyyatın bir neçə minillik tarixini əks etdirməsi baxımından muzey yalnız Yaxın Orta Şərqdə, Avropada nadir mədəniyyət ocağıdır.

R.Hüseynov qeyd etmişdir ki, Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə onun həyat yaradıcılığının əks etdirilməsi məqsədi ilə yaradılmış muzey 1940-cı il mayın 14-də açılmışdır. İllər ötdükcə muzey ən qədim zamanlardan müasir dövrə qədər Azərbaycan ədəbiyyatını əks etdirən mədəniyyət elm ocağına çevrilmişdir.

Vurğulanmışdır ki, Prezident İlham Əliyevin bilavasitə diqqət qayğısı nəticəsində muzeydə dünya səviyyəsində təmir yenidənqurma işlərinin aparılması, onun fəaliyyətinin genişləndirilməsi muzeyin həyatında yeni mərhələnin başlanmasına səbəb olmuşdur. Təsadüfi deyil ki, son 5 il ərzində muzeydə nəşr edilmiş elmi əsərlər, müxtəlif məcmuələr, konfrans materialları muzeyin bütün tarixi boyu nəşr edilən materiallardan çoxdur.

Ekspozisiya zallarının sayı 19-dan 40-a, eksponatların sayı 2 mindən 30 minədək artırılmış, rəsm əsərləri, heykəltəraşlıq nümunələri tamamilə yenidən bərpa edilmiş, zəruri avadanlıq alınmışdır.

R.Hüseynov demişdir ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin sərəncamları əsasında muzeyin əməkdaşlarının yüksək fəxri adlar "Tərəqqi" medalı ilə təltif olunması dövlət başçısının diqqət qayğısının davamıdır.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yubileyinin bütövlükdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin elminin bayramı olduğunu vurğulayan muzeyin direktoru yubiley tədbirləri çərçivəsində keçirilən 100-dən artıq məruzənin təqdim edildiyini bildirmişdir. Məruzələr ayrıca kitab şəklində üç dildə nəşr edilmişdir. Konfrans günlərində muzeyin bir neçə nəşri işıq üzü görmüşdür. Konfransda qocaman gənc alimlərlə yanaşı, xarici ölkələrdən gəlmiş şərqşünas azərbaycanşünas alimlərin iştirakı təcrübə əldə edilməsi fikir mübadiləsi aparılması baxımından əhəmiyyətlidir.

Sonra konfransın plenar iclasında "Səfəvi türkcə-farsca lüğəti", AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində İslami dəyərlərin təqdiminin etik psixoloji məqamları", "Aldanmış kəvakib"in qaynaqları", "Naxçıvan şəhərinin 5 min illik tarixi yeni arxeoloji araşdırmalarda", "Kişvəri divanının avtoqraf nüsxəsi", "Ərəb dili klassik Azərbaycan ədəbiyyatında multiqlostiyanın mühüm tərkib hissəsi kimi" mövzularında məruzələr səslənmişdir.

Sonda konfrans öz işini "Klassik ədəbiyyat folklor", "Mənbəşünaslıq", "Müasir ədəbi proses ədəbi tənqid", "Ədəbiyyatşünaslığın nəzəri problemləri", "Muzeyşünaslıq" digər bölmələrdə davam etdirmişdir.

Bölmələrin həmsədrlərinin hesabatları dinlənilmiş, konfransın yekun iclası olmuşdur.

Yubiley tədbiri Azərbaycan xanəndələrinin müxtəlif nəsillərinin təmsilçilərinin iştirak etdiyi muğam axşamı qonaqların şərəfinə ziyafətlə başa çatmışdır.

 

Ədəbiyyat qəzeti.- 2010.- 3 dekabr.- S.1.