"İlham Əliyev
və Azərbaycan
teatr sənətində yeni
mərhələ"
Noyabrın 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "İlham Əliyev və Azərbaycan teatr sənətində yeni mərhələ" mövzusuna həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.
Sonra konfrans universitetdə öz işinə başlamışdır. Tədbiri giriş
sözü ilə açan universitetin rektoru, professor Timuçin
Əfəndiyev tədbirin
əhəmiyyətindən, dinləniləcək məruzələrin
Azərbaycan müasir
teatr tarixinin təhlili və araşdırılmasına verəcəyi
töhfələrdən söz
açmışdır.
Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi olduğunu diqqətə çatdıran T.Əfəndiyev
bildirmişdir ki, XIX əsrin ikinci yarısından başlayaraq
ölkəmizdə cərəyan
edən ictimai-siyasi hadisələr maarifçilik
hərəkatının inkişafına
güclü təkan vermişdir. Həmin dövr Azərbaycan
teatrı üçün
də əlamətdar
olmuşdur. Dahi mütəfəkkir
Mirzə Fətəli
Axundzadə tərəfindən
ədəbiyyatımıza dram janrının gətirilməsi
xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində
həlledici rol oynamışdır.
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin teatr sənətinə böyük
diqqət və qayğısından danışan
rektor xüsusi vurğulamışdır ki,
hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Son illər Azərbaycanda teatr sənətinin inkişafı ilə bağlı bir sıra mükəmməl
qərarlar qəbul edilmişdir.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev demişdir ki, hazırda Azərbaycanda 27
dövlət teatrı
fəaliyyət göstərir. Son 5 ildə bu teatrlarda
hazırlanmış 433 yeni
tamaşadan 68-i nazirliyin
sifarişi ilə səhnələşdirilmişdir.
Nazir müavini ötən illərdə respublika teatrlarının
dünyanın 20-dən çox
ölkəsində Azərbaycanı
ləyaqətlə təmsil
etməsindən, xarici
dövlətlərin tanınmış
sənətkarlarının tamaşa hazırlamaq üçün teatrlarımıza
dəvət olunmasından,
Bakıda keçirilən
A.P.Çexov adına
Beynəlxalq teatr festivalının "İpək
yolu" adlı mərhələsindən söz
açmışdır.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyət sahəsinə,
sənətçilərə diqqət və qayğılarını əks
etdirən film nümayiş
olunmuşdur.
Konfransda "İlham
Əliyev və yeni qəbul edilmiş teatr qanununun teatr sənətinin inkişafındakı
rolu", "Teatr sənətində vətəndaşlıq
mövqeyinin inkişafında
Prezident İlham Əliyevin rolu", "Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiya olunmasında İlham Əliyevin rolu" mövzularında məruzələr
dinlənilmişdir.
Sonda iştirakçılar mədəniyyət
və teatra həsr olunmuş kitab sərgisinə baxmışlar.
Ədəbiyyat qəzeti.- 2010.- 3 dekabr.- S.2.