Tofiq Kazımov
haqqında
…Teatrın, ilk növbədə,
quruluşçu rejissor
Tofiq Kazımovun xidməti ondadır ki, "Ölülər"in
müasirliyini çox
yaxşı duymuş,
keçmişdən, bu
günlə müqayisə
səviyyəsindən çox
uzaq görünən
bir keçmişdən
bəhs edən əsərin hadisələrində
və obrazlarında müasir fikir, eyni zamanda müasir
sənət dili üçün səciyyəvi
olan keyfiyyətlər
görə bilmişdir.
Cəfər Cəfərov
"… Əgər
müəllifə görə
Şeyx Nəsrullah islam ruhani dünyasının
həqiqi nümayəndəsidirsə,
ancaq tamaşada o, yalnız mötəbər ruhani paltarı geyinmiş professional fırıldaqçı,
cüvəllağı kimi
nəzərə çarpır.
Dramaturq müsəlman
şeyxinin fırıldaqçılığını
ifşa edir. Rejissor isə tamam başqa bir şeyi - bu dəfəlik müsəlman şeyxinin paltarını geyinmiş
bir fırıldaqçının
növəti sərgüzəştini
açıb göstərir…"
Mehdi Məmmədov
Bilirsiz, Tofiq müharibədən sonra Moskvaya oxumağa gedəndə onun düşüncəsi təmiz ağ vərəq kimi idi. Bəxti onda gətirdi ki, bu vərəqə gör kimlərin adları yazıldı: Popov, Knebel, Şostakoviç... Sonralar Moskvada onun tələbə yoldaşları ilə görüşəndə deyirdilər ki, siz o vaxtkı Tofiqi görməmisiniz. Od parçası idi. İdeyalar onun başından fəvvarə kimi fışqırırdı. Hamını öz arxasınca aparırdı.
Rəna Əfəndizadə
T.Kazımovun həyat
yoldaşı
…İskəndər
rolunun mahiyyətini mənə üç cümlə ilə açdı. Dedi: "İskəndər nə o qədər güclüdür ki, qəbiristanlıqdan çıxsın,
nə də ki, o qədər
zəif deyil ki, qəbiristanda yaşamağa razı olsun. Bizik də!
Bu gün hər düşünən
adam İskəndərdir.
Özü də bil - İskəndər əyyaş deyil, içki düşkünü
deyil, əlindəki araq şüşəsi etiraz rəmzidir".
Həsənağa
Turabov
Ədəbiyyat
qəzeti.- 2010.- 3 dekabr.- S.2.