Qara Namazov - 80

         

Hörmətli Qara müəllim!

Sizi - görkəmli tənqidçi, ədəbiyyatşünas, şair, uşaq ədəbiyyatının aşıq yaradıcılığının yorulmaz tədqiqatçısını 80 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Yarım əsrdən artıqdır ki, siz yorulmadan pedaqoji fəaliyyətinizlə yanaşı elmi-tədqiqat sahəsində fəal çalışırsınız.

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor, əməkdar müəllim adını şərəflə daşıyırsınız. "Şöhrət" ordeninə, "Qabaqcıl təhsil işçisi" medalına, Qızıl qələm, Mir Cəlal, Vətən andı fəxri fərmanlara layiq görülmüsünüz.

Orta məktəbi bitirdikdən sonra orduda xidmət etmisiniz (1951-1955) ədəbi fəaliyyətə 1956-cı ildə mətbuatda çıxan "Vətən", "Kəndimizin qızları", "İstəyir" şerinizlə başlamısınız. Almanaxlarda onlarla məzmunlu şeriniz S.Vurğunun ilk məhəbbətindən bəhs edən "Bir qərinədə" poemanız dərc olunmuşdur.

1961-ci ildə Bakı Dövlət Universitetini bitirib elmi-pedaqoji fəaliyyətə başlamısınız. 1968-ci ildə "Azərbaycan aşıq yaradıcılığı" (1920-1950-ci illər) mövzusunda namizədlik, 1987-ci ildə "Azərbaycan uşaq gənclər ədəbiyyatının inkişaf mərhələləri" (1920-1980) mövzusunda doktorluq dissertasiyası müdafiə etmisiniz.

1966-cı ildən Bakı Dövlət Universitetində müəllim, dosent professor vəzifələrində fəaliyyət göstərirsiniz. 2001-ci ildən "Dədə-Qorqud" ET laboratoriyasının rəhbərisiniz. 2002-2006-cı illərdə universitetin filologiya fakültəsinin dekanı, universitet böyük elmi şurasının üzvü, 2002-2008-ci illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifələrində çalışmısınız.

Sizin rəhbərliyinizlə 25 nəfər dissertasiya müdafiə edib alimlik dərəcəsi almış, 30 nəfərin doktorluq namizədlik işinə opponent olmusunuz.

Bu illər ərzində 50 kitabınız, dərslik, dərs vəsaitləri, monoqrafiya tərtib çap olunmuşdur. Respublika xarici mətbuatda 400-ə qədər elmi publisist məqalələriniz dərc olunmuşdur.

Kitablarınız "Aşığın sazı sözü" (1980), "Azərbaycan aşıq sənəti" (1984) (Azərbaycan rus dillərində), "Azərbaycan uşaq ədəbiyyatı" (1984, 2007), "Azərbaycan sovet ədəbiyyatı" (1986), dərslik ortaqlı, "Müasir Azərbaycan ədəbiyyatı" 2 cilddə (ortaqlı, 2007), "Xalq qəhrəmanının şöhrəti", "Gecikmiş nəğmələr" (2008), "Qaracaoğlan" (ortaqlı), 2 cilddə, "Azərbaycan uşaq ədəbiyyatı antologiyası" (1976), 3 cilddə "Azərbaycan uşaq antologiyası" (2004-2005), "El çələngi" (2004), "S.Ə.Şirvani" 3 cilddə, "S.Vurğun. Seçilmiş əsərləri" I cilddə b. çap olunmuş, onlar xarici mətbuatda da yüksək dəyərləndirilmişdir.

Siz həm respublikamızda keçirilən simpoziumlarda, həm xarici ölkələrdə (Bolqarıstan, Türkiyə, Türkmənistan, İsveç) klassik ədəbiyyatımıza folklorumuza dair məruzələr etmisiniz.

Hazırda Bakı Dövlət Universitetinin professoru, "Dədə-Qorqud" ET laboratoriyasının rəhbəri, fakültə elmi şurasının üzvü, filologiya ixtisası üzrə birləşmiş müdafiə şurasının sədr müavinisiniz.

Hörmətli qələm dostumuz!

Sizi bir daha 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Azərbaycan Yazıçılar Birliyi

Ədəbiyyat qəzeti.- 2010.- 10 dekabr.- S.5.