Qara müəllim
Elə ədəbiyyat adamları var ki, mənsub olduqları xalqın, etnik-mədəni sistemin mentalitetini bilavasitə daşıyırlar; elələri də mövcuddur ki, həmin mentallığın fövqündə özlərini daha rahat hiss edir, hətta həmvətənlərinə dərs deməkdən zövq alırlar. Qara müəllim birincilərdəndir... Onun əsərləri, düşüncələri, ümumiyyətlə, yaradıcı şəxsiyyəti, mənsub olduğu millətin dünyagörüşünün, vərdişlər sisteminin birbaşa təzahürüdür.
Mən professor Qara Namazovu tələbəlik illərindən tanıyıram, özü də universitet auditoriyalarından yox, Goranboyun pambıq tarlalarından... O zaman tələbələri pambıq yığmaq üçün səfərbər eləyirdilər. Və bizə rəhbərlik edən müəllimlərdən biri də Qara müəllim idi. Pambıq rayonlarından olan bir neçə nəfəri çıxmaq şərti ilə, çoxumuz üçün bu iş maraqsız, demək olar ki, zəhlətökən idi. Ancaq özümüzü elə göstərməli idik ki, kənd zəhmətkeşlərinə ürəkdən kömək edirik. Müləlim-rəhbərlərimiz də bunu bilirdilər, üzəvari də olsa, təşkilatçılıq-idarəçilik nümunəsi göstərir, hərdən bizi danlayırdılar da... Qara müəllimdən başqa...
İlk baxışdan buğda yeyib cənnətdən çıxmış adam təsiri bağışlayan Qara Namazov, əslində, tamamilə haqlı idi. O, yaxşı bilirdi ki, tələbədən pambıq yığan olmaz, ona görə də heç bir işə qarışmır, gözləyirdi ki, vaxt başa çatsın...
Pambığa münasibətini də şeirlə ifadə eləyirdi:
Nə olaydı,
hökumət bir plan çəkəydi,
Pambıq əvəzinə
bostan əkəydi...
Qaraqoyunlu mahalında doğulmuş,
dağlarda, yaylaqlarda böyümüş bir insan aranda, çölün
istisində özünü
necə hiss edərsə,
Qara da elə
hiss edirdi. Ancaq onun təmkini, dözümü hüdudsuz
idi... Bu müdrik insanla, böyük alimlə daha yaxından
filologiya elmləri
doktoru, professor, əməkdar
müəllim adlarını,
bir sıra mötəbər mükafatları,
"Şöhrət" ordenini
alana qədər Qara Namazov həm
bir tədqiqatçı-alim,
həm bir müəllim, həm də müdrik insan olaraq tanınmış,
sevilmiş, böyük
hörmət-izzət qazanmışdı.
O, tədqiqatçı-alim işini, Tarix institutunun arxiv-kitabxanasına
rəhbərlikdən başladığındandır,
ya nədir, araşdırmalarında həmişə
tarixiliyə xüsusi
önəm vermiş,
əsas ixtisası olan folklorşünaslıq
çalışmalarında da bu cəhət
aydın seçilmişdir.
Və Qara müəllimin tarixi düşüncəsi bəzən
o qədər irəli
gedir ki, folklor qəhrəmanlarının,
süjetlərinin, epizodlarının
hər birində bilavasitə tarix görür... Hərdən mənə elə
gəlir ki, onun təsəvvürüdə
tarixin reallığı
ilə folklorun bu mənada irreallığı arasında,
demək olar ki, fərq yoxdur.
Qara müəllim xalqa, dədə-babalarımızın səmimiyyətinə o qədər
dərindən inanır
ki, istənilən folklor yaradıcısının
dediyinə tarixi fakt kimi baxır.
Əslində, bu onun tarix elmindən çox, folklora - xalqın bədii təfəkkürünə sədaqətinin
nəticəsidir.
Professor Qara
Namazov yüzlərlə
Azərbaycan aşığının,
el şairinin yaradıcılığını,
Azərbaycan aşıq
sənətinin xüsusiyyətlərini
tədqiq etmiş, onlarla tərtib kitabları, ona qədər monoqrafiyası
nəşr olunmuşdur.
Azərbaycan uşaq
ədəbiyyatı mövzusundakı
monoqrafik araşdırmaları,
ümumiyyətlə, bu
sahədə məktəb
yaradacaq bir səviyyədədir...
...Onun professor-müəllimliyi
alim-tədqiqatçılığının
birbaşa davamıdır.
Uzun illərdir ki, universitetdə mühazirələr
oxuyur, seminar məşğələləri
aparır. Filologiya
fakültəsinin dekanı
kimi də özünün elmi-pedaqoji
təşkilatçılıq imkanlarını nümayiş
etdirmişdir. Hazırda isə
"Dədə-Qorqud" laboratoriyasına
rəhbərlik edir.
Professor Qara
Namazovun müəllimlik
qabiliyyətinin bir mühüm göstəricisi
də tələbələri
incitməkdən ibarətdir. Məndə
artıq az
olmayan təcrübəmdən
bilirəm ki, tədrisdə həddindən
artıq tələbkarlıq
çox vaxt uğursuzluq gətirir. Xüsusilə humanitar elmləri tədrisində,
birinci növbədə,
səmimiyyət, tələbənin
ruhunu tutmaq, onu yaradıcı düşüncəyə yönəltmək
lazım gəlir... Rəhmətlik Mir Cəlal
müəllim deyrədi
ki, bəzi müəllimlər ömrü
boyu öyrəndiklərini
tələbəyə bir
ildə öyrətmək
istəyirlər... Qara
Namazov tələbələrinə,
dissertantlarına müəllim,
elmi rəhbərdən
çox o dərəcədə
dost, həmkar münasibəti
göstərir ki, tələbədə yüksək
qiymət alacağına,
dissertanta uğurla müdafiə edəcəyinə
heç bir şübhə qalmadığından
hər kəs psixoloji rahatlıq tapa, bütün diqqətini əsas işinə yönəldə
bilir. Təsadüfi deyil ki, indiyə
qədər iyirmi beşdən artıq elmlər namizədi yetirmişdir... Və əminəm ki,
bundan sonra da hələ onlarla yüksək ixtisaslı, vətənpərvər
kadrların yetişməsində
əməyini əsirgəməyəcəkdir.
Qara Namazov nə qədər görkəmli alim-tədqiqatçı,
nə qədər təcrübəli müəllim
olsa da, bir daha təkrar
edirəm ki, bütöv şəxsiyyət,
gözəl insandır...
Xoşagəlməz vəziyyətlər yarananda müdrik bir zarafatla ovqatı
dəyişə, əsəbləri
sakitləşdirə bilir.
Mən onu çox istəyirəm...
Yalnız dediklərimə
- alimliyinə, müəllimliyinə,
ümumi insanlığına
görə yox... Həm də əmi kimi, dayı kimi... Və laboratoriya müdirliyində, fakültə
dekanlığında məni
əvəz etmiş
"varisim" kimi...
Nizami CƏFƏROV
Ədəbiyyat
qəzeti.-2010.- 10 dekabr.- S.5.