"Eşidir şairi, dünya kar deyil"
"Yerinə
düşər deyək
ki, biz Nəriman Həsənzadədən və
onun yaradıcılığından
şairliyin necə olduğunu, yaddaşa, tarixə, milli-etnik kökə sadiq olan müasirliyi, bütöv millətin qəlbindən keçənləri
demək bacarığını,
hadisələrə, eləcə
də tarixə obyektiv yanaşmaq qabiliyyətini, sadədən
sadə olmaq keyfiyyətini əxz edirik".
Professor Buludxan Xəlilov
xalq şairi Nəriman Həsənzadənin
yeddi cildlik "Seçilmiş əsərləri"nin birinci cildinə yazdığı
ön sözdə belə deyir və fikrini akademik Nizami Cəfərovdan gətirdiyi
sitatla tamamlayır:
"Nəriman Həsənzadə
yalnız bu günün şair-mütəfəkkiri
deyil, o, tarixin övladıdır, onun yaradıcılığı Azərbaycan
ədəbiyyatının məhz
hadisəsidir".
Bu hadisənin
var olması yolundasa o, bir şair ömrünü yaşatmaq üçün
bir insan ömrünü girov qoymağı ləyaqətlə
bacarıb. Bilib ki:
Quru bir səsdirsə vətənsiz
şair,
Şairsiz vətən
də - şöhrətsiz
imiş…
Hər necə olsa da N.Həsənzadənin
"Tək şeirlə
bitən deyil xatirələrim" etirafının
ardınca yenə şeir, şeir… şeir gəlir. Bu şeirlər səmimi, kövrək və duyğuludu. Bütövlükdə isə həyatın hər bir detalı
Nəriman üçün
şeir biçimindədi.
O, lap elə xəncər
tiyəsində, yəhər
qaşında şeir
görə bilir. Adam hərdən bu
şeirlər haqqında
söz deməyə, fikir söyləməyə
çəkinir. O mənada
ki, bəhs edəcəyi şerin zərif ahəngini pozmağa qıymır, şərhində yanılacağını
göz altına alır.
Şairin müşahidəsi dəqiqdi
ki, "dünya bir pəncərə deyil, dünya yaşamaq yeriymiş". Ancaq yaşamaq yeri olan bu qəribə
dünyanın yaşamağı
zor işə çevirən iskiri də olmamış deyil:
Bir səs dəyir qulağıma,
İlişirlər ayağıma.
Tülkü çıxır
qabağıma,
Tülküsən deyə bilmirəm.
Qabağa çıxan
tülküyə "tülküsən"
deyə bilməməyin
ağrısı Nəriman
Həsənzadənin bütün
yaradıcılığının iç dünyasından keçir. Ancaq şair bu ağrını həyat,
cəmiyyət, vaxt və bəxt haqqında olan düşüncələrinin mantar
qatında bətləyib-bələyə
bilir. Elə bu səbəbdən də N.Həsənzadənin
təsvirində bu deyilənlər, önə
çıxarılan mətləblər
bayağı, şit görünmür. Onun poeziyası iç dünyaya, alt qata hesablanıb - nə qədər sadə, anlaşılan və dil ucunda bitib
qalan olsa da belə. Nəriman ən
böyük ağrısını,
ən böyük nisgilini, hətta coşqun etirazını belə səmimiyyət köynəyindən keçirib
təqdim elə bilir. Tutaq ki, istiqlal şairi
Əhməd Cavadın
məzarı önündəki
düşüncələrini:
Qaynadı ilhamı,
daşdı ilhamı,
Kəsdi qabağını min fitnə,
qərəz.
Əvəzi nə oldu? - bir "büst bayramı",
Allah götürərmi, Allah götürməz!..
Nəriman ömrün
nisgilli anlarının
xatirəsi fonunda belə ümid, şükranlıq effekti yarada bilir:
Qoy bir söz deyim, çıxartma yaddan,
Bu da, necə deyər, bir məsləhətdi.
Çalış ki, əvvəlcə yanılmayasan,
Təəssüf ikinci məğlubiyyətdir.
O, ən özəl
giley-güzarının, umu-küsüsünün,
eyni zamanda ərkinin gözünə
belə xoş bir yumor duyğusu,
ironiya, olanı dilə gətirmək şuxluğu qata bilir:
Niyə məndən
inciyibsən, a mehribanım,
Məndən başqa inciməyə adammı yoxdu?
Məni mənsiz
yaşadanım, məni
duyanım,
Mən ki, Tanrı şairiyəm, Tanrınmı
yoxdu?
…Taladılar, dağıtdılar,
söküb-yığdılar,
Aşağılar yuxarıya qohum çıxdılar.
Hərəsi bir mülk tikdirib, yüz ev
yıxdılar,
Sənə qurban, and içməyə Quranmı
yoxdu?
Şair ona ayrılıq ağısı
yaşadan kəsin məzarı önündəki
düşüncələrin sözdən heykəlini elə yonub ki, oxucu məyusluq
hissi yaşamaq əvəzinə müdriklik
dərsi almış olur:
Ayrılıq əbədi
bir qəmdi, nə qəm,
Nə arzuya qıyır, nə yaşa baxır.
Mən daşa
baxmaqdan daşa dönmüşəm,
Üz-üzə durmuşuq:
daş daşa baxır…
Göz üstə saxlananın ayaq altda torpaq
olmasının talesizliyinə
şerin diliylə yas tutmaq ucalığı
Nəriman qələminin
boyuna biçilib.
Şairin "Pənahi Makulunun dəfnində" şeri
öz yığcamlığında
qədim bir millətin yaşam tərzinin epoxasını
bütün çalarları
ilə əks etdirir. Elə bil ki, bu şeir
yazılmayıb, fikrin,
düşüncənin hazır
qəlibinə tökülüb:
Bir az
ağırlaşdı çiyinlərimiz,
Bir tabut altına yerləşə bildik.
Bir torpaq üstündə ayrılsaq
da biz,
Bir tabut altında birləşə bildik.
N.Həsənzadənin "Oğuz
eli" nəşriyyatında yenicə
çapdan çıxan
"Nuru Paşa" kitabına isə şairin eyni adlı poeması daxil edilib. Akademik
Nizami Cəfərovun kitaba yazdığı əhatəli ön sözdə deyilir: "Nuru Paşa, yaxud Qafqaz İslam
ordusu artıq bir tarixdir, özü
də tamamlanmış
bir tarixdir… Ancaq Nuru Paşanın
(və onun ordusunun) missiyası o qədər canlıdır
ki, qəhrəmanın
(və qəhrəmanların)
XX əsrin əvvəlindəki
tarixi canlılığı
ilə heç müqayisə oluna bilməz…"
"Qardaş
Azərbaycan türkünün
mənafeyi hər bir türk üçün
müqəddəsdir" düşüncəsiylə
yaşayıb qəhrəmanlıq
abidəsinə çevrilən
Nuru Paşanın obrazı şair tərəfindən son dərəcə
parlaq cizgilərlə
verilib. "Türk
qılıncı parlayınca
tarixə istiqlal yazar" amalından doğulub bu poema - N.Həsənzadə
Ənvər Paşanın
"Çökməyəcək türk milləti" inamını əbədi
qurtuluşa çağırış
sərəncamı kimi
dəyərləndirir.
S.Hüseynoğlu
Ədəbiyyat
qəzeti.- 2010.- 10 dekabr.-S.2.