Xalq şairi Nəbi Xəzri yad edildi

  

  Dekabrın 11-də Səməd Vurğunun ev-muzeyində görkəmli Azərbaycan sairi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Azərbaycan dövlət mükafatları laureatı Nəbi Xəzrinin xatirəsi yad edilmişdir.

Xalq şairləri Nəriman Həsənzadə, Söhrab Tahir, yazıçı-publisist Nahid Hacıyev qüdrətli qələm ustası Nəbi Xəzrinin 60 illik ədəbi fəaliyyətindən danışmışlar. Bildirmişlər ki, Nəbi Xəzrinin yaradıcılığı XX əsr Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək gözəl poeziya nümunələri yaratmaqla ədəbi dilimizin inkişafına böyük töhfələr vermişdir.

Tədqiqatçı-publisist, vurğunşünas Şəmistan Nəzirli, Prezident təqaüdçüsü Nurəngiz Gün bəstəkarların onun şeirlərinə tez-tez müraciət edib gözəl mahnılar bəstələdiklərini, bu əsərlərin tanınmış sənət ustalarının - SSRİ xalq artisti Müslüm Maqomayevin, xalq artistləri Şövkət Ələkbərovanın, Rəşid Behbudovun başqalarının repertuarında mühüm yer tutduğunu xatırlatmışlar.

Çıxış edən natiqlər Nəbi Xəzri irsinin hər zaman örnək olduğunu, gələcək nəsillərə çatdırılmasının vacibliyini bildirmişlər.

Tədbirdə ədəbiyyatşünas alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri fəridə Səfiyevanın "Nəbi Xəzrinin sənətkarlığı" kitabı təqdim edilmişdir.

Tədbirdə əməkdar artist Ruhəngiz Allahverdiyeva, müğənnilər Rəşad İlyasov, Mehri Arifqızı şairin sözlərinə bəstələnmiş mahnıları oxumuşlar.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tələbəsi Vurğun Vəkilov fortepianoda Şopenin "Vals"ını özünün bəstələdiyi "Elegiya" səsləndirmiş, muzeyin əməkdaşı Mələk Musayeva Səməd Vurğunun "Söz" şerini söyləmiş, Nəbi Xəzrinin Səməd Vurğun haqqında xatirələrini oxumuşdur.

Tədbirin sonunda şairin övladları - Gülümsər Babayeva Arzu Babayev atalarının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlıqlarını bildirmişlər.

 

   Ədəbiyyat qəzeti.- 2010.- 17 dekabr.- S.2.