Nizami Gəncəvi adına

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə daxil olan

yeni eksponatların təqdimat mərasimi keçirildi  

     

 Dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə daxil olan yeni eksponatların təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə çıxış edən muzeyin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov muzeyin yaradılmasının 70 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunduğunu diqqətə çatdırmışdır.

Direktor demişdir ki, Prezident İlham Əliyev noyabrın 26-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarına fəxri adların verilməsi "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalamışdır. Sərəncamlara əsasən, Azərbaycan xalqının ədəbi-mədəni irsinin qorunması təbliği işində xidmətlərinə görə muzeyin bir əməkdaşına əməkdar rəssam, üç nəfərə əməkdar mədəniyyət işçisi fəxri adları verilmiş, üç əməkdaş isə "Tərəqqi" medalı ilə təltif edilmişdir. R.Hüseynov demişdir ki, dövlətimizin başçısının müvafiq sərəncamları bizi olduqca sevindirmişdir.

Muzeyin kollektivi bu böyük diqqət qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq məktubu hazırlamışdır. R.Hüseynov tədbir iştirakçılarını məktubun mətni ilə tanış etmişdir.

Muzeydə 2011-ci ilin yazında keçirilməsi nəzərdə tutulmuş "Xalq oyunları mədəniyyəti: klassik irs müasirlik" mövzusunda konfransla bağlı məlumat verən direktor demişdir ki, 3 gün davam edəcək tədbirdə dünyanın bir sıra ölkələrindən tanınmış alimlər məruzələrlə çıxış edəcəklər.

Sonra tədbir iştirakçılarına muzeyə təqdim edilmiş yeni eksponatlar haqqında məlumat verilmişdir. Diqqətə çatdırılmışdır ki, bu əsərlərdən biri almaniyalı tədqiqatçı Məhəmmədəli Hüseyninin muzeyə hədiyyə etdiyi "Saib Təbrizinin portreti"dir. Digər əsər isə Saib Təbrizinin 400 illiyi münasibətilə Tofiq Quliyevin şairin sözlərinə bəstələdiyi romansın klaviridir.

Tədbirdə muzeyin əməkdaşlarına AMEA-nın Azərbaycan Ədəbiyyatı Muzeyinin fəxri fərmanları təqdim edilmişdir.

 

   Ədəbiyyat qəzeti.- 2010.- 17 dekabr.- S.2.