Görkəmli yazıçı və pedaqoq Mir
Cəlalın Bişkekdə
qırğız dilində
çap olunmuş üçcildlik "Seçilmiş
əsərləri"
Qırğızıstan Milli Kitabxanasına verilib
Azərbaycanın
Qırğızıstandakı səfiri Arif Ağayev
Bişkekdə fəaliyyət göstərən Türkdilli
Ölkələrin Siyasətinə Dəstək fondu
tərəfindən görkəmli yazıçı və
pedaqoq Mir Cəlalın qırğız dilində çap
olunmuş üçcildlik "Seçilmiş əsərləri"nin
hər cildindən 40 nüsxə olmaqla
Qırğızıstan Milli Kitabxanasının direktoru,
filologiya elmləri doktoru Cildız Bakaşovaya təqdim etmişdir.
Kitabxananın direktoru qiymətli hədiyyəyə görə səfirə və fondun prezidentinə təşəkkür etmiş, gələcəkdə də bu sahədə əməkdaşlıq edəcəklərinə əmin olduğunu bildirmişdir.
Üçcildliyin baş məsləhətçi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, məsləhətçilər Milli Məclisin deputatı Qənirə Paşayeva və Nüsrət Məmmədov, tərtibçilər Novruz Məmmədov və Ədibə Paşayeva, nəşrin baş redaktoru akademik Abdıldacan Akmataliyevdir.
Dekabrın 15-də
Qırğızıstanın keçid dövrü Prezidenti
Roza Otunbayevanın iştirakı ilə
keçiriləcək "Kitep-2010" marafonunda bu kitablar
dövlət başçısının adından
Qırğızıstanın yeddi vilayətinin kitabxanalarına
hədiyyə edildi.
Ədəbiyyat
qəzeti.- 2010.- 17 dekabr.- S.2.