Pənah Xəlilovun yubileyi münasibətilə

 

 Pənah Xəlilov, bir yandan çağdaş azəri ədəbiyyatı ilə məşğul olurkən, bir yandan da muqayisəli ədəbiyyat çalışmalarına davam etməkdə, zaman-zaman klassik azəri ədəbiyyatı, ədəbiyyatın nəzəri məsələləri ilə ilgili mövzularda da araşdırmalar aparmaqdadır. Onun "Ədəbiyyatşünaslığın əsasları" (Bakı, 1972) adlı yüksək okullar üçün yazdığı bir dərs kitabı lisələrin 10-cu sinifləri üçün hazırladığı "Ədəbiyyat" adlı digər bir dərs kitabı (11-ci nəşri olmuşdur) təqdirlə qarşılanmışdır.

İlk nəşri 1966-68 illərində Bakıda yapılan "SSRİ xalqları ədəbiyyatı" adlı ikicildlik əsəri böyük bir ilgi görmüş; Azərbaycandan başqa Orta Asiya universitetlərində oxudulan mötəbər bir dərs kitabı olaraq qəbul edilmişdir. Bu kitabda Sovetlər Birliyindəki xalqların ədəbiyyatı ələ alınmışdır. Kitabın yarıya yaxın qismini özbək, türkmən, tatar, tacik, qırğız, qazax kimi qardaş xalqların ədəbiyyatı, digər qismini isə gürcü, Dağıstan kimi qonşu xalqların nəhayət Slavyan əsilli olan Ukrayna, Belarus, latış, Litva eston xalqlarının ədəbiyyatı təşkil etməkdədir. Bu əsərdə ələ alınan xalqın ədəbiyyatı ən əski tarixlərdən etibarən incələnmiş, qısa özəl bir halda təqdim olunur. Yalnız 19 20-ci əsrlərdəki ədəbi bəhslərə daha geniş yer verildiyi diqqəti çəkməkdədir. Bu kitabın ikinci nəşri yenə iki cild halında nəşr edildi (Bakı, 1975-77).

Pənah Xəlilovun yenə eyni mövzuya həsr edilmiş "SSRİ xalqları ədəbiyyatı müntəxəbatı" (Bakı, 1956) adlı bir antologiyası vardır. Burada əsərlərindən örnəklər alınan ədəbi şəxsiyyətlər haqqında qısa bilgilər verilmiş, sonra tərcümələrini ayrı-ayrı kimsələrin yapdıqları mənzum ya mənsur örnəklərə keçilmişdir.

Yazarımız bu başarılı çalışmaları səbəbilə Azərbaycanın dışında, Türkmənistan Özbəkistan üniversitetlərində zaman-zaman dərs oxutmaqdadır.

Onun qələmə aldığı mövzulardan biri klassik azəri ədəbiyyatı ilə özbək ədəbiyyatı arasındakı münasibətlərdir. Gəncəli Nizaminin Əlişir Nəvai üzərindəki təsiri, Nəvainin azəri ədəbiyyatına nüfuzu, füzuli yaradıcılığının Orta Asiyadakı izləri təsirləri kimi mövzular müqayisəli ədəbiyyat çalışmalarının təməlini təşkil edir - deyilə bilər.

...Yazarımızın türkmən, özbək, qazax, qırğız s. kimi qardaş xalqların ədəbiyyatı tarixinə dair yazmış olduğu məqalələri yuxarıda sözünü etdiyimiz "SSRİ xalqları ədəbiyyatı tarixi" adlı əsərindəki bizi ilgiləndirən bölümləri Türkiyə türkçəsinə çevirərək yayınlatmaq ədəbi kültürəl həyatımız üçün xeyirli bir hizmət olacaqdır.

 

Yavuz Akpinar

(Türkiyə)

 

Ədəbiyyat qəzeyi.- 2010.- 17 dekabr.- S.3.