Teymur Əhmədov
"Həyat daha çox romana bənzəyir, nəinki
roman həyata"
Puşkin
İnsan ən öncə bəşəri bir vücuddur, şüurlu həyat kitabının ümdə müəllifi
onun özüdür. Şəxsiyyət mürəkkəb əqli
və əməli, xarakter və hissiyyatların, cəmiyyətdə
baş verən proseslərin canlı təcəssümüdür. "Zəhmət həyatdır, fikir dünya" (Hüqo).
Hər fərdin kitabına qiymət verməyin bir şərti də onu necə
oxumaqdan asılıdır.
Teymur Əkbər oğlu Əhmədovla ilk görüşüm
və sonrakı dostluğumuzun təməli
Nəriman Nərimanovun
həyat və yaradıcılığını, onun ictimai-siyasi fəaliyyətinin tədqiqatına
bir-birimizdən xəbərimiz
olmadan, keçən əsrin 50-ci illərində
başlamağımız olub. O illərdə
mən Partiya tarixi institutunda işləyirdim. Sovet İttifaqının başqa respublikaların şəhərlərindən bizə
tez-tez məktublar, xahişlər gəlirdi.
Nəriman Nərimanov haqqında
məlumatlar istəyirdilər.
Mərkəzi Komitənin tapşırığı
ilə bu şərəfli işə
institutun elm üzrə
müavini kimi mən başladım, ilk məqaləm "Bakinski raboçi" qəzetində
14 aprel 1956-cı ildə
çıxdı, 1957-ci ildə
isə Partiya tarixi institutunun "Əsərləri"ndə (20 sayında) böyük həcmlə çap olundu. 70-ci illərdə
Azərbaycan Milli Elmlər Akademiyasında mən fəaliyyətə
başladığım vaxt
Teymuru Azərbaycanda Nəriman Nərimanov haqqında ilk sanballı tədqiqat kitabının
müəllifi kimi kəşf etdim, indiyə kimi də, sadiq "əsl Nərimanovçu"
kimi N.Nərimanova həsr olunmuş monoqrafiyalar, külliyyatlar,
müxtəlif janrlarda
məqalə və müxtəlif sənədlər
çap etdirən Teymur Əhmədovdur!
...Teymur Əhmədov
həmçinin kamil,
öz dəst-xətti
olan jurnalistdir. Soruşarlarsa, Teymur tədqiqatçı
kimi qüvvətlidir,
yoxsa jurnalist kimi? Çətin sualdır, məncə,
o jurnalistlik fəaliyyətində
yaxşı tədqiqatçı,
tədqiqatçı fəaliyyətində
yaxşı jurnalistdir.
Bu iki tərəf onun yaradıcılığında
vəhdət təşkil
edir! Ən ümdə, Teymur
zəhmətkeş, sadə
insandır. "Sadəliksə hikmətdir"
(M.Monten).
Cəmil Quliyev
Ədəbiyyat
qəzeti.- 2010.- 24 dekabr.- S.4.