Onun ədəbi
dünyası
Geologiya elmininin korifeylərindən
olan akademik Şəfaət Mehdiyev çoxşaxəli yaradıcılığa,
zəngin biliyə, güclü fitri istedada malik olan nadir, həm də böyük humanist ziyalılarımızdan biri
idi. Onun ədəbi dünyası
dörd pyesi, bir çox hekayələri, miniatürləri,
publisistik məqalələri
və şeirlərində
öz əksini tapmışdır. Bu əsərlərdən
"Mirzə Fətəli",
"Ərk qalası",
"Vicdan yükü",
"Sabir" kimi pyesləri, "Su pərisi",
"Rüşvət ustası",
"Keçi əhvalatı",
"Falçının məsləhəti",
"Dələduz" və
s. onlarla qiymətli hekayələri, habelə
"Yorğa müfəttiş",
"Timsahın qazancı",
"Nəzəri müalicə"
kimi miniatürləri,
"Oxu, gözəl",
"Unudulmur ilk məhəbbət",
"Ötən ötdü",
"Nazənin olsa",
"Dedim-dedi" kimi
şeirləri oxucular
tərəfindən maraqla
qarşılanmışdır. Onun "Mirzə Fətəli"
pyesi ürəyi xalqına bağlı olan qüdrətli bir sənətkara həsr olunub. Bu əsərdə müəllif daima xalqının xoşbəxtliyini
görmək arzusunda olan, Azərbaycan dramaturgiyasının banisi,
filosof və ictimai xadim M.F.Axundzadənin
həyat və yaradıcılığından bəhs edir. Əsərdə öz əqidəsindən dönməyən,
cəhalət və fanatizmin qəddar düşməni olan M.F.Axundzadənin keçdiyi
həyat yolu işıqlandırılır.
Pyesdə Səbuhi (M.F.Axundzadə) ilə yanaşı, digər maarifpərvər
xadimlərimiz olan Həsənbəy Zərdabi,
Nəcəfbəy Vəzirov
kimi mütəfəkkirlərimizin
də dövrün ictimai haqsızlıqlarına
qarşı mübarizə
aparmaları inandırıcı
faktlarla açıqlanır. "Ərk qalası" pyesində isə müəllif məşhur
inqilabçı, zülm
və əsarətə
qarşı usyan etmiş Səttarxanın fəaliyyətinin son dövrlərini
qələmə alır.
Bu əsər Güneyli-Quzeyli Azərbaycan
oxucularının dərin
rəğbətini qazanmışdır.
"Vicdan yükü"
pyesində müəllif
insani münasibətlərə
yüksək qiymət
verir. Bu əsərdə o, insanları
paklığa və ülviyyətə çağırır.
"Sabir" pyesi isə inqilabi poeziyası ilə ədəbiyyatımıza
yeni nəfəs, yeni ictimai-siyasi məzmun və fikir gətirmiş mütəfəkkir şairimiz
Mirzə Ələkbər
Sabirin həyat və yaradıcılığına,
Sabirlə əlaqədar
mühüm epizodlara həsr olunmuşdur.
Pyesdə Cəlil Məmmədquluzadə
və Abbas Səhhət kimi qüdrətli şəxsiyyətlərlə
Sabirin dostluğu tarixi dəlillərlə verilir. Şəfaət Mehdiyevin pyesləri,
hekayələri, miniatürləri
və şeirləri,
ümumiyyətlə, bütün
ədəbi aləmi dövrün ictimai-siyasi problemlərini əks etdirən bir çox aktual məsələlərə həsr
edilmişdir. Bunları ancaq
qəlbən duyan və həyatın hər üzünə bələd olan Şəfaət Mehdiyev kimi mütəfəkkir bir ziyalı qələmə ala bilərdi.
Bu gün
Şəfaət müəllim
cismən aramızda olmasa da, o, ruhən
bizimlədir. Güman edirəm ki,
Şəfaət müəllim
barəsində gedən
bu xatirələr minlərlə tələbə
və oxucularının
səmimi istəyi kimi ona agahdır
və onun ruhu bu gün
şad olur, sevinir.
Hikmət MAHMUDOV
Ədəbiyyat qəzeti.- 2010.- 24 dekabr.- S.2.