"Akademik Şəfaət Mehdiyev:

böyük elmin ədəbi düşüncənin vəhdəti"

     

  Naxçıvan Dövlət Universitetində görkəmli alim, akademik Şəfaət Mehdiyevin 100 illik yubileyi münasibətilə elmi konfrans keçirilmişdir. "Akademik Şəfaət Mehdiyev: böyük elmin ədəbi düşüncənin vəhdəti" mövzusunda keçirilən konfransda iştirak etmək üçün Naxçıvanda səfərdə olan Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev sədr müavini, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Vəli Hüseynov, bir qrup nümayəndə öncə universitet ərazisini gəzmiş, İncəsənət fakültəsində konsert proqramını izləmiş, universitetin idman muzeyində sərgilənən bu sahədəki möhtəşəm nailiyyətlərlə tanış olmuş, olimpiya tipli idman kompleksində keçirilən ağırlıqqaldırma yarışına azarkeşlik etmişlər. Qonaqlar memarlıq mühəndislik fakültəsində tələbələrin texniki yaradıcılıq sərgisini, memarlıq incəsənət tarixi muzeyində dünya Azərbaycan memarlığı ilə bağlı stendləri, milli dekorativ-tətbiqi sənət nümunələrini, memar rəssam tələbələrin əl işlərini maraqla izləmiş, tədris prosesinə qatılmışlar. Respublikada analoqu olmayan, tamamlanmaqda olan son tikintilər - tələbə sosial xidmət mərkəzi, qonaq evi tələbə yataqxanası ilə tanışlıq xoş təəssürat yaratmışdır.Sonra konfrans öz işinə başlamışdır. Muxtar respublika rəhbərliyinin təmsilçisinin, təhsil nazirinin, Naxçıvandakı əksər təhsil müəssisələrinin nümayəndələrinin qatıldığı konfransı giriş sözü ilə rektor, akademik İsa Həbibbəyli açmışdır. Rektor əməkdar elm xadimi, dövlət mükafatı laureatı, akademik Şəfaət Mehdiyevin Azərbaycan elmi-ictimai fikir tarixindəki rolundan, elmi-pedaqoji fəaliyyətinin, bədii-publisistik yaradıcılığının əhəmiyyətindən, ali insani məziyyətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyev akademik Şəfaət Mehdiyevi böyük alim, böyük ziyalı şəxsiyyət kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında" 8 noyabr 2010-cu il tarixli sərəncamı isə bütövlükdə Azərbaycan elminə, elm xadimlərinə verilən yüksək qiymət kimi dəyərləndirilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin birinci müavini, Ali Məclisinin deputatı Azər Zeynalov konfrans iştirakçılarını muxtar respublika rəhbərliyi adından salamlamış, Şəfaət Mehdiyevin elmin təhsilin, Azərbaycan geologiyasının, neft-qaz sənayesinin inkişafındakı xidmətlərindən bəhs etmişdir. Natiq muxtar respublika miqyasında nəzərdə tutulan yubiley tədbirlərindən söz açmış, görkəmli akademikin yüz illiyinin dövlət səviyyəsində keçirilməsinin eyni zamanda ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamı olduğunu vurğulamışdır. AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev "Akademik Şəfaət Mehdiyev ali məktəb elm təşkilatçısı kimi" məruzəsində görkəmli elm xadiminin Bakı Dövlət Universitetinə, Akademiyanın Geologiya İnstitutundakı müvafiq şöbəyə, Azərbaycan Neft-Kimya İnstitutunda Qaz yataqlarının kəşfiyyatı kafedrasına rəhbərlik etdiyi illərdə alim-pedaqoq kimi gördüyü mühüm işlərdən, sanballı dərslik monoqrafiyalar yazmasından bəhs etmişdir. Tədris işləri üzrə prorektor, əməkdar elm xadimi, filologiya elmləri namizədi, dosent Hüseyn Həşimli akademikin ədəbi publisistik irsi ilə bağlı, Coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri namizədi, dosent Nazim Bababəyli "Geologiya elminin inkişafında akademik Şəfaət Mehdiyevin rolu" adlı məruzə ilə çıxış etmişlər. Yubilyarın oğlu, akademik Arif Mehdiyev tədbirin təşkilatçılarına minnətdarlığını bildirmiş, atası ilə bağlı xatirələrini paylaşmışdır. Akademik Arif Mehdiyev Naxçıvanda elmi kadr potensialının hazırlanmasından, Naxçıvan Dövlət Universitetində elmin, təhsilin inkişafı istiqamətində əldə olunan mühüm nailiyyətlərdən razılıqla söz açmışdır. Sonda Ali Attestasiya Komissiyasının sədri elmi ad alan bir qrup alimə diplomlar təqdim etmişdir. Akademik Şəfaət Mehdiyevin əsərləri onun haqqında çıxan kitablar konfrans iştirakçılarına hədiyyə olunmuşdur.

 

Mehriban SULTAN

Ədəbiyyat qəzeti.- 2010.- 24 dekabr.- S.2.