Yazıçılar Birliyində
Bu günlərdə
Yazıçılar Birliyində Nisə Bəyimin "Aran
fraqmentləri" kitabının təqdimat mərasimi oldu. Tədbiri AYB-nin katibi Arif
Əmrahoğlu açaraq
şairin özünəməxsus
yaradıcılıq imkanlarından
danışdı.
Tədbirin aparıcısı tənqidçi
Əsəd Cahangir Nisə Bəyimin poeziyaya, sözə vaqifliyindən söz açdı. Şair və yazıçılardan
Oqtay Rza, Firuzə Məmmədli, Balayar Sadiq, ədəbiyyatşünas alim
Xanım Sultanova, akademik Böyükkişi
Ağayev və başqaları "Aran fraqmentləri"nin məziyyətlərinə
münasibət bildirdilər.
Tənqidçi Südabə
Ağabalayeva dedi ki, mən hər
dəfə Nisə Bəyimin şeirləri ilə baş-başa qaldığım anlarda görürəm ki, onun yazdıqları şeirə və zamana işləyən yaddaşın şeirləridir.
***
Gəncədə yaşayıb-yaradan
tanınmış uşaq
şairi Aləmzər
Əlizadənin 60 illiyi
münasibətilə Natəvan
klubunda düzənlənən
tədbiri isə AYB-nin uşaq ədəbiyyatı
seksiyasının rəhbəri
Qəşəm Nəcəfzadə
açaraq onun keçdiyi sənət yolundan danışdı. Yazıçılar Birliyinin Gəncə
bölməsinin sədri,
əməkdar incəsənət
xadimi, şair Məmməd Alim onunla bölmədə bir yerdə işləyən şair həmkarlarının həmişə
qələmə və
sözə vəfadarlıq
etdiyini önə çəkdi.
Sonra şair
və yazıçılardan
Zahid Xəlil, Rafiq Yusifoğlu, Oqtay Rza, Seyran
Səxavət, Musa Ələkbərli, Gülxani
Pənah, Sərvaz Hüseynoğlu, Adil Cəmil, Əlisahib Ərol, Fərqanə və başqaları çıxış edərək
A.Əlizadənin uşaqlar
üçün yazdığı
maraqlı şeirlərdən,
oxunaqlı kitablarından
bəhs etdilər.
***
Xədicə Muradın
"Dupduru bulaq kimi bayatılar" (üç dildə) kitabının təqdimat
mərasimini isə tanınmış ədəbiyyatşünas
alim Gülrux Əlibəyli açaraq X.Murada tələbəlik
illərində dərs
dediyini, onun ilk qələm təcrübələrilə
həmin illərdən
S.Aranlı
Ədəbiyyat qəzeti.- 2010.- 30 dekabr.- S.3.