Ürək dil açan yerdə
Simuzər Nüsrətbəyli: "Kitab, kitab, kitab".
Bakı - 2010
Vurulsan
həmişə irəli
yıxıl;
Xilas et torpağı
öz boyun qədər…
Bu səmimi,
vətəndaşlıq duyğusu
ilə dopdolu olan sətirlərin müəllifi Simuzər Nüsrətbəylinin yeni
ləpirləri, yeni izləri qaranlıqdan keçən işıqlar
qismində qiyaslandırmağı
da var. Onun da fərqindədi ki, dünyası olmayanların, ruhu özündən əvvəl
torpağa gömülənlərin
hər ləpiri doğru həyatına qəbir kimidir. Bir qələm adamı olaraq Simuzər daha çox "bəlayi-eşq ilə aşina"lıq etdikcə,
insanlığa tapınanların
aşiqidi. "Əllər duyar əllərin istisini, ürəyin hənirini"
düşüncəsiylə yazıb-yaradır S.Nüsrətbəyli.
O niyətlə qələmə
əl uzadır ki, "dağlara enən duman gözlərə çəkilməsin!"
Eşqin
ürəyinə, qəlbin
yaşantılarına dil
olmaq üçün
şair dünyasını
fırladan dünya onun yaradıcılığının
ilham mənbəyidir
- bütün ələmi,
qəlb ağrısı,
eyni zamanda da sevinci, nəşəsilə
bir yerdə. Simuzərin bəzən
lap elə ritorik suallarının öz içindən onun insani, dünyəvi yaşantılarının nədənliyinin
tam cavabı boy göstərir:
Başını atıb
daş tutur,
Daşı tutan kimdi, kim?
Başı kəsir,
qaş çəkir,
Qaşı çəkən
kimdi, kim?
Dərdi nəğmə kimi yazmağa gəlməyinin
şükranlığı ilə baş-başa qalan Simuzər üçün yağı
üstünə ayaq açan hər bir əsgərin keçdiyi yol daha çox qılınca bənzəyir. Filin qarışqaya
döndüyü, cahil
dörə keçib
baş olan yerdə gözündə
dünyası laxlayıb
gedir. Simuzərin
itirilmiş yurd yerlərimizə təşnə
qəlbilə can atan vətən oğluyla həsbi-halı son dərəcə
səmimi, kövrək
və yaddaqalandı:
Niyə qəlbin
bir belə
Bu görüşə
tələsir?..
Mənim də qəlbim elə
Sənin qəlbin tək əsir.
Və əzizdi ki, bu səmimi sətirlərin müəllifinin,
eyni zamanda ananın özü də belə itirilmiş yurd yerlərimizin yağı tapdağından azad edilməsi üçün
gənc bir əsgərimizlə eyni taleyi bölüşməli
olduğunun fərqindədi. Yəni yurd
uğrunda savaşda birik, qoşayıq.
O yerdə
ki, qəlbimizin, durumumuzun simsar bir təsəlliyə, təskinliyə ehtiyacı
var, həmin məqamda Simuzərin yeni kitabından aşağıdakı sətirləri
dolanır yaddaşda:
Hicran xalı
düşsə saf diləyinə -
Ömrünə sevgini qatanı səslə…
Müəllif aşağıdakı
misralarıyla oxunaqlı
və yaddaqalandı:
Dodaqlarda bircə
misra gül açsa
O şeirdən
Simuzəri soruş, gəl!
Müəllif "Elə et ki, əbədi səhərlər
açılsın məhəbbətin
üzünə" - tapşırması
ilə qəbulolunan və maraqlıdı. O, öz
ürəyinə çata
bilmədiyi məqamların
şerini yazır. Bu məqam həm
də hər bir oxucunun yaşantıları
ilə həmahəngdi.
Kitaba maraqlı ön söz yazan professor Seyfulla Əsədullayev də müəllifin məhz bu yaradıcılıq
özəlliyi üzərində
dayanır. Yazır
ki, Simuzərin şeirlərini oxudum - xoşuma gəldi, onun özünəməxsus,
orijinal bir poetik dəst-xəttə malik olduğuna sevindim: "Diqqəti cəlb edən cəhətlərdən biri
də budur ki, o, klassik və müasir poeziyanın bütün mövcud şair formalarına sərbəst
müraciət edir və bunların hamısında uğurlar qazana bilir… Simuzərin poeziyasında
dinamika güclüdür,
mövzu və problemlər həyati, hərəkətdə və
inkişafda verilir".
Müəllif şeirlərinin birində
"Mən insanın
qəlbindəki rəhminə,
üzündəki şəfəqinə
vuruldum" - deyir. Bizcə, oxucunu
onun yaradıcılıq
dünyasına çəkən
bu vurğunluğun üst qatda və təmənnasız
olmasıdı. Onun
şeirləri, eyni zamanda yeni kitabı
dosta dost ülfəti
bəslənən yerdən
başlayır, sevgisini
əbədiyyətə miras
qoyanlara solmaz bir ehtiram var
yazanının qəlbində.
S.Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2010.-
30 dekabr.- S. 4.