Musa Aslanxanlı-60
Hörmətli
Musa müəllim!
Sizi - istedadlı şairimizi 60 yaşınızın tamam
olması münasibətilə
təbrik edirik.
İlk mətbu
şeriniz 1969-cu ildə
"Azərbaycan gəncləri"
qəzetində dərc
olunmuş, yaradıcılığınızın
ilk nümunələrindən olan, 1970-ci illərdə yazılan "Pıçıltı-pıçıltı
açır çiçəklər"
şeriniz ədəbi
ictimaiyyətin diqqətini
çəkmişdir.
Siz məcburi köçkün
ömrü yaşayan
qələm sahiblərindənsiniz,
oxucuları vətənpərvərliyə
səsləyən şeirlərlə
dövri mətbuatda tez-tez çıxış
edirsiniz. "Yeni Gülüstandan", "Bu yazı
bizimdir", "Vətənə",
"Hər daşı
oxudaq", "Şuşaya
gedən yol",
"Qarşıda" və
s. şeirləriniz maraqla
qarşılanmışdır. 2006-cı ildə "Ad günləri qarşıdadır"
kitabınız poeziyasevərlərə
təqdim edilmişdir.
Kitaba daxil olan eyni
adlı poema Azərbaycanın Milli qəhrəmanı Vəzir
Orucova həsr edilib. Siz bu poemada yüksək amal uğrunda şəhid olan bir qəhrəmanın
bədii obrazını
yarada bilmisiniz. Cümhuriyyətimizin 90 illiyinə həsr
etdiyiniz "Qalx, tarixçim, qalx ayağa" lirik poemanız da oxucuların marağına
səbəb olmuşdur.
Hörmətli Musa müəllim!
Sizi bir daha 60 illik
yubileyiniz münasibətilə
təbrik edir, sizə uzun ömür, cansağlığı,
yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq.
Azərbaycan Yazıçılar
Birliyi
Ədəbiyyat qəzeti.- 2010.- 16 iyul.- S.4.