"Dayaq"
təqdim edir
Yenicə fəaliyyətə başlayan Dünya Azərbaycanlı Yazarlar Qurumunun "Dayaq" nəşriyyatı müasir güneyli şairləri geniş oxucu kütlələrinə və ədəbiyyatşünaslıq aləminə tanıtmaqda uğurlu addımlar atmağa müvəffəq olmuşdur, - desək mübaliğə olmazdı. İstedadlı şair Sayman Aruzun başçılığı ilə nəşriyyatın oxucularının mütaliəsinə təqdim etdiyi 6-cı şeirlər toplusu Kiyan Xiyavinin qələm məhsullarından ibarətdir. Toplu "Sarı saatlar dənizində" adlanır. Ona "Müraciət" adı ilə qısaca bir təqdimat əlavə edilmişdir. Həmin "Müraciət"də deyilir: "Çağdaş Güney Azərbaycan ədəbiyyatının böyük adlarından biri - Kiyan Xiyavinin şeirlərində vətən sevgisindən doğan gizli haray, azadlıq sevgisi, oyanış düşüncəsi əsas özəllikdir".
İslam inqilabından sonra nəşrə başlayan mətbuatın sadəcə adları belə ümid doğurucu idi. Onlardan bəzilərinin adlarını yada salaq: "Yoldaş", "Çənlibel", "Dədə Qorqud", "Günəş", "Qardaşlıq", "Molla Nəsrəddin", "Koroğlu", "Varlıq" və s.
Söz yox ki, yeni yaranmış ictimai-siyasi mühit poetik təfəkkürün də istiqamətinə biganə qala bilməzdi. Bu iddianı mötəbər əsaslarla təsdiq edən nümunələr yarandı.
Kiyan Xiyavinin qələm məhsulları bu baxımdan bol poetik məhsul verir. Əgər belə demək mümkündürsə, Kiyan Xiyavi keçən əsrin sonlarından yaradıcılıq aləmində öz sözü, poetik nəfəsi, xüsusilə real gerçəkliyi klassik poeziyadan fərqli bir səliqə ilə qiymətləndirməyə meyl edən ədəbi nəslə mənsubdur. Tərəddüd etmədən Xiyavi, Sayman Aruz, Səkinə Purhəsən, Məlihə Əzizpur, Uğur Olqar kimi qələm sahiblərini bu ədəbi nəslə mənsub hesab etmək olar.
Müasir Güney poeziyasının müqəddəs sandığı və ona qovuşmağa can atdığı başlıca məkan Azərbaycan adlı diyardır. Ümdə mətləb bu torpaqdan söhbət açılan yerdə onun durumunu təyin edən keyfiyyətlərdir. Bunlar elə sifətlərdir ki, onları nəzərə almadan bu diyarın real mənzərəsini, simasını canlandırmaq olmaz. Bəs Kiyan Xiyavin bəsirət gözünün, şair səliqəsinin müşahidələri doğma diyarının taleyinin hansı səhifələrini varaqlayır? Bu sorğuya şairin poetik təfəkkürünün cavabı belə səslənir:
Dodaqları ilmələnən haqlılar -
Ürəkləri dağlılar,
Ah, dilləri bağlılar.
Var gücləri düyünlənən qaflanlar -
Dustaq dəliqanlılar -
Ey, azərbaycanlılar!
Kiyanın yaradıcılığının məziyyətləri qiymətləndirilərkən məncə, birinci növbədə onun qələm məhsullarının yığcamlığı və məna zənginliyi ilk sırada dayanmağa layiq olardı Lakin buraya bir cəhəti də əlavə etmək istərdik. Bu da misralarının mübariz və döyüşkən əhval-ruhiyyələrindən ibarətdir. Şair bu əqidədədir ki, insan hətta son nəfəsini yaşayanda da onun döyüş və mübarizə əzmi sarsılmamalıdır. Həm də onun yaradıcılığının bu ahəngi oxucuda heyrət və məmnunluq hissləri doğuracaq bir qüdrətə malikdir:
Cəllad, salam. Salam, cəllad!
Ey gözü qan, ürəyi pas.
Dar üstündə
darıxıram -
Yendir məni,
yenidən as!
Poeziya elə bir dağdır
ki, onun zirvəsinə yol tapmaq istəyən qələm sahibi müasir həyatın daxili aləminə nüfuz etməyə qadir olan bəsirət
gözünə, görüb-
müşahidə etdikləri
haqqında mülahizələrini
oxucuları ilə bölüşdürməyə qadir olan poetik
məntiqlə yaxından
həmkarlıq etməlidir. Ümdə şərtlər
sırasına mülahizələrini
açıqlamaq yolları
üzərində hər
qəbildən olan bədxahların qurduqları
baryerləri aşmağın
öhdəsindən gələ
bilən cəsarətə
və ifadə qabiliyyətinə malik olması da daxildir. Müasir Güney poeziyası
yolçularının bu
imkanlara maneəsiz yol tapmalarını düşünmək təbii
ki, sadəlövhlük
olardı. Hələ də
doğma dildə yaranan milli nəğmələrin
oxucu ilə görüşmək keçidləri
qadağan və yasaqların hədə-qorxusuna
düçar olur, qələm məhsulları
oxucularla görüşmək
arzusuna həsrət qalırlar.
Kiyan yaradıcılığının o keyfiyyəti diqqəti cəlb edir ki, poetik qənaətlərinii
fadə etməkdə
heç kəsi təkrar etməmək, heç kəsə oxşamamağı düzgün
yol hesab edir. Onun yaradıcılığının
ümdə bənzərsizliyi
bir də hədəfə ən qısa yol ilə
çatmaq yolunu üstün tutmasıdır.
O, yığcamlıqda ümmanı
ifadə edir:
Dilsiz deyiləm
susam,
Susuz deyiləm,
susuyam,
Elsiz deyiləm
Yabançılar qılığına
salam özümü.
Qızıl kitablarım
var -
Oxucusuz olsalar da.
Çaylarım var -
Körpülərini sındırsalar da.
Və insanlarım
var -
Çox işəlyib,
az yesələr
də…
Kiyan Xiyavin çox vaxt ölçüyə
sığışmayan duyğylarını
cəmi bir neçə yığcam
həcmli misralarla təqdim edə bilir. Onun bu səriştəsi
doğma yurdu Azərbaycana həsr etdiyi əsərlərində
xüsusi parlaqlıqla
cilvələnir. Şair həmin
əsərlərində divarları
arzudan hörülən
bir diyardan söz açır.
Lakin onun poetik qənaətləri
qüdsiyyətdən qanad
taxaraq müqəddəs
bir diyarın sorağına aparıb çıxardır. Bu məkanın
tarix boyu əzəmətlə səslənən
ünvanı vardır:
Azərbaycan! Şairin
inamına görə
bu dyiarın varlığı Qafqazın
cilov tanımayan sellərində yuyunmuş,
divarları övladlarının
qaladıqları ocaqların
alovundan hörülmüşdür:
Qafqazın doğal
suyunda
Yuyunmuş bir məmləkət.
Xana-xana evləri.
Oddan tikilmiş bir şəhər.
Divarları arzudan hörülmüş bir ev.
Canım,
Azərbaycanım!
Ümumazərbaycan poeziyasında vətənin
taleyi ilə əlaqədar qarışya
qoyulan problemlərin həllinə çağırış
həmişə aparıcı
mövqe tutmuşdur. Bu sırada bir meyl isə xalq
hərəkatının nəhəng
axınında qüdrətli
qolu təşkil etmişdir. Xalqımız öz hünərlərilə
onun qurtuluş hərəkatında şanlı
səhifələr yazmış
Babəklərin, Koroğluların,
Səttarxanlıların, Bağırxanların,
Xiyabanilərin qəhrəmanlıqları
ilə fəxr etmişdir. Məsələ bu baxımdan
diqqətəlayiqdir ki,
müasir nəsl xatırladılan sələflərinin
hənirtisini öz sıralarında hiss etmiş,
onları döyüş
və mübarizə meydanına dəvəti ən doğru yol hesab etmişlər.
Həmin ənənəni yaşadan
müasir Güney şairlərinin misralar aləmində Kiyan Xiyavinin poeziyası da özünün bədii rəng və boyası ilə diqqəti cəlb edir. Bir söz
sənəti yolçusu
kimi vətən torpağının və
xalqın sabaha aparan yollarda qarşılaşdığı ictimai, siyasi və milli problemlərin
mahiyyətini dərk edib xalqın nəzərinə çatdırmaqda
üzərinə düşən
vəzifəni uğurla
yerinə yetirir.
Onun "Qaytan bığlı Koroğlu"
babasını meydana dəvətində hakim olan
çağırış nidaları da alqışlarla qarşılanır:
Gizli-açıq sıxıntılar
bir yana,
Bu meydanlara
atılan
Qızğın iddialar bizi öldürər…
Hey, Qaytan
bığlı Koroğlu.
Sən gəlincə bizimki bizə dəyər.
Hardasan?
Müasir Güney poeziyasında özünəməxsus yeri,
səsi-ünü olan
Kiyan Xiyavin həmin problemə həsr etdiyi misralarının çox
gur və təsirli səslənən
nəfəsi vardır.
Azacıq belə tərəddüdə
ehtiyac yoxdur ki, əsrlərin qovğalı və acılı-şirinli yollarını
keçib gəlmiş
ayrılıq bu gün dünəndən daha kəskin şəkildə dərdinə
əlac olunması intizarındadır. Bir də ona görə ki, müasir nəsl ümumi həsrətlə
yanaşı bir də Qarabağın, Xocalının yaratdığı
acılarından xilas
olmaq yolları axtarışındadır.
Millətin həyatı, xalqın taleyi ilə sıx bağlı olan bir mətləbə
şair Xiyavinin çox düşündürücü
baxışı vardır. Hər şeydən
qabaq, şair ondan gileylidir ki, yaşadığı məməlkətin Ana Yasasında
- Əsas Qanununda bircə mahalda belə ana dilli
məktəb yaratmaq nəzərdə tutulmur.
Şair hətta ondan da nigərandır ki, əbədi uyumaq üçün doğma diyarında bircə qarış torpağa da həsrət qalacaqdır.
Sənət yolçuları
adətən real aləmdən
kökslərinə yol
tapan xırdaca toxumları belə şaxlı-budaqlı nəhallara
çevirirlər:
Ah, nazlım,
a…h!
Ana Yasada bir pullu
oxul yox.
Sən pullu bir oxulda oxuyarsan
Yabançı dildə.
Ah, nazlım,
a…h!
Kommunislər,
İslamçılar
Bizi anımsamazlar.
Maraqlı və həyati bir duyum. Şair ictimai
durumları dərk etməyin ən ümdə qaynaqları sırasında anasından
öyrəndiklərinə üstünlük verir.
Çox
ədalətli baxışdır.
Bəşər övladı ilk addımlarını
məhz ananın himayəsi ilə atır. İlk sözləri məhz
anasının dilindən
eşidir. Övladına
bəxş etdiyi nemətlərə görə
şairin anasını
mədəniyyətin tükənməz
xəzinəsi hesab etməsi nə qədər də təbii və ədalətlidir:
Anamdan öyrənirəm
Bəsləmələri bir-bir.
Nazlamaları, oxşamaları bir-bir.
Anam mədəniyyətin
tükənməz mənbəyidir!
Qələm dostum.
Dövrün və zamanın tərənnümçüsü
olan şeirlərinlə məhz anaya həsr etdiyin
misraların oyatdığı xoş təəssüratla səndən
ayrılmaq istərdim. Vətənin və xalqın
ideallarını tərənnüm etməkdə yazar qələmin
həmişə fəaliyyətdə olsun. Bu, şair
üçün əsl bəxtəvərlikdir!
Sabir NƏBİOĞLU
Ədəbiyyat qəzeti.- 2010.- 2 iyul.- S.4, 6.