Poema sənəti…

 

Və N.Həsənzadənin poemaları

  

  Xalq şairi Nəriman Həsənzadənin yaradıcılığı ədəbi-bədii təfəkkürün bütün spektrlərini özünəməxsus iyerarxiya ilə əhatə edir; funksional intensivlik etibarilə ilk növbədə lirika gəlir, sonra dramaturgiya, sonra epiklik (epik miqyas)…

Böyük sənətkar-mütəfəkkirin həm şeirlərində, həm poemalarında, həm dramaturgiyasında, həm nəsr-publisistikasında bu məqamların bir-birini necə izlədiyini, bir-birindən necə doğulduğunu görməmək mümkün deyil.

Ümumən dünya ədəbiyyatında təcrübə belədir ki, şairlər şeirdən başlayırlar, nasirlər hekayədən, dramaturqlar ya şeirdən, ya da hekayədən… Yəni "kiçik janr"lardanSonra "Böyük janr"lara keçirlər: poema, povest, roman, dram-pyes, faciə, komediya… (Epos...) İnsanın (cəmiyyətin) ədəbi-bədii təfəkkürü isə, əksinə, eposdan başlamışdır. Poema çoxsaylı ədəbi janrlardan birinə çevrilənə qədər özünəməxsus bir "tənəzzül tarixi" yaşamışdır; yeni dövrdən etibarən "poema" adlandırılan əsərlər vaxtilə bütövlükdə ədəbiyyata bərabər idi: şumerlərin "Bilqamıs"ı, Homerin "İliada" "Odisseya"sı, türk dastanları, Firdovsinin "Şahnamə"si, Nizaminin "Xəmsə"si, ümumiyyətlə, dünya eposu, əgər belə demək mümkünsə, poema idi ədəbiyyat, onun müxtəlif janrları "poema"dan doğuldu: nəsr , dramaturgiya da, poeziyanın müxtəlif janrları daHöte "Faust"u, Puşkin "Yevgeni Onegin"i, Hüseyn Cavid "Arif"i, Səməd Vurğun "Azərbaycan"ıyaradanda adı məlum olan ya olmayan dahi sələflərini təqlid edirdilərHaqlı idilər, ona görə ki, ədəbiyyat - bədii yaradıcılıq onsuz da təqlid edir: həm sinxron gerçəkliyi, həm özünün tarixini

Şumerlərin, misirlilərin, yəhudilərin, iranlıların, slavyanların, germanların, romanlarındahi sənətkarları min illər, əsrlər boyu nəzmlə möhtəşəm dastanlar yaratdılar. İstər orta əsrlərdə, istərsə sonralar hansı böyük söz sənətkarı istəməzdi ki, dünya eposunu yaradan naməlum ( universal) dahinin xələfi olmasın?!

Bir janr olaraq poemanın genotipində bütövlükdə ədəbiyyat-dastan var, ona görə böyük sənətkarların yaradıcılıq təcrübəsində lirik, dramatik epik poemaların (dastan-stilizasiyaların) olması tamamilə təbiidir. şair dramaturgiyaya da poemadan keçir, yəni, əslində, səhnə üçün poema- dastan yazırHüseyn Cavid belə etdi, Səməd Vurğun da Nəriman Həsənzadə !.. Öz böyük sələfləri kimi Nəriman Həsənzadənin yaradıcılıq stixiya-istedadı poema-dastan miqyasındadırHər şeydən əvvəl ona görə ki, şairin, demək olar, hər bir şerində - ümumən lirikasında bir epos genişliyi, yaxud kontekst hiss edilir. İkincisi, elə şeir silsilələri var ki, Qurbani, Aşıq Abbas, Aşıq Ələsgər yaradıcılığında olduğu kimi, hərəsi bir süjet-dastan təşkil edəcək qədər ardıcıldır. üçüncüsü, tale (tarix) nəyi diqtə edibsə, şair onu yazıb

Nəriman Həsənzadənin poema-dastan yaradıcılığının, əslində, ümumən yaradıcılığının əsas qəhrəmanı ya bilavasitə Azərbaycan, ya da Azərbaycanı simvolizə edən lirik-dramatik- epik "Mən"dir

"Zümrüd quşu", "Nəriman", "Kimin sualı var", "Nuru Paşa"… kimi poemalarında şair qəhrəmanlarının tərcümeyi-halını məhz mənsub olduğu millətin tərcümeyi-halı səviyyəsinə qaldırır: klassik dastanlardan gələn təbii bir yaradıcılıq enerjisi ( estetikası) ilə inandırır ki, adi insan da, böyük şəxsiyyət milli tarixi missiya daşıyırMillət o zaman güclü olur ki, adi insanını yüksəltsin, böyük şəxsiyyətini tanısın, ictimai yaddaşına (tarixinə) yazıb örnəyə çevirsin

Nəriman Həsənzadə poemalarında bir şairin ola biləcəyi qədər tarixçidir, əslində, tarix filosofudur; bu isə o deməkdir ki, Hüseyn Cavid, Səməd Vurğunkimi o da tarixin - yaşanmış həyatın statistikasından, xronologiyasından daha çox mahiyyətinə, bu günə gətirib çıxaran ( ya çıxarmayan) məntiqinə nüfuz edir. Ona görə tendensiyalı tarixçilərin "hiyleyi-şərr"ini görür, mənsub olduğu millətin danılmış tarixinin konturlarını cızır, bir sıra hallarda isə onun (tarixin bu ya digər bir dövrünün) bütöv mənzərəsini "bərpa edir".

Məlum məsələdir ki, şair, tarixçidən fərqli olaraq, təsvir etdiyi dövrün iqtisadi- təsərrüfat münasibətlərindən, yaxud tikinti-memarlıq texnologiyalarından, yaxud da siyasi-ideoloji münaqişələrin təfsilatından bəhs etmir. Mütəfəkkir-sənətkar üçün tarix insanın (ümumiyyətlə, insanlığın) yüksəlişi,tərəqqisi tarixidir, bir az da konkretləşdirsək, sözün geniş mənasında, qəhrəmanlığın ( qəhrəmanların) tarixidir. Şair üçün bu ya digər bir dövrün məzmunu, idealları, yaxud "idealsızlığı" bir qılınc, yaxud söz qəhrəmanında, bir məhəbbət, yaxud nifrət mütəfəkkirində təzahür edə bilər ( edir)…

Nəriman Həsənzadə poemalarının bir qayda olaraq tarixi qəhrəmanları həm müasirdir. bu müasirlik, sadəcə, öz tarixilə fəxr etmək kimi kifayət qədər populyar, bəzən hətta konyukturaya qədər gedib çıxan, bir ictimai-mənəvi ehtiyacla məhdudlaşmır. Şair tarixi bu günün ( bu günü tarixin) kontekstində təhlil edir - bu təhlildə dəqiqlikdən başqa, o qədər böyük səmimiyyət var ki, onun (şairin) "qaibdən xəbər verdiyinə" inanmaya bilmirsən

Böyük şairin bütün yaradıcılığı üçün səciyyəvi olan bir məqam da var ki, onun poemalarına bilavasitə aiddir: o da ictimai (universal) səviyyəyə qaldıra bildiyi tərcümeyi-halıdır. Ümumiyyətlə, bu məqam epos təfəkkürü üçün xarakterikdir: dastan "müəllifi" həmişə öz tərcümeyi-halını cəmiyyətin tərcümeyi-halı kimi təqdim edir… "Dədə Qorqud"dan "Koroğlu"ya, "Əsli Kərəm"dən "Aşıq Qərib"ə qədər

Dünyanın bütün böyük şairləri kimi, Nəriman Həsənzadə eposdan gəlir. eposun əbədi yaradıcılıq texnologiyaları ilə yaradır

 

 

Nizami CƏFƏROV

 

Ədəbiyyat qəzeti.- 2010.- 9 iyul.- S.3.