"Varis
olmağı bacarmalıyıq"
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
fondunun vəsaiti ilə "Azərbaycan mətbuat tarixi antologiyası"nın I cildi "Elm və təhsil" nəşriyyatı
tərəfindən işıq
üzü görüb.
Filologiya elmləri doktoru, professor Şamil Vəliyevin kitaba yazdığı
"Varis olmağı
bacarmalıyıq" başlıqlı
ön sözdə deyilir ki, bu
antologiya "Müasir
müstəqillik dövründə
kütləvi informasiya
vasitələrinin milli
tarix kontekstində inkişafına, onun irs-varislik prinsipləri ilə fəaliyyət göstərməsinə təsir
edəcək dəyərli
vasitədir. Çünki bundan müasir
jurnalist kadrların hazırlanmasında, müxtəlifyönlü
yaradıcılıq axtarışlarının
aparılmasında yararlanmaq
mümkün olacaqdır".
Antologiyada 21-ə yaxın qələm sahibinin həyat və yaradıcılığından bəhs olunur, onların əsərlərindən nümunələr təqdim edilir. İlk səhifələri böyük demokrat Mirzə Fətəli Axundovla, onun yeni əlifba islahatı ilə bağlı fikirlərini əks etdirən və H.B.Zərdabiyə ünvanladığı məktublarla açılan antologiyada Məhəmməd ağa Şahtaxtlı, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Mirzə Cəlil, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov və başqalarının ömür yolu, milli mətbuatla bağlı fikir və düşüncələrini əks etdirən məqalələrindən seçmələr verilib. Həmçinin də milli mətbuatımızın yaradıcısı Həsənbəy Zərdabinin fədakar əməyi göz önünə gətirilib. Bütün həyatını "həqiqət, qəzet camaat üçündür…" məfkurəsi ilə yaşayan bu böyük insanın antologiyada 6 məqaləsi verilib.
"Milli mətbuatımızın şərəfli tarixi bir daha təsdiqləyir ki, məhz "Əkinçi"dən başlayan "Ziya", "Kəşkül", "Kaspi", "Şərqi-Rus", "Həyat", "İrşad", "Molla Nəsrəddin", "Füyuzat". "Təzə həyat", "Tərəqqi", "Açıq söz", "İqbal", "Şəlalə", "Qurtuluş", "Azərbaycan" və s. mətbuat orqanları müasir jurnalist kadrların hazırlanmasında ən dəyərli mənbədir".
Antologiyada sələflərlə yanaşı bu yolu ləyaqətlə davam etdirən bir çox tanınmış xələflərin də yaradıcılığından etibarlı mənbə kimi istifadə olunub.
Kitabın araya-ərsəyə gəlməsində redaksiya heyətinin üzvləri Əli Həsənov,
Vüqar Səfərli və Əflatun Amaşovun, eləcə də elmi
redaktorlar Şamil Vəliyev
və Nəsiman Yaqublunun xüsusi
zəhmətlərini qeyd etməklə
yanaşı, milli mətbuatımızın
135 illiyilə bağlı belə bir
antologiyanın işıq üzü
görməsinin təqdirəlayiq olduğunu
önə çəkirik.
S.Əsgərli
Ədəbiyyat qəzeti.- 2010.- 16 iyul.- S.6.