“Mətbu söz elə qüdrətli vasitədir ki, onu hər adama etibar etmək olmaz

     

Hər bir mətbuatın yaranması həmin xalqın milli ruhunun oyanması deməkdir. Adətən mətbuatı dördüncü hakimiyyət adlandırırlar. Bu çox doğru bir ifadədir. Amma mənə elə gəlir ki, mətbuat bütün hakimiyyətlərə nəzarət edən orqandır. Ona görə bu çox mühüm vasitə olduğundan onunla çox ehtiyatlı, necə deyərlər, çox səliqəli davranmaq lazımdır. Mətbu söz elə qüdrətli vasitədir ki, onu hər adama etibar etmək olmaz. Azərbaycan mətbuatının xoşbəxtliyi orasındadır ki, həmin bu mətbuatın ilk yaradıcısı Moskva Dövlət Universitetinin təbiət fakültəsinin məzunu elmlər namizədi məşhur Həsən bəy Zərdabi olmuşdur ki, o bütün ömrünü, həyatını Azərbaycan xalqının milli azadlığı, dirçəlişi uğrunda mübarizəyə həsr eləmişdir. Bu da bir faktdır ki, dünya ölkələrində, xüsusi ilə Avropa Rusiyada qəzet redaktorları həmişə mötəbər elm adamları, sənət adamları olublar. Əgər biz nəzərə alsaq ki, Moskvada Nekrasov kimi adamlar qəzet jurnala rəhbərlik ediblər bu, mətbu sözün məsuliyyəti borcunu bir daha təsdiqləmiş olar. Ona görə mətbu sözə hökmən nəzarət lazımdır. onu heç vaxt özbaşına ayrı-ayrı savadsız, təcrübəsiz kifayət qədər hazırlığı olmayan adamların ixtiyarına vermək olmaz. Redaktorluq qəzet əməkdaşlığı çox məsuliyyətli bir işdir. Xoşbəxtliyimiz ondadır ki, bizim mətbuat xadimlərimiz həmişə böyük adamlar olublar. Məsələn: Həsən bəy Zərdabi, Hacı Seyid Ünsizadə, Seyid Əzim Şirvani, Cəlal Ünsizadə, Məhəmməd Ağa Şahtaxtinski, Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyov kimi nəhəng simalar olublar. Yəni bu adamlar o şəxslərdir ki, onlar müxtəlif elm sahələri ilə silahlanıblarhəm ədəbiyyatı biliblər, həm jurnalistikanı biliblər, həm politologiya müxtəlif elm sahələrini biliblər. Buna görə onlar öz xalqlarına layiqincə xidmət eləyiblər, milləti öz arxalarınca apara biliblər.

Azərbaycan mətbuatı bu cür gözəl ənənələr üzərində formalaşıb. Vaxtilə Qasprinski göstərirdi ki, Həsən bəy babamız bir ovuc buğda səpdi, həmin bir ovuc budğanın bir dənəsiTərcümanqəzetini meydana gətirdi.

Mənə elə gəlir ki, Azərbaycan mətbuatı öz tarixi ənənəsini davam elətdirib o nəinki Azərbaycanda növbə ilə gələn mətbuat orqanlarına, hətta Şərqin mətbuat orqanlarına nümunə olub. bu gün Azərbaycanda çıxanƏdəbiyyat qəzetixüsusi redaksiya şurası düzəldib. Bu redaksiya şurasına türk dünyasının ən görkəmli ədəbiyyat xadimləri daxil olublar. Məsələn: Əta Tərzibaşı, Cavad Heyət, Əbdüllətif Bəndəroğlu başqalarıƏdəbiyyat qəzeti”nin redaksiya şurasının üzvləridir. Mənə elə gəlirƏdəbiyyat qəzetibu şuranı yaratmaqla, öz ətrafına türk dünyasının ən görkəmli ədiblərini, xadimlərini toplamaqla məhz Azərbaycan mətbuatının tarixi ənənələrini davam elətdirir. Əgər biz nəzərə alsaq ki, “Şərq-Rusqəzetində, “İqbal”da, “Həyat”da, “Füyuzat”da Sibir, Volqaboyu, Orta Asiya, Orenburq, Simbirsk şəhərlərində yaşayan xüsusi qələm adamları müəlliflik eləyiblər, onda yəqin etmək olar ki, həmin ənənənin bu gün davam olunması daha vacibdir.

Doğrudur, son zamanlar bizdə mətbuat çoxluğu əmələ gəlib. Bu lazımdır. Çünki ölkəyə müxalif mətbuat lazımdır, iqtidar mətbuatı lazımdır. Əgər fikir ixtilafı yoxdursa, fikir münaqişəsi yoxdursa xalqın inkişafı da kifayət qədər yetkin səviyyəyə çatmaz.

Mətbuatın borcu odur ki, barometr kimi cəmiyyətin həyatında baş verən bütün məsələləri görsün onları göstərsin, dövlətin nəzərini cəlb eləsin dövləti həmin qüsurları, çatışmazlığı aradan qaldırmağa məcbur eləsin. Bu mənada müxalifətli-iqtidarlı mətbuat vacibdir. Lakin məsələ burasındadır ki, bugünkü mətbuat səhifələrimizdə son dərəcə ifrat yalan yazmaq, böhtan atmaq hətta aşağı səviyyəyə enmək düşgünlüyü var. Məsələn, qəzetləri oxuyanda çoxlu yalanlar olduğunu hiss edirsən: “Etibarlı mənbələrdən aldığımız məlumata görə”, “Filan orqanlara yaxın olan adamlardan aldığımız xəbərə görə”... Lakin heç bir mənbə, konkret bir şəxs adı göstərmirlər. Amma məlumdur ki, bizim klassik mətbuatımızda — “Əkinçi”də, “Molla Nəsrəddin”də, “Həyat”da, “İqbal”da konkret ünvanlar göstərilib, konkret adamların adları göstərilib tənqidlər konkret hədəflərə ünvanlanıb.

Bu gün Prezidentimizin fərmanı ilə Azərbaycan Mətbuatının yaranmasının 130 illiyini, yəniƏkinçi”nin yaranmasının 130 illiyini qeyd edirik. mən arzu eləyərdim ki, bizim mətbuatımız birinci növbədə savadlı, professional jurnalist kadrları ilə təmin olunsun. İkincisi, arzu eləyərdim ki, bizim mətbuat vicdanlı, namuslu qələm sahibləri ilə təmin olunsunlar, onlar həmişə düzü yazmağa, həqiqəti yazmağa qələmin qüdrəti ilə bizim müstəqil Azərbaycan dövlətimizin möhkəmlənməsinə, təməlinə, necə deyərlər, daha möhkəm qaya daşlarının qoyulmasına belə bir təməl üzərində inkişaf etməsinə yardım eləsinlər. Ona görə hansı zümrəyə, təşkilata mənsubluğun-dan asılı olmayaraq mən arzu eləyərdim ki, jurnalistlər vətən millət xatirinə işləsinlər.

 

 

Xeyrulla MƏMMƏDOV

 

Ədəbiyyat qəzeti.- 2010.- 16 iyul.- S.1.