İltifat Saleh - 75
Hörmətli İltifat
müəllim!
Sizi - istedadlı şairimizi
andan olmanızın 75 illiyi münasibətilə təbrik
edirik. Siz ötən əsrin altmışıncı illərində
xalq şairimiz Rəsul Rzanın "uğurlu yolu" ilə
ədəbiyyata gəlmisiniz. Ötən illərdə ustad şairimizin
sizə bəslədiyi ümidləri öz
yaradıcılığınızda, çap etdirdiyiniz
"Səni görmək üçün", "Ay
işığı", "Rənglərin səsi",
"Sənə demədiklərim", "Sevgi
akkordları", "Dərdin şəkli" kitabları
ilə doğrultmuş və bu yazılarla
özünüzü təsdiq etmisiniz. Yaradıcılığınızda
Vətənə, xalqa bağlılıq, sözün bədii
şəkildə ifadə edilməsi, mövzuların rəngarəngliyi
diqqəti cəlb edir. Hər bir şerinizdə fikir söyləməyə,
bir yeni söz deməyə
çalışırsınız.
Əmək fəaliyyətinə
Lənkəran rayonunun Liman şəhər bir saylı orta məktəbində
müəllim kimi başlamısınız. Sonralar siz Lənkəran
rayonlararası arxivinin direktoru, Lənkəran rayon XDS
İcraiyyə Komitəsi sədrinin birinci müavini, Liman
şəhər sovetinin sədri, Lənkəran rayon yerli radio
verilişləri redaksiyasında baş redaktor, Lənkəran
şəhər İcra Hakimiyyəti
başçısının Liman şəhəri üzrə
nümayəndəsinin müavini vəzifələrində
işləmisiniz. On ildən çoxdur ki, Azərbaycan
Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri
vəzifəsində çalışırsınız. Bu
müddət ərzində əhatə etdiyiniz rayonlarda gənc
ədəbi qüvvələrin
yaradıcılığının inkişafına təkan
verən tədbirlər, onların yeni kitablarının təqdimat
mərasimini keçirmiş, yubileylərinin təşkil
edilməsində səyinizi əsirgəməmisiniz. Lənkəran
bölməsinin ədəbi-bədii orqanı olan "Şəfəq"
jurnalının baş redaktoru kimi fəaliyyətiniz də təqdirəlayiqdir.
Sizin tərtib və çap etdirdiyiniz Cənub bölgəsində
yaşayıb-yaradan yazıçıların bədii əsərlərindən
ibarət "Ömürdən yarpaqlar" almanaxı maraqla
qarşılanmışdır. Sizin uğurlu
yaradıcılığınız Beynəlxalq Rəsul Rza
mükafatına layiq görülmüşdür. Siz sovet
dönəmində "Rəşadətli əməyə
görə" və "Əməkdə fərqlənməyə
görə" medalları, uzun illər fəal təbliğatçılıq
fəaliyyətinizə görə isə Azərbaycan SSR Ali
Sovetinin fəxri fərmanına və "Vektor" Beynəlxalq
Elm Mərkəzinin ədəbiyyata göstərdiyiniz dəstəyə
görə uluslararası ödülünə layiq
görülmüsünüz.
Hörmətli İltifat
müəllim!
Sizi bir daha anadan
olmanızın 75 illik yubileyi münasibətilə təbrik
edir, sizə uzun ömür, cansağlığı,
yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.- 2010.- 4 iyun.- S.5.