...Rəsmini sən çək
Rəssam Qafar Sarıvəlliyə
Gözəllik ovçusu olduq hərəmiz -
Mən şair, sən rəssam!.. Birdi bərəmiz.
Yazda tamaşadı İncə dərəmiz -
Vəsfini mən yazım, rəsmini sən çək.
Baharda qonaq ol bu doğma kəndə,
İncəçay hayqırıb nərə çəkəndə.
"Bənövşə nərgizə" boyun bükəndə -
Vəsfini mən yazım, rəsmini sən çək.
Bir az qorxuludu "Battaqlı bulaq",
Enib "Daşbulağ"ın
qonağı olaq.
"Pirə
dərəsi"nin seyrinə dalaq -
Vəsfini mən yazım, rəsmini sən çək.
"Efli
qüzeyi"nin, "Kəmənd
çalı"nın
Yazda toxuduğu
xalça-xalının:
İncənin, Şıxlının
və Borçalının
Vəsfini mən yazım, rəsmini sən çək.
Babakər dağının
bir üzü İncə,
Keçib "Axçalı"dan çıxarıq
dincə.
Dolaş "Gədeyli"ni, gəz ürəyincə -
Vəsfini mən yazım, rəsmini sən çək.
"Təksaqqız",
"Təkarmud", "Acı",
"Qoşaçal",
"Yemşənli", "Qazılı"
zəmidi xal-xal.
Hardadı "Mərzəli"
- məndən xəbər
al,
Vəsfini mən yazım, rəsmini sən çək.
Bir Günəş
üzlünün, Ay camallının,
Bir ala gözlünün,
qara xallının,
Bir şirin
sözlünün, xoş
xəyallının
Vəsfini mən yazım, rəsmini sən çək.
Xanbağı gölündə
o çalxanan qaz,
"İncəli,
yaz, deyir, - qələm götür yaz!"
Sən də rəssam Qafar, cəld ol, cəld
bir az
-
Vəsfini mən yazım, rəsmini sən çək!
***
Bu qoca ovçuydu, bir vaxt meşədən
Dönərdi evinə xallı əliklə.
Baxıram, dünyanın
işinə bax, sən, -
Qayıdır indi də bir cüt
çəliklə!
Yolunu gözlərdi
evdə bir maral,
Deyərdin, yer-göy də bu gözəlindir.
Göz qaynar, qaş qara, yanaqlar da al, -
Gördüyün bu qarı həmin gəlindir!
Ələddin İncəli
Ədəbiyyat qəzeti.- 2010.- 4 iyun.- S.4.