Sabir poeziya günləri
Bu günlərdə
böyük şərqşünas, unudulmaz müəllimimiz Əkrəm
Cəfərin oğlu Sokrat mənə atasının zəngin
arxivindəki materiallar içərisində öz tələbəsinin
də bədii-elmi yazılarından bəzilərini mətbuat
səhifələrindən kəsib saxladığını
dedi. Əkrəm müəllimin çox qiymətli qeydlərini
görən Sokrat irili-xırdalı bir qovluq materialı
atasına layiq səxavətlə mənə hədiyyə
etdi. İndiyə qədər gördüyüm hədiyyələrin
hamısından fərqli bir hədiyyə idi.
Bir neçə gün əvvəl
AZTV-də Əkrəm müəllimin 105 illiyinə həsr
olunmuş geniş verilişdə, həmçinin İctimai
radionun bir saatlıq "Poeziya"sındakı
çıxışımda ustadın məni heyrətə
salan bu diqqətinə minnətdarlığımı
bildirmişəm.
Qovluqdakı
yazıların arasında möhtərəm müəllimimin
qəzetdən kəsib saxladığı bir şerim - dahi
Sabirə həsr etdiyim "Ölüm qorxurdu" da var.
Dövlətimizin
başçısının bu günlərdə
imzaladığı məlum Sərəncama əsasən Mirzə
Ələkbər Sabirin 150 illik yubileyinə geniş
hazırlıq başlamışdır.
Belə əlamətdar
bir vaxtda əziz Əkrəm müəllimin neçə illər
qoruyub saxladığı "Ölüm qorxurdu"
şerimi və ona əlavə olaraq həmin mövzuda
yazmış olduğum digər bir şeri - "Dəydikcə
köksünə tənələr seli"ni Sabirsevərlərə
təqdim etməyi mümkün hesab elədim.
Ayaz VƏFALI
Ədəbiyyat qəzeti.- 2010.- 11 iyun.- S.2.