Rəsul Rza - 100

     

Bakı Dövlət Universiteti

 

Mayın 18-də Bakı Dövlət Universiteti filologiya fakültəsinin Səməd Vurğun adına Poeziya ocağında Rəsul Rzanın 100 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan universitetin professoru Tofiq Hüseynoğlu Rəsul Rzanın həyat yaradıcılığı haqqında danışdı. Bildirdi ki, vətənpərvərlik mövzusu Rəsul Rza yaradıcılığının əsas tərkib hissələrindəndir. Sonra professor İfrat Əliyeva "Rəsul Rzanın yaradıcılığı" mövzusunda məruzə etdi: "Müasir Azərbaycan şerinin ilk yaradıcılarından biri olan, müstəqil, poetik istiqamətin formalaşmasında ardıcıl, sistemli, inadkar axtarış aparan, fikrin, mənanın dərinliyi uğrunda fəal mübarizlərdən biri xalq şairi Rəsul Rza idi. O, poeziyada yeni sənət yaradıcılıq axtarışlarının təzəcə başladığı qızğın, mürəkkəb, kəskin bir şəkil aldığı vaxtda gəlmişdir, yarım əsrdən çox bir müddətdə yazıb-yaratmış, poeziyada axtarışlar eksprimentlər apararaq yeni tipli tamamilə müasir, novator poeziyasını yaratmışdır".

Tədbirdə filologiya fakültəsinin dekanı, professor Elbrus Əzizov "Rəsul Rza yaradıcılığında vətənpərvərlik ideyalarının ifadəsi" mövzusunda məruzə ilə çıxış edərək dedi: "Azərbaycan poeziyası tarixinə novator bir şair kimi daxil olan Rəsul Rzanın ideya, məzmun forma baxımından çox zəngin yaradıcılığında bir xətt xalqın milli vətənpərvərlik duyğularının, bir şair kimi özünün vətəndaşlıq mövqeyinin ifadəsi yaradıcılığının ilk çağlarından sonunadək davam etmişdir.

O, vətənpərvərlik ideyalarını ifadə etmək üçün müxtəlif üsullardan istifadə etmiş, öz fikirlərini bəzən açıq bir şəkildə, bəzən isə müxtəlif poetik vasitələrlə dolayı yolla oxucuya çatdırmışdır. Vətənə, topağa, xalqa bağlılıq ideyası şairin 1935-ci ildə yazdığı "Çinar" şerində parlaq bir şəkildə əks olunmuşdur. Qocaman çinarın torpağa möhkəm bağlılığını, əyilməzliyini, məğrurluğunu təsirli bir formada qələmə almışdır".

Tədbirdə universitetin professorlarından Tofiq Hacıyev Abdulla Abbasov çıxış etdilər. Sonunda universitetin tələbələri Nuray Xıdırova, Aygün Əliyeva Elşad Əliyev Rəsul Rzanın şeirlərini söylədilər.

 

 

Kəramət Böyükçöl

 

Ədəbiyyat qəzeti.- 2010.- 11 iyun.- S.3.