Bacı qədər əziz

    

  İyunun 13-də Aybəniz Vəkilovanın əbədiyyətə qovuşduğu gündən bir il keçir. Bu münasibətlə Aybəniz xanımın qızı Aygün Vəkilovanın tərtibi redaktorluğu ilə «Aybəniz» adlı nəfis tərtibatlı maraqlı bir kitab çapdan çıxmışdır.

Professor Nizami Cəfərov kitaba yazdığı ön sözdə deyir: «Aybəniz xanım Səməd Vurğunun təbliği, mübahisəli məsələlərə aydınlıq gətirməsi ilə bağlı çox böyük təşkilatçılıq işi gördü, vurğunşünaslığın elmi-nəzəri, ideoloji məsələlərindən başlamış, etiraf edək ki, hər kəsin bacara bilmədiyi texniki məsələlərə qədər heç bir sahəni diqqətdən kənarda qoymadı. anası Xavər xanımdan aldığı muzeyçilik fəaliyyətini bugün (vəfatından sonra!) qızı Aygün xanımın şəxsində uğurla davam etdirir.

Aygün Vəkilovanın hazırladığı bu kitabçanı vərəqləyənlər müxtəlif illərə aid fotoşəkillərdə Aybəniz xanımın təkcə məhrəm simasını görməyəcəklər, həm mehriban ürəyinin hərarətini duyacaqlar, təmkinli səsini eşidəcəklərDahi şairin öz qızına həsr etdiyi ( demək olar ki, çoxlarına çoxdan məlum olan) misralar Aygün xanımın vəfatından sonra keçirdiyimiz bu nisgilli aylarda yeni məna-məzmun kəsb edəcəkdir. O xanımın ki, tale ona yalnız dahi Vurğunun qızı olmaq səadətini deyil, ulu babasına layiq bir övlad kimi yetişəcəyinə heç bir şübhə etmədiyimiz balaca Vurğunun nənəsi olmaq xoşbəxtliyini nəsib etmişdi…»

Onu da qeyd edək ki, Aybəniz xanım haqqında xatirələrdən ibarət kitab nəşrə hazırlanır. Tanınmış bəstəkar Sevda İbrahimovanın təqdim etdiyimiz məqaləsi həmin kitab üçün nəzərdə tutulmuşdur.

Aybəniz xanım mənim üçün çox əziz, çox sevimli, bacı qədər əziz bir insan idi. Aybəniz özündə ən gözəl insani keyfiyyətləri cəmləşdirirdi… Onun sadəliyi, mehribanlığı, gözəl, şirin söhbətləri unudulmazdır.

Aybəniz həyatı, insanları, gözəlliyi sevən xanım idi. Onunla söhbət etmək insana həmişə gözəl əhval-ruhiyyə, nikbin hisslər bəxş edərdi. Hər görüşümüz, hər telefon danışıqlarımızda onun yumorla dolu söhbətləri mütləq olardı. Onun qəmginliyi də işıqlı, qeyri-adi bir işıqlı qəmginlik idi. Hərdən isə elə bil o uzaq bir aləmdə idi…

2008-ci il dekabr ayının 17-də Azərbaycan Yazıçılar Birliyində filologiya elmləri doktoru, professor Teymur Əhmədovun tərtib etdiyi "Mirzə İbrahimov müasirlərinin xatirəsində" kitabının təqdimatı keçirilirdi. mən, əlbəttə, bu tədbirə Aybənizi dəvət etmişdim.

O günü çox soyuq, qarlı hava idi. Təsadüfən, o gün, atamın dünyasını dəyişdiyi günün 15 illiyinə düşmüşdü. əlbəttə, Aybəniz bu tədbirə gəldi, atalarımızın qardaşlığı, dostluğu, bir-birinə olan böyük hörmət səmimi münasibətləri haqda ürək dolusu gözəl xatirələrini danışdı.

Mən düşünürəm ki, atalarımızın bir-birinə olan qardaşlıq münasibətləri bizə, onların övladlarına keçmiş bu doğmalıq bizim münasibətlərdə davam edirdi. O gün yoxdur ki, mən Aybənizi xatırlamayım, onun qayğıkeşliyi, onun gözəl tembrə malik olan səsini xəyalən eşitməyim. Onun səsi indi qulağımdadır.

Aybəniz bizim ailənin əzizi idi. Mənim həyat yoldaşım Arif Həsənov da ona böyük hörmət məhəbbət bəsləyərdi. Elə oldu ki, 2008-ci il yanvar ayının 24-də o, qəfildən dünyasını dəyişdi. Məlumdur ki, qırxa qədər gələn-gedən çox olur. Sən bu tənhalığı tam dərk etmirsən. Lakin sonraHeç zaman unutmaram. Əzizimin qırxı çıxandan sonra, bir axşam mənim çox qüssəli vaxtımda Aybəniz mənə zəng etdi (elə bil ki, mənim halımı hiss etmişdi). Dedi ki, bilirəm, evdə təksən, gəlirəm sənin yanına!

O axşamı unuda bilmirəm. İncə duyumlu, mənim tənhalığımı, ağrımı duyan Aybənizim gəldi, gözəl, şirin söhbətləri ilə qəlbimi öz mehribanlığı ilə rahatlandırdı, qızdırdı

Dedi ki, Arifin qəbri üstə gedəndə, məni özünlə apar mənimlə qəbirüstə getdiİnsanın hər işinin ürəkdən, səmim-qəlbdən gəlməyi olduqca əhəmiyyətli vacibdir! Aybəniz, hər işdə, insanlarla münasibətdə həmişə səmimi, qayğıkeş, mehriban bir xanım idi. Mən elə bilirəm ki, bu təsadüfi deyil! Çünki bu genlər, dahi Səməd Vurğun genləri, onun daxilində yaşayırdı.

Mən Aybəniz xanımın, sevimli, böyük şairimiz Səməd Vurğunun ev muzeyindəki fəaliyyətini xüsusi qeyd etmək istərdim. Onun Səməd Vurğunun ev muzeyində keçirdiyi tədbirləri çox düşünülmüş, yüksək səviyyədə, çox maraqlı, böyük məhəbbətlə dolu tədbirlər idi. Səməd Vurğun şəxsiyyətini yaşatmaq, əbədiləşdirmək tədbirləri idi. Balanın atasına olan böyük məhəbbət tədbirləri idi.

Həmişə bu unikal ev muzeydə keçirilən tədbirlərdə iştirak edərkən, mən sanki 50-ci illərə qayıdır, elə bil ki, Səməd əminin həmişəyaşar, unudulmaz surətini görürdüm.

Elə oldu ki, 2008-ci il dekabr ayının 25-i Aybəniz əziz qardaşı Yusif Səmədoğlunun doğum gününə həsr olunmuş tədbirə, həmişə olduğu kimi, məni dəvət etdi. Deyirlər bacının qardaşa olan məhəbbəti çox dərin böyük məhəbbətlə dolu olurBu doğrudan da belədir. Aybəniz öz qardaşları - Yusif Vaqif haqqında danışanda, onun işıqlı siması daha da gözəl işıqlanardı

Çox heyif ki, 25 dekabr 2008-ci ildə, sevimli ev muzeyində keçirdiyi tədbir onun son tədbiri oldu.

O tədbirdən sonra Aybəniz xəstələndi. Mən bacım Solmazla tez-tez onun yanına gedərdik. Gözəl söhbətlər edər, atalarımızı, analarımızı xatırlardıq. həmçinin Aybənizin istəkli nəvəsi Vurğunun pianoda gözəl ifasına qulaq asardıq. Vurğun çalanda Aybəniz necə sevinərdi!..

Aybəniz gözəl ana, gözəl nənə idi. Aybənizin incə musiqi duyumu var idi. Gələcəyinə böyük ümid bəslədiyim istedadlı nəvəsi Vurğunun müvəffəqiyyətlərinə çox sevinirdi Aybəniz

Qızı Aygünün anasına olan diqqəti, qayğıkeşliyi isə xüsusi qeyd olunmalıdır. Mən deyərdim ki, ailədə belə qızın olması böyük xoşbəxtlikdir.

Aybənizin qəlbi isnanlara məhəbbətlə dolu olan ürək idi. Əlbəttə, zaman keçir, insanlar bir-bir dünyasını dəyişir. Lakin ləyaqətli insan, onun gözəl işləri, əməlləri xatirələrdə qalır ürəklərə rahatlıq işıq gətirir. Mən Aybənizi həmişə belə xatırlayıram. Mən Aybənizi həmişə gözəl, mehriban, şirindil, incə qəlbli bir bacı kimi xatırlayıram

Allah ona rəhmət eləsin.

 

 

Sevda İbrahimova

 

Ədəbiyyat qəzeti.- 2010.- 11 iyun.- S.5.