Yazmaram ürəyim sizi anmasa...
Hər dəfə nakam
şairimiz Mikayıl Müşfiqin xatırə günü
keçiriləndə ölməz söz ustasının
aşağıdakı misraları yadıma düşür:
Yazmaram ürəyim sizi
anmasa,
Sizin eşqinizlə
alovlanmasa,
Burdaca el gəlib məndən
sordu ki,
Gözdən
yaş çıxarmı ürək yanmasa.
Beləcə bu şerin ahəngi
ilə şairin Bakıdakı abidəsinin
qarsışına gəldim.İlk gözümə dəyən
Xızı rayonundan 3 yaşlı Müşfiq Talıbovun gətirdiyi
qızılgül dəstəsi oldu.Şairin pərəstişkarları
bunu kiçik Müşfiqin, böyük Müşfiqə dərin
ehtiramı kimi qəbul etdilər.
Həmişə olduğu
kimi anım mərasimini müşfiqşünas, xalq
yazıçısı Gülhüseyn Hüseynoğlu
açaraq, nə məzarı, nə övladı qalmayan
Müşfiqin müqəddəs ruhu qarşısında
baş əydi, yaradıcılığından ürək
dolusu danışdı.Tədbirdə rəssam Minayə
feyzullayeva, jurnalist Sevinc İsmayılzadə,
yazıçı-publisist Sona Xəyal və milyonçu Musa
Nağıyevin nəvəsi Dilarə Nağıyeva
çıxış edərək 29 yaşında nahaqdan
güdaza göndərilən Müşfiqin şeir aləmindən
söz açdılar.
Sonra tədbir
Xızıda - "Müşfiq ocağı"nda davam
etdirildi.
Xatirə
gününü Gülhüseyn Hüseynoğlu
aparırdı. Ədəbi-bədii məclisdə
şairlərdən Ağasəfa, Oqtay Rza, Nəcməddin Siyəzənli,
Müşfiqə həsr etdikləri şeirlər oxudular.
Şairin sözlərinə yazılmış
mahnılar ifa olundu. Jurnalist Eldar Eyvazov
bütün müşfiqsevərlərə dərin
ehtiramını, Xızı rayon Mədəniyyət və
turizm şöbəsinin müdiri Sənan Talıbov xatirə
işığına toplaşanlara minnətdarlığırnı
bildirdi.
Müşfiq Cabiroğlu
Ədəbiyyat qəzeti.- 2010.- 11 iyun.- S.6.