El-obaya sevgiylə...

 

Yaxın günlərdə Milli Aviasiya Akademiyasında Elmi Şura keçirildi. İclasda xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyilə bağlı onun həyat yaradıcılığından danışıldı. Əvvəlcə akademiyanın foyesində ulu öndər Heydər Əliyevin büstü ziyarət edildi, onun əziz xatirəsi ehtiramla anıldı. Sonra iştirakçılar Azərbaycan aviasiyasının tarixini nailiyyətlərini əks etdirən muzeylə tanış oldular.

Müasir hava nəqliyyatının təşəkkülündə ümummilli liderin xidmətlərini azərbaycanlı təyyarəçilərin keçdiyi şərəfli yolu əks etdirən eksponatlar maraqla qarşılandı.

MAA-nın rektoru, akademik Arif Paşayev yubilyarı təbrik edərək yaradıcılığını yüksək qiymətləndirdi. Zəlimxan Yaqubun Azərbaycan ədəbiyyatında böyük xidmətlərini diqqətə çatdıran A.Paşayev onun zəngin həyat yolunun hər zaman şeirə, sözə bağlandığını söylədi. Vurğuladı ki, Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirən yubilyar, daim ədəbiyyatımızın inkişafına, tərəqqisinə dəyərli töhfələr vermişdir. Z.Yaqubun 1995-2005-ci illərdə Milli Məclisin deputatı olduğunu xatırladan A.Paşayev onun nəinki görkəmli şair, həm ictimai xadim kimi fəaliyyətini yüksək dəyərləndirdi.

Bildirildi ki, xalqın sevgisini qazanmış Zəlimxan Yaqub həm Azərbaycanın, həm Gürcüstanın müxtəlif ali dövlət mükafatlarına layiq görülmüşdür. 2005-ci ildə xalq şairi fəxri adına layiq görülən Z.Yaqub hazırda Azərbaycan Aşıqlar Birliyinin sədridir.

Tədbirdə akademiyanın humanitar elmlər kafedrasının müdiri, xalq şairi Nəriman Həsənzadə filologiya elmləri namizədi Şərəf Cəlilli görkəmli şairin yaradıcılığı barədə məruzə ilə çıxış etdilər.

"Ədəbiyyat qəzeti"nin baş redaktor müavini Azər Turan çıxışında vurğuladı ki, Zəlimxan Yaqub ilhamı haralara qanad gərir-gərsin, fərq etməz, onun şeirlərinin alt qatında vətən əxlaqı başlıca yeri mənimsəyir: "Bir daha əvvələ qayıdıb vurğulamaq istəyirəm ki, ümmət milliyyət duyğusunu səbirlə, təmkinlə, inadla şeirdən-şeirə, misradan-misraya aşılayan Zəlimxan Yaqub Azərbaycanın xalq şairi ünvanına gəlib yetişənə qədər məmləkətin turançı şairi olmağı bacardı".

Şeirlərində Vətən mövzusu mütləq ölçülərdə təsvir olunmazdan əvvəl "ölçüsüzlüyə çevrilən" (Xudu Məmmədov) Z.Yaqubun çoxşaxəli yaradıcılığı haqqında söz açan fəlsəfə doktoru Rüstəm Kamal şairin yaradıcılığını köklü-budaqlı yaşıl ağaca bənzədərək vurğuladı ki, bu ağacın kölgəsində bizim işıqlı duyğularımıza sözlərimizə gen-bol yer var, dualar alqışlar Z.Yaqubu insanlar ruhlar arasında vasitəçiyə çevirir".

Sonra akademiyanın tələbələrinin ifasında xalq şairinin seçmə şeirləri səsləndi.

Sonda çıxış edən yubilyar sevgi məhəbbət dolu təbriklərə görə iştirakçılara dərin minnətdarlığını bildirdi. Şair Vətənə, xalqa, torpağa, el-obaya sonsuz sevgisindən danışdı yeni şeirlərini oxudu.

O, Azərbaycan Prezidenti İlham Əliyevin milli sərvətlərimizin qorunması sahəsində gördüyü işləri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədə fəaliyyətini yüksək qiymətləndirdi.

Axırda yubilyara xatirə hədiyyələri təqdim olundu.

Xalq şairi ZəlimxanYaqubun 60 illik yubiley görüşləri davam edir.

 

 

S.Əsgərli

 

Ədəbiyyat qəzeti.- 2010.- 11 iyun.- S.6.