Axtarışlar
Üzeyir bəy Hacıbəylinin "Molla Nəsrəddin"də
daha bir felyetonu
M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanasının arxivindəki son araşdırmalarım nəticəsində
Ü.Hacıbəylinin "Molla Nəsrəddin" dərgisində
dərc olunmuş "On il" adlı yeni bir felyetonu da
üzə çıxdı. İndiyə qədər
heç yerdə öz əksini tapmayan bu felyetonda Üzeyir bəyin
dönə-dönə vurğuladığı və
yaradıcılığı boyu mübarizə
apardığı qadın azadlığı məsələsindən
bəhs edilir.
"On il" felyetonu
"Molla Nəsrəddin" dərgisinin 7 noyabr 1927-ci il
tarixli 45-ci sayında "Bir nəfər" imzası ilə
çap olunmuşdur. "Bir nəfər" təxəllüsü
Ü.Hacıbəylinin müxtəlif illərdə
yazdığı mətbu əsərlərində istifadə
edilmiş 67 imzasından biridir.
Üzeyir bəyin "On il" felyetonu milli mətbuatımızın tərəqqisində müstəsna xidmətləri olan mahir publisistin qələmindən çıxan dəyərli yazılardandır. Ona görə də bu felyetonu hörmətli oxucularımıza təqdim edirik. İnanırıq ki, "On il" Üzeyir bəy Hacıbəylinin 125 illik, milli mətbuatımızın 135 illik yubileylərinə ərmağan kimi ən gözəl töhfələrdən biri olacaq.
Səadət
Qarabağlı
Ədəbiyyat
qəzeti.- 2010.- 18 iyun.- S.2.