Neyləyim
Ala gözlüm, səndən ayrı gecələr,
Bir il kimi uzun
olur neyləyim?
Bağçamızda qızıl
güllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim?
Nərgizlərin gözü
yaşla dolanda,
Bənövşələr baxıb
qəmgin olanda,
Qərənfilin gözü
yolda qalanda,
Yasəmən saçını yolur, neyləyim?
Əsən rüzgarın
da yoxdur vəfası,
Düşmüşdür başına özgə sevdası.
Lalənin cırılıb
qəmdən yaxası,
Saçları pərişan olur, neyləyim?
Bəlkə tez gələsən, əlac
verəsən,
Sünbülün saçını
yığıb hörəsən,
Əlvan çiçəkləri
özün dərəsən,
Gözləri yollarda qalır, neyləyim?
Çəkir çiçəklərin
gözü intizar,
Ayrılıqdan betər dünyada nə var?
Bu bahar axşamı səni bax, Nigar
Həzin-həzin yada salır, neyləyim?
Nigar Rəfibəyli
Ədəbiyyat
qəzeti.- 2010.- 25 iyun.- S.1.