Dedi ki, dünənki şeri oxu...

 

...1970-ci ildə ümummilli liderimiz Heydər Əliyev xalq şairi Rəsul Rzanın 60 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdı. Şairin yubileyi əvvəlcə təntənə ilə Gəncədə qeyd olunurdu. İlk görüş Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda keçirildi. Görüşdə Bakıdan Rəsul Rza ilə Ənvər Məmmədxanlı, Anar, Fikrət Qoca başqaları da gəlmişdi. İnstitutun rektoru N.Səfərov idi. Bu görüşü hazırlayanlardan T.Kazımov E.Məmmədov hazırda yoldaşlarımızdı. Mən qəzet redaktoru idim. Görüşdə mən çıxış etdim "Babamla söhbət" poemasından kiçik bir parça oxudum. Məndən sonra söz Rəsul müəllimə verildi. O, çıxışından əvvəl zarafatyana dedi ki, mən hamıya sübut etmişəm ki, çinar dünyaya Göyçaydan yayılıb. Rübail isə deyir ki, çinarın vətəni Gəncədir. Görəsən kim düz deyir? Sonra bunun bir zarafat olduğunu deyib şeir oxumağa başladı.

Sabahı ümumşəhər görüşü C.Cabbarlı adına Gəncə Dram Teatrının binasında olmalı idi. Bizim institutdan rektor N.Səfərovun təbriki nəzərdə tutulurdu. Kollektiv adından ünvan qovluğu rektor üçün çıxış yazmaq mənə həvalə olunmuşdu. Mən tapşırığı yerinə yetirdim. Kollektiv adından hədiyyə kimi bir suvenir almışdıq.

Günün ikinci yarısında qəflətən rektor məni evdən çağırtdırdı, gəldim. O, kabinetdə ayaq üstə dayanmışdı. Bir az da kefsiz idi. Yazdığım yazıları mənə uzadıb dedi: - Axşam gedib özün oxuyarsan. Mən elə bildim ki, yazılarım zəifdir, rektorun xoşuna gəlməyib. Vəziyyətin səbəbini soruşdum. N.Səfərov dedi: - Dünən demişdilər çıxışa hazırlaş, hazırlaşdım. İndi deyirlər Ki, Rübail danışsın. Sən danış, biz qulaq asaq.

Axşam yubileyə toplaşdıq. Hədiyyəni saxlamaq üçün mənə bir tələbə təhkim etmişdilər. Mən tələbəyə demişdim ki, çıxışımdan sonra hədiyyəni mənə verərsən təqdim edərəm. Məruzəçi Bağır Bağırov idi. Ondan sonra mənə söz verdilər. Rəsul müəllim səhnədə kresloda təkcə oturmuşdu. Mən mikrofona yaxınlaşan kimi tələbə səhnəyə çıxıb hədiyyəni mənə uzatdı. Düzü, mən bilmədim edim, hədiyyəni alıb Rəsul müəllimə təqdim etdim. Daha doğrusu, yubilyarın stolunun üstünə qoydum. Rəsul müəllim hədiyyəni götürüb döşəməyə qoydu mənə dedi: "O ünvan qovluğunu da bəri ver. Verdim. İndi get dünən oxuduğun şeri oxu". Gülüşən oldu, əl çalan da. Doğrusu, Rəsul müəllimin zəhmi zaldakı adamların xofu məni təntitmişdi. Özümü zorla ələ alıb şeri oxudum.

Böyük şairin 60 illik yubileyində özünün təkidilə ikinci dəfə oxuduğum həmin şeri onun 100 illik yubileyi günlərində oxuculara təqdim etməyi lazım bildim.

 

 

Rübail

 

Ədəbiyyat qəzeti.- 2010.- 14 may.- S.8.