Gəncənin çinarları

 

Karvanı qatar-qatar,

Yükündə zümrüd yatar;

Günəşlə öpüşəndə

Əl atıb göydən tutar -

Gəncənin çinarları.

 

Həzin nəğməsi yaşıl,

Sərin kölgəsi yaşıl;

Köynəyini dəyişib,

geyinsə yaraşır -

Gəncənin çinarları.

 

Göylərin dirəyidir,

İşığın ələyidir;

Tanrı bizə pay verib,

Ucalıq mələyidir -

Gəncənin çinarları.

 

Yarpaqları yamyaşıl,

Baxanda göz qamaşır;

Sübhədək pıçıldaşır:

Gəncəyə çox yaraşır -

Gəncənin çinarları.

 

Süfrə salar xəzəldən,

Məclis qurar gözəldən;

Nizaminin şeri tək

Şax dayanıb əzəldən -

Gəncənin çinarları.

 

 

Rübail

 

Ədəbiyyat qəzeti.- 2010.- 14 may.- S.8.