Rəsul Rza yüz ilin sözüdü…
«Açdım pəncərəmi may səhərinə,»
Yüz ilin sözündən çələng bağladım…
«Baş qoyub günəşin şəfəqlərinə»
Sevinc çözələdim, dərd varaqladım.
Bir sözün məlhəmi mininə çatar,
Yüz ilin nurunda min həyat eşqi.
Tanrı dərgahına
ucalan çinar,
Varlığın canımdan, qanımdan keçdi.
Salam, söz çinarı, sözün
xan oğlu!
Yüz ilin vüqarı… möhtəşəm, mətin.
Bir az
da addayıb sabaha doğru,
Fövqündə dayandın əbədiyyətin.
Kökləri dərində…
ustad, çinar tək,
Dəryalar yelkəni,
sözün ulusu…
Qələm yazıbdısa
vəcdə gələrək
Kərəm Tanrınındı,
özü qorusun.
Xan çinar torpağın rəngini alır,
Sözün rəngi olur çinar yarpağı.
Ucalıq şairin
tunc olmuş adı,
Boy vermir qaldırır
ana torpağı.
Yüz il sıralanar çatar min ilə,
Lap olar Nizami, Füzuli yaşda.
Pir olan sözlərdə bir qara gilə
Göynəyər ürəkdə, göyərər
daşda.
Yüz ilin sözünü çıraq
eylədim,
Yüz ilin sözü var əyriyə, düzə.
Yüz ildi dostlarla qol-boyun olur,
Yüz ildi düşmənlə
gəlir üz-üzə.
Ədalət ƏSGƏROĞLU
Ədəbiyyat
qəzeti .-2010.- 14 may.- S.8.