Lənkəran
Bu günlərdə Lənkəran
Dövlət Universitetində xalq şairi Rəsul Rzanın
anadan olmasının 100 illiyi münasibətilə ədəbi-bədii
gecə keçirilib. Yazıçılar Birliyi Lənkəran
bölməsi ilə birgə keçirilən tədbiri
universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf
İsgəndərov açdı. Universitetin dosenti, filologiya
elmləri namizədi, Azərbaycan Yazıçılar
Birliyinin üzvü Mirhüseyn Abbas "Rəsul Rzanın həyat
və yaradıcılıq yolu" mövzusunda məruzə
etdi.
Universitetin dil və ədəbiyyat
kafedrasının dosenti, filologiya elmləri namizədi Hacı
Mirhaşım Talışlı, Yazıçılar Birliyi Lənkəran
bölməsinin sədri, şair İltifat Saleh Rəsul Rza ilə
bağlı xatirələrini dilə gətirdilər.
Sonra Yədulla Ağazadə,
filologiya elmləri namizədi Səfər Şirinov Rəsul
Rza yaradıcılığının bədii xüsusiyyətləri
haqqında məruzə etdilər.
Tədbirin sonunda tələbələr
Rəsul Rzanın şeirləri əsasında
hazırlanmış ədəbi-bədii kompozisiya səsləndirdilər.
Etibar Əhədov
Ədəbiyyat qəzeti.- 2010.- 28 may.- S.2.