Mir Cəlal Paşayevin seçilmiş
əsərlərinin üçcildliyi
Bişkekdə nəşrə
hazırlanır
Qırğızıstanda Azərbaycanın böyük
yazıçısı və
alimi Mir Cəlal Paşayevin seçilmiş
əsərlərinin üçcildliyi
Bişkekdəki Türkdilli
dövlətlərin siyasətinə
dəstək fondunun və Azərbaycanda fəaliyyət göstərən
"Avromed" şirkətinin
sifarişi ilə qırğız dilində
nəşrə hazırlanır.
Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Abdrahman Alımbaev Bişkekdəki Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədova Azərbaycanda fəaliyyət göstərən "Avromed" şirkətinin baş direktoru Cavanşir Feyziyevə üçcildliyin qırğız dilinə tərcümə olunub nəşrinə sifarişə görə dərin minnətdarlığını bildirmiş, həmin cildlərin qırğız - Azərbaycan ədəbi əlaqələrində müstəsna rol oynayacağından danışmış, vurğulamışdır ki, bu nəşr sovetlər birliyi dağılandan sonra Qırğızıstan və Azərbaycan ədəbi aləmində ilk böyük hadisədir. A.Alımbaev əlavə etmişdir ki, bu hadisənin Qırğızıstan və Azərbaycan tərəfindən geniş təbliğinə ehtiyac vardır.
Üçcildliyn tərcüməçiləri Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Abdrahman Alımbaev, Qırğızıstan Milli Yazıçılar İttifaqının katibi Seyit Altımışov, görkəmli qırğız yazıçısı Mukan Asanaliyevdir.
Kitabların təqdimat mərasiminin Qırğızıstanın, Azərbaycanın və Qazaxıstanın görkəmli alim, yazıçı və jurnalistlərinin iştirakı ilə bu ilin iyul ayında Bakıda keçirilməsi nəzərdə tutulmuşdur.
Ədəbiyyat qəzeti.- 2010.- 28 may.- S.2.