Unuda bilmirik
Xalq yazıçısı
İlyas Əfəndiyevin
xatirəsinə
Axdı könüllərə "Bahar suları",
Ayrı bir sehr oldu "Söyüdlü arx"da.
Sirli qələminin meyvəsi, barı
Hələ qarşıdaydı, hələ qabaqda…
Söz-söz, kəlmə-kəlmə duruldu hissin,
Ömrün dərslik oldu dil sevgisinə.
Ən ülvi
hissələrə vuruldu
hissin,
Çevrildi tükənməz el sevgisinə.
Açsın, açıqlasın
sənət bu sirri,
Qoyduğun adlar da əsl
şeirdi.
"Dağlar
arxasında üç
dost"dan biri
Kimi dindirirdin - mənəm, - deyirdi.
İlham ağacının
kökü dərində,
Oxunmaq, baxılmaq düşdü
baxtına.
Xan qızı
Natəvan bir əsərində
Ucaldı sənətin
şahlıq taxtına!
Könlünü atəşə
bələdikcə sən,
Ən zərif
duyğular kükrədi,
daşdı,
Nəsrdə şairlik
elədikcə sən
Şeirdə nasirlik edənlər çaşdı.
Ömrün təlatümdə,
hayda, harayda,
Başının ayrı cür tufanı oldu.
Bizə göstərdiyini,
"Büllur sarayda"
Dustaq ürəklərin
üsyanı oldu!
Ay "Şəhərdən
gələn ovçu"ya
yanan,
Necə hörmət qoydun Səməd haqqına.
Bəylik, bəyzadəlik
haqqını danan
Toxuna bilmədi sənət haqqına.
Arzular, ümidlər
çırpıldı daşa,
Etiraz duyuldu ötkəm səsində.
Şöhrət başağrısı olurmuş
başa.
Gördük "Atayevlər ailəsində".
Sənsiz qarşıladı
neçə dağ bizi,
Xoşbəxtlik o ötən çağlarda
qaldı.
Yaman günə
qoydu Qarabağ bizi,
Doğrudan da "Mahnı dağlarda qaldı".
Tanrı dara çəkir indi bizləri,
Ağlar ruhumuzu soyub gəlmişik.
Kövrək duyğuları,
nəcib hissləri,
Ustad, Qarabağda qoyub gəlmişik.
Şerimi ruhunla bu gun dinləsən...
Vallah dinləyirsən...
Düz deyir hissim.
Hər yerdə,
həmişə sən
bizimləsən,
Unuda bilmirik,
İlyas müəllim!
Allahın bizə
görünəcəyi gün
Allahın bizə
görünəcəyi
gün,
Yer üzündəki
bütün insanların
əlindədir.
Günlərin bir günü
eyni saatda, eyni anda
Eyni duayla,
Eyni sayğıyla
bu əllər
Allaha
doğru uzansa,
Bu əllər
əl tutmağa
öyrəşsə,
Əl kəsməkdən
usansa;
Bu əllər
"yaxşılıq"
adlı altıncı
barmağı bitirsə,
Bütün pislikləri,
yamanlıqları
Silib-süpürsə,
Yer üzündən
birdəfəlik
itirsə;
Bu əllər
sərhədləri,
Yerin bağrına
çəkilən
çəpərləri, sədləri
Yara bilsə,
sökə bilsə,
Bu əllər
qanlı cinayətləri
özündə gizləyən
viranlıqların,
qaranlıqların
Boğazına çökə
bilsə,
Eyni gündə,
eyni saatda,
eyni anda,
Kainatın bütün
sirli qapıları
Taybatay açılardı
üzümüzə, -
İşıq düşərdi
bütün
qaranlıqlara,
Allahın bizə
görünəcəyi
günün müjdəçisi
olardım mən də!
Ey şöhrət
həvəsi...
Birindən soruşdum, şairəmmi
mən,
Dedi, ölməmisən,
deyə bilmərəm.
M.Araz
Ey şöhrət
həvəsi,
yan öt yanımdan,
Ey şöhrət
azarı,
əl çək
canımdan,
Mən sənlik
deyiləm,
şair olsam da,
İlhamla üz-üzə
yaşa dolsam da,
Gözdən yayınanın
biriyəm, vallah.
Hələlik yollarım
dirənib dağa,
Vaxtınız olacaq
məni tapmağa
Hələ ölməmişəm,
diriyəm, vallah.
Musa Ələkbərli
Ədəbiyyat qəzeti.- 2010.-
28 may.- S.5.